M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə30/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   229

66 

 

 



findən  dəyişdirilən  ekosistemlərdir.  Bura  kənd  təsərrüfatı  tarlaları,  bağlar, 

üzümlüklər, tarlaqoruyucu meşə zolaqları və s. aiddir. 

Aqroekosistemlərin əsası aqrosenozlar hesab olunur. 

Aqrosenozlar - kənd təsərrüfatı istehsalı torpaqlarmda kənd təsərrüfatı 

məhsulları  əldə  etmək  məqsədilə  yaradılan  biosenozlardır.  Bu  bio-senozlar 

muntəzəm  olaraq  insan  tərəfindən  saxlanmış  biotik  qruplaşma-lar  olub, 

ekoloji  baxımdan  az  davamlı,  lakin  yüksək  məhsuldar  bir  və  ya  bir  neçə 

seçilmiş bitki və yə heyvan növləridir (çeşidlər, cinslər). 

 

2.1.2Aqrar landşaft  

Landşaftın (bozqır, tayqa, çəmən, meşə və s.) kənd təsərrüfatınm təsiri 

ilə dəiyşilərək formalaşan ekosistemlər aqrolandşaft adlanır. 

XX  əsrin  əvvəllərinə  qədər  aqroekosistemlər  kifayət  qədər  müxtəlif 

olmuşdur:  xam  torpaqlar,  meşələr.  çoxsahəli  oturaq  təsərrüfatları  olan  ra-

yonlar az dəyişikliyə məruz qalmışdır. Aqroekosistemlər öz ilkin nümayən-

dələrinə (yabanı bitkilər) malik idi, insanlar bu bitkilərlə bila-vasitə ov və ev 

heyvanlarını yeməklə dolayısı yolla qidalanmışlar. İlkin bitkilər avtotroflar 

insanları bitki lifləri və meşə materialları ilə təmin edirdi. İnsan bu ekosis-

temlərin  əsas  konsumenti  sayılırdı,  burada  həmçinin  çoxlu  miqdarda  vəhşi 

və  ev  heyvanları  böyük  kutlə  təşkil  edirdi,  insan  tərəfındən  istifadə  olunan 

məhsullar tullantılara transformasiya olunur, onlar isə redusentlər və ya des-

truktorlara  parçalanaraq  və  həzm  edilərək sadə  maddələrə  (nitratlar, fosfat-

lar, digər mineral birləşmələr) çevrilir, onlar isə fotosintez prosesində yeni-

dən avtotroflar tərəfındən istifadə olunur. 

Torpaq və suyun özünütəmizləmə prosesi tam gedirdi və ekosistemdə 

maddələrin  dövranı  pozulmurdu.  İnsanın  qidalanması  zamanı  maddələr 

mübadiləsi prosesində kimyəvi enerji şəklində aldığı günəş enerjisinin axmı 

(adambaşma  sutkada  4000  kkal),  insanın  istilik  (odun  yandırması)  və  me-

xaniki (çəkici qüvvə) şəklində təxminən istifadə etdiyi  enerjinin miqdarına 

bərabər idi. 

XIX əsrə kimi aqrar sivilizasiya prosesində bir vegetasiya dövrü ərzin-

də ilkin konsumentlər tərəfindən toplanan, həmçinin çox illər ərzində ağac-

lar  tərəfindən  akkumulyasiya  olunan  enerjidən  istifadə  olunurdu.Bir  insan 

tərəfındən istifadə olunan enerjinin umumi miqdarı (22000kkal/sutka), insa-

nın  neolit  dövründə  istifadə  etdiyi  enerjidən  cəmi  ikidəfə  (sutkada  10000 

kkal-a qədər) artıq təşkil edirdi. 

Beləliklə,  aqrar  sivilizasiya  təşəkkül  tapdığı  zaman  insan  ekosistemi 

yüksək  səviyyəyə  -  homeostaza  malik  idi.  Ekosistemin  antropogen  dəyiş-



67 

 

məsinə baxmayaraq, insan fəaliyyəti biogeokimyəvi dövrana daxil idi və o, 



biosferdə enerji axınını dəyişdirmirdi. 

XX  əsrdə  kənd  təsərrüfatı  istehsalmm  artmasının  təsiri  nəticəsində 

Yerin  biosferinin  bərpa  olunmaz  qlobal  dəiyşməsi  kəskin  gücləndi.  XX 

əsrin 70-90-cı illərində intensiv texnologiyanm (monokultura, yüksək məh-

suldar  muhafızə  olunmayan  bitki  çeşidləri,  aqrokimyəvi  maddələr)  tətbiq 

olunması  su və kulək eroziyası,  təkrar şorlaşma, torpağın  gücdən düşməsi, 

torpağın  deqradasiyası,  edafon  və  mezofaunanm  kasatlaşması,  meşəlik 

faizinin azalması, şumlanan sahələrin artması və s. ilə müşayiət olunur. 

XIX  əsr  və  XX  əsrin  birinci  yarısında  aktiv  məskunlaşma  başladı  və 

planetin  münbit  torpaqları  zəbt  edildi.  Antropogen  təsirlərdən  nisbətən 

«azad»  ərazilər  mənimsənilməsi  çoxlu  vəsait  tələb  olunan  olduqca  mürək-

kəb  şəraitdə  yerləşir,  bura  həmçinin  biosferin  ekoloji  funksiyasının  stabil-

liyini  qoruyub  saxlayan  ərazilər,  məsələn,  tropik  meşələr,  Milli  parklar  və 

qoruqlar aiddir. 

XX  əsrin  ikinci  yarısında  həm  təbii  sistemlərin,  həm  də  insan  tərə-

findən yaradılan aqrosenozların ilkin bioloji məhsuldarlığı haqqında təxmini 

məlumatlar  təqdim  edildi.  O,  bununla  yanaşı,  ayrı-ayrı  təbii  sistem-lərin 

tərkibinin  potensialı  da  müzakirə  olunurdu  (cədvəl  2.2).  Bütövlükdə  pla-

netimiz üçün fotosintezin iqlim potensialı hesabına üzvi maddələrin nəzəri 

maksimum  məhsulünü  ildə  330  mlrd.  ton  qəbul  etmək  olar.  Maksimum 

məhsul  əldə  etmək üçün kənd təsərrüfatı ekosistemləri inkişaf  etdikcə,  Yer 

üzərində təbiətə təsirlər daim artır.  

Əmək  alətlərinin  təkmilləşdirilməsi,  çoxlu  miqdarda  qida  maddələri 

tələb  edən  yüksək  məhsuldar  bitkilərin  və  sortların  tətbiqi  təbii  proseslərin 

kəskin  pozulmasına  səbəb  olur.  Əsaslandırılmamış  əkinçilik  üsulları  və 

əkinçilik  sistemi  səhralaşmaya  yol  açır:  torpaqdan  səmərəsiz  istifadə 

olunması,  torpağın  muhafızə  texnologiyasına riayət  edilməməsi  nəticəsində 

torpaq eroziyası və münbitliyin itirilməsi; suvarılan ərazilərin şorlaşması və 

bataqlaşması;  torpağın  üst  horizontlarınm  hədsiz  bərkiməsi  sayəsində 

strukturunun  dəyişməsi;  uzun  müddət  yalnız  bir  bitki  növünün  becərilməsi 

nəticəsində təbii landşaftların bioloji müxtəlifliyinin aşağı düşməsi; suvarma 

məqsədilə  sudan  intensiv  istifadə  olunması  ilə  əlaqədar  sutoplayan 

horizontlarda  suyun  azalması  (tükənməsi)  sayəsində  yeraltı  suların 

defisitliyinin  artması;  kənd  təsərrüfatı  sahələrindən  daxil  olan  pestisid 

qalıqları  va  nitratlarla  səth  və  yeraltı  suların  çirklənməsi;  kənd  təsərrüfatı 

fəaliyyəti  ilə  məskənlərinin  və  yaşayış  yerlərinin  dağılması  nəticə¬sində 

vəhşi heyvanların məhv olması və s. 

 

 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə