Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə26/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

Qazı və oğlan



Bir oğlanın pıla ehtiyacı düşdü. Müamilə pıl verən var idi kətdə, getdı onun yanına ki, pıl alsın.

Dedi:

– Mənə yüz manat pıl ver, ayın axırında pılıvı qaytar­ram.

Kişi dedi:

– Rəhmətdik atan da gəldi 100 manat aldı, apardı, öldü, o pıl da batdı getdi.

Dedi:

– İndi mən səə nətər pıl verim?

Dedi:

– İstirsən dilimnən kağız al.

Dedi:

– Yox, kağızı mən yazaram, sən də oxuyub qol çəkər­sən.

Razılaşdılar. Yazdı, mən filankəsov filankəs filankəsdən 100 manat pıl aldım. Əyər vaxtında, 1 aydan sora qaytar­ma­sam, budumun ətinnən 200 qr kəssin. Oğlan oxudu, qol çəkdi. Pılı aldı getdi. Ay qutardı, oğlan gəlmədi. Getdi oğlanın evini tapdı, dedi:

– Bala, bı kağız sənindi?

– Hə.

Ay bitib?

– Hə.

Dedi:

– Gəl bıra.

Oğlan da çıxdı bayıra, çırmandı kı, budunnan 200 qr ət kəssin. Bu pıl verən də əlin atdı cibinə bi dənə pasdı ülgüc çıxartdı. Oğlan pasdı ülgücü götürdü, ya Allah, qaşdı. Bı qaş­dı, bı pıl verən də onun ardınca, gəldi bi təpəyə çıxdı, gördü bı uje haxlıyıb bını. Təpədən özünü atdı. Sən demə, bi dənə qoca kişini oğlu gətirib suda çimizdirirmiş, düşdü o qoca kişi­nin üstünə. O da öldü. Pahooo, oğul yapışdı bının qolunnan ki, atamı öldürdün, bu saat qazının yanına gedəcük.

Bı əsnada bı borc alan da yetişdi.

Dedi:

– Əəə, bıraxma oni.

Gəldi girdi o biri qoluna. Bəli, indi gedillər. Xeyləm get­mışdılar, gördülər biri uzağdan qışqırır. Ədə, atın qabağın kəs, atın qabağın kəs, ədə, saxla, ay bala, ay cavan oğlan, hay, haray.

Dedi:

– Ədə, mənimki büyün gətirmir mən nə hayda....

Dedi:

– Ədə, atın qabağın kəs. Bı da daş götürdü atdı, dəydi, atın gözü çıxdı.

At yiyəsi dedi:

– Ədə, sənə dedim ki, atı qaytar, demədim ki, daş vur, gözün çıxart.

Yapışdı yaxasınnan. Yola düşdulər. Bir az getmişdilər, gördülər biri yerdən nə isə bi şey dartır. Yaxınnaşdılar. Gör­dülər bi dənə eşşək batıb, yiyəsi də tək adamdı dartır helə. Çı­xarda bilmir.

Dedi:

Cavan oğlan, mənə kömək elə.

Bı da yapışır quyruğunnan. Elə bi dəfə dartdı quyruğ qopdu qaldı bının əlində.

Dedi:

– Səə dedim eşşəyə kömək elə cixartağ, demədim ki, quy­ruğunu qopart. Gedirik qazının yanına.

Yola düşdülər gəldilər indi qazının otağına az qalmış cavan oğlan deyir ki, siz gəlmiyin, mən görüm qazı bırdadı, ya yox. İçəri girir görür ki, qazı şər işdədir. Çıxır deyir, qazı namaz qılır. Elə bərkdən deyir ki, qazı eşidir.

Nəisə, qazı çıxır çölə, deyir:

– Mənim namaz qılmağımı kim görübsə, gəlsin içəri.

Oğlan girdi içəri.

Dedi:

– Nə məsələdi?

Dedi:

– Hal-qəziyyə belə.

Dedi:

– Hə, nolar, eybi yoxdu. Birinci adam kimdi gəl, a bala, noolub?

Dedi:

– Yüz manat pıl alıb, bı da onun kağazı. Deerəm yüz manatımı ver, deer yoxdı. İndi bıdınnan iki yüz qram ət kəs­mə­liyəm, onu da qoymur. Qazı siyirməni çəkdi, ülgücü verdi dedi gələ. Cavan oğlan, çırman qoy kəssin. Ancaq şərtim var. 199, ya da 201 qr olsa, o artığ əti sənin budunnan kəsəcəm.

Pıl verən gördu axı bunu kəsmək işi çətindi, tərəzi la­zımdır.

Dedi:

– Yoo, bu mənim işim deyil.

Dedi:

– Həə, onda cərimə iki yüz manat qoy ora.

Bala, ikinci, ikinci girdi içəri.

– Nə işdi?

Dedi:

– Mənim atam ölüm ayağında idi, dedim bir aparım çimdirim çayda. Bı da özünü ordan atdı, atam da öldü.

Dedi:

– Həə, nolar, sən də qisasıvı al. Bizim ev 7 mərtəbədi çıx ora. Özüvü at ordan onun üstünə, öldür onu.

Gədə bir yerə baxdı, bir göyə, dedi, adə, birdən duşmə­dün onun üstünə, düşdün yerə öldün.

Deyir:

– Yox, qazı, mən onu bağışladım.

Deer:

– Hə iki, yüz manat cəriməni qoy ora.

Bı eşşəkçi julik olur.

Qazı baxdı, baxdı dedi:

– Sən niyə gəlmisən?

Dedi:

– Qazı, mən bi dənə şeyi öyrənməyə gəlmişəm.

Dedi:

– De görüm hələ.

Dedi:

– Bilmirəm eşşəylərdə quyruğ olur, ya yox.

Qazı da aldığı pılları oğlana verdi, dedi, ağzınnan çıxar­mayasan ha mən şər işnən məşqul idim, oğlanı yola saldı.

Şah oğlunun hədiyyəsi



Bi padışah olur, onun üç oğlu olur. Bi gün padışah oğ­lan­narıni yığıb deer ki, gedin mənə dünyada ən şirin şey nədir onu gətirin.

Oğlannardan ikisi gedir şirin nəsə tapır gətirir, amma üçün­cu oğlan gedir dil gətirir. Padışah heç nə demir, yenə bı­ları bi gün yığır deer:

– İndi də gedün mənə ən acı şey nədi, onu tapun gətirün.

Böyük qardaşdarın hərəsi bi acı şey tapıb gətirirrər.

Ginə gedir bı kiçik oğlan dil gətirir. Padışah dillənir:

– İndi de gorüm niyə mən şirin şey deyəndə də, acı şey deyəndə də sən dil gətirdün?

Oğlan deyir:

– Ata, bı dil ki var ha insanda, bı dili isseersən dünyanın hər tərəfinə gedim özümü hörmətdi eliyim bı dilimnən. Eləcə də bı dilimnən isseersən gedim bütün hamını özümə düşmən eleem. Dil insanı hər cür vəziyətə sala bilir. Odu ki, dünyada şirin şey də, açı şey də elə dildir.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə