www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
548
Axı maĢınqayırma müəssisələrində nə türklər, nə əfqanlar, nə də
misirlilər çalıĢmır, yeni mürəkkəb texnikanı onlar yaratmır, onlar
elm sahəsində də praktiki olaraq yoxdurlar. Küçə ticarəti,
bərbərxanalarda, avtoservisdə çalıĢmaq və yaxud sadəcə olaraq
sosial müavinət hesabına yaĢamaq - onların əsas məĢğuliyyəti budur
(hələ narkotik ticarətini, fahiĢəxanalar iĢlətməyi və buna bənzər
digər iĢləri demirik). Bunlar isə Almaniyanı üzdə-öndə saxlayan
iĢlər deyil.
Miqrantları cəlb etmək tərəfdarlarının əlində əvvəllər daĢdan keçən
əsas var idi - Almaniya iqtisadiyyatının inkiĢafını təmin etmək üçün
bu sahəyə əcnəbilərin axını lazımdır. Amma məlum oldu ki,
miqrantdan miqranta fərq var. Demoqrafik vəziyyətin pis olduğu
Almaniyanın Ģərq torpaqlarındakı peĢə məktəblərində almanlar
çatıĢmırdı. Almanlar bu problemi nəinki təkcə təhsil, həm də iĢ
yerləri zəmanəti verdikləri gənc polyakların hesabına uğurla həll
etdilər.
Rəsmi Berlinin öz daxili siyasətini yenidən nəzərdən keçirməsinin
üçüncü əhəmiyyətli səbəbi büdcənin sosial-iqtisadi xərcləri məsələsi
oldu. Səndələməkdə olan Avropa Ġttifaqına yardım etmək baha baĢa
gəlir və vəziyyətdən çıxıĢ yolu yalnız sosial proqramların
geniĢlənməsindədir.
Lakin bu, artıq Almaniyanın özündə də çoxsaylı etirazlar doğurub.
Almanları baĢa düĢmək olar. Onlar ispanlardan, yunanlardan,
irlandlardan və ya italyanlardan fərqli olaraq daĢınmaz əmlak və ya
maliyyə sektorunda ―Ģar üfürmə‖ siyasəti yürütməmiĢdilər.
Almanların maaĢlarının artımı isə son 8 ildə inflyasiyanı praktiki
olaraq üstələməyib. Məhz buna görə də alman hakimiyyət
orqanlarının antiimmiqrant ritorikası ona indi ―bir güllə ilə iki
dovĢan vurmaq‖ - cəmiyyətin diqqətini təzə tapılmıĢ ―düĢmənlərə‖
yönəltmək və eyni zamanda sosial ödəniĢlərin həcmini azaltmaq
imkanı verir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
549
Bütün yuxarıda sadaladıqlarımızı bu kontekstdən nəzərdən keçirsək,
onda aydındır ki, Tilo Sarrasinin əvvəllər Almaniya üçün
ağlasığmaz olan kitabının nəĢri kimi onun çıxıĢları da, siyasətçilərin
multikulturalizmə ölüm hökmü çıxarması da eyni zəncirin müxtəlif
həlqələridir. Almaniya rəsmən bəyan etdi ki, o, iqtisadiyyat, elm və
sənaye sahələrində özünün dünyadakı lider mövqelərini qoruyub
saxlamaqda maraqlı olan alman dövləti idi və belə olaraq da qalır.
Bu ölkənin təhsilsiz və mədəni baxımdan yad immiqrantlar üçün
limiti artıq tam bitib.
Bu
baxımdan
aĢağıdakı
tədbirlərin
həyata
keçirilməsi
multikulturalizm böhranını aradan qaldırmağın yolları kimi görülür.
Birincisi, hökumətlərin tolerantlığın ictimai quruculuğun əsası
olması haqda sadəcə yalnız mühakimə yürütməsi yox, həm də
immiqrantların inteqrasiyası sahəsində konkret addımlar atması, bu
sahədəki problemləri həll etməsi lazımdır. Ġkincisi, təkcə mühacir
qəbul edən ölkələrin vətəndaĢlarında yox, elə immiqrantların
özlərində də dözümlülük hissinin tərbiyə olunmasına diqqət
yetirmək lazımdır. Üçüncüsü, bütün Avropa məkanında
multikulturalizmin konkret qayda və prinsiplərini iĢləyib hazırlamaq
lazımdır. Bu problem ayrı-ayrı dövlətlər səviyyəsində yox, Avropa
Ġttifaqı səviyyəsində həll olunmalıdır. Lakin ―qeyri-natural
almanların‖ (bu termin leksikona multikulturalizm probleminin
tədqiqatçısı, alim Susanna ġtempler tərəfindən gətirilmiĢdir)
vətəndaĢ hüquqlarının müdafiəsinə yönəlmiĢ bu konkret tədbirlərin
reallaĢdırılması yalnız o halda mümkündür ki, dövlətin özü də
multikultural cəmiyyətin yaradılmasında həqiqətən də maraqlı
olsun.
Lakin təkcə T.Sarrasinin kitabı ətrafında yox, həm də miqrantları
qorxuya salmaq üçün məqsədyönlü Ģəkildə həyata keçirilən
aksiyalar - ―natural almanların‖ əsas qıcıq mənbəyi olan gəlmə
türklərə qarĢı törədilmiĢ terror aktları (indi məlum olur ki, bu
teraktların arxasında müəyyən dövlət orqanları dayanır) ətrafında
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
550
baĢ verən qalmaqallı proseslər alman istebliĢmentinin baĢqa
məqsədlərinin - digər xalqları və mədəniyyətləri assimilyasiya
etmək siyasətini davam etdirmək niyyətlərinin olduğunu göstərir.
Buna ən parlaq nümunə ―NSU iĢi‖, ―Kabab iĢi‖ adlandırılan iĢ və
dirilib meydana çıxan ――Ku-kluks-klan‖ iĢi‖dir. Bütün bu iĢlərin
arxasında Almaniyanın gizli xidmətləri dayanırdı.
―NSU iĢi‖ (Nasional-sosialistlərin gizli fəaliyyəti)
2000-ci ildən 2006-cı ilə qədər Almaniyada sağçı ekstremistlər
tərəfindən törədilən qətllər seriyası oldu. 2000-ci ilin sentyabrından
etibarən
Nürnberqdə,
Münhendə,
Hamburqda,
Rostokda,
Dortmundda və Kasseldə 8 türk sahibkar öldürüldü. 2004-cü ildə isə
Köln Ģəhərinin türklər yaĢayan məhəlləsində partlayıĢ baĢ verdi.
Polis 2000-ci ildə Düsseldorfda yəhudi immiqrantlara hücumdan
sonra olduğu kimi burada da cinayətkarların izinə düĢə və onları
tapa bilmədi. Bu cinayət iĢləri 6 il ərzində açılmamıĢ qaldı.
Baxmayaraq ki, həmin qətllərin hamısı eyni silahla - Çexiyanın
istehsal etdiyi ―Ceska‖ markalı tapança ilə törədilmiĢdi.
Operativ əməliyyat iĢləri sahəsində nəhəng təcrübəyə malik peĢəkar
alman polisinin bunca nümayiĢkaranə Ģəkildə törədilmiĢ, bunca açıq
cinayətlərin üstünü açmağa nədənsə gücünün çatmaması uzun
müddət Ģübhə doğurdu. Bu cinayət iĢlərində dəlil-sübut lazım
olandan da çox idi. Buna baxmayaraq istintaq-təhqiqat iĢləri ölü
nöqtədən yenə də tərpənmirdi. Təhqiqatın gediĢində dönüĢ nöqtəsi
yalnız 2007-ci ildə Haylbronn Ģəhərində bir qadın polis elə həmin
tapançadan açılan atəĢlə öldürüləndən sonra yarandı. Polis yalnız
irqçi terrorçuların hakimiyyət orqanları nümayəndəsinə diĢ
qıcamasından sonra bəyan etdi ki, Almaniyada 1998-ci ildən bəri
―iĢləyən‖ neonasist bandası zərərsizləĢdirilib.
Hüquq-mühafizə orqanları yalnız 2011-ci ilin noyabrında, yəni azı
10 qətl törətmiĢ ―Nasional-sosialistlərin gizli fəaliyyəti‖ (NSU)
təĢkilatının yaradılmasından 11 il sonra bəyan etdilər ki, bu gizli
Dostları ilə paylaş: |