MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə183/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   179   180   181   182   183   184   185   186   ...   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

569 

Hətta  Qərbi  Avropanın  ən  inkiĢaf  etmiĢ  ölkələrində  də 



demokratiyanın  səviyyəsi  ümumi  Ģəkildə  aĢağı  düĢdü.  Bu  da  hər 

Ģeydən  əvvəl  borc  böhranlarının,  avrozonadakı  iqtisadi  qeyri-

müəyyənliyin,  sosial  rifah  ideyasına  parazit  kimi  daraĢan  və  geniĢ 

miqyasda  etiraz  əhval-ruhiyyəsi  doğuran  bir  çox  dövlətlərin 

iflasının,  yekun  olaraq  da  qeyri-mükəmməl  siyasi  idarəçiliyin 

nəticəsi  idi.  Qərbi  Avropanın  bir  sıra  inkiĢaf  etmiĢ  ölkələrində 

(Almaniya,  Böyük  Britaniya,  Fransa,  Belçika,  Ġtaliya,  Ġspaniya, 

Portuqaliya)  dövlətin  fəaliyyətindəki  çatıĢmazlıqlar  artdı,  əhalinin 

siyasi  həyatda  iĢtirak  səviyyəsi  isə  vətəndaĢ  azadlıqlarının 

məhdudlaĢdırılması təhlükəsi ilə əlaqədar kəskin Ģəkildə azaldı. 

Hakimiyyətlə cəmiyyət arasındakı uçurumun getdikcə dərinləĢməsi, 

formal demokratik üstquruma çevrilən ənənəvi siyasi institutlara və 

partiya sistemlərinə etimadın azalması Avropa dövlətlərinin böyük 

hissəsində  xarakterik  cəhətə  çevrildi.  Siyasi  elitaların  siyasi 

həyasızlığı,  sistemli  korrupsiyası  və  ellik  zəmanət  (hamının  bir 

nəfərə,  bir  nəfərin  hamıya  zamin  durması)  prinsipi  ona  gətirib 

çıxardı ki, liberal iqtisadiyyatın böhranı tədricən liberal dəyərlərin, 

ən  son  nəticədə  isə  Avropa  demokratiyasının  özünün  böhranına 

çevrilməyə 

baĢladı. 

Avrosentrizm 

platformasının 

və 

multikulturalizm  nəzəriyyəsinin  getdikcə  dərinləĢən  böhranı 



dalğasında  isə  suverenləĢmə  təmayülləri  gücləndi,  ―Ümumavropa 

evi‖  və  ―Sərhədsiz  Avropa‖  dəyərləri  unudulmağa  baĢladı, 

mühacirlərə  (miqrantlara)  münasibət  pisləĢdi,  sosial  inteqrasiya 

siyasəti  zəiflədi.  Bütün  bunlar  isə  öz  növbəsində  böhran  hallarını, 

dinlərarası  və  millətlərarası  gərginliyi  yalnız  daha  da  gücləndirib 

son həddə çatdırdı. 

Əgər  Avropa  identikliyinin  əsaslarına  baxsaq  görərik  ki, 

müxtəlifliklərin  (sosio-mədəni  və  etnik)  yanaĢı  mövcud  olub 

yaĢamasını  nəzərdə  tutan  multikulturalizm  bir  konsepsiya  olaraq 

birmənalı  deyil.  Avropa  Ġttifaqı  demokratiya,  tolerantlıq,  insan 

hüquq  və  azadlıqlarına,  söz  azadlığına  hörmət  və  s.  bu  kimi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

570 


fundamental  dəyərlərin  birləĢdirdiyi  dövlətlərin  birliyidir. 

Multikulturalizm  öz  mahiyyəti  baxımından  avropalılğın  bütün  bu 

meyarlarına ziddir: Avropa Ġttifaqının demokratik ölkələrində insan 

haqları  anlayıĢını  qəbul  etməyən  (məsələn,  müsəlman  dünyasında 

qadın  hüquqlarını  rədd  edən),  söz  azadlığını  özünə  yad  sayan, 

demokratiyaya tənqidi münasibət bəsləyən, ən vacibi və ən əsası isə 

özlərini  yaĢadıqları  ölkələrlə  (onların  mədəniyyəti,  ənənələri, 

dünyagörüĢü,  həyat  tərzi  və  s.)  bir  yerdə  təsəvvür  etməyən  dini 

icmalar var. 

Qeyd  etmək  lazımdır  ki,  bu  halda  söhbət  heç  də  bütün 

miqrantlardan  getmir.  Amma  hər  halda  baĢqaları  yox,  məhz  sayı 

Avropada 

nəzərəçarpacaq 

dərəcədə 

artmıĢ 

müsəlmanlar 



multikulturalizm 

siyasətinin 

iflasa 

uğraması 



mövzusunda 

müzakirələr  aparmağa  əsas  yaradırlar.  Bir  sıra  avropalı 

siyasətçilərin  qənaətinə  görə,  məhz  miqrantların  (xüsusilə  də 

müsəlmanların)  Qərb  cəmiyyətinin  bir  parçasına  çevrilməyi 

bacarmaması irqçilik və  millətçilik kimi  mənfi və qorxulu halların 

baĢ  qaldırmasına,  ekstremizm  əhval-ruhiyyəsinin  güclənməsinə, 

sosial  özgələĢmə  və  uzaqlaĢmaya,  düĢmənçiliyə  doğru  aparır. 

Radikal  Ġslam  tərəfdarlarının  Qərbi  Avropanın  bu  sosio-mədəni 

mühitini  bu  cür  mənfi  yöndən  qavraması  sayəsində  də  əsassız 

ittihamlar  meydana  gəlir.  Ġslam  mədəniyyətinin  nümayəndələrini 

beynəlxalq  terrorizm  ideologiyasının  potensial  daĢıyıcıları  ilə 

eyniləĢdirən  stereotip  də  bu  zəmində  formalaĢır.  Belə  bir  yanlıĢ 

təsəvvür yaranır ki, bu zümrə içində olduğu, yaĢadığı sosial mühitə 

inteqrasiya etməyə bəri baĢdan hazır deyil. 

Avropa liderlərinin müəyyən hissəsi miqrantlara münasibətdə tətbiq 

edilən  diskriminasiya  əməllərinə  Qərb  ictimai  fikrinə  yeridilmiĢ 

yuxarıdakı  stereotiplərin  köməyi  ilə  haqq  qazandırmağa, 

multikulturalizmdən  assimilyasiyaya  keçməyin  zərurətini  bu 

stereotiplərin yardımı ilə əsaslandırmağa çalıĢır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

571 

Əgər  Fransa,  Ġspaniya,  Ġtaliya,  Portuqaliya,  Yunanıstan  kimi 



ölkələrin  tarixi  təcrübəsinə  müraciət  etsək  və  onların  Avropa 

siyasətindəki  yerini  və  rolunu  təhlil  etsək,  onda  demokratiyanın, 

habelə  siyasi  və  mülki  azadlıqların  indeksini  müəyyən  edən  əksər 

Avropa analitik institutlarının (o cümlədən nüfuzlu ―The Economist 

Ġntelligence  Unit‖  tədqiqat  Ģirkətinin;  yeri  gəlmiĢkən,  biz  öz 

araĢdırmalarımızda  ilk  növbədə  bu  qrupun  tədqiq  etdiyi 

məlumatlara 

əsaslanmıĢıq) 

tədqiqatlarına, 

həmçinin 

tam 

demokratiyaya  malik  ölkələrin  reytinq  kateqoriyasına  əsaslanaraq 



deyə  bilərik  ki,  adıçəkilən  bu  ölkələr  son  illərdə  antiliberal 

meyllərin güclənməsi sayəsində sonuncu ―Demokratiya indeksində‖ 

kifayət  qədər  demokratiyanın  olmadığı  ölkələr  qrupuna  salınıb. 

Ġspaniya  ―tam  demokratiyaya  malik  ölkələr‖  siyahısında  axırıncı 

yerini  qoruyub  saxlasa  da  özünün  dayanmadan  enən  reytinqi 

ucbatından  ―kifayət  qədər  demokratiyanın  olmadığı‖  ölkələr 

qrupuna həddən artıq çox yaxınlaĢıb. 

Yeri  gəlmiĢkən,  Fransa,  Ġtaliya,  Ġspaniya  (Almaniya  və  Böyük 

Britaniya  ilə  birgə)  ənənəvi  olaraq  liderlik  edən  dəstəyə,  Avropa 

ölkələrinin  elitası  adlandıra  biləcəyimiz  qrupa  daxil  idilər.  Bu  üç 

ölkə  özlərini  dünyanın  nəhəng  siyasi  və  iqtisadi  təsir  potensialına, 

oturuĢmuĢ və güclü demokratiyaya malik inkiĢaf etmiĢ ölkələri kimi 

çoxdan təsdiqləmiĢdilər. Buna görə də onların demokratiya indeksi 

üzrə  reytinq  göstəricilərinin  qəfildən  aĢağı  enməsi,  özlərinin  isə 

―kifayət qədər demokratiyanın olmadığı‖ ölkələr qrupuna salınması 

təəccüblü və simptomatikdir. 

Uzun  müddət  liberal  dəyərlərin  tarixi  dayağı  kimi  tanınan  və 

―Avropa  siyasi  dəbinin‖  ifadəçisi  kimi  çıxıĢ  edən  Fransanın 

nümunəsi xüsusilə səciyyəvidir. Bu ölkənin siyasi təsir potensialını, 

mənəvi  nüfuzunu,  geosiyasi  çəkisini  və  dünyada  gedən  qlobal 

proseslərdəki  rolunu  nəzərə  alanda  Ģübhə  yoxdur  ki,  Fransanın 

qanunvericilik,  idarəetmə  və  ictimai-siyasi  həyatında  liberalizmin 

səviyyəsinin  aĢağı  düĢməsi  həm  bu  dövlətin  özünün  imicinə,  həm 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə