L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


 Oyunların ictimai-siyasi hadisə kimi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə42/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
4.3. Oyunların ictimai-siyasi hadisə kimi
meydana gəlməsi 
 
Mütəhərrik oyunlar tarixi-ictimai bir hadisə olmaqla 
müxtəlif ictimai-siyasi cəmiyyətdə insanların həmin cəmiyyətə xidmət 
etməsi istiqamətində formalaşmasında mühüm rol oynamışdır. Oyunlar 
insanların mənəvi və intellektual həyatında çoxcəhətli rol oynamış, 
lakin tarixi və mahiyyət etibarı ilə hələ axıra qədər öyrənilməmiş vacib 
bir sahəsidir.
Müasir insanın təşəkkül tapmasında oyun başlıca vasitə 
olmuşdur. Oyun dünyanı dərketmə vasitəsi kimi yeni nəslin fəal həyata 
hazırlanmasında əvəzedilməz mövqe tutmuşdur. Uşaq ömrünün ilk 
addımlarından həyat üçün zəruri olan lazımi vərdiş və keyfiyyətləri 
oyun vasitəsi ilə qazanır. Oyun əqli inkişaf etdirir, təxəyyül və 
qavrayışları formalaşdırır, əmək alətləri ilə işləmək üçün mühüm 
vərdişlər aşılayır. Bundan əlavə, psixoloji və insan üçün lazım olan bir 
çox həyati keyfiyyətləri inkişaf etdirir, habelə ömürboyu insanın 
hərəkətə olan meylini saxlayır, onda yaradıcı fəaliyyətin bünövrəsini 
qoyur. Bütün dünya xalqlarının həyatına oyunun daxil olmasının, 
oyundan istifadə etməsinin əsas səbəbi də məhz bundadır. 
4.4. Mütəhərrik oyunlar fiziki tərbiyənin mühüm 


81 
vasitəsi kimi 
 
Mütəhərrik oyunlar hər xalqın milli mədəniyyətinin tərkib 
hissəsidir. Buna görə də hər bir xalqın milli mütəhərrik oyunları hər 
bir xalqa məxsus hərəkət fəaliyyəti aşılayır, onların fiziki-psixoloji 
sahəsinin düzgün inkişaf etməsində, şəxsi keyfiyyətlərinin tərbiyə 
olunmasında böyük rol oynayır. Bu baxımdan milli oyunlar yalnız 
orqanizmin artan inkişafını təmin edən vasitə deyil, fiziki tərbiyə və 
idmanın əsas vasitələrindəndir. 
Həyatın ilk günlərindən bütün uşaqlar uşaqlıq və gənclik 
dövrlərində fiziki tərbiyənin bütün başqa vasitələrindən çox oyunlara 
üstünlük verirlər. Hamı oynamaq istəyir. Hamı oynayır, hamı oyunla 
böyüyür və dünyanı oyunla dərk edir, başa düşür. 
Milli oyunların vacib xüsusiyyətlərindən biri də odur ki, onların 
tərkibində müxtəlif fiziki hərəkət növləri vardır. Oyunla məşğul olmaq 
fiziki inkişafı artırır və insan psixologiyasına müsbət təsir göstərir. 
Daima dəyişən oyun şəraitində iştirak etmək hərəkətlərin tənzim 
olunması və onlara nəzarət prosesi şəxsiyyətin formalaşmasında xüsusi 
rol oynayır. Oyun mərkəzi sinir sisteminin gücünü, mütəhərrikliyi, baş-
beyin qabığı və orqanizmin bütün sistemlərinin fəaliyyətini artırır, 
onların nizamlama funksiyasını təkmilləşdirir. 
Qeyd etmək lazımdır ki, digər hərəkət növlərindən fərqli olaraq 
oyun fəaliyyəti mürəkkəb və hərtərəflidir. Oyun zamanı bütün əzələ 
qrupları fəaliyyətə başlayır ki, bu da dayaq-hərəkət aparatının 
harmonik inkişafına kömək edir. 
Oyunların oynama qaydalarının dəyişkənliyi daima yeni 
vəziyyətlərə uyğunlaşmağı tələb edir. Buna görə də hərəkət vərdişləri 
çevik və elastik formalaşır. Cəldlik, çeviklik təkmilləşir, əvvəllər 
mənimsənilmiş hərəkətlərdən yeni hərəkətlər yaratmaq qabiliyyəti 
inkişaf edir. 
Bir çox sadə və mürəkkəb oyunlar yarış xarakteri daşıyır. Bu da 
oyunçulardan böyük gərginlik tələb edir. Bu prosesdə oyunçular böyük 
həcmdə fiziki iş gördüklərinə görə onların qan dövranı və tənəffüs 
sistemi daha da təkmilləşir. Oyunların açıq hava şəraitində keçirilməsi 
insan orqanizmi üçün daha faydalıdır. Bu baxımdan turist yürüşlərinin 
meşə zolaqlarında, çay kənarında, parklarda təşkili daha faydalıdır. 
Unutmaq olmaz ki, hər bir oyun keçirilərkən, o, xüsusi məqsəd və 
təlim-tərbiyə işinə xidmət etməlidir. 


82 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə