M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə11/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   ...   7   8   9   10   11   12   13   14   ...   81

rind
ən  biri  olması  haqqında  elmi  fikir  son  zamanlarda  for-
malaşmışdır.  Məlum  olduğu  kimi,  bu fikir birmənalı  qarşı-
lanmır.  Bu  yaxınlara  qədər  Amerika  kitabxanaşünasları,  o 
cüml
ədən kitabxanaşünaslıq sahəsində bir çox qiymətli mo-
noqrafiyaları  və  nəzəri fikirləri olan C.X.Şira  kitabxananın 
struktur  quruluşunda  üç  elementin  –  sənədin,  oxucunun və 
kitabxanaçının  olduğunu  qeyd  etmiş  və  bu  quruluşu  üçbu-
caqla müqayis
ə etmişdir. (9. 285) 
XX 
əsrin kitabxana işinin inkişafında baş verən mühüm 
n
əzəri və praktiki dəyişikliklər, hesablama texnikasının inki-
şafı,  informasiya istehsalı və  yayılması  sahəsində əldə  edil-
miş  yeni mütərəqqi  iş  üsulları,  texniki vasitələrin,  ilk növ-
b
ədə  kompyuter  texnikasının  kitabxana  işinə  tətbiqi maddi-
texniki bazanın kitabxana işində mühüm və əvəzedilməz rola 
malik olmasını irəli sürdü. Dünya kitabxanaşünaslığında bu 
problemin h
əllinə  ciddi  elmi-tədqiqatlar həsr edilməyə  və 
h
ərtərəfli öyrənilməyə başlandı.  
H
ər bir dövrdə maddi-texniki bazanın inkişaf səviyyəsi, 
daim mövcud v
əziyyətin  ümumi  inkişaf  səviyyəsini müəy-
y
ən edən  əsas  faktor  olmuşdur.  Bu amil cəmiyyətin bütün 
f
əaliyyət və təsərrüfat sistemində mühüm əhəmiyyət daşımış, 
h
ər  hansı  fəaliyyət sahəsində  onun  inkişaf  səviyyəsi həmin 
sah
ənin ümumi inkişafını təmin etmişdir.  
  M
ədəniyyətin mühüm bir sahəsi və  informasiya 
ehtiyatlarının bazası kimi kitabxana işi daim ölkənin iqtisadi 
qüdr
ətindən və  səviyyəsindən  aslı  olaraq  inkişaf  etmiş  və 
c
əmiyyətdə  öz  sosial  funksiyasını  malik  olduğu  maddi-
texniki 
bazanın müqabilində yerinə yetirə bilmişdir.  
Qeyd etm
ək lazımdır ki, kitabxananın əsas elementləri 
32 


sistemind
ə  mühüm yer tutan maddi-texniki  baza elementi 
kitabxanaşünaslığın  digər elementləri ilə  qarşılıqlı  əlaqədə 
öyr
ənilir (memarlıq, texniki elmlər və s.) 
 
Rus  kitabxanaşünas  alimi  Y.N.Stolyarovun özünün 
1981-ci ild
ə nəşr etdirdiyi “Библиотека: Структурно-функ-
циональный  подход”  monoqrafiyasında  bu problemin hər-
t
ərəfli tədqiqi  əsasında  maddi-texniki  bazanın  kitabxananın 
dördüncü elementi olması fikrini əsaslandırmışdır. Y.N.Stol-
yarovun bu fikri dem
ək olar ki, kitabxanaşünas alimlər tərə-
find
ən birmənalı qəbul edilmiş və rus kitabxanaşünaslığında 
öz h
əllini tapmışdır.  
  Görk
əmli  kitabxanaşünas  alim,  Azərbaycan milli ki-
tab
xanaşünaslıq elminin banisi prof. A.Xələfov “Kitabxana-
şünasliğa  giriş”  dərsliyində  göstərir ki, maddi-texniki  baza-
nın  tərkibinə  kitabxananın  binası,  avadanlığı,  kitab fondu, 
mebeli, kitabxanadaxili n
əqliyyat, kitabxana proseslərini av-
tomatlaşdırma  və  mexanikləşdirmə  vasitələri,  surətçıxarma, 
çoxaldıcı  texnika,  enerji ehtiyat hissələri,  rabitə  vasitələri, 
kompyuter v
ə s. daxildir. Kitabxana sistemi daxilində kitab-
xana f
əaliyyətinin  optimallaşdırılması  üçün  maddi-texniki 
bazanı funksiyalarına görə iki hissəyə bölmək olar: 1) kitab-
xana prosesl
ərinin müntəzəm  aparıldığı  kitabxana  binası, 
otaqlar, 
qurğular; 2) kitabxana fəaliyyətinin müxtəlif növlə-
rini vahid prosesd
ə  birləşdirən texniki kommunikasiya 
qurğuları(texniki vasitələr və avadanlıqlar).  
Bu qeyd olunan vasit
ələrin məcmusu  hər bir kitabxa-
nanın normal fəaliyyətini təşkil edir. Belə ki, fondun, oxucu-
ların, kitabxanaçıların qarşılıqlı əlaqəsi onun zəminində baş 
verir.  
33 


Göründüyü kimi,  maddi-texniki baza kitabxana siste-
minin bütün dig
ər elementləri kimi,  sistemdaxili  əlaqələrin 
yaranmasında və qarşılıqlı əlaqələrin mürəkkəb proseslərində 
bilavasit
ə iştirak edir, bu elementlərin daha da təkmilləşməsi 
üçün şərait yaradır. Maddi-texniki bazanın kitabxana sistemi 
daxilind
ə əsas elementlərindən biri kimi qəbul edilməsi sis-
temin strukturunu daha da t
əkmilləşdirmiş, onun vəzifələrini 
aydınlaşdırmış, sistemin işləmə mexanizmini dinamik etmiş, 
kitabxana 
işinin  və  kitabxanaşünaslığın  inkişafına  əhəmiy-
y
ətli təsir göstərmişdir.  Maddi-texniki  bazanın  bir  element 
kimi  q
əbulu  kitabxanaşünaslığın  bir  sıra  elmlərlə,  məsələn: 
arxitektura il
ə, bir çox texniki elmlərlə, kompyuter texnikası 
v
ə informatika ilə əsas qarşılıqlı əlaqəsini ortaya çıxarmışdır, 
onların birgə fəaliyyəti üçün perspektivlər açmışdır.  
M
əhz bu səbəbdən də  kitabxanaşünaslıqda  maddi-
texniki  baza  elementi  kitabxananın  quruluşunu  təşkil  edən 
dig
ər elementlərlə  bir səviyyədə  öyrənilir.  Ona görə  ki,  hər 
bir element dig
ər elementin fəaliyyətinə şərait yaradır.  
Bu istiqam
ətdə  xarici ölkə  kitabxanaşünas  alimlərinin 
kifay
ət qədər elmi-tədqiqat işləri və təcrübi nailiyyətləri olsa 
da,  Az
ərbaycanda  kitabxananı  təşkil  edən “maddi-texniki 
baza” elementi ayr
ıca  elmi-tətqiqat obyekti və  predmeti 
olma
mışdır.  
M
əlumdur ki,  XX  əsrdə  Azərbaycanın  ictimai-siyasi, 
sosial-iqtisadi v
ə  mədəni həyatında  inkişaf  prosesi  heç  də 
dinamik v
ə tam uğurlu olmasa da, onu tam uğursuz da hesab 
etm
ək olmaz .  
XX 
əsrin sonunda Azərbaycan Respublikasının müstə-
qil dövl
ət kimi dünya birliyinin ölkələri  siyahısına  qoşul-
34 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə