M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   58

Təsvın sənət və onun tədrisi metodikası
MƏŞĞƏLƏ 5
Aplikasiva.  Kuklalar üçün xalça.
Məqsəd:  Qat  xətti üzrə  düzünə kəsmə priyomunun mənim­
sədi lməsini  davam  etdirmək  (zolağı  hissələrə  ayırmaq);  zolağı 
kvadratlar və düzbücaqlar  almaq  üçün  4 hissəyə  (2  dəfə tən yan) 
qatlamaq;  kvadratın  künclərinə  və  kənarlarına naxış  elementlərini 
simmetrik  yerləşdimıək;  eyni  rəngin  2  çalarım  fərqləndirməyi 
mənimsətmək, forma və rəng anlayışını inkişaf etdimıok.
Vəsait:  Kvadrat  formada  flaneleqraf və  üzərində  yerləşdir­
mək  üçün  hazırlanmış  naxışlar:  böyük  kvadrat  və  dairələr,  kiçik 
kvadrat və düzbucaqlar; qatlayıb kəsmək üçün düzbucaqlı və kvad­
ratlar  (nümayiş  etdirici  nümünə);  oyuncaq  dovşanın  personajı; 
uşaqlarda  15xl5sm  ölçüdə  fon  verilmiş  kağızlar;  3x3sm  ölçüdə 
böyük  fontıalar.  8x2sm  ölçüdə  (kvadratlar  üçün)  və  1.5xl2sm 
ölçüdə  zolaqlar,  (düzbucaqlar  üçün)  bir  necə  ıışaqda  eyni  rəngli 
böyük  fiqurlar  və  zolaqlar,  (rəng  çalarına  görə  seçilən  məsələn, 
qırmızı və tünd qırmızı yaşıl və tünd yaşıl və s rənglərdə).
Məşğələ  oyun  xarakterində  aparılır.  Tərbiyəçi  uşaqların 
qarşısına  flaenoqraf qoyaraq bu  gün  ki,  məşğələyə dovşanın  qo­
naq gəldiyini elan edir.
Dovşan (tərbiyəçi);  “Uşaqlar salam,  siz nə etmək  fikrində­
siniz?”
Tərbiyəçi:  Mən  istəyirəm  uşaqlara  xalçanın  naxışlanma 
qaydasını izah edəm.
Dovşan (tərbiyəçi);  Olar mən də xalça naxışlavım?
Tərbiyəçi:  Əlbəttə  olar,  göstər  görək  sən  bunu  necə  baca­
racaqsan?
171


Təsvın sənət və onun tədrisi metodikası
Dovşan  flaneoqrafın  üzərinə  böyük  və  kiçik  kvadratları 
qarışıq halda düzür.
Tərbiyəçi:  Ay  Dovşan  heç  belədə  xalça  naxışı  olar?  Bax 
indi  mən sənə  ııaxışlamağın  qaydasını  izah  edəcəyəm.  Əvvəlcə 
böyük  kvadratları  xalçanın  künclərində  yerləşdirirəm.  Ardınca 
aralarına kiçik kvadratları düzürəm.
Dovşan (tərbiyəçi):  Nə gözəl xalça alındı. Uşaqlar da bunu 
bacararlar?
Məşğələnin gedişi:
Tərbiyəçi:  Əlbəttə,  ay dovşan  indi  uşaqlar sənə öz bacarıq­
larını  göstəracəkələr  deyərək  uşaqlardan  birini  lövhəyə  dəvət 
edir  və  böyük  dairələrdən  verərək  onu  xalçanın  haıısı  yerində 
yerləşdirəcəyini soruşur (künclərdə).
Dovşan  (tərbiyəçi):  İndi  mən  bildim.  Bu  düzbucaqları  da 
onun arasında qoymaq lazımdır.
Tərbiyəçi:  “Ay dovşan bizim uşaqlar bunu kağızdan da kə­
sib  yapışdıra  bilərlər’’.  Deyərək  uşaqlara  işə  başlamağı  təklif 
edir.  Öncə  verilmiş  düzbucaqlardan  kvadratlar  və  ya  düzbucaq­
lar (köməkçi  xətt üzrə  kəsməklə) alınır.  Ardınca yerlik üzərində 
(xalçanın)  verlışdirərək  düzgün  icranı  yəqin  etdikdən  sonra yer­
ləşdirmədə hissələr yapışqanlaııaraq yapışdırılır.
Yekunda işlər lövhəyə düzülür və dovşanın dili ilə tərbiyə­
çi deyir:  “Necə  də  gözəl naxışlı  xalçalar alınmışdır  -  böyük his­
sələr künclərdə  arasında  isə kiçik hissələr verilmişdir”.  Bu  ardı­
cıllıqla  uşaqlarla  dialoq  qurulur.  Hissələrin,  forması,  rəngi,  yer­
ləşdirilməsi təlılil  edilir.  Sonda dovşan təklif edir ki, bütün kiçik 
xalçalar bir-birinə  birləşdirilsin  və oyuncaq guşəsində  yerləşdir­
mək üçün böyük xalça alınsın.  Məşğələ oyun formasında aparılır 
uşaqların qarşısında flanelcqraf qoyulur.
Oyuncaq  dovşan  (tərbiyəçi):  «Salant  uşaqlar!  Siz  burda  nə 
etməyə  hazırlaşırsınız?))  Tərbiyəçi:  Mən  istəyirəm  uşaqlara  xalça 
üzərində böyük və kiçik kvadratlardan naxış tərtib etməyi öyrədim.
172


Oyuncaq dovşan (tərbiyəçi): «01ar mən də naxış tərtib edim?».
Tərbiyəçi: «Ay dovşan əlbəttə, sən də özünü sına». Oyun­
caq  dovşan  (tərbiyəçi):  flaneleoqraf üzərində fıqurlan  səliqəsiz 
yerləşdirir.  Tərbiyəçi:  «Uşaqlar!  Heç  belə  naxış  olar?  Yox  ay 
dovşan, əlbəttə (naxışlan götürür). Naxış onda alınar ki, kvadrat 
daxilində onlar müəyyən  olunmuş  yerlərdə simmetrik yerləşdi- 
rilsin.  Bax, mən  böyük kvadratlan  xalçanın  künclərində yerləş­
dirirəm.  Aralannda isə kvadratın kənarı boyunca iki  kiçik kvad­
rat yerləşdirirəm.))
Oyuncaq dovşan (tərbiyəçi): «Hə gözəl  alındı!  Uşaqlar da 
bunu bacararlar?))
MƏŞĞƏLƏ 6
Dekorativ rəsm “ Gəlinciyin süfrəsi"
Məqsəd:  Nəbati  naxışlardan  sadə  kompozisiyanın  qurul­
ması.  Kvadrat daxilində naxış tərtib etmə bacarığının mənimsə- 
dilməsi, fırça ilə  iş texnikasının təkmilləşdirilməsi  (fırçanın  bü­
tün xovu ilə yaxma priyomu) sol, sağ künclərdə, ortada söz anla­
yışının mənimsədilməsi, forma, rəng anla­
yışının inkişaf etdirilməsi,  estetik  zövqün 
tərbiyə edilməsi.
Vəsait:  Tərbiyəçidə  bir neçə  naxış­
lanmış  nümunə  süfrələr,  gəlincik  (kardon 
və  ya  oyuncaq)  uşaqlarda  naxışı  tamam­
lanmamış kvadratlar (süfrələr) rəngli quaş
yumşaq fırça.
Məşğələnin gedişi:
Tərbiyəçi gəlinciyi əlinə alaraq: “Uşaqlar bu gün məşğələ­
mizə gəlincik qonaq gəlib. O, mənə dedi ki, dostları onun ad gü­
nünü təbrik etməyə gələcəklər.  Ancaq onun  süfrəsi  xoşuna gəl­
mir. Naxışlan tamamlanmayıb. Bəzi süfrələrin ortası, bəzilərinin 
173


Təsvın sənət və onun tədrisi metodikası
isə küncləri boşdur.” Uşaqlar gəlin gəlinciyin ad gününə naxışla­
rı  tamamlayaq  və  ona  hədiyyə  verək.  İstədiyiniz  süfrəni  seçib 
naxışlaya  bilərsiniz.  Sizin  qarşınızda  bir  neçə  süfrə  vardır.  On­
lardan birini seçin, mən də sizə kömək edəcəyəm.
Uşaqlar,  əvvəlcə  mən  fırçanı  sola,  daha  sonra  isə  sağa  tə­
rəf maili  əyərək  qazayağınııı  iki  barmaqını  daha  sonra  isə  orta 
barmağını fırçanın bütün  xovu  üzrə yaxaraq alıram.  Mən  göstər­
diyim naxışı  siz süfrənin künclərində qoyacağsınız.  Gəlincik bu­
nu mütləq bəyənəcək.  Bu süfrənin  isə  (digər süfrəni  göstərərək) 
orta  naxışı  yoxdur,  diqqətlə  baxın mən  bura  bir  gül  naxışı  sal­
maq istəyirəm.  Fırçanın ucunu acza boyaya batırıram.
Boya  çox  olduqda  fırçanın  ucunu  qabııı  kənarına  silmək 
lazımdır.  Uşaqlar,  baxın  mən  gülün  iki  ləçəyini  yuxarı  və  aşağı 
ləçəkləri  qoydum.  İndi  isə  əvvəlcə  sol,  ardınca  sağ ləçəkləri  qo­
yuram.  Gördünüz?  mənim  gülümün  ləçəkləri  ortaya  doğnı  na­
zikdir.  Diqqətli  olun,  sizin  də  ləçəklər  belə  olmalıdır.  Kim  löv­
həyə  gəlib fırçanı tutma qaydasını göstərər ?
1-2 uşaq lövhəyə dəvət olunur və fırça ilə iş üsulunu göstərir.
Uşaqlar  sərbəst  işə  başlayırlar,  məşğələnin  gedişində  işə 
nəzarət  edən  tərbiyəçi  buraxılmış  nöqsanları  üzə  çıxararaq  dü­
zəltməyi təklif edir.  Lakin, bu gəlinciyin dili ilə olmalıdır.  Sonda 
tərbiyəçi gəlinciyi dəvət edir ki. bəyəndiyi süfrəni seçsin.
İşin  icrasına  başlamazdan  əvvəl  uşaqlara  seçdikləri  süfrə­
nin  naxışının  tamamlanması  barədə  tərbiyəçi  müəyyən  məslə­
hətlər  verir.  Məşğələm  gedişində  işin  icrasına  nəzarət  edərkən 
buraxılan  nöqsanları (gəlinciyin dili  ilə) düzəltməyi məsləhət ve­
rir.  Yekunda,  işlər lövhəyə düzüldükdən sonra gəlinciklə uşaqlar 
arasında  dialoq  qurulur.  Gəlincik  xoşladığı  (uşaqlarla  birlikdə) 
süfrələri  ad gününə qonaq gələcək dostlarının  qarşısına çıxarma­
ğa  tələsir.  Tərbiyəçi:  “Uşaqlar, çox sağolıın.  Hədiyyələriniz  mə­
nim  xoşuma  gəldi.  Yekunda  uşaqlar  “qonaqlıq”  mahnısını  oxu­
yaraq gəlinciyin ətrafına toplanırlar.
174


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə