M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə8/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   4   5   6   7   8   9   10   11   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

25 

 

Heydər  Əliyev 1950-ci ildə Leninqradda Təhlükəsizlik Orqanının Ali 



Məktəbini bitirdikdən sonra Bakıda işləyir. Dövlət Təhlükəsizliyi 

Komitəsində  əks-kəşfiyyat  şöbəsində bölmə  rəisi təyin edilir. Qeyd etmək 

lazımdır ki, vaxt ilk dəfə idi ki, Heydər  Əliyev azərbaycanlı kimi bölmə 

rəisi idi. 1953-cü ilin sonunda o, şöbə rəisi təyin olunur, bu da nadir hadisə 

idi.  Şöbə  rəisi kimi böyük çətinliklərlə qarşılaşsa da, bu orqanda 

sağlamlaşma aparmaq, yeni gənc kadrları işə qəbul etmək sahəsində böyük 

fəallıq göstərir. Heydər  Əliyev illəri belə xatırlayırdı: «cəsarətli addımlar 

atmağa, təmizləmə işləri görməyə başladım, həmin şöbədə işləyən bir neçə 

zabitin cinayətkar olduqlarına görə  həbs edilməsinə, cəzalandırılmasına, 

işdən çıxarılmasına nail oldum. Xatirimdədir, 1954-cü ilin əvvəl i idi. Mən 

başladım təmizləmə  işləri aparmağa... Bir dəfə, iki dəfə, üç dəfə bu 

addımları atdım və sonra, 1955-ci ildə  də bunların, həmin cəsarətli 

addımlarımın qurbanı oldum. Amma öz inadımdan dönmədim, həmin 

təmizləmə işlərinə başladım».

1

 

Məhz onun bilavasitə iştirakı və rəhbərliyi ilə 1953-cü ildən təhlükəsizlik 



orqanlarında təmizləmə, milli kadrların irəli çəkilməsi prosesi başlayıbdır. 

(Diaqrama bax.) Heydər Əliyev deyirdi: «Deyə bilərəm ki, təxminən 1953-

cü ildən saflaşma, sağlamlaşma prosesi gedib və  mən də bu prosesin 

bilavasitə  iştirakçısı, son illərdə  təşkilatçısı olmuşam və vaxtlar bu işləri 

görmüşəm».

2

 



1960-cı ildə  təhlükəsizlik orqanlarında aparılan ixtisar nəticəsində beş 

şöbə birləşdirildi və Heydər Əliyev birləşmiş şöbəyə rəis təyin edildi. Onun 

bilavasitə  iştirakı ilə  gənc kadrlar irəli çəkildi. Rəhbər vəzifələrdə 

azərbaycanlıların sayı artdı. Heydər  Əliyev 1964-cü ildə Azərbaycan SSR 

Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini

1967-ci ildə  sədri vəzifəsinə irəli çəkilmişdi. Təhlükəsizlik orqanında 

işləyən vaxt SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində 

xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 may 1962-ci il 

 

                                                 



1

Heydər  Əliyev. Respublikanın milli təhlükəsizlik orqanları  əməkdaşlarımn peşə bayramı gününün təsis 

edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitqi. «Azərbaycan» qəzeti, 6 iyul 1997-ci il

 

2



 

Yenə orada

 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

26 

 

tarixli fərmanı ilə Heydər Əlirza oğlu Əliyev Qırmızı Ulduz ordeni ilə təltif 



edilmişdi. Bu dövrdə onun respublikaya, xalqına xidməti sahəsində daha 

geniş imkanları yaranır, fəaliyyəti genişlənir. 

«1968-ci ildə  mən respublikada Dövlət Təhlükəsizlik Komitəsinin sədri 

idim. Universitetdə bir neçə adam Azərbaycan tarixini araşdırarkən 

Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, 

Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdi, yaxud elə-belə 

girmişdi, ya da məcburi girmişdi. Bunu vaxtlar şişirtdilər... Bu böyük bir 

iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa 

fikirləri var, dövlət mövqeyindən kənarda yaşayırlar və s.»

1

 



1964-cü ildə Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyi qeyd 

edilirdi. Akademik Z.Bünyadov başda olmaqla respublika tarixçilərindən bir 

neçə nəfəri bu birləşmənin könüllü şəkildə olmadığını qeyd edirdilər. Buna 

görə  də Z.Bünyadovu cəzalandırmağa səy edilir. Heydər  Əliyev öz 

səlahiyyətlərindən istifadə edərək bu aksiyanın həyata keçirilməsinin 

qarşısının alınmasında öz xidmətini göstərir. deyirdi: «Mən  şəxsən Ziya 

Bünyadovun illərdə xidmətlərinə çox yüksək qiymət vermiş  və bu 

xidmətləri qiymətləndirmək üçün əlimdən gələni etmişdim».

2

 

Təhlükəsizlik Komitəsindəki fəaliyyəti zamanı o, Azərbaycan xalqının 



mənafeyini qorumağa, onun açıq fikirli övladlarını əsassız təqiblərdən xilas 

etməyə çalışırdı. Heydər Əliyev Təhlükəsizlik Komitəsində rəhbər vəzifədə 

işlədiyi vaxtda da milli xüsusiyyətlərin, milli mentalitetin, milli şüurun 

inkişaf etdirilməsinin təmin edilməsinə xüsusi əhəmiyyət verirdi. 

1969-cu il iyulun 14-də keçmiş Azərbaycan Kommunist Partiyası 

Mərkəzi Komitəsinin plenumu keçirildi. Plenumda keçmiş Sov.İKP-nin 

katibi İ.V.Kapitonov və Sov.İKP bölmə müdiri Y.M.Startsev iştirak edirdi. 

Müzakirəyə bir məsələ - təşkilat məsələsi qoyulmuşdu. Plenumu 

Azərbaycan KP MK-nın birinci katibi V.Y.Axundov açıq elan edir və sözü 

İ.V.Kapitonova verir. O, son illərdə respublikanın iqtisadi və mədəni 

                                                 

1

 



Heydər Əliyev və Bakı Dövlət Universiteti. Bakı, 1997, səh. 56

 

2



 

«Azərbaycan» qəzeti, 25 fevral 1997-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

27 

 

inkişafının ümumi xarakteristikası və meydana gələn geriliyindən məlumat 



verməklə Sov.İKP MK-nın bu məsələlərə diqqət verdiyi barədə plenum 

üzvlərinə  və  iştirakçılarına məlumat vermişdi. Son on ildə Azərbaycan 

Kommunist Partiyası  Mərkəzi Komitəsinin birinci katibi işləyən 

V.Y.Axundov respublikanın iqtisadiyyatı  və  mədəniyyətini inkişaf 

etdirmək, təşkilat və ideoloji işi yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi 

etmiş  və xeyli qüvvə  sərf etmişdi. Lakin son vaxtlar V.Y.Axundovun 

səhhəti pisləşmişdi və bunu özü də başa düşürdü ki, birinci katib vəzifəsində 

respublika qarşısında duran böyük və mürəkkəb işləri həyata keçirmək onun 

üçün çətindir. Bununla əlaqədar olaraq Sov. İKP MK-ya elmi işə keçirilməsi 

haqqında xahişlə müraciət etmişdi. Məlum idi ki, o, tibb elmləri doktoru, 

professor kimi elmi işə meyl edir. 

Sov.  İKP MK-nın katibi İ.V.Kapitonov çıxışında qeyd etmişdi ki, 

Azərbaycan yüksək inkişaf etmiş  sənaye ölkəsidir. Çoxşaxəli kənd 

təsərrüfatı strukturana malikdir. Böyük miqyasda tikinti işləri aparılır. Elm 

və  mədəniyyət inkişaf edir. Bir sözlə, respublikanın təsərrüfatı böyükdür, 

eyni zamanda olduqca mürəkkəbdir. Respublikada bir çox problemlər, həll 

edilməmiş  vəzifələr, çətinliklər və çatışmazlıqlar vardır. Bütün bunları  və 

V.Y.Axundovun səhhətini nəzərə alaraq partiyanın Mərkəzi Komitəsi onun 

xahişini yerinə yetirməyi qərara almışdır.

1

 



Azərbaycan Kommunist Partiyasının 1969-cu il 14 iyul tarixli plenumu 

respublika partiya təşkilatının birinci katibliyinə namizəd məsələsini də 

müzakirə etdi. Bu məsələ  hələ bu vaxta qədər Sovet İttifaqı Kommunist 

Partiyası  Mərkəzi Komitəsində uzun müddət və  hərtərəfli araşdırılmışdı. 

Birinci katib vəzifəsinə bir çox namizəd irəli sürülmüş  və müzakirə 

edilmişdi. Ciddi və  hərtərəfli öyrənildikdən sonra Sov. İKP Mərkəzi 

Komitəsi Heydər Əliyevin namizədliyi üzərində dayanmışdı. İ.V.Kapitonov 

plenum üzvlərinin Heydər  Əliyevi yaxşı tanıdıqlarını  nəzərə alaraq onun 

haqqında Mərkəzi Komitənin fikrini çatdıraraq demişdi: 

                                                 

1

 

Rusiyanın Dövlət Sosial-Siyasi Tarix Arxivi. Fond 17, siyahı 105, iş 1238, vərəq 239; Azərbaycan Respublikası 



Siyasi Partiyalar və İctimai-Siyasi Hərəkatlar Arxivi. Fond 1, siyahı 56, iş 5, vərəq 9 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə