MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə170/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   166   167   168   169   170   171   172   173   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

530 


tarixən  xas  olan  tolerantlıq  dini  dözümlülük  və  etnik  bərabərlik 

mənasında  iĢlədilir.  Azərbaycanın  timsalında  dözümlülük  və 

bərabərlik  həm  də  dini  konfessiyaların  və  etnik  qrupların  birgə 

mövcudluğu,  əməkdaĢlığı  və  bərabər  imkanları  üçün  qarĢılıqlı 

hörmət  və  münasibətlər  sistemi  olaraq  qəbul  edilir.  Bir  sözlə, 

müasir Azərbaycan modeli həm dinlərin bərabər inkiĢaf imkanlarını 

və etnik qrupların birgə yaĢamasını təmin edir, həm də digər inanc 

və  mədəniyyətlərə  mənsub  olan  müxtəlif  qruplara  hörmətin  və 

təmsilçiliyin təqdim edilməsini özündə ehtiva edir. Prezident Ġlham 

Əliyev  III  Bakı  Beynəlxalq  Humanitar  Forumunda  etdiyi  açılıĢ 

nitqində  forumun  Azərbaycanda  keçirilməsinin  təbii  hal  olduğunu 

qeyd  edərək  bildirib:  «Azərbaycanda  hökm  sürən  ictimai-siyasi 

quruluĢdan  asılı  olmayaraq,  bütün  dövrlərdə  Azərbaycan 

dözümlülük,  tolerantlıq  məkanı  olmuĢdur.  Bu  gün  müstəqil 

Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur». 

 

Məhz  bu  səbəbdən  də  XXI  əsrin  Azərbaycanı  bu  münasibətlər 



sistemini  özündə  cəmləĢdirərək  müasir  dünyanın  tolerantlıq 

simvollarından  birinə  və  digər  cəmiyyətlər  üçün  örnək  modelinə 

çevrilib.  Dini  tolerantlığın  bir  həyat  tərzinə  çevrildiyi  Azərbaycan 

ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni 

zamanda,  müxtəlif  inancların  qarĢılıqlı  hörmət  Ģəraitində  yaĢaması 

tarixi  ənənələrin,  müasir  zamanda  isə  müvafiq  qanunvericiliyin  və 

məqsədyönlü  dövlət  siyasətinin  göstəricisidir.  2002-ci  ilin  22-24 

may  tarixində  Bakıda  rəsmi  səfərdə  olmuĢ  Vatikan  Dövlətinin 

baĢçısı, dünya katoliklərinin dini rəhbəri olan Roma Papası II Ġoan 

Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu 

öndər Heydər Əliyevə təĢəkkürünü belə bildirib: «Qoy üç böyük din 

tərəfindən izhar edilmiĢ bu məhəbbət Ģahidliyinə görə Allaha həmd 

olsun!». 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

531 

Qeyd  edək  ki,  çoxmədəniyyətlilik  və  tolerantlıq  təhsilin  və  elmin 



inkiĢafına  təkandır.  2012-ci  ilin  28  yanvarında  Ġsveçrənin  Davos 

Ģəhərində  Azərbaycana  həsr  olunan  interaktiv  sessiyada  prezident 

Ġlham  Əliyev  deyib:  «Bir  neçə  il  əvvəl  mən  bəyan  etdim  ki,  biz 

«qara  qızıl»ı  insan  kapitalına  çevirməliyik.  Çünki  inkiĢaf  etmiĢ 

ölkələrin  təcrübəsi  göstərir  ki,  yalnız  yüksək  səviyyəli  texnoloji 

tərəqqiyə, yüksək səviyyəli təhsilə nail olmaqla inkiĢaf etmiĢ ölkəyə 

çevrilmək mümkündür». 

 

Tolerantlıq  və  multikulturalizm,  eyni  zamanda,  demokratiyanın 



təməl  prinsiplərindən  olan  vicdan  azadlığının  təmin  edilməsi  və 

qanunun  aliliyidir.  Vicdan  azadlığı,  təhsil  və  elmə  əlçatanlığın 

olması,  insanların  sosial  və  iqtisadi  rifahının  yüksəlməsi,  qanunun 

aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir 

hadisə  olan  multikulturalizm  və  tolerantlıq  həm  də  cəhalətin, 

irqçiliyin,  ksenofobiyanın  süqutu,  nəticə  etibarilə  isə  cəmiyyətdə 

əmin-amanlıq,  bəĢəriyyətdə  isə  sülh  deməkdir.  Beləliklə,  müxtəlif 

siyasi, iqtisadi və coğrafi Ģəraitlərdə yaĢayan xalqların ədalətə çıxıĢı 

məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. 

Çünki  multikulturalizmin  olması  cəmiyyətdə  bərabərliyin, 

demokratiyanın,  tərəqqinin,  sosial  rifahın,  baĢqa  sözlə,  ədalətin 

bərqərarı  deməkdir.  Multikulturalizm  haqqında  diskursun  təĢkil 

edilməsi  isə  dünyada  ədalətə  və  sülhə  çağırıĢdır.  Heydər  Əliyev 

Fondunun  prezidenti,  Milli  Məclisin  deputatı  Mehriban  xanım 

Əliyeva  Azərbaycanda  tolerantlığın,  dözümlülüyü,  dünya 

mədəniyyətlərinin  rəngarəngliyinə  hörmətin  tarixinin  qədim 

olduğunu  və  yalnız  dialoq  və  dözümlülük  vasitəsilə  insanları  bir 

araya  gətirə  bilmək  üçün  buna  səy  göstərildiyini  qeyd  edib. 

Multikulturalizmi  bir  dəyər  sisteminə  çevirmiĢ  Azərbaycanda 

çoxmədəniyyətliliyin inkiĢafı istiqamətində aparılmıĢ məqsədyönlü 

siyasətin  nəticəsində  bu  gün  müxtəlif  mədəniyyətlərin  təmsilçiləri 

Azərbaycanın  siyasi,  iqtisadi  və  mədəni  elitasında  təmsil  olunur, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

532 


ölkənin  həyatında  əsaslı  dəyiĢikliklər  və  inkiĢaf  prosesində 

yaxından iĢtirak edirlər. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya 

örnək  bir  dövlət  kimi  özünü  təsdiqləyə  bilib.  Azərbaycan  hazırda 

burada  yaĢayan  bütün  xalqların,  bütün  səmavi  dinlərə  tapınanların 

azad  yaĢadığı  bir  dövlətdir.  Əsrlər  boyu  formalaĢan  və  bu  gün  də 

özünün  yüksək  həllini  tapan  məsələlər  xalqların  firavan  taleyi  ilə 

bağlıdır. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, 

Azərbaycan  dünyanın  multikulturalizm,  tolerantlıq,  dözümlülük, 

humanitar əməkdaĢlıq mərkəzinə çevrilib... 

 

Təbriz VƏFALI 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Multikulturalizmin böhranı haqda 

 

 



Almaniyada  multikulturalizm  ideyasının  iflasa  uğraması  haqqında 

artıq  dövlətin  birinci  Ģəxslərinin  özləri  də  çoxdandır  rəsmən 

danıĢırlar.  Belə  ki,  Almaniya  kansleri  Angela  Merkel  2010-cu  ilin 

oktyabr  ayında  Xristian-Demokrat  Ġttifaqının  (XDĠ)  üzvləri  ilə 

keçirdiyi  görüĢdə  bəyan  etmiĢdi  ki,  Almaniyada  multikultural 

cəmiyyət  qurmaq  cəhdləri  ―tamamilə  iflasa  uğrayıb‖.  A.Merkel 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə