MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə174/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   170   171   172   173   174   175   176   177   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

542 


immiqrasiyası  isə  ona  gətirib  çıxaracaq  ki,  Almaniya  tamamilə 

axmaqlaĢacaq... 

Əgər  bunlar  nasizm  və  irqçilik  deyilsə,  bəs  onda  bu  fikirlər  hansı 

dəyərlər sisteminə məxsusdur? 

Tilo  Sarrasin  alman  istebliĢmentində  təsadüfi  adam  deyil.  Onun 

keçmiĢi çox mətləbdən xəbər verir. O, 1975-ci ildən 2000-ci ilədək 

qısa  fasilələrlə  Almaniya  Federativ  Respublikasının,  sonra  isə 

birləĢmiĢ Almaniyanın Maliyyə Nazirliyində çalıĢıb, burada bir çox 

mühüm  komitələrə  rəhbərlik  edib.  1989-1990-cı  illərdə  ADR-in 

(sosialist  Almaniyasının)  ―udulması‖  ilə  bağlı  həyata  keçirilən  pul 

islahatı layihəsi ilə məhz Sarrasin məĢğul olmuĢdu. O, 2000-2001-ci 

illərdə  ―Deutsche  Bahn‖  dövlət  Ģirkətində  çalıĢıb.  2002-2009-cu 

illərdə Berlin Senatının maliyyə məsələləri üzrə üzvü (paralel olaraq 

xeyli  sayda  iri  Ģirkətlərin  direktorlar  Ģuralarının  üzvü)  olub. 

T.Sarrasin  2009-cu  ilin  yazında  Almaniya  Federal  Bankı  Ġdarə 

Heyətinin  üzvü  seçilib.  O,  burada  pul  emissiyası  və  nağd  pulların 

dövriyyəsi  kimi  məsələlərə  məsul  idi.  2010-cu  ilin  yayının 

sonlarından  etibarən  isə  T.Sarrasin  bu  ranqdakı  iri  məmurlar 

arasında  ilk  dəfə  olaraq  Almaniyadakı  müsəlman  miqrantlar 

məsələsini açıq Ģəkildə qaldırdı. 

T.Sarrasin  2011-ci  ildə  alman  nəĢrlərinə  verdiyi  müsahibədə 

Almaniyada  yaĢayan  türkləri  və  ərəbləri  alman  cəmiyyətinə 

inteqrasiya  olmaq  istəməməkdə  günahlandırıb  məzəmmət  etdi. 

Bundan  sonra  ictimai  qalmaqal  elə  miqyas  aldı  ki,  Almaniya 

Federal  Bankının  rəhbərliyi  Sarrasini  bir  sıra  istiqamətlər  üzrə 

rəhbər vəzifələrdən kənarlaĢdırdı. 

―Biz  doğrudan  da  əsl  axmaqlaĢma  yolundayıq‖  -  deyə  65  yaĢlı 

bankir  Sahibkarlar  Ġttifaqının  Essendə  keçirilən  qurultayında 

deyirdi.  Onun  fikrincə,  intellekt  80  faiz  genetik  göstəricilərdən, 

cəmi  20  faiz  isə  təhsil  və  tərbiyədən  asılıdır.  T.Sarrasini  XDĠ-nin 

Berlin Ģöbəsinin daxili siyasət məsələləri üzrə eksperti Peter Trapp 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

543 

dəstəklədi. P.Trapp bütün miqrantlara ĠQ (intellekt keyfiyyəti) testi 



tətbiq etməyə çağırdı. 

T.Sarrasinin təxribatçı çıxıĢları ilə eyni vaxtda Almaniyanın federal 

və regional hakimiyyət orqanları ictimaiyyəti sakitcə ―materiallarla 

doyururdu‖.  Onlar  milli  seqreqasiyanın  yeni  ideoloqunun  irqçi 

nəzəriyyəsini  qidalandıran  praktiki  materiallar  idi.  Qəfil  təsadüf  - 

Sarrasinin kitabının çapdan çıxması, A.Merkelin gurultulu bəyanatı 

və  alman  hökumətinin  sifariĢi  ilə  keçirilmiĢ  ―sosioloji  rəy 

sorğularının‖  gözlənilməz  nəticələri  ―qeyri-intellektual  xalqların‖ 

sıxıĢdırılması  xəttini  götürən  birləĢmiĢ  Almaniyanın  yeni  milli 

siyasətinin baĢlanmasını öncədən xəbər verirdi. 

Belə  ki,  alman  hökumətinin  sifariĢi  ilə  miqrantlar  arasında 

keçirilmiĢ  sosioloji  tədqiqatların  nəticələri  2011-ci  ilin  aprelində 

məlum  oldu.  Bəlli  oldu  ki,  məsələn,  Almaniyadakı  hər  4  türkdən 

biri alman dilini bilmir, hər iki türkdən biri isə almanlarla praktiki 

olaraq  ünsiyyətə  girmir.  Almaniyada  yaĢayan  polyakların  demək 

olar ki, 67, yunanların isə 60 faizi tam orta təhsillidir. Bu göstərici 

italyanlar  və  keçmiĢ  Yuqoslaviyadan  olan  immiqrantlar  arasında 

44-45  faizə  yaxındır.  Türklər  arasında  yalnız  41  faizdir.  Sosial 

müavinətlər  hesabına  yaĢayan  türklərin  sayı  (öz  qrupları  üzrə)  15 

faizə qədərdir. Yunanlar arasındakı bu göstərici isə yalnız 7,5 faiz 

təĢkil edir. 

Almaniyanın  daxili  iĢlər  naziri  Tomas  de  Mezyerin  verdiyi 

məlumata görə, Almaniyadakı miqrantların 10 faizindən 15 faizinə 

qədəri  alman  cəmiyyətinə  inteqrasiya  olunmaqdan  açıq  Ģəkildə 

imtina edir. 2011-ci il iyunun əvvəllərində Almaniyanın Daxili ĠĢlər 

Nazirliyi  AĢağı  Saksoniya  Kriminologiya  Ġnstitutunun  (KFN) 

apardığı  tədqiqatların  nəticələrini  dərc  etməyə  icazə  verdi.  Bunun 

sayəsində  gözlənilmədən  ―bəlli  oldu‖  ki,  Almaniyadakı  inanclı 

müsəlman  gənclər  cinayətlərə  və  zorakılığa  daha  çox  meylli 

olmaları  ilə  seçilirlər.  Tədqiqatların  gediĢində  15-19  yaĢ  arasında 

olan təxminən 45 min yeniyetmənin rəyi soruĢulmuĢdu. Onların 10 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

544 


mini  miqrantların,  o  cümlədən  müsəlman  ölkələrindən  gəlmə 

Ģəxslərin  uĢaqları  idi.  Əldə  edilmiĢ  nəticələr  yenə  də Almaniyanın 

daxili  iĢlər  naziri  Tomas  de  Mezyerin  icazəsindən  sonra  elan 

olunmuĢdu. Bütün bunlar isə Almaniya hökumətinin millətçilik və 

irqçilik  əhval-ruhiyyəsinin,  ksenofobiya,  o  cümlədən  islamofobiya 

meyllərinin artmasından narahat olduğunu dönə-dönə bəyan elədiyi 

dövrdə baĢ verirdi. 

Lakin dövlətin təbliğat maĢını iĢləməkdə davam edirdi. Tədqiqatın 

nəticələrinə  görə,  ―inanclı‖  müsəlmanlar  qrupuna  daxil  olan 

Ģəxslərin  demək  olar  ki,  hər  4  nəfərindən  biri  (23,5  faiz)  öz 

həmyaĢıdlarına  qarĢı  azı  bir  dəfə  zorakılığa  əl  atıb  və  ya  oğurluq 

edib.  Özünü  ―qeyri-dindar‖  kimi  təqdim  etmiĢ  müsəlman 

yeniyetmələr  arasındakı  qanun  pozucularının  xüsusi  çəkisi  isə 

nəzərəçarpacaq  dərəcədə  az  idi  -  cəmi  19,6  faiz.  5-dən  çox  zorakı 

hərəkət  törətmiĢ  bu  yeniyetmələrin  10,2  faizi  özünü  ―çox  dindar‖, 

9,2  faizi  ―dindar‖  və  yalnız  7,7  faizi  ―qeyri-dindar‖  kimi  təqdim 

etmiĢdi. 

Katolik  və  ya  protestant  dininə  mənsub  yeniyetmələr  arasında 

zorakılığa  meyllilik  isə  bir  qədər  azdır.  Xristian  ölkələrindən  - 

PolĢa,  Slovakiya,  Rusiya  və  Baltikyanı  ölkələrdən  olan  miqrantlar 

arasında isə aqressiv yeniyetmələrin xüsusi çəkisi ―dindarlar‖ qrupu 

üzrə  21,8,  ―qeyri-dindarlar‖  qrupu  üzrə  isə  cəmi  12,4  faiz  təĢkil 

edirdi. 

Aktiv  millətçilik  kampaniyasının  nəticələri  göz  qabağındadır. 

Ġctimai  rəyə  səpilmiĢ  ksenofobiya  toxumları  məhsul  vermiĢdi. 

Emnid  Ġctimai  Rəy  Ġnstitutunun  2011-ci  ilin  sentyabrında  ―Bild‖ 

nəĢri  üçün  keçirdiyi  sorğunun  nəticələri  göstərdi  ki,  əgər  Tilo 

Sarrasinin partiyası yaransa, Almaniya əhalisinin 18,7 faizi ona səs 

verməyə  hazırdır.  Yeri  gəlmiĢkən,  T.Sarrasinin  özünün  də  üzvü 

olduğu Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) tərəfdarları 

arasında  isə  onun  pərəstiĢkarlarının  sayı  daha  çox  idi  -  29  faiz. 

XDĠ/XSS  blokundan  olan  mərkəzçiləri  dəstəkləyənlər  arasında 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə