www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
554
partiyanın
proqram
sənədlərində
nasist
təbliğatının
və
simvolikasının elementləri formal Ģəkildə də olsa yoxdur deyə ali
məhkəmə instansiyası onun qeydiyyatının ləğvi üçün formal
əsaslara da malik deyil. Bəs Saksoniyadakı hadisələr, həmçinin
AMDP üzvü Ralf Vollebenin ―NSU iĢi‖nə bağlılığı bu partiyanın
bağlanması və onun dövlət qeydiyyatının ləğvi üçün formal əsas
deyilmi? Yoxsa sadəcə olaraq alman hökumətinin tənqidçilərinin
haqqında bərkdən danıĢdığı ―dövlət içindəki dövlət‖ (―deep state‖)
multikulturalizmin xanım Merkelin də təəssüflə qeyd etdiyi həmin
bu iflasını Ģərtləndirən həqiqi və səmərəli rıçaqı itirməkdə maraqlı
deyil?
Söz yox, Bundestaqın deputatı Viola fon Kramerin (YaĢıllar
fraksiyası) verdiyi informasiyaya görə, AMDP Almaniyanın xüsusi
xidmət orqanları ilə sıx bağlıdır və partiyanın fəaliyyəti
təhlükəsizlik xidmətinin maliyyə yardımı ilə həyata keçirilir. Nəinki
təkcə Bundestaqın, ümumiyyətlə, həm də Avropa Parlamentinin ən
nüfuzlu deputatlarından birinin (xanım V.fon Kramer Avropa
Parlamenti Komitəsinin sədri vəzifəsini tutur) bu fikirlərindən sonra
anlamaq çətin deyil ki, Federal Konstitusiya Məhkəməsi
Bundestaqın nasistlərin qeydiyyatını ləğv etmək tələbini niyə rədd
edir.
Bütün bu hadisələr Almaniyada nasional-sosialistlərin gizli
fəaliyyətinin üstünün açılmasından sonra baĢ verir. Lakin alman
hakimiyyət orqanları faĢizm və rasizm hərəkatının yeni dalğasına
qarĢı çıxmağa nədənsə tələsmirlər. Əksinə, Almaniyanın hakimiyyət
orqanları rahat və əlveriĢli mövqe tutaraq problemin mövcudluğunu
yerli-dibli inkar edirlər. NSU-nun fəaliyyəti dövründə olduğu kimi.
Gəl yüksək rütbəli alman məmurlarının dediklərinə diqqət yetirək.
Saksoniyanın daxili iĢlər naziri, sağ-mərkəzçi XDĠ-dən olan Markus
Ulbiq miqrantların mənzillərini talan etməyə çağıran yerli
nasistlərin faĢizm ideologiyasını açıq-aĢkar təbliğ etmək vasitəsinə
çevrilmiĢ ―Azad Ģəbəkə‖ni adicə internet-portaldan, bir növ
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
555
nasistlər üçün Facebook-dan baĢqa bir Ģey saymır. Saksoniyanın baĢ
naziri, xristian-demokrat Stanislav Tillix isə bəyan edib ki, onun
rəhbərlik etdiyi torpaqda ultrasağ ekstremizmlə bağlı elə də ciddi
problem yoxdur.
Halbuki NSU-nu yaradan və öz fəaliyyətini 10 il ərzində açıq
Ģəkildə davam etdirən məĢhur ―üçlük‖ məhz Saksoniyada hərəkət
edirdi. Bununla bərabər hakimiyyət qrupları gizli nasist
fəaliyyətinin davam etdiyi dövrdə olduğu kimi bu qrupun ləğvindən
(yaxud özünü ləğv etməsindən?) sonra da orta məktəblərdə Ģagirdlər
arasında aparılan nasist təbliğatını laqeydcəsinə müĢahidə edirlər.
Nasistlər gəncləri öz tərəflərinə çəkməyə çalıĢır. Elə təəssürat
yaranır ki, yerli nasist təĢkilatına dövlət orqanları tərəfindən
himayədarlıq olunur. Nümunə olaraq deyək ki, irqçilərə müqavimət
göstərməyə çalıĢan, onların fəaliyyətini ifĢa edən və onların
fəaliyyət azadlığını məhdudlaĢdırmağa çağıran hər kəs dərhal
hədəfə çevrilib təqib olunmağa baĢlayır. Bunun ən parlaq nümunəsi
məĢhur alman jurnalisti, bədii qiraət təĢkilatçısı, antifaĢizm
məzmunlu səs-küylü jurnalist araĢdırmalarının müəllifi Günter
Valrafın taleyidir. O, neonasistlər tərəfindən təqiblərə məruz
qalmıĢdı.
Neonasistlərin özbaĢınalığın yaranmasına və qayda-qanunun
pozulmasına yönələn barbarlığı polisin praktiki olaraq mütləq
səhlənkarlığı Ģəraitində baĢ verir. Buna misal olaraq Saksoniya
DĠN-də neonasist zorakılığının qurbanı olmuĢ vətəndaĢların telefon
zənglərinin açıqlanmasını göstərmək olar. Polislər vətəndaĢların
Ģikayətlərinə Ģübhəli Ģəkildə biganəliklə yanaĢıblar. Saksoniya
vətəndaĢlarının polisə ünvanlanan telefon zənglərini alman jurnalisti
Maksimilian Popp 2012-ci il, iyunun 13-də ―ġpigel‖ həftəliyində
dərc olunan ―Nasistlər Almaniyanın ayrı-ayrı rayonlarında
firavanlıq içindədir‖ baĢlıqlı səs-küylü məqaləsində açıqlayıb.
Buyurun, ―ġpigel‖in açıqladığı stenoqramdan Almaniya polis
orqanlarının hərəkətsizliyinə dair daha bir parlaq nümunə:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Azərbaycan multikultiralizmi – II Elmi toplu
556
―Saat 07:49, bir qadın zəng edir:
- Qolditsdəki Sofienplatsda indicə nəsə baĢ verəcək.
- Orada məhz nə baĢ verir?
- Bura maskalı adamlarla doludur.
- Hə, nə olsun?!
- Onlar hər Ģeyi təpikləyir və vurub dağıdır.
Saat 07:51, bir kiĢi zəng edir:
- Bura, Qolditsdəki Sofienplatsa 50-dən artıq maskalı adam yığıĢıb.
- Bəs siz niyə zəng edirsiniz?
- Çünki bu oğlanlar binanı dağıdır, hər Ģeyi vurur, döyür,
partlayıcılar atır.
Saat 08:04, bir qadın zəng edir:
- Onlar Sofienplatsda hər Ģeyi darmadağın etdilər. Və burada,
gənclər klubunda nəyisə yandırmaq istəyirlər. Hər halda mən belə
eĢitdim.
- Əlbəttə, əgər siz dağıntıların və vurulan zərərin Ģahidisinizsə,
istənilən vaxt polis məntəqəsinə gələ və ərizə yaza bilərsiniz.
Saat 08:44, bir kiĢi zəng edir:
- Onlar artıq 4 pəncərəni sındırdılar.
- Bəs siz məndən nə istəyirsiniz? Nədir, yoxsa mən gəlib bu
pəncərələrin qabağında durmalıyam? Yaxud siz nəyi gözləyirsiniz?‖
Ġrqçilik dalğasının Almaniyanın əksər Ģəhər və əyalətlərindəki (o
cümlədən Bavariyadakı; nasizmin güclənməsinə səhlənkar
münasibət bəzən ona gətirib çıxarır ki, elə polislərin özləri də
nasistlərin qurbanına çevrilir. Məsələn, bütün Almaniya neonasist
olduğu ehtimal edilən birinin Passau Ģəhərinin polis rəisi, sağçı
ekstremizmlə məĢhur və ardıcıl mübariz Alois Mannixlə hücumdan
Ģoka düĢmüĢdü. A.Mannixl həmin hücum zamanı ağır bıçaq yarası
almıĢdı) yüksəliĢi də ―NSU iĢi‖ndə olduğu kimi, hüquq-mühafizə
orqanlarının və alman dövlət maĢınının lal-dinməz razılığı ilə baĢ
verir. Elə təəssürat yaranır ki, alman hakimiyyət orqanları ―qeyri-
natural almanların‖ Almaniyadan çıxıb getməsini təmin etmək üçün
Dostları ilə paylaş: |