MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə182/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   178   179   180   181   182   183   184   185   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

566 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı 

haqda 

 

 



Həm  Avropada,  həm  də  bütün  dünyadakı  sosial-siyasi  və  iqtisadi 

proseslərin  inkiĢafının  gediĢi  Avropada  liberal  dəyərlərin  və 

multikulturalizmin böhranı mövzusunun durmadan aktuallaĢmasına 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

567 

səbəb  olur.  Bu  məsələ  yenicə  yaranmıĢ  dövlətlərdə,  o  cümlədən 



postsovet  dövlətlərində  və  bir  vaxtlar  sosialist  düĢərgəsinə  daxil 

olan,  indi  isə  Avropanın  siyasi  və  sosio-mədəni  məkanına 

inteqrasiya  etmiĢ  ölkələrdə  müĢahidə  olunan  demokratik  resessiya 

prosesinin  fonunda  xüsusilə  aydın  görünür.  Liberal  dəyərlərin 

problemli  demokratiyaya  malik  dövlətlər  adlandırılan  ölkələrdəki 

böhranı  təkcə  bu  dövlətlərin  siyasi  elitalarının  getdikcə  artıb 

güclənən  avtoritar  siyasi  istəkləri  ilə  Ģərtlənib  müəyyən  olunmur 

(hərçənd siyasi elitalar da həlledici rola malikdir). Bunun daha dərin 

səbəbləri var. ġərqi Avropanın və MDB-nin bir çox ölkələrində, o 

cümlədən  Azərbaycanda  dəyərlər  sisteminin  böhranı  ilk  növbədə 

Avropanın  özündə  müĢahidə  olunan  liberal  dəyərlərin  və 

multikulturalizmin böhranından irəli gəlir. 

Son bir neçə ildə, xüsusilə də yeni iqtisadi depressiyadan sonra bəzi 

Qərbi Avropa ölkələrində demokratik proseslərin sürətinin azalması 

kimi ümumi bir tendensiya müĢahidə olunur. Qlobal iqtisadi böhran 

Avropanın  əksər  ölkələrinin  siyasi  inkiĢafında  əvvəl  mövcud  olan 

neqativ  meylləri  bir  az  da  ön  plana  çıxardı,  həmçinin  bütün 

dünyadakı  avtoritar  rejimlərin  gücünü  artırdı.  Dünya  miqyasında 

gedən  çoxillik  demokratikləĢmə  prosesi  son  illər  faktiki  olaraq 

dayanıb.  Və  resessiya  adlanan  proses  indi  heç  də  hər  yerdə 

müĢahidə  olunmur.  DemokratikləĢmə  sahəsində  əvvəllər  əldə 

olunmuĢ  tarixi  tərəqqi  və  nailiyyətlərdən  geri  çəkilmək  indi  artıq 

dünyanın əksər regionlarında, o cümlədən elə Avropanın özündə də 

aparıcı  modelə  çevrilib.  Bütün  dünya  üzrə  etiraz  hərəkatlarının 

artımı qeydə alınır. Nəzərə almaq lazımdır ki, sosial çaxnaĢmalar və 

avtoritarizm  meylləri  hətta  möhkəm  və  oturuĢmuĢ  demokratiyaya 

malik  Avropa  ölkələrində  də  liberal  dəyərlərə  real  təhlükə  törədə 

bilər. 


2011-ci  ildə  ərəb  dünyasında  inqilabi  dəyiĢikliklər  uğrunda 

baĢlayan və ―ərəb baharı‖ adı altında yeni tarixi mərhələnin əsasını 

qoyan  etiraz  hərəkatının  misilsiz  yüksəliĢi  ilkin  dövrlərdə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

568 


demokratikləĢmənin  yeni  dalğası  ilə  bağlı  ümid  və  gözləntiləri 

gücləndirsə  də  hadisələrin  sonrakı  gediĢi  göstərdi  ki, 

demokratikləĢmə  dünyanın  əksər  regionlarında  olduğu  kimi  Yaxın 

ġərq regionunda da hələ həddən artıq mürəkkəb və qeyri-müəyyən 

perspektivlərə  malik  bir  proses  olaraq  qalır.  Əksər  avtokratik 

rejimlər 

inqilab 

təhlükəsinin 

artması 

fonunda 


amansız 

repressiyalarla formal kosmetik dəyiĢiklikləri birləĢdirmək üsuluna 

əl  atmaq  yolu  ilə  yeni  situasiyaya  uyğunlaĢmağa  çalıĢdılar. 

Dünyanın  bir  çox  ölkələrində,  o  cümlədən  postsovet  məkanında 

demokratikləĢmə  prosesləri  ləngiyib  dayandı,  gerilədi,  ya  da 

demokratiyanın imitasiyası kimi eybəcər fenomenlə əvəzləndi. 

 

Avtoritarizm  meylləri  keçmiĢ  Sovet  Ġttifaqının  əksər  ölkələrində 



daha  da  gücləndi.  Liberal  dəyərlərin  aĢınması  prosesi  isə  tədricən 

Avropa Ġttifaqının bir sıra dövlətlərini, ilk növbədə ġərqi, Mərkəzi 

və  Cənubi  Avropa  ölkələrini  öz  ağuĢuna  aldı.  Dünyanın  əksər 

regionlarında  müĢahidə  edilən  demokratik  proseslərdən  məyusluq 

hissi  və  siyasi  təsisatlara  etimadın  azalması  kimi  hallar  ötən  əsrin 

90-cı  illərinin  əvvəllərində  formalaĢmıĢ  təsəvvürləri  -  dünyada 

liberal-demokratik  dəyərlərin  mütləq  təntənəsi,  habelə  ġər 

imperiyalarına qalib gələn və insan hüquqlarının üstünlüyü barədəki 

nəzəriyyəni  bəyan  edən  Qərb  liberalizminin  aparıcı  rolu  barədəki 

aldadıcı və yanlıĢ təsəvvürləri Ģübhə altına saldı. 

ġərqi və Mərkəzi Avropa dövlətlərinin siyasi problemləri regionda 

demokratik  dəyiĢikliklər  məsələsi  ilə  bağlı  xeyli  neqativ  suallar 

doğurur.  Xarici  siyasətdə  ikili  standartların  tətbiqi  və  vətəndaĢ 

azadlıqlarının üzərinə getdikcə artan hücumlar bəzi Qərb ölkələrinin 

xüsusilə  də  Macarıstanda  demokratik  sistemin  böhranı, 

Bolqarıstanda  korrupsiya  piramidasının  yaranması,  Rumıniyada 

hakimiyyətin  diskriminasiya  siyasəti  və  s.  fonunda  siyasi 

riyakarlıqda ittiham olunmasına gətirib çıxardı. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə