M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Mənəvi mədəniyyətin maddi mədəniyyətdən fərqi



Yüklə 0,71 Mb.
səhifə166/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   162   163   164   165   166   167   168   169   ...   184
muhazire FELSEFEyeni

Mənəvi mədəniyyətin maddi mədəniyyətdən fərqi və onun spesifikliyi ilk növbədə ondadır ki, mənəvi mədəniyyətin yekun məhsulu bir sıra ən müsbət xassələrə malik olan ideal törəmədir. Onlardan ən başlıcası isə-onların istifadə olunmasının ən ümumi xarakteridir. Elə bir mənəvi dəyər yoxdur ki, idealda hamınınkı olmasın. Yevangiliyada deyildiyi kimi, beş çörəklə min adamı doydurmaq olmaz, lakin beş ideya və ya incəsənətin şah əsəri ilə bu mümkündür! Maddi nemət məhduddur, nə qədər çox adam ona göz tikirsə, bir o qədər onların hər birinə az pay düşür. Mənəvi nemətlərə gəldikdə isə vəziyyət əksinədir. Nə qədər çox adam mənəvi dəyərlərə sahib olursa onu artması ehtimalı çoxalır.

Mənəvi əməyin ən ümumi xarakterini həm də o şərtləndirir ki, ictimai istehsal iştirakçılarının ümumi çəkisində əqli əmək işçiləri həmişə azlıq təşkil edirlər. Bir tərəfdən cəmiyyət maddi neməti istehsal etməyən çox saylı adamları saxlamağa qadir deyil, digər tərəfdən isə cəmiyyətə bu qədər çox da lazım deyildir: axı bir Eynşteyn bir çox illər bütün universitetləri “təəccüb­ləndirə“, bir Şekspir isə dünyanın bütün teatrlarının repertuarını təmin edə bilər. Mənəvi əmək məhsulları lap əvvəldən ictimaidir və öz təbiəti etibarı ilə yalnız fərdi tələbat üçün nəzərdə tutulmamışdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə