M ü n d ə r I c a t


 Biosenozda qida əlaqələri



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə21/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   229

46 

 

1.6.6. Biosenozda qida əlaqələri 

1.

 

Rəqabət canlılar arasında çox geniş mənalı bioloji anlayışdır.  



2.

 

Amensalızm (- 0) – iki növdən biri neytral qalır, digəri zərər çəkir.  



3.

 

Məsələn, hündür ağac və onun kölgəsində bitən ot, kif göbələyi və  



bakteriyaların  qarşılıqlı  təsiri.  Amensalizm  –  antibiozun  formalarından 

biridir və ya allelopatiyanın (orqanizmlərin maddələr mübadiləsi nəticəsində 

yaranmış  spesifik  təsir  göstərən  kimyəvi  maddələrlə  bir-birinə  qarşılıqlı 

təsiri) son formasıdır.   

4.

 

Kommensalizm  (+  0)  –  qida  əlaqəsi  əsasında  yaranmış  qarşılıqı 



münasibətdir,  iki  növdən  biri  faydalanır,  digəri  neytral  qalır.  Məsələn, 

otyeyən  heyvanların  peyinindəki  bitki  toxumları  ilə  quşlar  qidalanır.  Misir 

vağı iribuynuzlu heyvanların üstündə oturub öz ovunu axtarır.  

5.

 



Protokooperasiya (+ +) – bu əlaqədə hər iki tərəf faydalanır: çiçəyə 

qonmuş  kəpənək,  timsaha  ―diş  həkimliyi‖  edən  quşlar,  camış  və  onun 

ğənələri ilə qidalanan sığırçın  və s. Qışda qar üzərində ular tur sürülərinin 

arxasınca  gedir.  Canavar  yaxınlaşdıqda  onlar  fit  çalaraq  qaçırlar,  beləliklə 

turları canavarlardan qoruyurlar.  

Mutualizm  (+  +)  –  canlılar  arasında  protokooperasiyadan  daha  çox 

inkişaf etmiş əlaqə formasıdır. Mutualizm əlaqəsində iki növdən biri olma-

yanda digəri yaşaya bilməz. Məsələn, çarpaz tozlanan bitkilər və həşaratlar.  

6.

 

Yırtıcılıq  –  heyvan  özü  böyüklükdə  və  özündən  böyük  heyvanı 



yeyir.  

7.

 



Parazitizmdə - canlı bütün ömrünü və ya ömrünün müəyyən hissə-

sini (mərhələsini) başqa orqanizmin hesabına yaşayır.  

Parazitizm 3 yolla əmələ gəlir.  

1.

 



Yırtıcılıqdan parazitizmə keçmək yolu.  

2.

 



Canlı bədənə təsadüfən daxil olub orada yaşama yolu.  

3.

 



 Orqanizm  üzərində  zərərsiz  məskən  salıb  tədricən  parazitizmə 

keçmək yolu.  



 

1.7.   Ekosistemlər, onlarda biokütlə, enerji və say piramidaları 

                                                     Biz Yeri atalarımızdan MİRAS almamışıq  

                                                    Biz onu uşaqlarımızdan BORC almışıq.  

                                                                         (BMT-nin materiallarından) 

 

1.7.1.  Ekologiyanın tədqiqatının predmeti nədir?  

Ekologiya orqanizmdən yüksəkdə duran daha mürəkkəb olan canı sis- 

temin funksiyalaşması və təşkilini öyrənir. Bu sistemlər ekoloji sistemlər və 

ya ekosistem adlanır.  

Ekosistem – canlı və cansız komponentlərin hüdudsuz  davamlı  siste 



47 

 

midir. Bu sistemdə informasiya, maddə və enerjinin xarici və daxili dövranı 



həyata  keçirilir.  Misal  kimi  meşə  ekosistemlərini,  torpağı,  hidrosferi  və  s. 

göstərmək  olar.  Ekosistem  trofik  və  xoroloji  (məkan)  əlaqələri  ilə  birləşən 

fitosenozları,  zoosenozları,  mikrobosenozları,  mikosenozları;  mühit  faktor-

larını – ekotop-klimatop və edafotopu (torpaq-mühit şəraiti) əhatə edir (Rey-

mers,1990).    

Ölçülərinə və miqyasına görə ən böyük ekosistem biosferdir. Biosfera 

-  Yerin bütün  canlılrını  əhatə  edən və  bizim planetin cansız mühiti ilə  qar-

şılıqlı əlaqədə olan, hansı ki, onlar bir tamlıq təşkil edir, Yerin aktiv qatıdır. 

Bizim planetdə biosfer 3 milyard ildir ki, mövcuddur, soyuq entropiya ölü-

mü tendensiyasının əksinə olaraq, o böyüyür və mürəkkəbləşir; o ağıllı hə-

yat və sivilizasiyaya daşıyır. Biosfera insan yaranmamışdan çox əvvəl möv-

cud idi və onsuz keçinə bilər. Əksinə, insanın mövcudluğu biosfersiz müm-

kün  deyil.  Bütün  qalan  ekosistemlər  biosferin  daxilində  yerləşir  və  onun 

sistemaltlığıdır. Bitkiliyin hər hansı  əsas tipi ilə xarakterizə olunan nəhəng 

ekoloji sistemlər – biom adlanır. Məsələn, səhra biomu və ya rütubətli tropik 

meşə  biomu.  Ən  kiçik  sistem  populyasiyalardır  –  eyni  mənşəli,  müəyyən 

ərazi  tutan  bir  növün  fərdlər  qrupunu  özündə  birləşdirir.  Populyasiyadan 

daha mürəkkəb olan sistem verilmiş ərazini tutan biosenozlardır. Beləliklə, 

populyasiya,  biosenoz,  biom,  biosfera  ierarxik  qaydada  kiçikdən  böyüyə 

yerləşirlər.  Bunlar  mikro,  mezo,  makro  və  qlobal  ekosistemlər  adlanırlar. 

Mikroekosistem  –  məsələn,  meşədəki  tək  çürümüş  kötük,  ağac  üzərindəki 

şibyə yastığı və s. Mezoekosistem – meşə, çəmən, səhra. Makroekosistem – 

okean. Qlobal ekosistem – biosferadır.  

İerarxik təşkilin mühüm nəticəsi ondan ibarətdir ki, ierarxik pilləkənin 

hər  sonrakı  daha  iri  funksional  vahidinin  pilləsində  yerləşən  komponentlər 

əvvəlki pillədə olmayan  yeni  xüsusiyyətlər qazanır. Bu xüsusiyyətləri  yeni 

səviyyəni  təşkil  edən  komponentlərin  xassələrinə  görə  əvvəldən  söyləmək 

olmaz. Bu prinsip emercentlik adını aldı. Onun mahiyyəti: tamın (bütövün) 

xassəsini  onu  təşkil  edən  hissəciklərin  xassələrinin  cəmi  kimi  qəbul  etmək 

olmaz. Məsələn, atomar səviyyədə olan hidrogen və oksigen birləşdikdə ta-

mamilə yeni xassəyə malik olan su molekulunu yaradırlar. Başqa bir misal, 

bəzi  yosunlar  və  bağırsaqboşluqlular  mərcan  rifləri  sistemini  yaradırlar. 

Mərcan  riflərinə  məxsus  olan  nəhəng  məhsuldarlıq  və  müxtəliflik  –  yalnız 

rif  cəmiyyətinə  xas  olan  emercent  xüsusiyyətdir.  Heç  cür  onu  təşkil  edən 

biogen elementlərinin miqdarı az olan komponentlərə xas deyil.  

Ekosistemdə  orqanizmlərin  fəaliyyəti  öz  bioloji  təlabatlarına  uyğun 

geokimyəvi  mühit  yaradır.  Atmosferin  kimyəvi  tərkibinin  və  yerin  güclü 

buferləşmiş  fiziki  mühiti  Günəş  sistemində  olan  digər  planetlərdən  kəskin 

fərqlənməsi  faktı  Gey  hipotezinin  formalaşmasına  imkan  yaratdı.  Bu 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə