www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
536
bilirlər. Lakin müxtəlif qruplar multikulturalizmin vəziyyətini
qoruyub saxlamaq üçün nəinki təkcə öz Ģəxsi identikliyinə sahib
olmalı, həm də bu identikliyi yeniləmək imkanlarına malik
olmalıdır.
Multikulturalizmin
alternativi
assimilyasiyadır,
etnik-milli
xüsusiyyətlərdən könüllü, çox vaxt isə məcburi imtina və səni qəbul
edən cəmiyyətin xüsusiyyətlərini mənimsəməkdir. Kompromis
variant kimi akkulturasiya da gündəmə gəlməkdədir. Bu zaman
müxtəlif etnik qruplar bir-birinə yaxınlaĢır, davranıĢ normaları,
tarixin Ģərh edilməsi kimi məsələlərdə münasibətləri yumĢaldır,
lakin eyni zamanda öz milli sərhədlərini qoruyub saxlayır və vahid
bir cəmiyyət halında qaynayıb-qarıĢmırlar. BMT-nin insan
hüquqlarına dair Ümumi Bəyannaməsi azadlıq hüququnu, milli və
mədəni özgürlük hüququnu, milliyyət və ünsiyyət dili seçmək
hüququnu, dini inanc hüququnu elan edir. Buna baxmayaraq bunlar
faktiki olaraq Ģifahi bəyanatdan o yana keçmir və bu hüquqlar
gündəlik həyatda tətbiq edilmir.
Almaniya da daxil olmaqla Avropa ölkələri isə son illər insan
haqlarının yanından uğurla ötüb keçərək assimilyasiya layihələrini
bir qədər də irəli aparırlar. Almaniya ənənəvi olaraq homogen (eyni
mənĢəli) alman cəmiyyəti üzərində qurulan bir dövlətdir. Son
onilliklərdə qloballaĢma Ģəraitində miqrasiya axınları əhəmiyyətli
dərəcədə güclənmiĢdir. Ġmmiqrasiya prosesi XX əsrin ikinci
yarısından etibarən eyni zamanda bir neçə istiqamətdə gedib. ĠĢçi
qüvvəsinin cəlb edilməsi bu dövrdə güclü Ģəkildə inkiĢaf edən
alman iqtisadiyyatı üçün vacib idi. XX əsrdə iki güclü immiqrasiya
dalğası olmuĢ, bunun da nəticəsində 80-ci illərdə Almaniyada
adambaĢına düĢən immiqrantların xüsusi çəkisi hətta ABġ, Kanada
və Avstraliya kimi klassik immiqrasiya ölkələrinin də analoji
göstəricilərini üstələmiĢdi.
Bu gün Almaniyada miqrant keçmiĢinə malik 15 milyondan artıq
adam yaĢayır. Federal Statistika Ġdarəsi müəyyən edib ki, bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
537
siyahıya
Almaniyaya
köçmüĢ
bütün
Ģəxslər,
həmçinin
valideynlərindən ən azı biri mühacir olan və bu ölkədə doğulan
uĢaqlar daxildir. Onların təxminən 7 milyonu əcnəbilərdir.
Təxminən 8 milyonu isə müvafiq ərizə verərək alman vətəndaĢlığı
alıb. Buna görə də onlar alman mənĢəli 4 milyon köçkünün
siyahısına aid edilir. Köçkünlərdən sonra digər ən böyük qrupları
Türkiyədən (2,5 milyon nəfər) və keçmiĢ Yuqoslaviyadan və ya
onun varisi olan dövlətlərdən (1,5 milyon nəfər) olan immiqrantlar
təĢkil edir.
Almaniyada yaĢayan müsəlmanların sayı 4 milyon nəfərə yaxındır.
Miqrantların çoxu ixtisassız iĢçi qüvvəsi kimi iĢləyir. Belə ki,
Almaniya onları ilk növbədə məhz elə bu növ iĢlər üçün cəlb edib.
Tədqiqatlar da göstərir ki, Almaniyada miqrant ailələrindən çıxan
Ģəxslərin sosial nərdivanla yüksəlməsi və ya öz iqtisadi vəziyyətini
yaxĢılaĢdırması çətindir.
Almaniya hökuməti muzdlu iĢçilərin nəhəng kütləsini ölkəyə
buraxanda bunun müvəqqəti hal olmasına ümid edirdi. Lakin
müharibədən sonra - 50-ci illərdəki iqtisadi bumun ardınca əsasən
Cənubi Avropa ölkələrindən, həmçinin Ġtaliyadan, Türkiyədən,
sonralar isə qonĢu ölkələrdən Almaniyaya axıĢan miqrant-
qastarbayterlərin əksəriyyəti elə bu ölkədə də qaldı. Alman
cəmiyyəti ənənəvi olaraq qapalı cəmiyyətdir. O, miqrantların bu
qrupunu qəbul etməyə səy göstərmirdi. Ġnteqrasiya məsələsi alman
cəmiyyətini və dövlətini demək olar ki, üç onillik ərzində qətiyyən
maraqlandırmadı. Alman cəmiyyəti və dövləti immiqrantlara ölkəyə
daxil olmaq hüququ versə də onlara cəmiyyətlə tamamilə qaynayıb-
qarıĢmaq imkanı yaratmadılar. Alman hökumətinin məntiqi bu günə
qədər də təəccüb doğurur. Axı Almaniya dünyanın ən sürətlə
qocalan ölkəsidir. 2025-ci ildə təqaüdçülər Almaniya əhalisinin
yarısını təĢkil edəcəklər.
Lakin hökumət 80-ci illərdə inteqrasiya məsələsi ilə maraqlanmıĢdı.
Əsas problemi Almaniyada doğulub böyüyən, lakin alman
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
538
cəmiyyətinə daxil olmayan ikinci nəsil mühacirlər məsələsi
yaradırdı. Siyasi elitanın inteqrasiya problemini həll etmək cəhdləri
öz əksini multikulturalizm siyasətində tapırdı. Amma məcburi
Ģəkildə dil və inteqrasiya kurslarından keçmək tələbi kimi bəzi
assimilyasiya elementləri Almaniyada həmiĢə mövcud olub.
Əvvəllər üstündən sükutla keçilən, haqqında danıĢılmayan,
sonradan isə multikulturalizmi doğuran problemlər yaranmıĢ bu
vəziyyətdə üst qata çıxdı. Nəticədə immiqrantlarla qarĢılıqlı
münasibətlərin mexanizmini heç cür iĢləyib hazırlaya bilməyən
hökumət multikulturalizmin iflasa uğradığını bəyan etməyə məcbur
oldu.
Beləliklə, Almaniyada yürüdülən multikulturalizm siyasəti
yetərincə düĢünülüb hazırlanmayan gecikmiĢ inteqrasiya siyasətinin
bir hissəsinə çevrildi. Məhz bu faktın bir neçə onillik ərzində üst-
üstə yığılıb qalan problemlərlə çulğaĢması ona gətirib çıxardı ki,
Almaniyada hakimiyyət orqanları qəfildən ayılıb belə siyasətin
iflasa uğraması haqda danıĢmağa baĢladılar.
Tədqiqat qrupunun Almaniyadakı vəziyyətə dair apardığı
monitorinqin nəticələri sosioloji tədqiqatların gəldiyi qənaətləri
təsdiqləyir və multikulturalizm siyasətinin Avropada böhran
keçirdiyini sübut edir. Bu da onunla bağlıdır ki, ―multikulturalizm‖
termini Avropanın siyasi leksikonunda ilk növbədə daha çox
―tolerantlıq‖ kimi anlaĢılırdı. Yəni Avropa hökumətlərinin məsələyə
konseptual baxıĢı ikinci və üçüncü nəsildən olan mühacirlərin
cəmiyyətə inteqrasiyasına yox, yabançı mədəniyyətin təmsilçiləri
ilə yanaĢı yaĢamağa daha çox dözümlü yanaĢmağa əsaslanırdı.
Avropa ölkələrinin hökumətləri multikulturalizm siyasətini heç də
inteqrasiya məqsədilə yox, daha çox siyasi və elektoral
mülahizələrdən çıxıĢ etməklə yürüdür, bu zaman özlərinin məhdud
populist və sırf praqmatik maraqlarını güdürdülər.
Ġmmiqrasiya siyasətinin qüsur və nöqsanları özünü ―sistemli
zorakılıq‖ adlanan vəziyyətin timsalında göstərir. ―Sistemli
Dostları ilə paylaş: |