MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə177/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   173   174   175   176   177   178   179   180   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

551 

fəaliyyətə  son  qoyulub.  Polis  bu  təĢkilatın  8  türk  immiqrantının 



qətlindəki iĢtirakını dərhal sübuta yetirdi. Lakin bu iĢdəki ən baĢlıca 

sensasiya  jurnalist  araĢdırmaları  nəticəsində  əldə  edilmiĢ  bir 

informasiya  idi.  Həmin  informasiya  belə  idi  ki,  bu  neonasist 

qruplaĢmanın  bütün  təĢkilatçıları  məxfi  əməkdaĢlar,  yəni  alman 

xüsusi xidmət orqanlarının agentləri olub. 

Bu qruplaĢmanın yaradıcıları olan 36 yaĢlı Beata TsĢepe, professor 

övladı Uve Mundlos və ixtisassız fəhlə Uve Benhardt gizli agentlər 

idilər  və  xüsusi  xidmət  orqanları  onların  fəaliyyəti  barədə  hələ 

1995-ci  ildən  məlumatlı  idi.  Saksoniya-Anhalt  federal  torpağı 

dövlət təhlükəsizliyi xidmətinin arxivlərində Uve Mundlosun 1995-

ci ilin iyununda hərbi əks-kəĢfiyyat xidmətinin (MAD) əməkdaĢları 

tərəfindən sorğu-sual edilməsinə dair sənədlərin surətləri aĢkarlandı. 

Bundan  əlavə,  həmin  sənədlərin  surətləri  digər  xüsusi  xidmət 

orqanlarının  -  Konstitusiyanı  Mühafizə  Federal  Xidmətinin  və 

Türingiya  və  Saksoniyanın  təhlükəsizlik  orqanlarının  arxivlərində 

saxlanırdı. 2011-ci ilin noyabrında Bundestaqda bu iĢin təhqiqatına 

baĢlayan  xüsusi  istintaq  komissiyası  yaradılandan  sonra  deputatlar 

hərbi əks-kəĢfiyyat xidmətinə sorğu ilə müraciət edərək ―NSU iĢi‖ 

üzrə arxiv sənədlərinin onlara verilməsini tələb etdilər. Lakin alman 

əks-kəĢfiyyatı  bu  iĢlə  bağlı  özündə  olan  bütün  materialları  məhv 

edərək  onları  deputat  komissiyasına  verməkdən  faktiki  olaraq 

imtina etdi. 

Alman polisində ―KU-KLUKS-KLAN iĢi‖ 

Yaradıcıları  alman  polisinin  məxfi  əməkdaĢları  olan  NSU 

təĢkilatının  iĢi  ilə  alman  polislərinin  irqçi  Amerika  təĢkilatı  ―Ku-

kluks-klan‖dakı iĢtirakı arasındakı heyrətamiz qarĢılıqlı əlaqəni üzə 

çıxarmaq mümkündür. Alman polisi MiĢel Kizevetteri 2007-ci ildə 

məhz NSU aradan götürmüĢdü. Lakin tezliklə məlum oldu ki, onun 

iki  iĢ  yoldaĢı  sən  demə,  ―Ku-kluks-klan‖ın  üzvü  imiĢ.  O  da  üzə 

çıxdı ki, bu iki polis əməkdaĢı, o cümlədən neonasistlər tərəfindən 

qətlə  yetirilmiĢ  MiĢel  Kizevetterin  bilavasitə  rəhbəri  hələ  2002-ci 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

552 


ildən  etibarən  ―Avropanın ağ  cəngavərləri  KKK,  Almaniya  filialı‖ 

qruplaĢmasının üzvləri olublar. Onlardan biri bu qruplaĢmada yarım 

il, digəri bir qədər az üzv olublar. Bu iĢdə ən dəhĢətli məqam o idi 

ki, Baden-Vürtemberq federal torpağının Daxili ĠĢlər Nazirliyi ―Ku-

kluks-klan‖ın  alman  filialının  liderinin  mənzilində  aparılmıĢ 

axtarıĢdan sonra  həmin  polis əməkdaĢlarının KKK-ya  mənsubluğu 

barədə  hələ  2003-cü  ildə  informasiya  almıĢdı.  Lakin  bu  polis 

əməkdaĢları  DĠN-dəki  xidmətlərinin  davam  etdirirdilər  və  cəzasız 

qalmıĢdılar. 

Hətta 2012-ci ildə Bundestaqın bir sıra deputatlarının, o cümlədən 

sosial-demokrat  fraksiyasının  üzvü  Sebastyan  Edatinin  alman 

polislərinin  irqçi  təĢkilatlarla  əlaqəsi  məsələsini  qaldırmasından 

sonra  da  Almaniya  DĠN  öz  əməkdaĢlarının  cəzalandırılması, 

xüsusilə  də  M.Kizevetterin  qətli  ilə  bağlı  müvafiq  xidməti 

araĢdırmanın  aparılması  üçün  heç  bir  tədbir  görmədi.  Polis  və 

prokurorluq  ―NSU  iĢi‖  ilə  ―Ku-kluks-klan‖  arasındakı  qarĢılıqlı 

əlaqəni  üzə  çıxarmaq  üçün  də  müvafiq  araĢdırma  aparmadılar. 

Halbuki  gizli  fəaliyyət  göstərən  nasistlər  tərəfindən  öldürülmüĢ 

qadın polisin iĢ yoldaĢları qanunsuz təĢkilatın üzvləri idilər. Bu isə 

ölkənin istintaq orqanlarında müəyyən Ģübhələr yaratmalı idi. 

Saksoniyada neonasizm 

Saksoniya  alman  federal  torpağı,  2012-ci  ilin  mayı:  ―Bautsen 

Ģəhərində  iki  kiĢi  Kolumbiyadan  mübadilə  proqramı  əsasında 

gəlmiĢ  bir  tələbəyə  hücum  edirlər.  Onlar  tələbəni  ləyaqətsiz 

söyüĢlərlə  təhqir  edir  və  təpikləyirlər.  Hoyersverddə  sağçı 

ekstremistlər  alman  Bundestaqının  (Almaniya  parlamentinin) 

deputatının  kabinetini  mühasirəyə  alırlar.  Onlar  kabinetin 

pəncərələrinin  sındırır  və  oradakı  xidmətçiyə  hücum  edirlər. 

Limbax-Oberfronda  neonasistlər alternativ  təhsil  mərkəzinə  hücum 

təĢkil edirlər. Geythaynda bir pakistanlıya məxsus ―Bollywood‖ adlı 

pitseriyanın  qarĢısında  əldəqayırma  partlayıcı  qurğu  iĢə  salınır. 

Pitseriyanın  sahibi  Sayyal  neonasistlər  tərəfindən  təqiblərə  məruz 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

553 

qalmasından  danıĢır.  Deyir  ki,  beĢ  aydan  -  pitseriyanın  açdığı 



gündən  bəri  təqiblərə  məruz  qalır.  Elə  birinci  günün  axĢamı  onlar 

obyektin  ĢüĢələrini  sındırıblar.  May  ayında  üzlərində  maska, 

əllərində  bıçaq  olan  10  nəfərdən  ibarət  qrup  restoranın  qabağında 

peyda  olub.  Onlar  qapını  döyür,  pəncərələrə  daĢ  atır  və  belə 

qıĢqırırdılar:  ―Sən  murdar  əcnəbisən.  Əlimizə  düĢəcəksən.  Əgər 

buradan  rədd  olub  getməsən,  biz  səni  öldürəcəyik‖.  Bir  həftədən 

sonra  restoran  partladılaraq  dağıdıldı.  Gənclər  hər  gün  Geythayn 

Ģəhərinin  (Leypsiq  rayonu)  mərkəzinə  toplaĢaraq  pivə  içir  və  uca 

səslə  nasist  mahnıları  oxuyurlar.  Hamı  bir-birini  nasistlər  kimi 

salamlayır, bəzən antisemit Ģüarlar da qıĢqırırlar‖. 

Bütün  bu  faktları  2012-ci  ildə  məĢhur  alman  təhqiqatçı-jurnalisti 

Maksimilian  Popp  üzə  çıxarıb.  Həmin  gənclər  isə  hazırda  faktiki 

olaraq milli və irqi seqreqasiya (parçalanma) ideyalarını təbliğ edən 

Almaniya  Milli-Demokrat  Partiyasının  (AMDP)  fəallarıdır. 

Ultrasağ  milliyyətçi  (de-fakto  nasist)  partiya  olan  AMDP 

Almaniyada tamamilə leqal fəaliyyət göstərir. Bundan əlavə, partiya 

rəsmən  dövlət  qeydiyyatından  keçib,  seçkilərdə  iĢtirak  edir  və 

bələdiyyələrdə  yerlər  əldə  edərək  Almaniyanın  Ģərq  əyalətlərində 

güclü  mövqelər  tutur.  Bu  partiya  2004-cü  ildə  Saksoniya 

parlamentinə  seçkilərdə  seçicilərin  9,2  faizinin  səsini  qazanmıĢdı. 

2009-cu  ildə  isə  Bundestaqa  seçkilər  zamanı  nasist  partiyasına 

635525  seçici  səs  vermiĢdi.  Bu  partiyanın  fəalları  faktiki  olaraq 

nasist  təbliğatı  aparır  və  polisin  və  digər  hüquq-mühafizə 

orqanlarının 

səhlənkarlığı 

Ģəraitində 

əhalini 

qorxudurlar. 

Neonasistlərin  partiyası  alman  cəmiyyəti  üzərində  1968-ci  ildən 

bəri hələ bu cür güclü təsirə malik olmamıĢdı. 

―ġtern‖ həftəliyinin aparıcı əməkdaĢı Kati Qlogerin qənaətinə görə, 

Almaniya hökuməti, Bundestaq və bundesrat AMDP-ni bağlamağa 

dəfələrlə  səy  göstərsə  və  Almaniya  Federal  Konstitusiya 

Məhkəməsi buna bənzər təĢəbbüsləri rədd etsə də AMDP millətçilik 

baxıĢlarının  tərəfdarı  kimi  çıxıĢ  etməkdə  davam  edir.  Lakin 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə