M föVQƏladə hallarda əhaliNİn mühafiZƏSİ. KÖÇÜRMƏ TƏDBİRLƏRİ. Fövqəladə hallarda əhalinin mühafizəsi. Kollektiv mühafizə qurğuları



Yüklə 27,24 Kb.
səhifə3/5
tarix31.12.2021
ölçüsü27,24 Kb.
#81711
1   2   3   4   5
M-4

II. Kollektiv mühafizə qurğuları.

FH-da əhali arasında itkilərin qarşısının alınması və ya maksimum dərəcədə azaldılmasına yönəldilən mühəndis-texniki tədbirlər kompleksinə mühəndis-mühafizə sistemi deyilir.

Bu kompleksə (mühəndis tədbirlərinə) aid edilən əsas tədbirlərdən biri də mühafizə gurğularının inşaatıdır.

MM-nin mühafizə qurğuları FH-da insanların daldalanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədiilə istifadə edilməlidir.

FH-lar qəflətən yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafizəsi üçün ən etibarlı və səmərəli vasitədir.

Mühafizə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar təyinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, mühafizə xassəsinə görə belə təsnif edilir:

1) Təyinatına görə :

a) idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular;

b) əhalinin mühafizəsi üçün qurğular;

c) tibb məntəqəsi və sanitariya qovşaqları.

2) yerləşdirilməsinə görə:

a) bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində, kürsü və birnici mərtəbələrində);

b) Binadan ayrı tikilən qurğular.

3) tikilmə muddətlərinə görə:

a) əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrufat obyektlərinin planları üzrə tikilən);

b) əsaslı tikinti və rekonstruksiya prosesində tikilən qurğular;

c) teztikilən gurğular.

4) Yüklənən konstruksiyaların materialına görə:

a) dəmir-beton konstruksiyalı qurğular;

b) daş divarlı qurğular;

c) meşə materiallarından hazırlanmış konstruksiyalı gurğular.

5) Mühafizə xassələrinə görə:

a) sığınacaqlar;

b) radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar);

c) sadə daldalanacaqlar (sığınacaqlar və radiasiya daldalanacaqları çatışmadıqda).

Teztikilən sığınacaglar qısa müddətdə, birtipli layihələr üzrə, yerli tikinti bazasından və materiallarından istifadə etməklə sənaye üsulu ilə tikilməlidir. Teztikilən sığınacaqlardan əlavə hər yerdə sadə daldalanacaqların (üstü örtülən xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə 24-saat, kənt yerlərində isə 48-saat muəyyən edilmişdir.

Sığınacağın həcmi, planlaşdırma, konstruktiv və mühəndis texniki avadanlıqları.

Sığınacaq – orada sığınan insanların nüvə partlayışının zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanığın məhsullarının təsirindən muhafizəsini təmin edən hermetik mühəndis qurğusudur.

(Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqların bina ilə birgə tikilən və ayrı tikilən növləri ola bilər.

a) zirzəmidə .

b) yarım zirzəmidə,

c) binanın 1-ci mərtəbəsində.)

Sığınacaqlar tikilərkən yeri elə seçilməlidir ki,ora leysan yağışları nəticəsində, eləcədə yerin üzərində, ust mərtəbələrdə və qurğulardakı maye tutumları dağılarkən içəriyə su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir.

Sığınacaqların planlaşdırma həlli qənaitcil, quraşdırma baxımından sadə olmalıdır. Sülh dövründə bunlardan təsarrüfat ehtiyacları üçün istifadə edilmənin normal şəraitini təmin etməli, daldalanan insanların otaqlara asanlıqla girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verməlidir.

Sığınacaqlarda insanların daldalanması üçün nəzərdə tutulan otaqların ayrı-ayrılıqda sahəsi 25 m2, ümumi sahəsi isə 75 m2-dən az olmamalıdır. 2 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü 2.15 m-dən 2.9 m-dək, hər adamin oturması üçün 0.5 m2, uzanması üçün isə 0,55 x 1.80 m hesabı ilə yer nəzərdə tutulur . 3 mərtəbəli taxtlar qoyulan otaqların hündürlüyü 2.9 m-dən 3.5 m-dək, hər adamın oturması üçün 0.4m2 , uzanması üçün isə 0,55 x 1.80 m hesabı ilə yer nəzərdə tutulur.Otaqlardakı daxili havanın həcmi hər adam üçün 1.5 m3 hava nəzərdə tutulur .

Sığınacaqdakı otaqlar təyinatına görə 2 qrupa bölünür:

1) əsas təyinatlı otaqlar:

a) sığınma otaqları ,

b) idarəetmə məntəqəsi ,

c) tibb məntəqəsi .

2) yardımçı təyinatlı otaqlar:

a) süzgəcli ventillyasiya otağı ,

b) balonlar otağı (havanı oksigenlə zənginləşdirmək üçun balonlar) ,

c) sanitariya qovşaqları ,

d) su təchizatı ,

e) drenaj suvurma stansiyası ,

f) dizel elektrik stansiyası otağı ,

g) sığınacağın elektrik təchizatı ,

h) elektrik lövhəsi otağı ,

i) ərzaq saxlanılan ambarlar ,

j) tambur şlüzlər ,

k) mühafizə edilən giriş və çıxış qapıları .



Yüklə 27,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə