MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə168/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   164   165   166   167   168   169   170   171   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

278 



278 

fəaliyyət  sahəsidir.  Bu  prosesdə  daha  yaĢlı  nəsl  özünün 

təcrübəsini,  ehtiraslarını,  inamını  kiçik  nəslə  verir.  Tərbiyə 

Ģəxsiyyətin  daxili  və  xarici  amillərin  təsiri  altında  baĢ  verən 

inkiĢafının  idarə  olunmasıdır.  Ona  görə  də  Ģəxsiyyətin  necə 

formalaĢması,  bu  prosesə  təsir  edən  amillər  diqqəti  birinci 

növbədə  cəlb  edən  cəhətlərdəndir.  Bu  baxımdan  ilk  növbədə 

nəyi tərbiyə etmək məsələsi, baĢqa sözlə Ģəxsiyyətin strukturu

əlamət  və  keyfiyyətləri,  xassələrini  dəqiqləĢdirmək  lazım 

gəlir. Məlum olduğu kimi, Ģəxsiyyət hər bir keyfiyyəti bir-biri 

ilə  ayrılmaz  Ģəkildə  bağlı  olan  bir  vahiddir.  Ona  görə  də 

Ģəxsiyyətin  hər  bir  əlaməti  baĢqa  əlamətləri  ilə  əlaqəsindən 

asılı  olaraq çox vaxt  tamamilə fərqli xarakter daĢıyır, özünə-

məxsus  əhəmiyyət  kəsb  edir. Ona  görə də tərbiyə prosesində 

Ģəxsiyyətin  formalaĢmasının  bu  cür  cəhətlərinin  nəzərə 

alınması  zəruridir.  BaĢqa  sözlə,  insanı  hissə-hissə  deyil,  bir 

Ģəxsiyyət  kimi  tam  halında  tərbiyə  etmək  lazımdır. 

ġəxsiyyətin  əlamət  və  keyfiyyətlərinin  əlaqəsini,  qarĢılıqlı 

təsir imkanlarını nəzərə almadan onun düzgün, məqsədəuyğun 

formalaĢmasına nail olmaq mümkün deyildir. 



 

VI.23.2. Məktəb yaĢı dövründə Ģəxsiyyətin forma-

laĢmasının psixoloji Ģərtləri 

 

Tərbiyədən söhbət açarkən biz birinci növbədə məktəbli 



Ģəxsiyyətinin formalaĢması haqqında düĢünürük. BaĢqa sözlə, 

məktəbin  və  müəllimin  imkanları  dairəsində,  Ģəxsiyyətin 

formalaĢması  pedaqoji  psixologiyada  ən  zəruri  məsələ  kimi 

qarĢıda  durur.  Hələ  məktəb  yaĢının  ilk  günlərindən  tərbiyə 

iĢinin  düzgün  qurulmaması,  pedaqoji  baxımsızlığın  hökm 

sürməsi  Ģagird  Ģəxsiyyətində  arzu  olunmayan  keyfiyyətlərin 

formalaĢmasına  gətirib  çıxarır.  Bu  cür  mənfi  keyfiyyətləri 

aradan  qaldırmaq  isə  yenidəntərbiyə  iĢi  tələb  edir  ki,  bu  da 

əvvəlcədən  yeni  keyfiyyətləri  formalaĢdırmaqdan  qat-qat 

çətindir. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



279 

279 


279 

279 


279 

279 


279 

279 


279 

Hər  Ģeydən  əvvəl  nəzərə  almaq  lazımdır  ki,  tərbiyə 

böyüməkdə olan nəslin Ģəxsiyyətinin formalaĢması prosesinin 

idarə  olunmasından  ibarətdir.  Ona  görə  də  bu  proses  özünün 

xüsusi psixoloji mexanizminə malikdir. Bu mexanizmi nəzərə 

almadan tərbiyə iĢində müvəffəqiyyət qazanılacağı barədə dü-

Ģünmək  olmaz.  Burada  birinci  növbədə  tərbiyə  prosesinin 

mahiyyətini  təĢkil  edən  və  psixoloji  nöqteyi-nəzərdən  bir-

birilə  bağlı  olan  aĢağıdakı  cəhətlərə  diqqət  yetirmək  lazım 

gəlirtərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri, onların 



qarşılıqlı  münasibətləri,  tərbiyənin  məqsədi,  tərbiyə  prose-

sində  istifadə  olunan  yollar.  Məhz  buna  görə  də  tərbiyə 

prosesini düzgün idarə edə bilmək üçün həmin cəhətlərin hər 

birinin  xüsusiyyəti  nəzərə  alınmalıdır.  Yalnız  bu  zaman 

tərbiyə  prosesində  Ģəxsiyyətin  tələbatları,  maraq  və  meylləri, 

dünyagörüĢü, əqidə və idealları, qabiliyyət və xarakteri lazımi 

Ģəkildə formalaĢdırıla bilər. 

Tərbiyə prosesində biz daima inkiĢaf edən, keyfiyyətcə 

dəyiĢən  uĢaqlarla  iĢləməli  oluruq.  Tərbiyə  olunan  həmin 

uĢaqlar  özlərinin  Ģəxsiyyətlərinin  psixoloji  xüsusiyyətlərinə, 

tələbat  və  motivlərinə  görə  bir-birlərindən  fərqlənirlər.  Ayrı-

ayrı  yaĢ dövrlərində bu  fərqlər müxtəlifləĢir və özünəməxsus 

tərbiyəvi  iĢ  tələb  edir.  Ona  görə  də  tərbiyə  prosesində 

müvəffəqiyyət  qazanmaq  üçün  birinci  növbədə  tərbiyə 

olunanların yaĢ və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə 

almaq lazımdır. 

Psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  Ģagird  Ģəxsiy-

yətinin  təĢəkkülündə  həlledici  yeri  təkcə  onun  fəaliyyətinin 

düzgün  təĢkili,  Ģagirdin  əxlaqi  davranıĢ  təcrübələri  toplaması 

tutmur,  eyni  zamanda  burada  düzgün  əxlaqi  davranıĢ 

motivlərinin  tərbiyə  edilməsi  də  mühüm  rol  oynayır.  Bu 

baxımdan  Ģagirdlərin  tələbat  sahəsinin  öyrənilməsi  mühüm 

əhəmiyyətə malikdir. Çox vaxt Ģagirdin davranıĢındakı bu və 

ya  digər  cəhət  onun  tələbatı  ilə  bağlı  olur.  Bir  motiv  kimi 

tələbatlar  Ģagirdin  davranıĢını  Ģərtləndirir.  Buradan  tərbiyə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

280 



280 

prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alın-

ması  zəruri  olan  bir  tələb-Ģagirdin  davranıĢına  qiymət 

verərkən  onun  motivini  müəyyənləĢdirmək  tələbi  meydana 

çıxır.  Psixoloji  tədqiqatlar  sübut  etmiĢdir  ki,  motivdən  asılı 

olaraq  eyni  fəaliyyət  nəticəsində  Ģagirdlərdə  müxtəlif  əxlaqi 

keyfiyyətlər formalaĢa bilər. 

Bu  cəhəti  nəzərə  alaraq  psixoloji  ədəbiyyatda  belə  bir 

müddəa  irəli  sürülür  ki,  tərbiyə  iĢində  baĢlıca  cəhət  düzgün 

davranıĢ  motivlərinin  yaranmasına,  əməli  iĢdə  əsas 

tutulmasına  və  bütün  oxĢar  situasiyalarda  Ģagirdin  eyni 

dərəcədə əxlaqi davranmasına nail olmaqdır. 

Tərbiyə  prosesində  müvəffəqiyyət  qazanmaq  üçün 

tərbiyəvi  tədbirin  tətbiq  edildiyi  konkret  Ģəraitin  nəzərə 

alınması  da  həlledici  əhəmiyyətə  malikdir.  Adətən,  konkret 

Ģərait  nəzərə  alınmadan  tətbiq  olunan  Ģablon  tərbiyəvi  tədbir 

istənilən  nəticəni  vermir,  bəzən  hətta  mənfi  təsir  göstərir. 

Tərbiyəvi tədbir o zaman daha səmərəli rol oynayır ki, burada 

müəllimin  pedaqoji  təxəyyülü  iĢtirak  etsin.  Belə  olduqda 

müəllim konkret Ģəraitdən asılı olaraq tətbiq etdiyi tədbirin nə 

kimi  nəticə  verəcəyini  qabaqcadan  görə  bilir.  Ona  görə  də 

daha  səmərəli,  Ģəraitə  daha  uyğun  tərbiyəvi  tədbirin  həyata 

keçirilməsi mümkün olur. 

Bununla  əlaqədar  olaraq  tərbiyə  iĢini  düzgün  təĢkil 

etmək üçün “ĠnkiĢafın sosial Ģəraitinin” (L.S.Vıqotski) nəzərə 

alınması da zəruridir. Bunun üçün tərbiyəçi birinci növbədə öz 

Ģagirdlərinin  inkiĢafının  sosial  Ģəraitini  aĢkara  çıxarmalı, 

tərbiyə iĢini ona uyğunlaĢdırmalıdır. 

Tərbiyəçi  uĢağın  inkiĢafının  sosial  Ģəraitini  öyrənmək 

üçün  ilk  növbədə  onun  yaĢadığı  obyektiv  Ģəraitlər  sistemini, 

digər  tərəfdən  onun  həmin  Ģəraitə  münasibətinin  xarakterini 

aĢkara çıxarmalı və təhlil etməlidir. Bu ona görə zəruridir ki, 

həyat  Ģəraiti  Ģagird  Ģəxsiyyətinin  formalaĢmasını  bilavasitə, 

avtomatik olaraq birbaĢa təyin etmir, o, uĢağın həmin Ģəraitdə 

hansı  qarĢılıqlı  münasibətdə,  qarĢılıqlı  təsir  prosesində  olma-

sından asılıdır. 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə