www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
572
də bütün dünyadakı və Ümumavropa evindəki demokratik iqlimə,
habelə ayrı-ayrı Avropa ölkələrinin inkiĢaf təcrübəsinə mənfi təsir
göstərir.
Fransanın əvvəlki multikulturalizm xəttindən Böyük Britaniya ilə
Almaniyanın eyni dərəcədə tədricən geri çəkilməsi (prezident
Sarkozinin, baĢ nazir Kemeronun və kansler Merkelin
multikulturalizm siyasətinin iflası haqdakı səs-küylü bəyanatları
fonunda), milli identiklik amilinə həddən artıq diqqət yetirilməsi,
immiqrasiya siyasətinin sərtləĢdirilməsi, ictimai həyatdakı ikili
milli-dini standartlar, ayrı-seçkiliyə yol açan və müəyyən sosial
qrupların fundamental hüquq və azadlıqlarını məhdudlaĢdıran bir
sıra qanunların qəbulu (məsələn, ―erməni soyqırımının‖
kriminallaĢdırılması, ictimai yerlərdə dua etməyin və hicabın
qadağan olunması, Almaniyanın bəzi torpaqlarında sünnətin yasaq
edilməsi və s.) - bütün bunlar yalnız sosial toqquĢma və
çarpıĢmaların dərinləĢməsinə və adıçəkilən ölkələrin demokratik
imicinin devalvasiyasına səbəb oldu.
Avropanın qalan hissəsinə gəlincə isə orada hər yerdə
multikulturalizmdən assimilyasiya siyasətinə doğru irimiqyaslı
dönüĢ müĢahidə olunmaqdadır. Avropada ―assimilyasiya‖ sözündən
istifadə olunmasa da aparıcı avropalı sosioloqların (o cümlədən
ingilis alimi Ziqmund Baumanın) qənaətinə görə, gündəlik həyatda
―inteqrasiya‖ terminindən istifadə edilməsi gerçək prosesin -
assimilyasiyanın mənasının siyasi cəhətdən çox dəqiq Ģəkildə
dəyiĢdirilməsinin əlamətidir.
Assimilyasiya prosesinə doğru dönüĢ 2000-ci illərin əvvəllərində
baĢ verdi. Bu da ictimai əhval-ruhiyyənin dəyiĢməsindən irəli
gəlirdi. Bir tərəfdən ―welfare state‖ böhranı, digər tərəfdən isə 11
sentyabr terror aktı cəmiyyətdəki siyasi mühiti kəskin Ģəkildə
dəyiĢdirmiĢdi. Ultrasağ siyasi qüvvələrin nüfuzu artmıĢdı. Onlar
kütləvi informasiya vasitələrinin köməyindən səylə yararlanmaqla
miqrasiya prosesini Avropa xalqlarının özünü təmin etməsi və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
573
identikliyi üçün yeni müstəsna təhlükə Ģəklində təsvir və təqdim
etməyə baĢlamıĢdılar. ―Ümumi rifah dövlətinə‖ təhlükə,
təhlükəsizliyə təhlükə, sosial mütəĢəkkilliyə təhlükə, identikliyə
təhlükə kimi və s.
Aparıcı Avropa ölkələri hökumətlərinin də dəstəklədiyi güclü
təbliğat nəticəsində aĢağıdakı ideoloji effekt yarandı: miqrant
kütləsinin strukturundakı marginallaĢma əxlaqi-psixoloji problem
kimi, miqrantların yeni cəmiyyətə inteqrasiya olunmaq
istəməməsinin təzahürü kimi qəbul edilməyə baĢladı.
Əgər Qərbi Avropanın özündəki, o cümlədən Almaniya və
Fransadakı siyasi dairələr siyasi liberalizmin ən baĢlıca,
fundamental prinsiplərinə və demokratiya normalarına saymazyana
münasibət nümunəsi göstərməyə baĢlamıĢdılarsa, onda yeni
demokratiya ölkələrində demokratik normaların və insan haqlarının
pozulmasının
miqyası
ağlasığmaz
dərəcədə
olmalı
idi.
Yarımdemokrat və avtoritar ölkələrdəki, o cümlədən postsovet
dövlətlərindəki hakim elitalardan daha nə gözləmək olardı?!
Yeni ölkələrin Avropa sosial-siyasi və iqtisadi formasiyasına
uyğunlaĢması epoxasını əhatə edən yenidənqurmadan sonrakı bir
neçə onillik ərzində yeni demokratiya ölkələrində demokratiya və
beynəlxalq hüquq normalarının oxĢar formada, artıq sxematik və
sistematik, nümayiĢkaranə Ģəkildə pozulması halları baĢ verirdi. Bu
da özünü seçki prosesinin və seçkilərin nəticələrinin ənənəvi Ģəkildə
saxtalaĢdırılmasında, vətəndaĢların hüquq və azadlıqlarının kütləvi
Ģəkildə pozulması fonunda xalq etirazlarının boğulmasında, fərqli
düĢünənlərin və söz azadlığının sistemli Ģəkildə təqib olunmasında,
korrupsiyanın artmasında və s. göstərirdi. Buna baxmayaraq
demokratik Qərbin demək olar ki, bütün subyektləri nüfuzlu və
mötəbər beynəlxalq təĢkilatların hesabatlarında daim tənqid olunan
bu ―pis rejimlər‖lə fəal əməkdaĢlıq edirlər. Əsasən məhz elə rəsmi
Qərbin bu ikili (üzdə tənqid edib arxada dəstəkləmək) siyasəti,
həmçinin liberal dəyərlərin bütün dünya boyunca müĢahidə edilən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
574
böhranı avtoritar rejimlərdə özlərinin seçilmiĢ, imtiyazlı və
məğlubedilməz olmasına əminlik sindromu yaratmıĢdı.
ġübhəsiz ki, böhranın iqtisadi və sosial nəticələrinin vurduğu
zərbənin təsir gücünü azaltmaq üçün Avropa çox böyük təcrübə və
potensial sərvət toplayıb. Lakin ənənəvi Avropa dəyərlərinin
yaĢadığı böhranın siyasi və ideoloji nəticələrinin vurduğu zərbənin
təsir gücünü bərabər Ģəkildə azaltmaq, multikulturalizm ideyasının
tam iflasa uğramasından yayınmaq, kəskin Ģəkil almıĢ problemləri
demokratiyaya zərər vermədən həll etmək mümkün olacaqmı? Bu
sual təkcə dəyərlərin böhranı ilə üzləĢmiĢ Qərb ölkələrindəki ictimai
Ģüuru yox, həm də yeni yaranmıĢ dövlətlərin ictimaiyyətini narahat
edir. Yeni ölkələrin ictimaiyyəti bunu tam anlayır ki, ümumdünya
inkiĢafının sonrakı gediĢini məhz Avropadakı inkiĢaf konyukturası
və demokratik prosesin taleyi müəyyən edəcək.
Bütövlükdə isə bəzi inkiĢaf etmiĢ ölkələrdə demokratiyanın və
multikulturalizm siyasətinin fəaliyyət göstərməsində yaranan
problemlər Avropanın yaxın siyasi perspektivləri ilə bağlı
narahatlıq
doğurur
və
―Ümumavropa
evinin‖
özünün
mövcudluğunu təhlükə altında qoyur. Bundan əlavə, Avropa
dəyərlərinin hazırda müĢahidə olunan sistemli böhranı tərəddüd
halında olan ölkələrin (bura nəinki təkcə Avrasiya siyasi
məkanından, həm də hüquqi dövlət quruculuğu sahəsində böyük və
uğurlu nəticələr əldə etmiĢ Asiya-Sakit Okean regionundan olan
ölkələri aid etmək olar) Avropanın demokratik inkiĢaf yolunu
seçməsi yolunda ləngidici, çəkindirici amilə çevrilir. Avropa
dəyərlərinin böhranı avtoritar rejimlərin dəyiĢikliklərə müqavimət
potensialını artırıb gücləndirir və demokratiyanın qlobal miqyasda
daha inamlı Ģəkildə irəliləməsi imkanlarını boğur.
Təqdim olunan bu layihənin məqsədi əksər Avropa ölkələrində
Avropa dəyərlərinin (hər Ģeydən əvvəl liberal demokratiya və
multikulturalizm dəyərlərinin) sistemli böhranı hallarının kompleks
monitorinqini həyata keçirməkdir. Tədqiqat qrupu monitorinq
Dostları ilə paylaş: |