MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə171/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   167   168   169   170   171   172   173   174   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

533 

demiĢdi:  ―Bizim  hal-hazırda  yan-yana  yaĢamağımızın  və  özümüzü 



bundan  xoĢbəxt  saymağımızın  əsasında  dayanan  konsepsiya  artıq 

iĢləmir‖.  Kansler  daha  sonra  gur  səslə  bəyan  etmiĢdi  ki, 

immiqrantlar alman cəmiyyətinə inteqrasiya olunmalı, Almaniyanın 

mədəniyyətini və dəyərlərini qəbul etməlidirlər. Bu bəyanat böhran 

yaĢayan  Avropa  Ġttifaqındakı  ümumi  əhval-ruhiyyənin  inikasına 

çevrildi.  Lakin  bu  bəyanatın  müstəsna  əhəmiyyəti  onda  idi  ki,  bu 

bəyanatla  həmiĢə,  xüsusilə  də  XX  əsrin  ikinci  yarısında  digər 

xalqların  nümayəndələrinin  ünvanına  kəskin  ifadələr  iĢlətməkdən 

yayınan  bir  ölkənin  lideri  çıxıĢ  etmiĢdi.  Bu  bəyanat  Almaniyada 

immiqrasiya  məsələsi  ətrafında  qızğın  debatlara  təkan  verdi  və  bu 

sahədəki mübahisələri nəzərəçarpacaq dərəcədə gücləndirdi. 

 

Merkelin  fikirləri  özünün  yetərincə  açıq  olması  ilə  heyrət 



doğururdu.  Almanların  II  dünya  müharibəsindən  bəri  öz  milli 

mədəniyyətlərinin üstünlüyü haqda ehtiyatla danıĢdıqları halda indi 

bu  məsələdən  həvəslə  söz  açması  da  heyrətamiz  idi.  Bənzər 

bəyanatın  mümkün  sosial  və  geosiyasi  nəticələri  nəzərə  alınmaqla 

o, lap əvvəldən əksəriyyət tərəfindən ifrat ciddiyyətlə qarĢılandı. Bu 

bəyanat  lap  əvvəldən  daha  geniĢ  qavrayıĢ  kontekstində  - 

immiqrasiya  probleminə  təkcə  almanların  yox,  bütün  Avropanın 

reaksiyası kimi  -  müvafiq fikir yaratmağa doğru aparmalı idi. Belə 

də oldu. 

Böyük  Britaniyanın  baĢ  naziri  D.Kemeron  və  Fransa  prezidenti 

N.Sarkozi  də  2011-ci  ilin  əvvəlində  A.Merkelin  bu  rəyi  ilə 

razılaĢdılar.  D.Kemeron  2011-ci  ildə  Münhendə  keçirilən 

konfransda  multikulturalizm  haqda  aĢağıdakı  fikirləri  söylədi: 

―Böyük Britaniyada bəzi gənclər özlərini valideynlərinin təcrübədən 

çıxardığı, tətbiq etdiyi ənənəvi Ġslam praktikası ilə çox çətinliklə bir 

arada görürlər. Lakin bu gənc insanlar özlərini elə Britaniya ilə də 

çox çətinliklə təcəssüm etdirirlər. Bunlar ona görə baĢ verir ki, biz 

öz  kollektiv  identikliyimizin  zəifləməsinə  imkan  vermiĢik.  Biz 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

534 


onların bir parçası olmağı istəyəcəyi cəmiyyəti necə görmək lazım 

olması  yollarını  təklif  edə  bilməmiĢik.  Biz  həmçinin  ayrı-ayrı 

icmaların  belə  davranmasına  dözümlü  yanaĢmıĢıq.  Halbuki  bu 

davranıĢ bizim dəyərlərimizə tamamilə ziddir‖. 

N.Sarkozi də bir neçə gündən sonra britaniyalı lideri müdafiə etdi: 

―Mənim  cavabım  Ģübhəsiz  ki,  ―hə‖dir.  Multikulturalizm 

uğursuzluqdur. Biz ölkəmizə gələn Ģəxslərin identikliyi məsələsinin 

qayğısını həddən artıq çəkdik, onları qəbul edən ölkənin identikliyi 

barədə  lazımi  qədər  narahatlıq  keçirmədik.  Əgər  sən  Fransaya 

gəlirsənsə,  milli  icmanın  bir  parçası  olmağa  razılıq  verirsən.  Əgər 

sən bunu etmək istəmirsənsə, səni burada heç kim gözləmir. Bizim 

bu  məsələyə  yanaĢmamız  multikulturalizmdən  -  ―biz  yanaĢı 

yaĢayacaq  və  bir-birimizi  qiymətləndirəcəyik‖  baxıĢlarından  ibarət 

idi. Bu yanaĢma tərzi iflasa uğradı, tam iflasa uğradı‖. 

Niderland  baĢ  nazirinin  müavini  Maksim  Verxagen,  Avropa 

ġurasının  baĢ  katibi  və  Norveçin  keçmiĢ  baĢ  naziri  Turbörn 

Yaqland,  Belçika  və  Avstraliyanın  keçmiĢ  baĢ  nazirləri  Ġv  Leterm 

və Con Hovard, eləcə də digərləri sonralar oxĢar bəyanatlarla çıxıĢ 

etmiĢdilər. Multikulturalizmin paradiqmasına uyğun olaraq mədəni 

müxtəliflikləri  dərk  etmək  ədalətliliyin  əsas  Ģərtidir,  cəmiyyət  isə 

onda  güclü  olur  ki,  orada  yaĢayan  bütün  insanlar  olduqları  kimi 

qəbul  edilsinlər.  Multikulturalizmin  təzadı  isə  nəzəri  postulatlarla 

onların 

realizasiyasının 

praktik 

gerçəklikləri 

arasındakı 

uyğunsuzluq  nəticəsində  yaranır.  BaĢqa  sözlə,  həmin  təzad  da 

özünü  göstərir  ki,  milli  azlıqların  (onların  mədəniyyətinin,  həyat 

tərzinin  və  s.)  yüksəliĢi  multikulturalizmin  əsas  prinsiplərinə  - 

açıqlıq  və  tolerantlıq  prinsiplərinə  zidd  çıxmağa  baĢladığı  nöqtəyə 

çatmıĢ olsun. 

Digər  xalq  və  millətlərə  tolerant  münasibət  bəsləmək  üçün  Ģərait 

yaradan səbəblər ona gətirib çıxarır ki, cəmiyyətdə müəyyən tabular 

meydana  gəlir.  Bu  tabular  isə  cəmiyyətin  əksəriyyətinin  öz  Ģəxsi 

identikliyini  büruzə  vermək  və  miqrantların  (hər  Ģeydən  əvvəl  isə 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

535 

müsəlmanların) 



həyat 

tərzini  tənqid 

etmək 

imkanlarını 



məhdudlaĢdırır. Mədəniyyətlər arasındakı dialoq multikulturalizmin 

mahiyyətini  təĢkil  etsə  də  müxtəlif  xalqların  nümayəndələri 

arasındakı hər cür müzakirələr belə mühitdə yaxĢı qarĢılanmır. 

Multikulturalizm əvəzinə tolerantlıq 

Məlumdur  ki,  multikulturalizmin  əsas  prinsipi  ―mədəni  həyatın 

müxtəlif  formalarının  bərabər  hüquqlarla  yanaĢı  mövcud  olması‖ 

(müasir  alman  filosofu  Yurgen  Habermas),  yəni  azlıqla  çoxluğun 

bərabər  hüquqlara  malik  olmasıdır.  Bu  prinsip  həmin  azlığı 

dəstəkləmək  və  müdafiə  etməklə  bağlı  xüsusi  proqramın 

mövcudluğunu tələb edir. Azlığın dəstəklənməsi proqramının dövlət 

siyasətinin  sadəcə  bir  xəttinə  yox,  ümumən  bütün  sosial-siyasi 

sistemin tərkib hissəsinə çevrilməsi vacibdir. 

Multikulturalizm  cəmiyyətin  etnomədəni,  dini  və  s.  təməllərə 

söykənən sosial strukturların qarĢılıqlı əlaqəsi üzərində qurulmasını 

nəzərdə  tutur.  Ərazi  suverenliyi  prinsipi  millətin  əlindədir. 

Multikulturalizm isə vətəndaĢlıq haqqında qanunun, sosial müdafiə 

sisteminin  və  ümumiyyətlə  bütün  sosial  siyasətin,  təhsilin,  seçki 

sisteminin,  əmək  hüququnun  və  əmək  bazarının  tənzimlənməsi 

qaydalarının,  miqrasiya  qanunvericiliyinin  ən  baĢlıca  prinsipinə 

çevrilir. 

Ötən  əsrin  60-cı  illərinin  sonlarında  Avropada  meydana  çıxan 

multikulturalizm  öz  mahiyyəti  etibarilə  iĢçi  miqrantların  cəlb 

edilməsi  siyasətinin  ideologiyasına  və  hüquqi  əsasına  çevrilmiĢdi. 

Onun  rəsmən  qəbul  olunması  həmiĢə  ―açıq  qapı‖  siyasətini  ifadə 

edib.  Multikulturalizm  -  ayrıca  götürülmüĢ  bir  ölkədə  və 

ümumiyyətlə,  bütün  dünyada  mədəni  müxtəlifliyin  qorunub 

saxlanmasına  və  inkiĢafına  yönəlmiĢ  siyasət  və  bu  siyasəti 

əsaslandıran  bir  ideologiyadır.  Müxtəlif  mədəni  qruplar  (onlar  da 

etnik  və  dini  olmaqla  iki  yerə  bölünür)  multikulturalizm  çərçivəsi 

daxilində  kollektiv  hüquqlara  malik  olur  və    onlar  siyasət, 

mədəniyyət  və  təhsil  sahəsində  vahid  subyekt  qismində  çıxıĢ  edə 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə