M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
 
~ 45 ~ 
2.2.1. Semantik şəbəkələr 
 
Semantik şəbəkələrlə bilikləri qraf şəklində təsvir etmək olar. 
Bu  halda  qrafın  düyünlərində  şəbəkənin  məvhumları  (obyektlər, 
hadisələr,  proseslər  və  s.),  qövslərində  isə  həmin  məvhumlar 
arasındakı  çox  saylı  əlaqələr  çoxluğundan  ən  vacibləri  və  yaxud 
mümkünsə  hamısı  təsvir  olunur.  Bu  xüsusiyyətinə  görə  semantik 
şəbəkələri  çox  hallarda  relyasiyalı  təsvir  üsulu  da  adlandırırlar. 
Məvhumlar  arasındakı  əlaqələr  kifayət  qədər  olmalıdır  ki,  onlar 
semantik  şəbəkələrdə  biliklərin  təsvirinin  əlaqəlilik  xassəsinin 
tələblərini ödəsin.  
Göründüyü  kimi  semantik  şəbəkələr  biliyin  qrafiki  təsvir 
üsuludur,  ekspert  sistemlərində  və  süni  intellektdə  mətn  tipli 
informaisyaların təsviri üçün geniş istifadə edilir. 
Semantik şəbəkəyə aid nümunəyə baxaq (şəkil 2.1.).Semantik 
şəbəkələrin  üstün  cəhətləri  aşağıdakılardır:  təsvir  olunan  biliklər 
elastikliyi ilə fərqlənir, belə ki, yeni bir düyün şəbəkəyə əlavə oluna 
bildiyi  kimi,  mövcud  olan  düyünlər  arasında  yeni  əlaqələr  də  təyin 
oluna  bilər;  düyünlərin  arasındakı  əlaqələrin  irsi  ola  bilmə 
qabiliyyəti.  
Semantik  şəbəkələrlə  biliklərin  təsvirinin  əsas  catışmayan 
cəhəti isə əlaqələrin  və  düyünlərin təyin  olunması  üçün standart bir 
quruluşun  olmamasıdır,  yəni  hər  bir  konkret  biliyin  təsviri  üçün 
istifadəçinin fərdi yanaşması tələb olunur. 
Qeyd  olunduğu  kimi  semantik  şəbəkə  əsasən  mətn  tipli 
informasiyaların,  təsviri  üçün  səmərəli  metoddur.  Tədqiqatlar 
göstərir ki, avrohind dilləri qrupunda 200-dən artıq olmayan və bir-
birinə gətirilə bilməyən əlaqələr mövcuddur.  
Həmin  baza  əlaqələrinin  kombinasiyası  nəticəsində  mətndə 
fiksasiya olunan digər əlaqələri təyin etmək olar ki, bu da situasiyalı 
idarəetmə  prinsiplərinə  əsaslanır.  Nəzərə  alsaq  ki,  baza  əlaqələrinə 
sonlu  çoxluq  kimi  baxmaq  olar,  onda  BB-də  istənilən  predmet 
sahəsinin  biliklərini  təsvir  etməklə  istənilən  mətndən  semantik 
şəbəkəni avtomatik olaraq qurmaq olar. 


 
 
~ 46 ~ 
Semantik  şəbəkələrin  xüsusi  halı  kimi  ssenari  və  ya  bircinsli 
semantik şəbəkəni göstərmək olar. Bu şəbəkələr vasitəsilə bir-biri ilə  
əlaqədə olan bilikləri təsvir etmək olar ki, bu da planların tərtibi üçün 
əlverişli təsvir üsuludur. 
 
2.2.1.1.  Biliklərin  təsviri  sisteminin  strukturu  və 
elementləri 
 
 Semantik  şəbəkənin  ümumi  forması  misalında  VB  ilə  BB 
arasındakı əsas fərqi göstərmək olar. Hər hansı bir obyektin predmet 
sahəsi onun komponentlərinin mümkün olan vəziyyətlər çoxluğudur. 
Onlar arasındakı ümumi məlumat və əlaqələrlə təsvir olunan çoxluq 
intensional  semantik  şəbəkə  şəklində  BB-ni  təşkil  edir.  Eyni 
zamanda  situasiyadan  asılı  olaraq  predmet  sahəsinin  komponentləri 
konkret qiymətlər, xassə və xarakteristikalara malik olurlar. Predmet 
sahəsi  üzrə bütün  konkret  verilənlər ekstensional semantik  şəbəkəni 
yaradır və ya şəbəkə strukturunun VB-ni təşkil edir. 
Beləliklə,  VB  və  BB  arasındakı  əlaqənin  sadələşdirilmiş 
strukturu şəkil 2.2-dəki kimi təsvir oluna bilər. 
Qeyd  edək  ki,  məna  etibarı  ilə  bütün  süni  intellekt 
sistemlərində  intensional  və  ekstensional  semantik  şəbəkələr  eyni 
funksiyanı yerinə yetirir.  
 
İntensional  və  ekstensional  terminləri  semotika  elmindən, 
yəni işarə sistemləri haqqında elmdən götürülmüşdür. 
 
İntensional  eıə  ümumi  məvhum  və  əlaqələrdir  ki,  onlar 
çoxsaylı obyektləri və hadisələri xarakterizə edir. 
 
Ekstensional  isə  məvhum  və  əlaqələr  çoxluğunun  konkret 
xarakteristikalarını təsvir edir. 
 
Məs.  ”minik  maşını”  məvhumunun  “kuza”,  ”mühərrik”, 
”idarəetmə”  və  s.  əlaqələri,  “minik  maşınlarının  markaları” 
ekstensional  çoxluğuna  (volqa,  jiquli,  moskviç  və  s.)  və  onların 
konkret  xarakteristikalarına görə intensionaldır. Öz növbəsində əgər 
ümumi  məhvum  şəkilində  intensional  kimi  “jiquli”  olarsa  onun 
konkret xarakteristikalarla ekstensionalları onun markaları olacaqdır. 


 
 
~ 47 ~ 
Bu  onu  göstərir  ki,  intensional  və  ekstensionalın  məvhumları 
nisbidir.   
 
 
 
Şəkil 2.1. Masa üzərindəki qutular və aralarındakı  
semantik əlaqələr 
 


 
 
~ 48 ~ 
 
 
Şəkil 2.2. VB və BB arasındakı əlaqənin struktur sxemi 
 
 
2.2.2. Biliklərin freym modelləri ilə təsviri 
 
 
Məvhum və obyektlər arasındakı əlaqələri təsvir etmək üçün 
kifayət  qədər  imkan  və  vasitələrin  yaradılmasına  baxmayaraq 
semantik  şəbəkələr  bəzi  əsas  çatışmamazlıqlara  malikdir.  Semantik 
şəbəkələrin  müxtəlif  növ  düyün  və  əlaqələrə,  eyni  zamanda  ciddi 
olmayan  strukturlara  malik  olması  informasiya  emalının  müxtəlif 
təyinatlılığını  tələb  etməklə  kompüterin  proqram  təminatını 
mürəkkəbləşdirir.  Bu  nöqteyi  nəzərdən  semantik  şəbəkələrin  xüsusi 
növlərinin  yaradılması  həyata  keçirilmiş  və  sintaqmatik  dövrələr, 
ssenarilər, freym təsvir üsulları kimi modellər yaradılmışdır. 
 
Freym  modellərini  nəzərdən  keçirək.  Freym  termini  (frame) 
çərçivə  mənasında  istifadə  edilir.  Predmetlər,  obyektlər,  situasiyalar 
və  s.  barədə  istənilən  təsvirlər  insan  beynində  müəyyən  çərçivə  ilə 
məhdudlaşır və onlar freymin slotlarını təşkil edir. 
 
Formal olaraq freym  dedikdə aşağıdakı  şəkildə struktur başa 
düşülür: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə