M İ L L İ K İ T A B X A N A
____________________________________
19
Rusiya Federasiyasının Dövlət Ən Yeni Tarix Arxivində Sov.İKP MK-
nın 1989-cu il 25 aprel tarixli plenumunda M.Qorbaçovun Sov.İKP MK
üzvlərinin, (o cümlədən, H.Ə.Əliyevin) üzvlüyə namizədlərin, Sov.İKP-nin
mərkəzi təftiş komissiyasının üzvlərinin öz səlahiyyətlərini dayandırmaları
haqqında məruzəsi və H.Ə.Əliyevin plenumda çıxışının mətni saxlanılır.
Rusiya Federasiyasının iqtisadi arxivində saxlanılan sənədlər,
protokollar, H.Ə.Əliyevin İttifaq Nazirlikləri və idarələrinin iclaslarında,
müşavirələrində iştirakı, çıxışları və bu məsələlər üzrə qarşıya qoyduğu
tapşırıqlar İttifaq üzrə onun fəaliyyətini işıqlandırmaqda olduqca
əhəmiyyətlidir. Onlardan: Azərbaycan KP MK-nın və Azərbaycan SSR
Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetinin sədrinin müavini N.A.Tixonova
«Azərbaycan SSR neftçıxarma sənayesinin yenidən qurulmasının
sürətləndirilməsi haqqında» 1975-ci il 21 mart tarixli məktubu (Fond 4372,
siyahı 66, iş 7260, vərəq 119-120); SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini H.Ə.Əliyev tərəfindən imza edilmiş (14 yanvar 1983-cü ildə) üzrə
ikitərəfli hərəkətin açılmasına dair hökumət tapşırığı və buna aid materiallar
(Fond 4372, siyahı 67, iş 5305, vərəq 64-67); SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini H.Ə.Əliyevin yanında 1983-cü il fevralın 17-də «Lvov
dəmir yolunda yük daşınmasının təmin edilməsi tədbirləri haqqında»
müşavirənin protokolu (Fond 4372, siyahı 67, iş 5297, vərəq 202-204);
SSRİ Nazirlər Soveti Komissiyasının H.Ə.Əliyevin sədrliyi ilə keçirilən
«Baykal-Amur dəmir yolu magistralının tikintisi haqqında» iclasının (4 mart
1983-cü il) 1 №-li protokolu (Fond 9538, siyahı 1, iş 4652, vərəq 104-115);
2 №-li protokolu (Fond 4372, siyahı 67, iş 6149, vərəq 222-231)
(07.06.1984); SSRİ Nazirlər Soveti sədrinin birinci müavini H.Ə.Əliyevin
yanında 16 dekabr 1983-cü ildə «RSFSR Avtonəqliyyat Nazirliyi və Baş
Moskva Avtonəqliyyatının işi haqqında» müşavirənin protokolu (Fond
4372, siyahı 67, iş 6147, vərəq 179-184); H.Ə.Əliyev tərəfindən BAM-ın
tikintisinə dair imzalanmış hökumət tapşırığı və ona aid materiallar (Fond
4372, siyahı 67, iş 6149. vərəq 48-50); H.Ə.Əliyev tərəfindən imzalanmış
1985-ci ildə sağlamlıq obyektlərinin tikintisi və təchizatı haqqında hökumət
tapşırığı (Fond 40, siyahı 10, iş
M İ L L İ K İ T A B X A N A
____________________________________
20
6045, vərəq 73-77); SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
H.Ə.Əliyevin yanında «1986-cı ildə yüngül sənaye və ticarətdə işlərin
yekunu və 1987-ci ilin vəzifələri haqqında» müşavirənin protokolu (Fond
467, siyahı 1, iş 10834, vərəq 60-72); Nəqliyyat Tikintisi Nazirliyi
kollegiyasının və Dəmir Yolu Nəqliyyatı və Nəqliyyat Tikintisi Fəhlələrinin
Mərkəzi Komitələrinin Rəyasət Heyətlərinin və avtomobil nəqliyyatı və
şose yolları fəhlələri həmkarlar ittifaqları Mərkəzi Komitəsinin Rəyasət
Heyətinin geniş iclasının stenoqramı, geniş iclasda Heydər Əliyevin çıxışı»
(Fond 9538, siyahı 1, iş 5061, vərəq 80-108; iş 5064, vərəq 109-266) və
başqaları xüsusi qeyd edilməlidir.
Rusiya Federasiyasının Dövlət Arxivində SSRİ Ali Sovetinin
sessiyalarında: (səkkizinci çağırış 1970; doqquzuncu çağırış 1974; onuncu
çağırış 1979; on birinci çağırış, 1984) Ali Sovetinin deputatı H.Ə.Əliyevin
çıxışları, onun şəxsi işinin surətləri, SSRİ Ali Sovetinin H.Ə.Əliyevin dövlət
mükafatları ilə təltif edilməsi və onun vəzifələrə təyin edilməsi (SSRİ
Nazirlər Sovetinin 1982-ci il 23 noyabr tarixli H.Ə.Əliyevin SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilməsi haqqında qərarı) haqqında
qərarlar və fərmanlar, həmçinin H.Ə.Əliyevin SSRİ Ali Soveti Rəyasət
Heyətinin 5 oktyabr 1977-ci ildəki iclasında çıxışının stenoqramı (Fond
7523, siyahı 115, iş 237); SSRİ Nazirlər Soveti sədrinin birinci müavini
kimi SSRİ Sovetinin iclasında «SSRİ-də əmək kollektivləri və
müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində onların rolunun
artırılması haqqında» Qanun layihəsi haqqında məruzəsinin stenoqramı
(siyahı 134, iş 244) və i.a. saxlanılır ki, onlardan istifadə edilməsinə müəllif
xüsusi diqqət yetirmişdir (RSFSR Dövlət Arxivi, Fond 7523, siyahı 132,
113, 102, 141, 82, 134 və i.a.).
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin 1970-80-ci
illərdə Sov. İKP MK-ya, onun Baş Katibi L.İ.Brejnevə, SSRİ Nazirlər
Sovetinə məktubları, təqdimatları, hesabatları, təklifləri, müraciətləri və
başqa sənədlər ilk dəfə elmi dövriyyəyə daxil edilir və qiymətli
mənbəşünaslıq bazası kimi elmi təhlilə cəlb edilir (Rusiya Dövləti Ən Yeni
Tarix Arxivi, Fond 5, Siyahı 3, 61, 62, 63, 64, 65, 66, 67, 68, 75, 84, 88).
M İ L L İ K İ T A B X A N A
____________________________________
21
Rusiya Federasiyasının Arxivlərindən istifadə edilən bu materiallar son
dövrə qədər «məxfi» qrifi ilə saxlanılırdı. Müəllif tərəfindən ilk dəfə olaraq
elmi dövriyyəyə daxil edilir.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin şəxsi arxivində
saxlanılan materiallardan istifadə edilməsi xüsusi əhəmiyyət daşıyır.
Prezidentin şəxsi arxivi ilk dəfə müəllif tərəfindən istifadə edilir. Şəxsi
arxivdə sənədlər, materiallar aşağıdakı irihəcmli qovluqlarda toplanmışdır.
- Sov.
İKP MK-ya göndərilən və Azərbaycan KP MK-nın birinci
katibi H. Ə. Əliyev tərəfindən imza edilmiş Azərbaycan KP MK-nın bürosu
protokollarından çıxarışlar, məktublar, məlumatlar və teleqramlar (1974-
1978-ci illər);
- «Sov.
İKP MK-ya göndərilən və Azərbaycan KP MK-nın birinci
katibi Heydər Əliyev tərəfindən imza edilmiş Azərbaycan KP MK-nın bü
rosu protokollarından çıxarışlar, məktublar, məlumatlar və teleqramlar
(1979-1982-ci illər)»;
- «H.Ə.Əliyevin nitqləri, çıxışları, həmçinin onun iştirakı ilə keçirilən
tədbirlər haqqında SİTA-nın və digər kütləvi informasiya vasitələrinin
məlumatları (1980-1990; 1991-2000-ci illər)»;
- «H.Ə.Əliyevin nitqləri və çıxışları (1970-1980-ci illər)»;
- «H.Ə.Əliyevin nitqləri, çıxışları (1980-1990-cı illər)»;
- «H.Ə.Əliyevin iyul 1983 - aprel 1989-cu illərdə fəaliyyətini əks
etdirən RF-nin arxivlərində saxlanılan sənədlərin surətləri»;
-
«RF-nin iqtisadiyyat arxivində H.Ə.Əliyevin fəaliyyətini əks etdirən
müşavirələrin protokollarının, qətnamələrin surətləri (1983-1987-ci illər)»;
- «SSRİ Nazirlər Soveti sədrinin birinci müavini H.Ə. liyev tərəfindən
imzalanan SSRİ Nazirlər Sovetinin sərəncamları».
Yuxarıda qeyd edilən sənədlər, materiallar monoqrafiyanın yazılmasında
istifadə etdiyimiz ilk mənbələrin əsas məcmusunu təşkil edir.
Dostları ilə paylaş: |