Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
1   2   3   4   5   6   7

30.1.1.  hər  bir  xalqın  mədəni  irsi  üçün  əhəmiyyəti  olan  daşınar  və  ya  daşınmaz  sərvətlər 

(memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji  qazıntı yerləri; tarixi və 

ya  bədii  əhəmiyyət  kəsb  edən  memarlıq  ansamblları;  incəsənət  əsərləri;  bədii,  tarixi  və  ya 

arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv 

materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);  

30.1.2.  Bu  qanunun  30.1.1-ci  maddəsində  göstərilmiş,  əsas  məqsədi  daşınar  mədəni 

sərvətlərin saxlanması  və  ya sərgilənməsi  olan binalar (muzeylər, kitabxanalar, arxivlər, habelə 

daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar); 

30.1.3.  Bu  qanunun  30.1.1-ci  və  30.1.2-ci  maddələrdə  qeyd  olunmuş  mədəni  sərvətlərin 

cəmləşdiyi mərkəzlər. 

30.2. Mədəni sərvətlərə aşağıdakılar aiddir: 

30.2.1.  təsviri  sənət  əsərləri,  o  cümlədən  lövhələr,  şəkillər,  rəsmlər,  qravürlər,  estamplar, 

litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar

30.2.2.  kino,  xüsusi  əhəmiyyətli  televiziya,  radio,  video  materialları,  fotoəsərlər  və 

fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri; 

30.2.3.  əlyazmalar,  xüsusi  əhəmiyyətə  malik  kitablar  və  kitabçalar,  dövri  mətbuat 

materialları,  avtoqraflar,  markalar,  açıqcalar,  mədəniyyət  və  tarix  profilli  arxivlər  və  arxiv 

sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər; 

30.2.4.  tətbiqi-sənət  əsərləri  -  xalılar  və  xalça  məmulatları,  qızıl,  platin,  gümüş,  qiymətli 

daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı; 

30.2.5. səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri; 

30.2.6. qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey  əhəmiyyətli əşyalar 

(o cümlədən mebel, musiqi alətləri və s.); 

30.2.7. şifahi xalq yaradıcılığı nümunələri; 

30.2.8. arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar

30.2.9. memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr; 

30.2.10. park və təbii landşaft obyektləri

30.2.11.  flora  və  fauna,  mineralogiya,  anatomiya  nümunələri  və  paleontologiya 

baxımından maraqlı muzey əşyaları. 

30.3. Mədəni sərvətlər dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin,  qeyri-hökumət 

təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin mülkiyyətində ola bilər. 

30.4. Mədəniyyət  nümunələrinin  Azərbaycan Respublikasında milli mədəni  sərvətlərə aid 

edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  ekspertiza  yolu  ilə  müəyyən  edilir.  Milli 

mədəni  sərvətin  mülkiyyətçisi  onun  lazımi  saxlanılmasını  və  mühafizəsini  təmin  etməyə 

borcludur. 

30.5.  Azərbaycan  Respublikasında  yaşayan  milli  azlıqların  mədəniyyət  nümunələri 

Azərbaycan Respublikasının milli mədəni sərvətlərinin tərkib hissəsidir. 

30.6.  Azərbaycan  Respublikasında  yaşayan  milli  azlıqların  mədəni  sərvətləri  dövlət 

tərəfindən qorunur. 

Maddə 31. Milli mədəni arxivlər 

31.1. Kitabxana, muzey, foto, kino  və digər arxiv  və  fondların  yaradılması  və mühafizəsi 

bu  qanunun  20.2-ci  maddəsinə  və  "Milli  arxiv  fondu  haqqında"  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq həyata keçirilir. 

31.2.  Milli  kitabxana,  muzey,  foto,  kino  arxiv  və  fondlarının  vahidliyi  və  toxunulmazlığı 

dövlət tərəfindən təmin edilir. 

31.3. Dövlət mülkiyyətinə aid, bu qanunun 31-ci maddəsində nəzərdə tutulmuş arxivlərin 

(fondların) özgəninkiləşdirilməsi qadağandır. 



Maddə 32. Mədəni irs nümunələri 

32.1. Milli mədəni irsə muzey, incəsənət, audiovizual, (o cümlədən kino), teatr, kitabxana, 

əlyazma,  arxiv,  folklor,  arxeologiya,  etnoqrafiya,  memarlıq,  dekorativ-tətbiqi  sənət  nümunələri 

və tarix-mədəniyyət qoruqları aiddir. 




32.2.  Azərbaycan  Respublikasında  mədəni  irs  nümunələrinin  qorunması,  bərpası  və 

istifadəsi  bu  qanunun  20.2-ci  maddəsinə  uyğun  olaraq,  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 

Maddə 33. Daşınmaz mədəni irs 

33.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa 

olunduğu məkanlarda qorunur. 

33.2. Azərbaycan Respublikasında daşınmaz mədəni irsə aşağıdakılar aiddir: 

33.2.1.  milli  mədəni  irs  üçün  önəmli  olan  memarlıq,  arxeoloji,  mədəniyyət  və  tarixi,  dini 

və  dünyəvi  abidələr,  o  cümlədən  tarixi  və  bədii  maraq  kəsb  edən  arxeoloji,  təbii  ərazilər  və 

arxitektura kompleksləri, incəsənət əsərləri

33.2.2.  daşınar  mədəni  sərvətlərin  qorunması  və  ya  nümayişini  həyata  keçirən  bina  və 

tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini 

təmin edən sığınacaqlar; 

33.2.3. mədəni sərvətlərin toplandığı yerlər. 

33.3.  Daşınmaz  mədəni  irs  abidələrinin  Azərbaycan  Respublikasının  milli  mədəniyyət 

əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi  müvafiq  

icra  hakimiyyəti  orqanı tərəfindən  həyata  keçirilir. Həmin  siyahılara daxil edilən mədəni irs 

abidələrinin  və  qoruqların  mühafizə  zonaları  və  qoruqların  sərhədləri  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 



Maddə 34. Sualtı mədəni irs 

34.1.  Azərbaycan  Respublikasının  ərazi  sularında  sualtı  mədəni  sərvətlərin  sualtı  mədəni 

irs  nümunələrinə  aid  edilməsi  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir. 


34.2.  Sualtı  mədəni  irsə  öz  təbii  və  arxeoloji  mühiti  ilə  birgə  suyun  altında  olan 

aşağıdakılar aiddir: 

34.2.1. obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar; 

34.2.2.  gəmilər,  uçuş  və  nəqliyyat  vasitələri  və  ya  onların  hissələri,  onların  yükü  və 

içindəki digər əşyalar; 

34.2.3. qədim tarixi əşyalar. 

34.3.  Sualtı  mədəni  irs nümunələrindən  istifadə  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 



Maddə 35. Milli mədəni irs obyektləri 

35.1. Nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı 

üçün  xüsusi  əhəmiyyət  daşıyan  mədəni  irs  obyektlərinin  müəyyən  edilməsi  və  qorunması  bu 

qanunun  20.2-ci  maddəsində  nəzərdə  tutulmuş  Azərbaycan  Respublikasının  qanunlarına  uyğun 

olaraq tənzimlənir. 

35.2. Xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektlərinin milli mədəni irs obyektlərinə aid 

edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

35.3.  Azərbaycan  Respublikasının  milli  mədəni  irs  obyektləri  başqa  dövlətlər  tərəfindən 

mənimsənilə bilməz. 

Maddə 36. Qeyri-maddi mədəni irs 

36.1.  Azərbaycan  Respublikasında  qeyri-maddi  mədəni  irs  nümunələri  dövlət  tərəfindən 

qorunur. 

36.2.  Qeyri-maddi  mədəni  irs  nümunələrinin  qorunması  özündə  eyniləşdirmə, 

sistemləşdirmə,  saxlanma,  mühafizə,  yaxşılaşdırma,  nəsildən-nəslə  ötürülmə  daxil  olmaqla 

mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir. 

36.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədilə 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil 

olan, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır. 

36.4. Qeyri-maddi mədəni irs özündə aşağıdakıları ehtiva edir: 

36.4.1. diyarşünaslıq (adət və ənənələr, bayram və mərasimlər, tarixi rəmz nümunələri və 

sirlər); 




Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə