L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

     Xoşbəxtlikdən, Bədheybət və Dəmir Odunçu yatmamışdılar, onlar yaxınlaşan 

düşmənləri gördülər.  

     -  Mən indi onlara göstərərəm, – Dəmir Odunçu dedi, – sən mənim arxamda gizlən, 

onları mən qarşılayacam. 

İtilədiyi baltasını götürüb qurdların başçısı ona hücum edəndə bir zərbəylə başını 

bədənindən ayırdı, qurdların başçısı o saat gəbərdi. Başqa bir qurd yenə Odunçunun üstünə 

atıldı, o da başsız qaldı. Sürüdə qırx qurd vardı, Odunçu qırx dəfə baltasını qaldırıb endirdi, 

döyüş qurtaranda bir dənə də sağ qurd qalmamışdı. 

     Odunçu baltasını yerə qoyub Bədheybətin yanında əyləşdi. Bədheybət dedi: 

     -  Pis deyil, dostum! Yaman döyüşürdün! 

     Onlar səhərin açılmasını gözlədilər. Doroti yuxudan oyananda üst-üstə qalaqlanmış 

qıllı qurd ölülərini görüb qorxmuşdu, ancaq Dəmir Odunçu gecə baş verənləri qıza danışdı və 

Doroti onları xilas etdiyinə görə Odunçuya təşəkkür etdi. Sonra Doroti səhər yeməyinə oturdu və 

dostlar təkrar yola düşdülər. 

     Həmin səhər Zalım Pəri qəsrdən çıxıb çox uzaqları görən gözüylə ətrafa baxdı. Bütün 

qurdların öldürülmüş olduğunu gördü. Qurdlar məhv olmuşdu, yolçular isə onun ölkəsində hələ 

də yollarına davam edirdilər. Pəri yenə qəzəbləndi, gümüş düdüklə fit çaldı.  

     Bir anda göy üzünü qaraldacaq qədər çox sayda olan vəhşi qarğa sürüsü ona doğrü 

uçub gəlməyə başladı. Zalım Pəri Qarğaların Kralına dedi: 

     -  Bu saat bu yadellilərə tərəf uçun; gözlərini çıxarın, özlərini isə parçalayın. 

     Vəhşi qarğalar böyük bir sürü halında Doroti və yol yoldaşlarına doğru uçmağa 

başladılar. Kiçik qız onları görüb qorxuya düşdü, ancaq Bədheybət onları sakitləşdirdi: 

     -  İndi savaş sırası məndədir; hamınız yanımda yerə uzanın və sizə heç bir şey 

olmayacaq. 

     Ayaq üstə dayanıb qollarını açan Bədheybətdən başqa hamısı yerə uzandılar. Qarğalar 

onu görəndə, müqəvva görən bütün quşlar kimi qorxuya düşdülər və yaxınlaşmağa cəsarət 

etmədilər. Ancaq Kral Qarğa qarıldadı: 

     -  Bu samanla doldurulmuş adi müqəvvadır, indi mən onun gözlərini dimdikləyəcəm. 

     Bu sözlərlə Kral Qarğa Bədheybətin üstünə uçdu. Bədheybət qarğanı tutub başını 

ölüncəyə qədər burdu. O biri qarğa Bədheybətin gözünü çıxarmaq istədi, amma müqəvva onun 

da başını üzüb tulladı. Qarğa dəstəsində cəmi qırx qarğa vardı,  Bədheybət onların hamısının 

boynunu üzdü. Sonra yol yoldaşlarına ayağa qalxmalarını söylədi, dostlar yenə yollarına davam 

etdilər.  

      Zalım Pəri görəndə ki, onun fədakar qarğaları ölüb, lap özündən çıxdı, gümüş 

düdüyünü çıxarıb üç dəfə çaldı. Bunun ardınca havada dəhşətli vızıltı səsi eşidildi, minlərcə qara 

arı uçaraq ona tərəf gəlməyə başlamışdı. 

     Pəri onlara əmr etdi: 

     -  Uçun o yadların yanına və ölüncəyə qədər onları sancın! 

     Arılar o saat dönüb vızıltiyla Doroti və dostlarına tərəf uçmağa başladılar. Dəmir 

Odunçu onları görüb dostlarına xəbər verdi və Bədheybət tez nə edəcəklərinə qərar verdi: 

     -  Tez içimdəki samanı boşalt, Dorotini, Totonu, Aslanı samanın altında gizlət. Saman 

onları arılardan qoruyar, – dedi Dəmir Odunçuya. Odunçu elə də etdi. Doroti, qucağındakı Toto 

və düz yanlarındakı Aslan samanla tamam örtülmüşdülər.  

      Arılar uçub gələndə Dəmir Odunçudan başqa sancmağa bir kimsəni tapmadılar. 

Odunçunun üstünə şığıyıb sancmağa başladılar, iynələri Dəmir Odunçunun zirehində qırıldı. 

Arılar iynələri olmasa yaşaya bilmədiklərinə görə hamısı ölüb Dəmir Odunçunun ayaqlarının 

altına düşdülər və yerdə kiçik kömür təpəciyinə bənzəyən kümələr əmələ gəldi. 

     Saman altında gizlənmiş Doroti, Toto və Aslan ayağa qalxdılar, qız samanı 

Bədheybətin içinə dolduran Dəmir Odunçuya yardım etdi. Dostlar yenidən yola düşdülər. 

     Zalım Pəri qara arıların yerdə kiçik kömür topası kimi qaldığını görüncə elə 

qəzəbləndi ki, ayağını yerə vurdu, saçlarını yoldu və dişlərini qıcadı. Axırda Pəri tabeliyində 



olan on beş Gözvuranı çağırdı, onlara sivri nizələr verib əmr etdi ki, şərqə gedib yad adamları 

öldürsünlər. 

     Gözvuranlar o qədər də qoçaq deyildilər, amma çarəsiz qalıb əmri yetirməli oldular; 

Dorotiyə yaxınlaşana qədər irəlilədilər, ancaq Aslan şiddətli bir nərə ilə onların qarşısına 

sıçrayanda elə qorxdular ki, var gücləriylə qaçmağa başladılar. 

    Qəsrə qayıdanda Zalım Pəri onları qayışla o ki var döydü, sonra tarlaya işləməyə 

göndərdi, özü isə oturub nə edəcəyini düşünməyə başladı. Bu yadelliləri məhv etməkdən ötrü 

qurduğu hər planın nə üçün uğursuzluqla sona çatdığını başa düşə bilmirdi. Ancaq Pəri çox güclü 

və hiyləgər idi, fikirləşib bir çarə tapdı.  

     Pərinin taxçasında zümrüd və yaqutla bəzədilmiş bir Qızıl Papaq vardı, papaq sehirli 

idi. Papağın sahibinin hər əmri yerinə yetirən  Uçan Meymunları üş dəfə çağıra bilərdi. Ancaq 

heç kimsə bu qəribə canlılara üç dəfədən artıq əmr edə bilməzdi. Qərbin Zalım Pərisi artıq iki 

dəfə Meymunların köməyindən istifadə etmişdi. Birinci dəfə Uçan Meymunlar Gözvuranları tabe 

edib qula çevirmişdilər. İkinci dəfə Uçan Meymunlar böyük Ozun qoşununu geri çəkilməyə 

məcbur etmişdilər. Qızıl Papağı yalnız bircə dəfə işlətmək haqqı qalmışdı və başqa güclərini 

tükəndirmədən bu haqqını xərcləmək istəmirdi. Ancaq qorxunc qurdları, vəhşi qarğaları və 

sancan arıları öldüyünə və nökərlərinin Qorxaq Aslan tərəfindən qovulduğuna görə Doroti və 

dostlarını yox etmək üçün təkcə bir yolu qalmışdı.     

     Zalım Pəri papağı taxçadan çıxarıb başına qoydu. Sonra sol ayağı üstə dayanaraq 

bunları dedi: 

     -  Ep-pe, pep-pe, kak-ke! 

     Sonra sağ ayağı üstə dayanıb dedi: 

     -  Hil-lo, hol-lo, hel-lo! 

     Bundan sonra Pəri hər iki ayağı üstə dayanıb ciyildədi: 

     -  Ziz-zi, zuz-zi, zak! 

     Ovsun baş tutdu. Göy üzü qaraldı, uğultu, hay-küy, qəhqəhə səsləri eşidildi. Qara 

bulud yerə çökəndə, məlum oldu ki, Zalım Pəri saysız-hesabsız Uçan Meymunların 

əhatəsindədir. Meymunların Başçısı Zalım Pəriyə yaxınlaşdı: 

     -  Sən bizi üçüncü və sonuncu dəfə çağırırsan. Nə istəyirsən? 

     -  Mənim ölkəmdə çağırılmamış qonaqlar var, Aslandan başqa onların hamısını 

öldürün. – Pəri əmr etdi; – Aslanı qəsrimə gətirin, onu at kimi yəhərləyib işlədəcəm. 

     -  Əmrinizə tabe oluruq, – meymunların başçısı dedi; sonra böyük bir gurultuyla 

Doroti və dostlarının olduğu yerə getməkdən ötrü havalandılar. 

     Uçan Meymunlar öz işlərini yaxşı bilirdilər. Onlardan bir dəstəsi Dəmir Odunçunu 

tutub göyə qaldırdılar, qayaların üstündən uçuruma atdılar. Odunçu daşlara dəyib elə əzilmişdi 

ki, danışmaq bir yana qalsın, heç zırıldaya da bilmirdi. 

     O biri Meymunlar Bədheybətin üstünə cumub, içindəki samanı dağıdıb tökdülər. 

Papağını, çəkmələrini və paltarlarını toplayıb hündür bir ağacın təpəsinə fırlatdılar.   

     Başqa bir meymun dəstəsi möhkəm iplərlə Aslanı tutub onu elə sarıdılar ki, artıq nə 

dişləyə nə də cırmaqlaya bilərdi. Sonra, qaçmasın deyə, onu qaldırıb Pərinin qəsrindəki ətrafı 

dəmir qəfəsli kiçik bir bağçaya apardılar. 

     Ancaq Dorotiyə heç toxunmadılar. O Totonu qucağına bərk-bərk sıxıb dəhşət içində 

dostlarının başına gətirilənləri seyr edirdi. Qız başa düşmüşdü ki,  onu da öldürəcəklər. 

Meymunların Başçısı qollarını açaraq və çirkin üzündə dəhşətli bir təbəssümlə qıza yaxınlaşdı; 

ancaq qızın alnındakı Xeyirxah Pəridən qalan öpücük izini görüncə yerindəcə donub qaldı və 

əmr etdi ki, qıza dəyməsinlər. 

     -  Ona toxunmağa cürət edə bilmərik, – dedi o biri meymunlara, – bu qızı Xeyir 

qüvvələr qoruyur, Xeyir isə Şərdən güclüdür. Biz yalnız qızı Zalım Pərinin qəsrinə apara bilərik. 

     Meymunlar nəzakətlə Dorotinin qollarından tutub qəsrə tərəf uçmağa başladılar. Qızı 

giriş qapısının önündə yerə qoyanda Meymunların başçısı Zalım Pəriyə belə dedi: 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə