M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
 
~ 52 ~ 
≥30

S olarsa 
VƏ            qazın təzyiqi 49* 10
4
 Pa olarsa 
ONDA       maye nasosunu söndürmək 
Və              ventilyatoru qoşmaq lazımdır. 
ƏGƏR və ONDA hissələrindəki ifadələri uyğun olaraq P
1
,P
2
,P
3
,P
4
,və 
P

predikatları ilə işarə etsək produksiyanı kompüterin daxili dilində 
aşağıdakı kimi təsvir etmək olar: 
(1)
 
 (P
1
^P
2
^P
3
) → P
4
^P
5
 
burada  P
2
  –  qazın  tempraturunu  ölçən  qurğudan  gələn  informasiya; 
P
3
  –  qazın  təzyiqini  ölçən  qurğudan  gələn  informasiya;  P
1

avadanlığın iş rejimini təyin edən informasiya; P
4
 – maye nasosunun 
söndürülməsi; P
5
 – ventilyatorun işə salınmasıdır. Göründüyü kimi A 
= P
4
^P
5
 ifadəsi avadanlığın qəzadan müdafiə olunmasını təmin edir. 
 
2.2.4.1.    Produksiya  qaydalarının  dinamiki  sistem  kimi 
fəaliyyəti 
 
Produksiya  sistemini  ümumi  şəkildə  üç  modulun  qarşılıqlı 
əlaqədə fəaliyyəti kimi təsvir etmək olar (şəkil 2.3). 
 
 
 
Şəkil 2.3. Dinamiki produksiya sisteminin strukturu 
 
Qlobal VB –ni bu  halda ümumi şəkildə qəbul edilmiş VB-ilə 
qarışdırmaq  olmaz.  Belə  ki,  qlobal  verilənlər  bazası  bu  halda  hər 
hansı  bir  dinamiki  obyektin  situasiyadan  asılı  olaraq  vəziyyətlər 


 
 
~ 53 ~ 
çoxluğunu  təsvir  edir  və  hər  bir  aktiv  təsirdən  sonra  (produksiya 
qaydaları  vasitəsilə)  vəziyyətlər  çoxluğu  yeni  situasiyaya  uyğun 
dəyişir.  P-  modul,  sistemin  bilkilər  bazasını  təşkil  edir.  Sistem 
aşağıdakı  kimi  fəaliyyət  göstərir:  idarə  sistemi  (İ-modul)  müəyyən 
strategiya ilə P- moduldan elə produksiya qaydalarını aktivləşdirir ki, 
qlobal  verilənlər  bazası  (V-  modul)  mövcud  x(t)  vəziyyətlər 
çoxluğundan  x(t+1)  vəziyyətlər  çoxluğuna  çevrilsin.  Bu  proses  o 
vaxta  qədər  davam  edir  ki,  produksiya  sistemi  terminal  vəziyyətə 
çatmır, yəni tələb olunan məqsədə nail olunur.  
Beləliklə  produksiya  sisteminin  fəaliyyətini  f  formal  olaraq 
aşağıdakı kimi ifadə etmək olar:  
x(t+1) = f (x(t), u
i
 (x)), 
burada u
i
 ϵ U, U-produksiya qaydaları çoxluğu. 
 
 
2.3. Süni intellektin dialoq sistemləri 
 
Sünii  intellektin  inkişafının  əsas  istiqamətlərinin  (yaradıcı 
proseslərin  ayrı-ayrı  funksiyalarının  modelləşdirilməsi  –  A, 
komputerin  xarici  intellektləşdirilməsi  –  B,  komputerin  daxili 
intellektləşdirilməsi  – C və robotların  məqsədyönlü  fəaliyyətləri–D) 
analizinə  baxdıqda  görünür  ki,  əsas  problemlərdən  biri  B  –
istiqamətində  kompleks  funksiyaları  yerinə  yetirən  dialoq 
interfeysinin  yaradılmasıdır.  Göstərilən  problemin  həlli  komputer 
texnikasının  istifadəsinin  yeni  formasına,  yəni  müxtəlif  intellektual 
sistemlərin komponovka edilərək tətbiqinə imkan yaratdı. Şəkil 2.4.-
də  sünii  intellekt  sistemlərinin  strukturu  və  komponentləri 
göstərilmişdir.  Şəkilin  sol  tərəfində  ekspert  sistemlərinə  xarakterik 
olan  alt  sistemlər,  sağ  tərəfində  isə  intellektual  tətbiqi  proqram 
paketlərinə  və  hesabi-  məntiqi  sistemlərə  xas  olan  alt  sistemlər 
göstərilmişdir.  
Şəkildə  xətlərlə  sağ  və  sol  tərəflərdəki  alt  sistemlərin 
uyğunluqları  göstərilmişdir.  Göründüyü  kimi  (şəkilin  altındakı 
yazılara  əsasən)  ünsiyyət  sistemi,  yəni  proqram  və  ya  aparat 
vasitələri  ilə  realizə  olunan  linqvistik  prosessor  bütün  intellektual 


 
 
~ 54 ~ 
sistemlərin  tərkibinə  daxildir.  Onun  vəzifəsi  adi  danışığın 
professional dialektində (obyektlərin spesifik xüsusiyyətlərindən asılı 
olaraq  mütəxəssislər  arasında  istifadə  olunan  danışıq  dili)  verilmiş 
mətni maşın dilinə və əksinə avtomatik çevirməkdir. Ümumi şəkildə 
linqvistik prosessor sorğunun morfoloji
sintaksis  və  semantik  analizlərini  avtomatik  şəkildə  araşdırır,  eyni 
zamanda cavabların semantik, sintaksis və morfoloji sintezini yerinə 
yetirir. Səslə danışıqda göstərilənlərə həm də fonetik analiz və sintez 
də əlavə edilir. 
Biliklərin  əlavə  olunması,  onların  ümumiləşdirilməsi  və  bir-
biri  ilə  ziddiyətli  situasiyaların  yaranmaması  prosedurlarını  həyata 
keçirmək üçün məntiqi qərar qəbul etmənin aparat-proqram vasitələri 
yaradılır. 
 
2.3.1. İntellektual informasiya-axtarış sistemləri 
 
Süni  intellekt  sistemlərinin  strukturundan  göründüyü  kimi 
intellektual  informasiya  axtarış  sistemlərinin  əsas  tərkib  hissəsini 
ünsiyyət sistemi, verilənlər və biliklər bazaları təşkil edir. Qeyd edək 
ki, bu sistemlər sünii intellektin ilk nümunələri kimi yaradılmışdır və 
komputer  texnikasının  inkişafı  ilə  əlaqədar  inkişaf  etmiş  və 
təkmilləşdirilmişdir. Intellektual informasiya axtarış sistemlərini eyni 
zamanda  adi,  təbii  danışıqla  ünsiyyət  sistemi  də  adlandırırlar  ( 
естественно-языковые  системы,  ЕЯ-систем).  Bu  sistemin  əsasını 
ünsiyyət sistemi yəni 1-5- intellektual informasiya- axtarış sistemi (3 
və 5 konponentləri daxil olmayan variantda ola bilər); 1-5 və 8-10 – 
intellektual  tətbiqi  proqram  paketləri;  1,2,  4,8-12  –  hesabi-məntiqi 
sistemlər (2 və 4 komponentləri daxil olmaya bilər); 1-7 - “ənənəvi” 
ekspert  sistemlər;  1-6,  8-10  –  planlaşdırma  və  layihələndirmə 
sahələrində  hibrid  ekspert  sistemləri;  1-7,  11-paylanmış  ekspert 
sistemləri; 1-12-ümumiləşdirilmiş tətbiqi intellektual sistemlər. 
linqvistik prosessor təşkil edir ki, o da adi danışıq dilinin ifadələrinin 
analizini  həyata  keçirir.  Sual-cavab  sistemləri  EЯ  –  sistemlərinin 
sadələşdirilmiş variantıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə