Magistratura məRKƏZİ


Qrafik 1. Nominal kredit və deposit faizləri



Yüklə 0,67 Mb.
səhifə7/8
tarix21.10.2017
ölçüsü0,67 Mb.
#6368
1   2   3   4   5   6   7   8

Qrafik 1.

Nominal kredit və deposit faizləri



Mənbə: AMB

Hesabat ilində pul kütləsinin həcminin və bank sistemində likvidlik səviyyəsinin tənzimlənməsi məqsədilə məcburi ehtiyat normalarından da istifadə olunmuşdur. Pul kütləsinin dəyişimindəki son meyilləri nəzərə alaraq, habelə faiz dərəcələrinin enməsinə şərait yaratmaqla iqtisadi artıma dəstək vermək məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 26 fevral tarixli qərarına əsasən bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 2%-dən 0.5%-ə endirilmişdir. Mənbə: AMB

2015-сi ildə manatla pul kütləsinin dinamikası əsasən valyuta bazarında baş verən proseslərin təsiri altında formalaşmışdır.Hesabat ilində manatla pul bazası 40.2% azalaraq ilin sonuna 6901.8 mln.Manat təşkil etmişdir.Pul bazasının həcminə dollarlaşma və hökumət hesabları qalıqlarınındəyişimi azaldıcı, digər amillər isə (Mərkəzi Bankın apardığı likvidlik əməliyyatları) artırıcı təsir etmişdir.

Bank sisteminin pul yaratma qabiliyyətini ifadə edən pul multiplikatorunun səviyyəsində azalma müşahidə olunmuşdur.Bununla əlaqədar olaraq, pul kütləsinin azalma tempi pul bazasının azalma tempini üstələmişdir.



Qrafik 2.

Manatla pul kütlasi multiplikatoru



Mənbə: AMB

İl ərzində manatla geniş pul kütləsi (M2) 50.6% azalaraq dövrün sonuna 8613.1 mln.manat təşkil etmişdir. Geniş mənada manatla pul kütləsi əsasən nağd pul kütləsi hesabına azalmışdır. Bununla belə 2015-ci il ərzində nağdlaşma göstəricisi (M0/M2) 2.78 faiz bəndi azalmışdır. Mənbə: AMB

Hesabat ili ərzində geniş pul kütləsi (M3) 1.2% azalaraq 21318.6 mln. manat

olmuşdur. M3 pul aqreqatının ÜDM-ə nisbəti 2014-cü ildə 36.5% olduğu halda 2015-ci ildə bu rəqəm 39.2%-ə yüksəlmişdir.

Cədvəl 3.4

Pul aqreqatları, mln. Manat






2014

2015

01.01.2016

M0

10459

10153

4776

M1

12737

12830

6897

M2

16435

17436

8613

M3

19289

21566

21319

Mənbə: AMB

2015-ci ildə M3 pul aqreqatının azalması əsasən xalis daxili aktivlərin azalması hesabına baş vermişdir.Xalis xarici aktivlər isə yenidənqiymətləndirmə nəticəsində manat ifadəsində artmış və pul kütləsinə artırıcı təsir etmişdir.Mənbə: AMB

2015-ci ildə dollarlaşma səviyyəsi yüksəlmişdir.Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ilin sonuna 76.8% təşkil etmişdir.

Qrafik 3.

Dollarlaşma%-lə(xarici valyutada depozitlərin məcmu

depozitlərə və M3 aqreqatına nisbəti)



Mənbə: AMB

Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 59.6% təşkil etmişdir.Xarici valyutada depozitlərin cəmi depozitlərdə payının artımı qismən xarici valyutada depozitlərin manat ifadəsində dəyərinin artmasından qaynaqlanır.

Pul siyasətinin mövcud rejimini və post-böhran dövrünün çağırışlarını nəzərə alaraq Azərbaycanda İH rejiminə keçid şərtlərinin tədrici reallaşdırılması öz aktuallığını saxlayır. İH-nə keçid strategiyası özündə aşağıdakı komponentləri birləşdirir:

- Mərkəzi Bankların əməliyyat avtonomiyası;

- İnflyasiyaya təsir mexanizminin formalaşdırılması;

- Çevik məzənnə rejiminə keçid;

- Adekvat proqnozlaşdırma sisteminin yaradılması;

- Pul siyasətinin kommunikasiyası və şəffaflığının artırılması.

Pul siyasətinin həyata keçirdiyi strateji dövrdə əsas fəaliyyət istiqamətləri 1) bank sistemində özəl bankların rolunun daha da yüksəlməsi; 2) banklararası bazarda girov çeşidlərinin artırılması; 3) təminat mexanizminin gücləndirilməsi; 4) banklarda likvidliyin idarə edilməsi potensialının güclənidirilməsindən ibarətdir.

İH rejiminin effektiv tətbiqi üçün faiz dərəcəsinin transmissiya kanalı kimi işlək olması və bu kanalın işləmə mexanizminin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Faiz dərəcəsinin məcmu tələbə təsirinin gücləndirilməsi üçün bank sektorunun maliyyə dərinliyinin artması mühüm şərtdir. Bu səbəbdən strateji dövrdə faiz dərəcəsini əsas siyasət alətinə çevirmək üçün stratejifəaliyyət aşağıdakı istiqamətlərə yönəlməlidir:

- nağd pulun ümumi pul kütləsində xüsusi çəkisinin azaldılması;

- maliyyə bazarlarının, o cümlədən dövlət və korporativ qiymətli kağızlar bazarının həcminin artması;

- dollarlaşma səviyyəsinin daha da azaldılması;

- bank sisteminin ÜDM-ə nisbətdə maliyyə dərinliyinin artması. (1)



3.3. Azərbaycanda qiymətlərin tənzimlənməsinin təkmilləşdirilməsinin prioritetləri

Respublikada bazar iqtisadiyyatı dövründə iqtisadiyyatın idarə edilməsi bazar münasibətlərinə doğru istiqamətləndirilir ki, bu da istehlak bazarında əmtəə və xidmətlər bolluğu yaradılması məqsədi ilə qiymətlərin liberallaşması üzrə həyata keçirilir. Təhlil göstərir ki, qiymətlər yüksək sürətlə artmasına baxmayaraq istehsalın və göstərilən xidmətlərin kəskin surətdə aşağı düşməsi qiymətlərin məhsul istehsalında stimullaşdırıcı funksiyası əhəmiyyətli dərəcədə zəifləmişdir.

Bu da ilk növbəti həm qiymətlərin əmələ gəlməsi prinsipinə əsaslanır, həm də respublikada qiymət orqanlarının pərakəndə şəkildə idarə olunması ilə bağlı olmuşdur.

Qiymət üzərində dövlət nəzarətinin həyata keçirilməsi funksiyası bu sahə üzrə həvalə olunmuş Vergilər Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi və İqtisadiyyat Nazirliyi arasında qiymət siyasətinin həyata keçirilməsində böyük rol oynayır. Bu məqsədlə respublikada iqtisadi islahatların aparılması üzrə qanunlar qəbul edilir ki, bu qanunlar qiymətin əmələgəlməsində «Qiymət islahatı haqqında», «qiymət siyasətinin əssları haqqında» və sairə kimi müvafiq qanunlar işlənib hazırlanıb təqdim olunması məqsədəuyğundur.

Bu tədbirlərin həyata keçirilməsi üçün vacib olan hüquqi baza «Qiymət siyasətinin əsasları haqqında» Azərbaycan Respublikasının qanununun işlənib hazırlanmalı və aşağıdakı kimi qiymət siyasətinin məqsədlərinə yönəldilməsində öz əksini tapmalıdır.


  1. Sahibkarlığın inkişafı və təsərrüfat fəaliyyətinin sərbəstliyi, tələb və təklifin uçotu, sabit bazar şəraitinin formalaşması;

  2. Məhsulun keyfiyyətinin yüksəldilməsi, mülkiyyət formalarının müxtəlifliyi və sərbəst istehsaçıların rəqabətə əsaslanaraq iqtisadiyyat sahəsində səmərəli inkişafı;

  3. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, təbii ehtiyatların qənaətlə və səmərəli istifadəsi;

  4. Regional və iqtisadiyyatın sahələrarasında sənaye və kənd təsərrüfatı məhsullarının dəyişkənlik ekvivalentliyini və üstünlüyünün bərqərar olması;

  5. İdxal-ixrac məhsullarının əsas növləri üzrə daxili qiymətlərinin dünya qiymətləri səviyyəsinə uyğunlaşdırılması;

  6. Əhalinin qiymətlərin artımı və inflyasiya prosesində sosial müdafiə;

  7. Ayrı-ayrı istehsalçılar tərəfindən inhisarçı münasibətlərinin və bazarda inhisarçı meyllərinin qarşısını almaq məqsədilə vahid metodologiyanın formalaşması və normativ qaydada bütün növ qiymətlərin tətbiqi;

  8. İnflyasiya prosesinin neqativ təsirini yüngülləşdirmək üçün əhalinin əmək haqqı və digər pul gəlirləri səviyyəsi ilə qiymətlərin dinamikası arasında nisbəti müəyyən etmək;

  9. İstehsalçılar üçün iqtisadi təminatı yaratmaq;

  10. Strateji malların nomenklaturasına əsasən xammal növlərinin qiymətləri üzrə dünya bazarının qiymətlər səviyyəsi üzrə yaxşılaşdırmaq;

  11. Məhsulların keyfiyyətini müvafiq dünya standartları səviyyəsinə uyğunlaşdırılması;

  12. Respublikada qiymət sistemi orqanları fəaliyyətinin qiymətlərin əmələgəlməsi üzrə təkmilləşdirilməsinə, onlara nəzarətin metodoloji əsaslarla həyata keçirilməsinə, həm rəhbərliyin, həm də bu sahə üzrə nazirlik, komitə, şirkət, cəmiyyət, idarə və təşkilatların və o cümlədən yerli icra orqanlarının fəaliyyətinin koordinasiya edilməsinə yönəldilməsi.(9)

2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılmışdır. Hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir. Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilmişdir. Banklararası əməliyyatlar üzrə orta çəkili məzənnə rəsmi məzənnə kimi götürülür. “Üzən məzənnə” rejiminin ən böyük üstünlüyü odur ki, o, qlobal şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin məzənnə vasitəsilə neytrallaşmağına imkan verir. Eyni zamanda yeni rejim daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Üzən rejimə keçid məzənnənin tarazlı səviyyəsinə nail olmağa imkan verir.

Bununla yanaşı, respublikada qiymətlərin tənzimlənməsi aşağıdakı formalarda məqsədəuyğun hesab edilir.



  1. Pul vəsaiti sferasında dövlətin birbaşa iştirakı ilə qiymətlərin tənzimlənməsi.

  2. Əmtəə bazarının tələb və təklif bazarına təsir etməklə qiymətlərin tənzimlənməsi.

  3. Antiinhisar qanunvericiliyində nəzərdə tutulan vasitələrlə tənzimləmə;

  4. Vergilərin, gəlirlərin, aksiz dərəcələrinin dəyişdirilməsi və ya müəyyən edilməsi vasitəsilə gömrük rüsumlarının tənzimlənməsi.

  5. Pul-kredit siyasəti, rentabellik həddi və bu formalarda əlaqələndirmə vasitələrinin tənzimlənməsi.

  6. Qiymətlərin səviyyəsi hədlərinin və ya onların kənarlaşma hüdudlarnın müəyyən edilməsi;

  7. Zəruri hallarda bəzi məhsulların və xidmətlərin qiymətlərini müvəqqəti dondurmaqla;

  8. Dövlət ehtiyacları üçün əzərdə tutulan mühüm kənd təsərrüfatı məhsullarına təminatlı satınalama qiymətlərini müəyyən etməklə.

Qiymət siyasətində strateji məqsəd dünya qiymət sisteminə uyğunlaşdırmaqla bazar iqtisadiyyatının hər bir sahələrində kompleks şəkildə bazar mexanizminə uyğun formalaşması və sərbəst qiymətqoyma sistemində rəqabəti inkişaf etdiriməsi üçün vacib imkanların yaradılmasıdır. Bunun üçün qiymətlərin əsassız surətdə artması üçün müəyyən imkanların axtarılması və bunun üzərində mübarizə aparmaq məqsədəuyğundur.(12)

Bank makroiqtisadi institut və meqatənzimləyici orqan kimi uzun illər ərzində korporativ idarəetmə sistemi dəyərlərini formalaşdırmışdır. Bank özünün insan kapitalını inkişaf etdirmiş, ən son texnoloji innovasiyalara və intensiv beynəlxalq əməkdaşlığa nail olmuşdur. Bankın fəaliyyətinin səmərəli qurulmasına imkan vermiş, nəticədə ona yüksək ictimai inam formalaşmışdır. Əldə olunmuş nailiyyətlər Bankın missiyasını uğurla həyata keçirmək üçün dəyərli aktivlərdir. Lakin, orta və uzunmüddətli perspektivdə Bankın qarşısında yeni strateji çağırışlar dayanır ki, bu da qlobal iqtisadi mühitin mürəkkəbləşməsi şəraitində makroiqtisadi sabitliyin qorunmasını aktuallaşır.

Eyni zamanda son qlobal böhrandan sonra maliyyə sabitliyinin qorunması üzrə yeni tənzimləmə mexanizmlərinin formalaşdırılması vacibdir və artıq beynəlxalq miqyasda bu səylər güclənmişdir. Yeni qlobal şəraitdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına Bank tərəfindən verilən dəstəyin artırılması tələb olunur. Bunun üçün Bankda institusional idarəetmənin müasirləşdirilməsi siyasəti və insan kapitalının inkişafı davam etdirilməlidir. Bu çağırışları əsas götürən bank onları özünün strateji fəaliyyətinin prioritetinə çevirmişdir.

Növbəti strateji dövrdə Bank yeni prioritetlərinə uyğun olaraq fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirəcəkdir:

• başlıca funksional fəaliyyət sferalarının əsaslı müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması;

• ən müasir tələblərə uyğun korporativ idarəetmə sisteminin inkişafı;

• müasir və güclü insan kapitalının formalaşdırılması;

• ölkənin iqtisadi inkişaf strategiyasına daha aktiv dəstəyin verilməsi.

Ölkədə mövcud olan dayanıqlı siyasi və sosial-iqtisadi sabitlik, iqtisadi şaxələnmə və islahatlar strategiyasının realizasiyası, dövlətimizin qlobal inteqrasiya proseslərinə aktiv qoşulması və artan beynəlxalq nüfuzu, habelə iqtisadiyyatın bütün sahələrində texnoloji innovasiyaların geniş tətbiqi bu prioritetləri uğurla reallaşdırmaq üçün əl verişli imkanlar yaradır. Bu istiqamətlərdə həyata keçiriləcək strateji fəaliyyət proqramları və layihələr Bankın iqtisadi sabitliyi qoruyan və davamlı iqtisadi inkişafa dəstək verən qabaqcıl dövlət institutuna - XXI əsrin Mərkəzi Bankına çevrilməsini təmin edəcəkdir. (2)
NƏTICƏ

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir milli iqtisadiyyatın və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır.

2020-ci ilədək olan dövrdə maliyyə institutları, xüsusən də banklar sağlamlaşdırılacaq, maliyyə institutlarının likvidlik və kapitallaşma problemləri həll ediləməli, qeyri-işlək aktivlərin restrukturizasiyası üzrə tədbirlər həyata keçiriləcəkdir. Emitentlərin və investorların qiymətli kağızlar bazarında iştirakı üçün zəruri şərait yaradılacaq, infrastruktur genişləndiriləcək və təşviqedici tədbirlər müəyyənləşdiriləcəkdir. Maliyyə institutlarının effektiv fəaliyyəti üçün kredit büroları kimi yeni infrastruktur elementləri yaradılacaq, hüquqi çərçivə təkmilləşdirilməlsi nəzərdə tutulub. Eyni zamanda, maliyyə xidmətləri sahəsində təhsil səviyyəsi, istehlakçıların maliyyə savadlılığı və hüquqlarının qorunması mexanizmi təkmilləşdiriləcəkdir.

Dövlət satınalma qiymətlərinin təkmilləşdirilməsi və mənafelərin düzgün uzlaşdırılması istiqamətində aparılan tədbirlər sistemində differensial yanaşmaya, regionlar üzrə satınalma qiymətlərinin müəyyənləşdirilməsinə də bizim fikrimizcə böyük ehtiyac vardır. Beləki, regionlar üzrə təbii şəraitin, xüsusilə torpaq-iqlim şəraitinin müxtəlifliyi istehsal şəraiti və amillərinin kəskin fərqlənməsinə səbəb olur ki, bu da təbii ki, qiymətin əsasını təşkil edən istehsal xərcləri və maya dəyərində öz əksini tapır. Aparılan təhlillər aşağıdakı nəticələri çıxarmağa imkan yaradır:

- Müasir şəraitdə iqtisadiyyatın qiymət tənzimlənməsi siyasətinin effektivliyi bu siyasətin elmi - nəzəri yanaşmaların müxtəlif elementlərinin harmonik qovuşması ilə formalaşan modellerə əsaslanmasını tələb edir;

- Qlobal iqtisadi və maliyyə böhranı dövlət qiymət siyasətinin çoxvektorlu

məqsədlərin reallaşmasına yönəlməsini tələb edir;

- infilyasiyanın cilovlanması ilə birgə iqtisadi artımın stimullaşdırılması probleminin həllidir.

- Qlobal iqtisadi məkanda qiymətlərin tənzimlənmənin ən vacib məqsədlərindən birinin valyuta stabilliyinin qorunması aşkara çıxarır və ölkələrdə valyuta stabilliyinin qorunmasını dövlət iqtisadi siyasətinin ən ümdə vəzifəsinə çevirir;

- Üzən məzənnə siyasətinin daha effektiv nəticələr verməsi üçün iqtisadi idarəetmənin liberallaşdırılması qiymətlərin tənzimlənməsi;

- valyuta bazarında möhtəkirliyin qarşısının alınmasına yönələn tədbirlərlə tamamlanması üçün görülən tədbirlər;

- Müasir şəraitdə Azərbaycanda qiymətlərin tənzimlənməsi və valyuta stabilliyinin qorunmasına, həm də ünvanlı olaraq idxalı əvəzləyən və ixrac potensialını artıran sahələdə inkişafın stimullaşdırılmasına yönəlıəlidir.

Bu sferaları ucuz krdit resursları ilə təmin etməyə yönələn bəzi mexanizmlər vasitəsilə bu zəruri stimullaşdırıcı funksiya gerçəkləşdirilə bilər.

2015-ci ildə bank sektorunun mənfəətliliyi mənfi zonada olmuş, kapital adekvatlığı əmsalı 20 faiz azalmış, sağlam və risklərə həssas banklar arasında təzad daha da artmışdır. Strateji yol xəritələri Azərbaycanda davamlı olaraq 2016-2020-ci illərdə likvidlik və kapitallaşma problemlərinin həll edilməsi, hüquqi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsində 2025-ci ilədək olan dövrdə maliyyə sisteminin inkişafı üzrə yeni hədəfləri müəyyənləşdirəcək. Bu hədəflər sağlam banklara, tam funksional maliyyə bazarlarına, Bazel III standartlarına uyğunlaşdırılmış risk idarəetməsinə, daha səmərəli və rəqəmsallaşdırılmış proseslərə, qiymətlərin tənzimlənməsi və yüksəkkeyfiyyətli işçi heyətə malik olan maliyyə sisteminin qurulması nəzərdə tutulur.

Bu gün davamlı inkişaf modelinə keçid inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün aktual bir problemə çevrilib. Bu zaman milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsi ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin gözlənilməsi problemlərinə əsla neqativ təsir göstərməməlidir. Əlbəttə, iqtisadi təhlükəsizlik və rəqabt qabiliyyəti problemi qeyd olunanlarla yanaşı həm institusional bazanın təkmilləşdirilməsini, və bütünlükdə iqtisadi ədəbiyyatda maqik məqsədlər deyilən inkişaf istiqamətlərinin qarşılıqlı əlaqə və asılılıqda tətbiqini nəzərdə tutur. Bununla bağlı ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixdə təsdiq etdiyi 11 sahə üzrə strateji inkişaf proqramları orada müəyyənləşən məqsədlər, hədəflər, prinsiplər, reallaşma mexanizmi bütünlükdə yaxın gələcək üçün ölkəmizdə milli iqtisadiyyatın təhlükəsizliyi bütün səviyyələrdə gözlənilməklə onun uzun müddətli rəqabət qabiliyyətliliyinin yüksəldilməsini təmin edəcəkdir.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikası Mərkəzi Bankı. İllik hesabat, Bakı: 2015, 204 s.

  2. Azərbaycan Respublikası Mərkəzi Bankı. 2011-2014-cü il strateyi plan, Bakı: 2015,

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat. Bakı: 2016, 455 s.

  1. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər)”, Azərbaycan Respublikası 2016-yanvar 26

  2. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər)”, Azərbaycan Respublikası 2014-2018-ci illər 27 fevral.

  3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı- Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi

  4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı- Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi

  5. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının Dövlət Proqramı”

  6. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası. 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

  7. M.A.Əhmədov, A.C.Hüseyn «Dövlətin iqtisadi siyasəti» Bakı 2011

  8. M.M.Mahmudov, İ.M.Mahmdova «Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsi» Bakı 2012

  9. G.A.Əzizova «İqtisadiyyatın tənzimlənməsi» Bakı 2015

  10. Əhmədov M.A. Qloballaşma və milli iqtisadiyyatın formalaşması. Bakı, Azərnəşr, 2003, 520 s.

  11. İ.Ş.Qarayev, Ş.A.Ağabəyov, Ə.R.Əliyev, Q.S.Bayramov, B.S.Sadıqov, T.J.Kərimova, İ.Q.Quliyev “Qiymətin əmələgəlməsi”, Bakı-2000

15. Ə.M.Əhmədov, K.S.Qafarov,H.B.Allahverdiyev “Milli iqtisadiyyatın dövlət tənzimlənməsi” 2012

16.“Bazar iqtisadiyyatının dövlət tənzimlənməsi” Kuşlinin red.ilə rus dilindən tərcümə. Bakı -2008

17. Kazımlı X.H. Qiymətləndirmənin əsasları: Dərslik. Bakı: «İqtisad Universiteti», 2008, 430 s.

18.Abbasov A.H. Azərbaycanda maliyyə bazarının formalaşması və bazar iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri. Bakı: “Poliqraf” mətbəəsi, 2003, 332 s.



  1. Hümmətov X. Qiymətlərin tənzimlənməsinin hüquqi bazasının təkmilləşdirilməsinə ehtiyac duyulur. Ayna qəz., Bakı, 2008, 23 avqust

  2. Şəkərəliyev A.Ş. Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər. Bakı: İqtisad Universiteti, 2009, 415 s.

  3. Глазьев С. О Практичности количественной теории денег, или сколько стоит догматизм денежных властей // Вопросы экономики, 2008, № 7, с. 31-45

22.www.cbar.az www.erc-az.org

23 .www.taxes.gov.az

24.www.azstat.orq

25.www.socar.gov.az

26. http: // www.homepage.newschool.edu

27. http:// www.imf.org



Азярбайжан Дювлят Игтисад Университетинин «Игтисадиййатын тянзимлянмяси» ихтисасы цзря маэистры Исмайылов Елвин Исмайыл оьлунун «Мцасир дюврдя гиймятлярин тянзимлянмясинин тякмилляшдирилмясинин приоритетляри» мювзусунда йаздыьы маэистр диссертасийа ишинин
Р Е Ф Е Р А Т Ы

Azərbaycanda 25 il ərzində dövlət quruculuğu prosesində bütün sahələrdə əldə etdiyi nailiyyətlər sosial-iqtisadi islahatların, neft və qeyri-neft strategiyasının uğurla həyata keçirilməsi makroiqtisadi sabitliyin möhkəmlən­di­ril­məsinə və iqtisadi artımın təmin edilməsinə səbəb olmuşdur. Bazar iqtisadiyyatı şəraitində dövlətin apardığı iqtisadi-sosial siyasət köklü surətdə dəyişdirildiyindən, iqtisadi siyasətin tərkib hissəsi olan qiymət siyasəti də əsaslı surətdə dəyişikliklərə uğramışdır. Bununla belə, qiymətlərin sırf amirlik qaydasında dövlət tərəfindən deyil, müstəqil olaraq ayrı-ayrı bazar subyektləri tərəfindən müəyyən edilir.

Makromaliyyə sabitliyini təmin etmək məqsədi ilə ölkədə sosial-iqtisadi inkişafın möhkəm təməlinin qoyulması həm iqtisadi tənzimləyicilərlə yanaşı, təsir göstərir, həm də ki, qiymət amilinin əhəmiyyətli dərəcədə təsirindən tətbiq olunur. Müasir dövrdə dövlət qiymət siyasəti prosesin ümumi iqtisadi mexanizmin tərkib hissəsi kimi yox kor-təbii şəkildə həyata keçirir. Məlumdur ki, bazar münasibətlərinə keçidin əsas şərtlərindən biri qiymətlərin liberallaşdrılmasıdır ki, bu da tələb-təklif əsasında onların formalaşmasından irəli gəlir.

İstər ölkədə sahibkarlığın, istərsə də bütövlükdə milli iqtisadiyyatımızın formalaşması və inkişafında ən vacib problemlərdən biri qiymət mexanizminin düzgün qurulması və dövlətin qiymət siyasətidir. Qiymət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin ən başlıca tərkib hissəsi olmaqla iqtisadi və sosial inkişafın son dərəcədə vacib amillərindən biri hesab edilir.

Qiymət elə bir iqtisadi rıçaqdır ki, onun vasitəsilə ölkədə sosial-iqtisadi inkişaf daim tənzimlənir, mənafelər uzlaşdırılır və məhsuldar qüvvələrin regional və sahəvi inkişafı üçün lazımi şərait yaradılır. Qiymət iqtisadi və sosial inkişafın həm sürətləndirə bilər, həm də onu ləngidə bilər. Ona görə də qiymət siyasətinin düzgün aparılması və mexanizmin düzgün qurulması son dərəcədə vacib şərtdir.

Onun obyektiv amillərə əsaslandırılması və konkret reallığa söykənməsi qiymətin əmələgəlməsi sahəsində həyata keçirdiyi düzgün istiqamətlərin nəticəsidir. Qiymət mexanizminin fəaliyyətində maraqlı cəhətlərdən biri də budur ki, qiymət bir tərəfdən dövlət tərəfindən tənzimlənirsə, digər tərəfdən də o özü tənzimləyici bir iqtisadi vasitədir. Onun vasitəsilə ölkədə gəlir və resursların ədalətli və səmərəli bölgüsü, əhalinin ictimai qruplar arasında sosial ədalətin gözlənilməsi, regional, sahə və mikrosahələrin mənafe və maraqlarının uzlaşdırılması, mülkiyyətçilər arasında iqtisadi münasibətlərin tarazlaşdırılması həyata keçirilir.

Belə bir prosesdə digər iqtisadi rıçaqların təsiri nəzərə alınır və qiymət əsas atributlardan biri kimi götürülür. Göründüyü kimi, qiymət hər tərəfli təsir göstərən, bütövlükdə isə ölkə iqtisadiyyatının inkişafı və tənzimlənməsində xüsusi rol oynayan ən əsas vacib elementlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının formalaşması ilə əlaqədar qiymətin tənzimləyici funksiyası daha da güclənir və ölkə iqtisadi siyasətdə bu xüsusiyyətləri nəzərə almalıdır. Yəni, qiymət mexanizmi təsir birbaşa, dolayı yolla dövlətin nəzarəti altında olması şərt hesab olunur. Dövlət iqtisadi inkişafın digər sahələrində olduğu kimi qiymət siyasəti sayəsində də öz iqtisadi funksiyasını yerinə yetirməlidir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə