L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə47/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

İXTİRALAR VƏ KƏŞFLƏR
141
2. Beş-səkkizinci abzaslar (daxiliyanma mühərrikinin ixtirası). 
3. Doqquz-on birinci abzaslar (ilk avtomobil şirkətləri). 
5. On iki-on üçüncü abzaslar (Henri Fordun avtomobil sənayesinin inkişa -
fın dakı rolu).
Hər bir hissənin üzərində işləmək bir qrupa tapşırılır. 
Səssiz oxu Qeyd götürməklə oxu üsulu ilə aparılsa, mətndəki infor ma -
siyanı sistemə salmaq olar. Bu məqsədlə müəllim aşağıdakı cədvəl nü mu -
nəsini nümayiş etdirir və şagirdlərə bildirir ki, oxuduqları hissənin
məz munundan asılı olaraq cədvəli müxtəlif formalarda tərtib edə bilərlər.
Qruplara üzərində işlədikləri hissəni adlandırmaq  tapşırıla bilər.
Fəndaxili inteqrasiya 
(St. 2.2.3, 1.2.1)
. Təqdimat edən qruplara aşağıdakı
tələblər qoyulur:
1) tərtib etdikləri qeydlər cədvəlini hamının görə biləcəyi şəkildə iri vərəqdə
nümayiş etdirmək;
2) həmin vərəqdə cədvəldən savayı, mövzu ilə bağlı açar sözlər, başqa
qrafik informasiya (məsələn, mühərrikin işləmə prinsipini nümayiş etdirən
şəkillər və s.) da əks oluna bilər;
3) oxuduqları hissə ilə bağlı əlavə bilikləri varsa, onu da təqdimata əlavə
etmək;
4) oxuduqları hissə ilə bağlı mətndaxili sual varsa, onu cavablandırmaq; 
5) 
(St. 2.1.1) 
oxuduqları hissədə tanış olmayan sözlər varsa, onları mə na -
sına uyğun başqa kontekstdə işlətməklə izahını vermək;
6) təqdimatı interaktiv aparmaq, yəni yeri gəldikcə auditoriyaya motivasiya
sualları, eləcə də dinləyib-anlamanı yoxlayan suallarla müraciət etmək (mə -
sə lən, şagirdlər təqdimat zamanı dərslikdəki mətndaxili sualları əvvəlcə audi -
toriyaya ünvanlaya, sonra onlara aydınlıq gətirə bilərlər).
(St. 1.1.2) 
Təqdimat zamanı dinləyən tərəflər fəal olmalı, təqdimatda onlara
qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün suallar verməlidirlər. 
Yazı
(St. 3.1.3; 3.1.1) 
4-cü tapşırıqda şagirdlərə avtomobilin ixtira olunma tarixi
haqqında inşa yazmaq tapşırılır. Əvvəlcə şagirdlər inşanın planını tərtib
etməlidirlər. 
Yazıya başlamazdan əvvəl şagirdləri inşaya qoyulan əsas tələblərlə tanış
etmək lazımdır: 1. İnşanın həcmi 250-300 söz (1,5-2 səhifə) olmalıdır. 
2. Əla və fakt və məlumatlardan istifadə olunması tövsiyə edilir. 3. Avomobilin
ixtira tarixinin mərhələləri öz əksini tap malı, bu mərhələlərə həsr olunmuş
hissələr keçid cümlələrlə əla qələndiril məlidir.
İXTİRA
Müəllifi və zamanı İxtiranın mahiyyəti
Üstünlükləri
Çatışmazlıqları 
Çap üçün deyil


VI 
BÖLMƏ
142
Dil qaydaları
(St. 4.1.2; 4.1.3) 
5-ci tapşırığın icrası dil qaydaları üçün motivasiya rolu
oynayır. Göy rənglə verilmiş ilə sözlərini və bağlayıcısı ilə əvəz etdikdə ya -
ranan fərqli vəziyyət imkan verir ki, köməkçi nitq hissələrinin omonimliyi haq -
qında fikir inkişaf etdirilsin. Müəllim məlumat verir ki, köməkçi nitq hissələri
bir-biri ilə də omonimlik təşkil edir. 
Müxtəlif köməkçi nitq hissələrinin bir-biri ilə təşkil etdiyi omonimlik faktları
qayda şəklində dərslikdə geniş verilmir. Lakin   6-cı və 7-ci tapşırıqlar üzərində
aparılan iş və sonda şagirdlərin özlərinin çıxardıqları nəticə daha yaddaqalan
ola bilər.
6-cı tapşırıqda nə, nə də, yəni sözlərinin bağlayıcı və ədat  vəzifələri mü -
qa yisə edilir, nəticə çıxarılır.
Çıxarıla biləcək nəticə:
1. Nə bağlayıcı kimi işləndikdə inkar məzmunu daşıyır. Cümlədən çıxarıl -
dıq da informasiyanı olduğu kimi saxlamaq üçün inkar şəkilçisinə və ya “deyil”
sözünə ehtiyac duyulur. Ədat olduqda isə məzmunun qüvvətlənməsinə xid -
mət edir. Cümlədən çıxarıldıqda çatdırılan informasiyada yarımçıqlıq olmur.
Yalnız təsir gücü azalır.
2. Yəni ədat olduqda işləndiyi cümlədə sual intonasiyası yaradır. Cümlədən
çıxarıldıqda sual məqsədi məlumatvermə məqsədinə çevrilir. Bağlayıcı
olduqda isə bu hal baş vermir.
7-ci tapşırıqda isə ilə (-la
2
)-nın qoşma  və bağlayıcı vəzifələri müəy yən ləş -
dirilir. Fərqləri əsaslandırmaq üçün həmin sözlər “və” bağlayıcısı ilə əvəz edilir.
Və” qoşmanı əvəz edə bilmir.  Həmin nəticəyə gələn şagirdlər tapşırığın
sonundakı cümləni asanlıqla tamamlayırlar.
8-cı tapşırığın icrası zamanı bağlayıcı və ədat vəzifəsində işlənən ki mü -
qa yisə edilir. Müşahidələr nəticəsində müəyyən edilir: “ki” cümlələri birləş di -
rə r kən bağlayıcı, cümlənin və ya sözün təsir gücünü artırarkən ədat olur.
Bağ layıcı kimi işlənəndə “ki”dən sonra vergül işarəsi qoyulur.
9-cu tapşırığın çətinlik dərəcəsi yüksəkdir. Kontekstdən ayrı işləndikdə bu
misralarda “nə”nin bağlayıcı, yoxsa ədat olduğunu birmənalı şəkildə demək
olmur. Ona görə də S.Vurğunun “Vaqif” dramından həmin hissəni tapıb əvvəlki
iki misrasını şagirdlərin diqqətinə çatdırmaq olar:
Ata, lap heyranam Vidadiyə mən,
Doğrudan, o sənə yanır ürəkdən. 
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
Çap üçün deyil


Dərs 35. BUMERANQI KİM İCAD EDİB (3 saat)
Motivasiya
Motivasiyanı şəraitdən asılı olaraq müxtəlif formada yaratmaq mümkündür.
Bume ranqdan istifadə edilmiş videogörüntü (məsələn: “Sinyor Robinzon”
filmindən kadr)  və ya  bumeranq şəkli nümayiş olunaraq bu alət haqqında
bilgilər so ru şulur. Alınan cavablar BİBÖ cədvəlinin birinci sütununda  qeyd
edilir.  İkin ci sütunda şagirdlərin bumeranq haqqında  öyrənmək istədikləri
yazılır.
Oxu
Oxu Ekspertlərlə müzakirə üsulu ilə aparılır. Bu üsul məlumat mübadiləsi
yolu ilə müştərək öyrənməni nəzərdə tutur. Əvvəlcə mətn hamı tətəfindən
səssiz oxunur. Sonra mətndə qaldırılmış problemlər və məlumatlar istiqamətlər
üzrə müəyyənləşdirilir. Hər şagird mətnə bir prizmadan (istiqamətdən) yanaşır.
İstiqamətlər aşağıdakı kimi müəyyən edilə bilər:
1. “Bumeranq effekti”nin mənası.
2. Bumeranqın  icad olunduğu yer.
3. Bumeranqdan istifadənin məqsədi.
4. “Ağıllı bumeranq” nəzəriyyəsi.
Standartlar
Təlim nəticələri
1.2.1. Fikrini müxtəlif formalarda ifadə
edir.
Qrafik informasiyanı şərh et məklə möv -
zu üzrə danışır.
2.1.1. Tanış olmadığı sözlərin konteks -
tə uyğun mənasını dəqiqləşdirir.
Tanış olmadığı sözləri kon 
tekst dəki
mənasına uyğun ola 
raq cümlələrdə
işlədir.
2.2.2. Mətnin tərkib hissələri arasın da -
kı əlaqəni müəyyənləşdirir.
Mətnin müxtəlif hissələrindəki faktları bir-
biri ilə bağlamaq üçün mətnin leytmo-
tivini müəyyənləşdirir.
3.1.1. Verilmiş mövzunu müxtəlif yazı
formalarında (ifadə, inşa, esse, he -
kayə) ifadə edir.
Mətndəki məlumatlardan istifadə et 
-
məklə  he kayə yazır.
4.1.2. Sözləri ümumi qrammatik məna -
la rına görə fərqləndirir.
Köməkçi nitq hissələrinin omonimliyini
müəyyən edir.
BUMERANQ HAQQINDA NƏ BİLİRSİNİZ
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
143
İXTİRALAR VƏ KƏŞFLƏR
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə