MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə169/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   165   166   167   168   169   170   171   172   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



281 

281 


281 

281 


281 

281 


281 

281 


281 

Tərbiyə  prosesinin  müvəffəqiyyətlə  yerinə  yetirilməsində 

mühüm  rol  oynayan  amillərdən  biri  də  tərbiyənin  məqsədinin  düzgün 

müəyyənləĢdirilməsindən  ibarətdir.  Tərbiyəçi  son  nəticədə  nəyə  nail 

olacağını  aydın  dərk  etmədən,  baĢqa  sözlə  qarĢısına  konkret  məqsəd 

qoymadan  yüksək  müvəffəqiyyətə  nail  ola  bilməz.  Məqsəd  aydın 

olduqda isə onun həyata keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin 

seçilməsi və tətbiqi də mümkün olur. 

Tərbiyə  prosesində  nəzərə  alınması  zəruri  olan 

cəhətlərdən biri də həmin prosesin tərbiyə olunanın fəaliyyəti 

ilə  əlaqələndirilməsindən  ibarətdir.  Hər  bir  yaĢ  dövründə  o 

dövr  üçün  əsas  olan  fəaliyyət  növünə  istinad  etməklə  həmin 

fəaliyyət  prosesində  müvafiq  tərbiyəvi  iĢ  aparmaq 

mümkündür. Ġstər oyun, istər təlim, istərsə də əmək fəaliyyəti 

elə  təĢkil  edilməlidir  ki,  Ģəxsiyyətin  formalaĢmasına,  onda 

müsbət keyfiyyətlərin tərbiyə olunmasına gətirib çıxarsın. 

 

 

VI.23.3. Tərbiyəvi tədbirlərin psixoloji cəhətdən 



əsaslandırılması və məktəblilərin tərbiyəlilik səviyyəsinin 

müəyyənləĢdirilməsi problemi 

 

Tərbiyə  iĢinin  metodları  və  formalarının  psixoloji 

əsasları.  Tərbiyə  prosesinin  müvəffəqiyyətlə  həyata  keçi-

rilməsi  üçün  psixoloji  cəhətdən  zəruri  olan  Ģərtlərdən  biri 

tərbiyəvi  iĢin  metod  və  formalarının  düzgün  seçilməsindən 

ibarətdir. Ona  görə də tərbiyəçilərdən biri müvafiq metod və 

formalardan  istifadə  etdiyinə  görə  onun  tərbiyəvi  tədbiri 

səmərəli  nəticə  verir.  Əksinə,  baĢqa  birinin  tərbiyəvi 

metodlardan  düzgün  istifadə  etməməsi  nəinki  Ģagirdin 

davranıĢındakı  qüsurların  aradan  qalxmasına  səbəb  olmur, 

həm  də  həmin  qüsurların  daha  dərin  köklər  salmasına,  oraya 

yeni mənfi əlamətlərin daxil olmasına gətirib çıxarır. Bir cəhə-

ti  nəzərə  almaq  lazımdır  ki,  tərbiyəvi  iĢin  metod  və 

formalarından həmiĢə Ģablon halında istifadə etmək mümkün 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

282 



282 

deyildir.  Ona  görə  də  psixoloqlar  tərbiyəvi  metodları  tətbiq 

edərkən aĢağıdakı cəhətləri nəzərə almağı zəruri hesab edirlər: 

birincisi,  tərbiyə  olunan  Ģagirdin  yaĢ  və  fərdi  xüsusiyyətləri; 

ikincisi, 

Ģagirdin 

daxil 

olduğu 


uĢaq 

kollektivinin 

xüsusiyyətləri; üçüncüsü, tərbiyəvi tədbirin həyata keçirildiyi 

konkret Ģərait. Bu cəhətlər nəzərə alınmaqla seçilən və tətbiq 

edilən  tərbiyəvi  tədbir  öz  bəhrəsini  verir.  Lakin  məktəb 

təcrübəsi  göstərir  ki,  heç  də  tərbiyəçilər,  müəllimlər  bütün 

hallarda  tərbiyəvi  tədbirlərdən  müvafiq  Ģəkildə  istifadə  edə 

bilmir,  onun  düzgün  hesab  etdiyi  tərbiyəvi  üsul  əksinə  mənfi 

nəticələr  verir.  Bu  mənada  tərbiyəvi  təsirin  müvəffəqiyyəti 

təkcə  tərbiyəçinin  öz  təsirinə  hansı  məna  verməsindən  deyil, 

eyni  zamanda  tərbiyə  olunanın  onu  necə,  hansı  mənada  baĢa 

düĢməsindən  də  asılı  olur.  Psixoloqlar  belə  bir  cəhəti  aĢkara 

çıxarmıĢlar  ki,  tərbiyəvi  tədbirin  tətbiqi  zamanı,  müəllim  və 

tərbiyəçilər öz təsirlərində bir məna, Ģagird isə tamamilə baĢqa 

bir  məna  görür.  YaĢlılarla  uĢaqlar  arasında  baĢ  verən  bu  cür 

anlaĢılmazlıq  psixologiyada  “məna  maneəsi”  adlanır.  Bu  cür 



məna maneəsinin yaranması tərbiyəvi tədbirin təsir gücünü 

aradan qaldırır. 

Məna  maneəsi  ilə  müəllim  və  valideynlər  hələ 

məktəbəqədər və kiçik məktəb yaĢı dövründə rastlaĢa bilirlər. 

UĢaqların daha çox küsəyən və tez özündən çıxdığı dövrü olan 

yeniyetməlik  zamanı  məna  maneəsi  daha  tez  yaranır,  daha 

parlaq təzahür edir və çətinliklə aradan qaldırılır. 

Psixoloji  tədqiqatlar  zamanı  aĢkara  çıxarılmıĢdır  ki, 

məna maneələrinin baĢ vermə səbəblərini bilməyən və bu cür 

maneələrin  yaranmasının  qarĢısını  almağa  çalıĢmayan 

tərbiyəçi  qarĢısında  qoyduğu  tərbiyəvi  vəzifəni  həll  etməkdə 

çətinlik çəkir. Həmin məsələnin mahiyyətini açmağa çalıĢaq. 

Zahirən  məna  maneələri  onunla  xarakterizə  olunur  ki, 

sanki  uĢaq  böyüklərin  dediklərini  eĢitmir.  Əslində  isə  uĢaq 

ona deyilən sözü yaxĢı eĢidir, hətta onu təkrar da edə bilir. 

Lakin  həmin  sözün  mənasını  qavramır.  Psixoloqlar 

müəyyən  etmiĢlər  ki,  məna  maneəsi  həm  uĢağın  qarĢısında 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



283 

283 


283 

283 


283 

283 


283 

283 


283 

hansı  tələbi  qoymasından  asılı  olmayaraq,  konkret  adama 



münasibətdə, həm də kimin irəli sürməsindən asılı olmayaraq, 

konkret tələbə münasibətdə özünü göstərə bilir.  

Hər  iki  halda  tərbiyəvi  tədbirin  metodlarından  düzgün 

istifadə  olunmaması  faktı  məna  maneəsinin  yaranmasına, 

nəticədə  isə  tərbiyəvi  tədbirin  təsirinin  aradan  çıxmasına 

səbəb olur.  

Konkret  adama  münasibətdə  məna  maneəsinin  ya-

ranması ən çox tərbiyəçi tərəfindən uĢağın davranıĢ motivinin 

nəzərə  alınmaması,  uĢaqda  olmayan  motivi  bir  növ  ona 

bağlamaq  nəticəsində  baĢ  verir.  Məsələn,  uĢaq  xəstəliyinə 

görə  dərsdən  gedir.  Müəllim  onu  da  dərsdən  qaçan  baĢqa 

uĢaqlarla  birlikdə  cəzalandırır.  Yaxud,  onu  təhqir  edən 

yoldaĢlarına  qarĢı  cavab  qaytaran  uĢağı  da  o  birisi  kimi  inti-

zamsız,  xuliqan  adlandırır.  Bu  hal  bir  neçə  dəfə  təkrar 

olunduqda Ģagirddə müəllimə, tərbiyəçiyə qarĢı məna maneəsi 

yaranır.  Nəticədə  həmin  müəllimin  ən  ədalətli  tələbi  belə 

Ģagird tərəfindən ədalətsiz tələb kimi qarĢılanır.  

Lakin  konkret  adama  qarĢı  məna  maneəsi  müəllim 

tamamilə  obyektiv,  düzgün  hərəkət  etdiyi  halda,  Ģagirdin  öz 

davranıĢ  motivini  dərk  edə  bilməməsindən  asılı  olaraq  da 

yarana  bilər.  Məsələn,  müəllim  tapĢırığı  yerinə  yetirməyən 

Ģagirdi  haqlı  olaraq  danladığı,  cəzalandırdığı  halda,  Ģagird 

kitabı  olmadığına  görə  cəzalandırmanın  ədalətsiz  olduğunu 

zənn  etməsi  sayəsində  yaranan  məna  maneəsini  buna  misal 

göstərmək olar.  

Konkret  tələbə  münasibətində  özünü  göstərən  məna 

maneəsi  isə  tamamilə  baĢqa  səbəblərdən  irəli  gələ  bilir. 

Məsələn, tərbiyəçi  müsbət  nəticə vermədiyi  halda eyni  tələbi 

dəfələrlə  təkrar  edir.  Nəticədə  bu  cür  tələblərə  uĢaq  o  qədər 

alıĢır ki, onu bir növ qavramamağa baĢlayır.  

Təcrübə  göstərir  ki,  bu  cür  məna  maneələrinin 

yaranması  Ģagirdlərlə  aparılan  tərbiyə  iĢinin  çətinləĢməsinə, 

bir növ nəticəsiz qalmasına səbəb olur. Ona görə də müəllim 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə