27
Daban kanalı bayırdan daban sümüyü
və içəridən ayaq baş barmağını uzaqlaşdıran
əzələ ilə hüdudlanmışdır (
şək. 42,5
). O,
baldırın dəri fassiyalararası toxuma sahəsi ilə
ayaqaltının toxuna sahələri arasında əlaqə
yaradır. Daban kanalı yuxarıda içəri topuq
kanalı ilə birləşir.
Daşıyıcı bucaq saidi dirsək oynağında
tam açdıqda və bayıra hərləndirdikdə
(supinasiya) bazunun boylama oxu ilə saidin
boylama oxu arasında bayıra doğru açılmış
163
0
– li bir bucaqdır (
şək. 43
). Bucağın
əmələ gəlməsinə səbəb bazu blokunun içəri
çıxıntısının, bayır çıxıntısına nisbətən, 6 mm
öndə yerləşməsi və həmçinin kondilusları
birləşdirən boylama oxun çəp olmasıdır.
Daşıyıcı bucaq qadınlarda daha yaxşı nəzərə
çarpır. Bucağın belə adlandırılmasına səbəb
ağır yük daşıyarkən dirsəyin həmin hissəsi-
nin gövdəyə təmas etdirilməsidir.
Denonvil – Salişev aponevrozu (apo-
nevrozis peritoneoperinealis) – kiçik çanaq
orqanları öndən qasıq sümükləri, arxadan
oma və büzdüm sümükləri və yanlardan isə
çanaq fassiyasının səfhələri ilə əhatə olun-
muş boşluqda yerləşirlər. Bu sahə sidik –
cinsiyyət diafraqması və periton kisəsinin
dibi arasında frontal istiqamətdə yerləşmiş
xüsusi arakəsmə vasitəsilə ön və arxa hissə-
lərə bölünür. Bu arakəsmə birincili peritonun
ikiləşməsindən əmələ gələn periton – aralıq
aponevrozu və ya Denonvil – Salişev apo-
nevrozu adlanır (
şək. 44,9
). İki səfhədən
ibarət olan Denonvill – Salişev aponevrozu,
həmçinin, kişilərdə düz bağırsaq – sidiklik
fassiyası ( fascia rectovesicalis) və ya ara-
kəsmə ( septum rectovesicalis), qadınlarda
isə düz bağırsaq – uşaqlıq fassiyası və ya
arakəsməsi ( fascia rectovaginalis seu septum
rectovaginale) də adlanır. Beləliklə, periton –
aralıq aponevrozu düz bağırsağı kişilərdə
sidik kisəsi və prostat vəzidən, qadınlarda isə
Şəkil 43. Daşıyıcı bucaq
Şəkil 44. Çanağın fassiyaları və toxuma sahələri
1 – qasıq bitişməsi; 2 – fascia pelvis parietalis; 3 – fascia
prevesicalis; 4 – sidik kisəsi; 5 – m.obturatorius internus;
6 – spatium laterale; 7 – fascia pelvis visceralis;
8 – spatium retrovesicalis; 9 – aponeurosis peritoneoperin-
ealis (Denonvil – Salişev aponevrozu); 10 – rectum;
11 – fascia rectalis; 12 – spatium retrorectalis;
13 – spatium pararectale.
28
uşaqlıq yolundan ayırır. Çanaq fassiyası və De-
nonvil – Salişev aponevrozu hesabına bütün
kiçik çanaq orqanları fassial yataq əldə edir.
Dənizçi düyünü fasiləsiz tikişlər zamanı
istifadə olunan sadə düyünün bir növüdür və
sapalrın uclarının bir dəfə çarpazlaşması yo-
lu ilə əldə edilir
(şək. 35,b).
Dərzi əzələsi (m.sartorius) budun ön
qrup əzələlərindən ən uzunu olub ön yuxarı
qalça tinindən başlayır, liflərinin bir qismi
qamış qabarıqlığına və digər hissəsi baldır
fassiyasına bağlanır (
şək. 45
). Yığılması za-
manı budu bükür və bayıra hərləndirir, baldı-
rı bükərək içəri hərləndirir. Ayaqları bir –
birinin üzərinə aşırmaq hərəkətinə kömək edir.
Belə bir vəziyyət «dərzi vəziyyəti» adlandırılır
(dərzilər paltar tikərkən ayaqlarını bir – birinin
üzərinə aşırdıqları üçün). Dərzi əzələsi
yaxınlaşdırıcı kanalın ön divarının əmələ
gəlməsində iştitrak edir.
Dimdiyəbənzər çıxıntı (processus co-
racoideus) kürək sümüyünün boyunundan
öndə və bayırda yerləşən çıxıntıdır (
şək. 46
).
Ədəbiyyat məlumatlarına əsasən, çıxıntının
belə adlandırılmasının səbəbi onun qarğa
dimdiyinə bənzəməsidir. Bu çıxıntıya kiçik
döş əzələsi bağlanır, ondan isə dimdik – ba-
zu əzələsi və bazunun ikibaşlı əzələsinin qısa
başı başlayır. Dimdiyəbənzər çıxıntını Mo-
renheym çuxurunun dibində əlləmək müm-
kündür.
Dizaltı çuxur (fossa poplitea) dizin
arxa nahiyəsində yerləşən rombşəkilli bir sa-
hədir (
şək. 47
). Bu çuxur yuxarı və içəri tə-
rəfdən yarıvətərli və yarızarlı əzələ ilə, yuxa-
rıdan və bayırdan budun ikibaşlı əzələsi ilə,
aşağı – içəri və aşağı – bayır tərəfdən isə bal-
dırın üçbaşlı əzələsinin içəri və bayır başları
ilə əhatə olunmuşdur. Onun dibini bud sü-
müyünün kondiluslarından yuxarıda bud sü-
müyünün dizaltı səthi, kondiluslar səviyyə-
sində diz oynağı kapsulu, çəp və qövsü diz-
Şəkil 45. Budun ön qrup əzələləri
1 – dərzi əzələsi
Şəkil 46. Kürək sümüyü
1 – çiyin çıxıntısı; 2 – dimdik çıxıntısı
29
altı bağlar, kondiluslardan aşağıda isə dizaltı
əzələ, proksimal qamış – incik oynağı və
qamış sümüyünün proksimal ucu təşkil edir.
Dizaltı çuxur piy toxuması, damar, sinir,
limfa düyünləri ilə tutulmuşdur və arxadan
xüsusi fassiya ilə örtülmüşdür. Çox vaxt diz
oynağının irinli xəstəlikləri, baldırın və aya-
ğın irinli yaraları və piodermitləri nəticəsin-
də dizaltı çuxurda yerləşən limfa düyünləri-
nin irinləməsi hallarına təsadüf edilir.
Dərin limfa düyünlərinin irinli – iltihabı
zamanı nahiyədə gözlə görünən əlamətlər ol-
mur, diaqnoz yalnız başqa əlamətlərə (bük-
mə kontrakturası, toxumalara təzyiq etdikdə
ağrı və s.) əsaslanır. Orta qrup limfa düyün-
lərinin fleqmonalarında dizaltı nahiyədə ya-
rımkürə formalı şişkinlik və bəzən flüktasiya
qeyd olunur. Səthi limfa düyünlərinin irinlə-
məsi hallarında irin xüsusi fassiyanın üzərin-
dəki dəliklərdən keçən damarlar boyunca
dərialtı qata keçir və dərialtı absesin əmələ
gəlməsinə səbəb olur. Dizaltı çuxurun toxu-
ma sahələri qonşu nahiyələrin toxuma sahə-
ləri ilə geniş əlaqələrə malik olduğundan
irinli – iltihabi proseslər buradan müxtəlif is-
tiqamətlərdə yayılır. Oturaq sinirinin gedişi
boyunca irinli proses budun arxa nahiyəsinə,
dizaltı damar – sinir dəstəsi boyunca yaxın-
laşdırıcı kanala, budu dolanan içəri və bayır
arteriyalar boyunca budun ön səthinə, dizaltı –
baldır kanalı vasitəsilə baldırın arxa
nahiyəsinə, fassiyanın dərin səfhəsi və dərin
Şəkil 47 Dizin arxa nahiyəsinin dərin türəmələrinin topoqrafiyası.
A – fassiya, kövşək toxuma, damar və sinirlər; B – damar–sinir dəstəsi
1 – v. saphena parva; 2 – m. popliteus; 3 – n. cutaneus surae medialis; 4 – caput mediale m. gastrocnemii; 5 – tendo m.
semitendinosi; 6 – m. semimembranosus; 7 – a. et v. poplitea; 8 – n. peroneus communis; 9 – n. tibialis; 10 – tendo m.
bicipitis femoris; 11 – n. cutaneus surae lateralis; 12 – r. muscularis n. tibialis (ad caput laterale m. gastrocnemii); 13 – r.
muscularis n. tibialis (ad m. soleum); 14 – m. plantaris; 15 – m. soleus; 16 – caput laterale m. gastrocnemii; 17 – rami n.
cutanei surae lateralis; 18 – a. genus inferior medialis; 19 – lig. popliteum obliquum; 20 – a. genus superior medialis; 21 –
fascies poplitea femoris; 22 – tendo m.adductor magni; 23 – m.vastus medialis; 24 – r.anasomoticus v.saphena parvae et
v. saphena magna; 25 – m.adductor magnus; 26 – m.biceps femoris; 27 – a.genus superior lateralis; 28 – aa.genus mediae;
29 – a.genus inferior lateralis.
Dostları ilə paylaş: |