Make the children play


Uşaq alverinin qurbanları



Yüklə 0,74 Mb.
səhifə7/11
tarix29.09.2017
ölçüsü0,74 Mb.
#2385
1   2   3   4   5   6   7   8   9   10   11

2.5. Uşaq alverinin qurbanları

Saylar və meyllər: Mövcüd məlumat


BM-in insanların, xüsusilə də qadınların və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılmasıba dair protokol (Palermo Protokolu) insane alveriterminini blu cür izah edir:

“hədə-qorxu gələrək və ya güc istifadə edərək və ya digər formada məcbur edərək, güclə qaçıraraq, aldadaraq, gücü və ya qarşı tərəfin zəif vəziyyətdə olmasını sui-istifadə edərək və yaxud pul və ya bir xeyir verərək və ya alaraq şəxsin üzərində hökm etmə imkanını istifadə edərək onun razılığının alınması vasitəsilə istismar məqsədilə insanların cəlb edilməsi, nəqli, ötürülməsi, onlara sığınacaq verilməsi və ya onların qəbul edilməsi. İstismar ən azı digər şəxslərin fahişəlik etməsinin istismarını və yə başqa növ seksual istismarı, məcburi surətdə işlətmə və yə xidmət alma, köləlik və yə köləliyə oxşar hallar, qul saxlama və ya orqanların çıxarılması kimi faktları özünə daxil etməlidir”.

İnsan alveri - cavan qadınların alveri daxil olmaqla – Azərbaycanda artmaqda olan bir problemdir. Ölkə qadın alveri (əsasən Türkiyə və BƏƏ-yə) başlanğıc məntəqəsi olmaqla yanaşı həm də digər ölkələrin vətəndaşlarının tranzit yolunda üzərində yerləşəktədir. Nisbətən daha az sayda olmasına baxmayaraq eyni zamanda cavan qızlar və uşaqlar onların satışıyla məşğul olan yerli insanlar tərəfindən kənd yerlərindən oğurlanıb dilənçilik və ya fahişəlik etmək məqsədilə şəhərlərə aparılır (Bakı daxil olmaqla).

Azərbaycanda insan alveri hallarının araşdırılması istiqamətində ilk cəhdtlər IOM tərəfindən 2002-ci72 ildə həyata keçirildi – onun hesabatı həm qurbanların təfərrüatlı təsvirini, həm də meyllərin təhlilini əks etmişdir. Yoxsul və ya kənarda qalmış ailələrin uşaqları, küçə uşaqları, internat tipli müəssisələrdə qalan uşaqlar satılma hallarında ən çox məruz qalan ictimai qruplar arasında olduğu qeyd olunmuşdur.

Bundan əlavə, ölkədə insan alveri hallarının artmasının digər bir göstəricisi isə itkin düşən insanların sayının artmasıdır: 1999-cu ildə 1,079, 2000-ci ildə 1,183, 2001-ci ildə 1,209 insan itkin düşmüş kimi qeyd edilmişdir. Demək olar ki itkin düşən beş insandan birisinin yaşı on səkkizdən az olması və itkin düşən bütün insanların 60 faizinin qadın olması narahat edən faktlar arasındadır. İtkin düşən insanların harada olduqları haqqında məlumatın alınması sahəsində müəyyən inkişafın əldə edilməsinə baxmayaraq (1999-cu ildə 620, 2000-ci ildə 704 və 2001-ci ildə 734) qadın və uşaqlar daxil olmaqla yüzlərcə insanın harada olduğu haqqında məlumat əldə edilməmişdir.73

O vaxtdan bəri QHT-lər tərəfindən digər hesabatlar da hazırlanmışdır və bu məsələ bir neçə dəfə qəzetlər tərəfindən müxtəlif aspektlərdə qaldırılmışdır. Mövcud vəziyyət AHFRO-un həsabatında aydın şəkildə əks olunmuşdur:

“Təəssüflər olsun ki, insan alveri əməliyyətlarının məxfi şəraitdə aparıldığı üçün onun qurbanlarının sayını müəyyənləşdirmək və insan alveriylə əlaqədar fəaliyyətləri izləmək həddindən çox çətindir, buna görə də Azərbaycanda insan alveri sahəsindəki vəziyyətə dair tam məlumat möncud deyil.” (…) 2004-cü ildə Qadın Krizis Mərkəzi və bir neçə digər QHT bu problemin araşdırılmasıyla əlaqədar bir sıra xüsusi tədqiqatlar həyata keçirmişlər. Bakı, Gəncə, Şəmkir və Mingəçevir şəhərlərində aparılan araşdırmaların nəticəsinə uyğun olaraq (…) insan alverinin 110 qurbanı təsbit edilmişdir və bunlardan 73 nəfər 18-53 yaşlı qadın, 7 nəfər 12-13 yaşlı uşaq, 20 nəfər 14-17 yaşlı yeniyetmə, 10 nəfəri isə 30-40 yaşlı kişi olmuşdur. (…) insan alveri qurbanları əksər hallarda zorlamağa məruz qalan qadınlardır, bunların arasında “ləkələnmiş” qızlar, iş yerində seksual sataşmaların qurbanları və bütün ailəni (validəynlər və uşaqlar daxil olmaqla) təmin edən yalnız qadınlardır.”74

Ən son məlumatlar “Təmiz Dünya”75 QHT-sinin hesabatında əks olunmuşdur və bu hesabatda 11 uşaq daxil olmaqla 309 qurbanı əhatə edir. Hesabatdakı məlumata görə sadəcə Türkiyəyə qaçırılan qadınların sayı ilin soyuq mövsümündə 500-600 nəfər olur, yazda və yayda isə 2,000-ə nəfərə qədər artır.76

Araşdırmanın əhatə etdiyi uşaqların yaşı 10-la 13 arasındadır və onlar küçədə dilənçiliyə cəlb edilmişdir, demək olar ki bütün hallarda valideynləri, qohumları və ya qonşuları tərəfindən satılmışdır; onların yarısı qaşqındır; böyük hissəsi narkotik maddələri istifadə etməyə məcbur edilib, qızların hamısının və bəzi oğlanların zorlandığı qeyd edilmişdir. Tədqiqatlar həmçinin göstərir ki, 1 gız və eyni yaş həddində olan 3 nəfər Bakıdakı mənzillərindən birinə aparılmış və pornoqrafik çəkiliş üçün istifadə edilmişdir77.

Bu rəqəmlər xüsusən uşaqlara aid hissəsi həyəcan vericidir: təsvir edilən halların amansız olması və uşaqların məruz qaldığı zorakılığın səviyyəsi daha çox həyəcan vericidir.

İnsan alverinə qarşı mübarizənin nəticələri yavaş-yavaş vəəd verici olmağa başlayır: Dövlət tərəfindən məruzə78 edildiyi kimi azyaşlıları cinayətə cəlb etdiklərinə görə mühakimə edilən şəxslərin sayı 2003-cu ildə 4, 2002-ci ildə 1 və 2001-ci ildə 3 olmuşdur; azyaşlıları məcburi fahişəliyə cəlb edən şəxslərin mühakimə edilmə hallarının sayı: 2003-cu ildə 6, 2002-ci ildə 11 və 2001-cü ildə 5 olmuşdur; uşaq alveriylə məşğul olduqlarına görə mühakimə edilənlərin sayı: 2002-ci ildə 6 və 2000-ci ildə 1 olmuşdur (digər illərə aid məlumat yoxdur). İnsan Alverinə Qarşı Milli Fəaliyət Planı qəbul edildikdən sonra insan alverinə 33 fakt meydana çıxardılmışdır, 48 şəxs mühakimə edilmişdir və 150 qurban müəlicəyə göndərilmişdir.79
Təşkilətlər uşaq bazarı rolunumu oynayır?

İnsan alverilə əlaqədar müzakirələr zamanı media və ictimaiyyətin diqqətini xüsusilə bu epizod cəlb etmişdir: 2004-cu ildə uşaq evində işləyən dörd həkim və iki tərbiyəçi övlədlığa qəbul etmək məqsədilə qeyri-qanuni olaraq uşaq alverinə görə ittiham edilmişdir. İddia edildiyinə görə onlar 186 uşağı övladlığa götürmək istəyən xarici ailələrə (əsasən amerikalı və israillilərə) “sattıqları”, yəni rəsmi qaydaya riayət etmədikləri və küllü miqdarda pul aldıqları üçün ittiham edilmişlər. Bunun nəticəsində Azərbaycanda xaricilər tərəfindən övlədlığa alma dayandırılmışdır. Qeyd etmək lazımdır ki, hər necə olursa olsun istismarın son məqsədi, məsələn qeyri-qanuni olaraq övladlığa götürmə insan alveri kimi qəbul edilməməlidir.

2004-ci ilin fevralında BBC-yə verdiyi müsahibədə Milli Təhlükəsizlik Naziri kiçik uşaqları orqanlarını transplantasiyada istifadə etmək məqsədilə övladlığa götürmə və güya ki xəstəliklərinin müəlicəsi adı altında xaricə aparıb onları satmaqla məşğul olan dəstə ilə əlaqədar işin araşdırılmasının davam etdiyini bildirmişdir.

Hüquqi qəyyumluğun ciddi şəkildə tənzim edilmədiyi və uşaqların himayəsinin lazımi qaydada icra etmədiklərinə görə heç kimin hüquqi məsuliyyətə cəlb edilmədiyi bir sistemdə müəssisələrdə qalan uşaqlar satılma və istismara ilk növbədə və ən çox məruz qalan bir sosial qrupdur.


Müəssisələr tərəfindən qoruma üsulları. Boşluqlar və təhlükələr.


Yeni Cinayət Məcəlləsində köləlik (seksual köləlik daxil olmaqla, mad. 106), cinsi zorakılıq (art. 108) seksual xarakterli zorakılıq (art. 150), seksual xarakterli hərəkətlərə məcbur etmə (mad. 151), 16 yaşına çatmayan şəxsl cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (mad. 152), yetkinlik yaşına çatmayanlary fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə (mad. 171), yetkinlik yaşına çatmyanların alqı-satqısı (mad. 173), fahişəliyə cəlb etmə (mad. 243) və əxlaqsız yuvaları saxlanma (mad. 244) cinayət kimi cəciyyələndirir80. IOM-un hesabatına uyğun olaraq “milli qanunvericilik sistemindəki islahatlara baxmayaraq insan alveri kimi hüquq pozuntusu mövcud olduğuna görə mövcud qanunvericilikdəki boşluqları doldurmaq üçün əlavə tədbirlərin görülməsi tələb olunur”. (…) Məsələn Cinayət Məcəlləsində mütəşəkkil cinayətkarlığın ağır cinayət olaraq səciyyələndirdiyinə baxmayaraq insan alveri bir hüquq pozuntusu kimi göstərilməmişdir və bu cür gərəkətlər mütəşəkkil cinayət qrupları tərəfindən həyata keçirildikdə belə cəzasız qalır.81

Daha əvvəl qeyd edildiyi kimi yaranan problemin mövcuduğu etiraf edildikdən sonra Azərbaycan Höküməti 2004-cü ilin mayında OSCE və IOM-un dəstəyiylə hazırlanan və Daxili İşlər Nazirlinin Müəvini tərəfindən koordinasiya edilən İnsanların Alverinə Qarşı Birliyin yaradılmasıyla nəticələnən İnsanların Alverinə Qarşı Milli Fəaliyyət Planınını qəbul etmişdir.82 Bu birlik hələ ki rəsmi bir hesabat hazırlamamışdır.

Bir çox hallarda cinayətin qurbanları polis tərəfindən sərhəddə saxlanılır. Digər tərəfdən ölkə daxilində satılan şəxlsər adətən fahişəxənalara yerləşdirilir: iddia edildiyinə görə onların yeri çox vaxt məlum olur, amma Cinayət Məcəlləsinin tələblərinə baxmayaraq ictimai təhlukəsizlik orqanları bu cür vəziyyətlərə çox nadir hallarda müdaxilə edirlər.

Nə müdafiə altında vətənə qaytarma nə də ölkə daxilində himayə etmək məqsədinə qulluğ edən heç bir dövlət mexanizmi mövcud deyildir. İnsan alveri qurbanlarına kömək adətən QHT-lərdən gəlir (o cümlədən “Təmiz Dünya”dan) və OIM bu işdə mütəmadi iştirak edir; eyni zamanda müdaxilə etmək tələb olunduqda Höküməti təmsil edən vəzifəli şəxslər də kömək üçün OIM-ə müraciət edirlər.


UNICEF-in nöqteyi-nəzərindən prioritetlər


İştirakçı dövlətlər uşaqların istənilən məqsədlərlə və istənilən formada oğurlanmasının, uşaq alveri edilməsinin və ya onların qaçaqmalçılıqla məşğul olmasının qarşısını almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyərəldə bütün lazımi tədbirləri görürlər”

UHK, Maddə 35

Azyaşlıların qorunmasına görə cavabdeh şəbəkənin zəif olduğu ölkələrdə azyaşlıların müxtəlif şəkildə istismarı məqsədilə onların ölkə daxilində və ölkənin xaricinə qaçırılmasıyla əlaqədar problemin vacibliyi olduğundan daha az görülməməlidir.

Bu cür hadisələrin digər hadisələrə nisbətən daha çox beynəlxalq xarakterli olduğunu və mürəkkəbliyini, güclü hökümətlərarası kooperasiyanın tələb etdiyini və həmçinin digər beynəlxalq subyektlərin oynadığı rolu nəzərə alaraq hal hazırda UNICEF-in insan alverinə qarşı İşçi Qrupun spesifik rolunun olacağı nəzərdə tutulmur.

Əlbəttəki bu, məsələnin vacibliyinin və ən çox risk altında olan qrupların müdafiəsinin artırılması tələbinə kifayət qədər əhəmiyyət verilməməsi demək deyildir. Beləliklə milli və beynəlxalq koordinasiyanın mümkün olan bütün formaları və gənc qurbanlara hər cür köməyin artırılması istiqamətində fəaliyyətlərin müdafiə edilməsi UNICEF-in mandatının bir hissəsi kimi tövsiyə edilmişdir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə