✦ ✦ ✦ Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦
83
müəllimlə söhbətimizdə dediyi sözlər yadıma düşür:” Bu əşyaların
hər birində ulu nənələrimizin sevinci, kədəri var”. Kolleksiyada
müxtəlif içkilərin daşınması, paylanması, içilməsi üçün müxtəlif
növ qablar vardır. Folklorda ən çox təqdir olunan su qabı səhəngdir
və bu az qala gözəllərin zinət əşyasına çevrilmişdir. Axı keçmişdə
qızları ancaq çiynində səhəng bulaq başına gedəndə görmək olardı.
Ona görə də gözəllər igidlərin yaddaşına ancaq bu cür köçürdülər.
Amma səhəng heç də hər gözələ, hər igidə xoşbəxtlik gətirmirdi.
Səhəngi aldım, nənə.
Suya yollandım, nənə.
Bu viranə çöllükdə
Mən susuz qaldım, nənə.
Kolleksiyada bir-birindən həcminə və formasına görə fərqlənən
kuzələr, güyümlər, eləcə də səhənglər yer alır. Rənglərindən və
üzərindəki naxışlardan onların müxtəlif dövrlərə aid olduğu və
qədimliyi hiss olunur.
Burada müxtəlifliyi və həm də kəmiyyəti ilə diqqəti çəkən qab
dəstindən biri əl-üz yumaq, dəstəmaz və təharət almaq üçün düzəl-
dilmiş aftafa-ləyənlərdir. Bu günümüzdə aftafaların əl-üz yumaq,
dəstəmaz almaq üçün istifadəsinə ehtiyac qalmamışdır. Elə buna görə
ləyənlər də öz əhəmiyyətini itirmişdir. Nə yaxşı ki, bunları da tarixi
yaddaşımız kimi qorumaq fikrinə düşən olub. Bu gün biz Şahid Hə-
bibullayevin bir araya gətirdiyi bu məişət əşyalarına baxanda nə
düşünürük? Kolleksiya adama o qədər gözəl təsir bağışlayır ki, şəxsən
mən o dövrün bu mənada geri qayıtmasını istərdim...
Nədənsə mən bu kolleksiyaya baxanda qeyri-ixtiyari folklor
nümunələrimizi xatırlayıram. Elə bil ki, bütün olanlar haçansa
misralanıb. Hər bir əşyaya toxunanda həmin əşyanın ruhuna hopan
yaşantılar adamın beyninə süzülür və görürsən ki, bu misraları
haçansa hardasa oxumusan.
Əlimdə camı belə,
Doldur ver camı belə.
Cananı ayrılanın
Qalırmı canı belə?
✦ ✦ ✦ Sona Xəyal ✦ ✦ ✦
84
Kolleksiyada olan camlara baxıram. Bu camlarla nə qədər su,
şərbət, şərab içilib. Bəzən şərq kinolarına baxanda belə camlarda
şərab içildiyini görürük. Birdən yadıma böyük şair Əvhədinin
“Cami-Cəm”i düşür. Daha sonra Məhsətinin “Bir cam şəraba sataq”
misrasını xatırlayıram. Adətən kef məclislıərində istifadə olunan bu
camın əslində nə üçün ixtira edildiyini çox az adam dərk edib. Ona
görə də sonralar hazırlanan camların üzərindəki yazılarda bu
dünyalıq arzular əksini tapıb. Amma düşünəndə ki, haçansa, o
böyük gündə Abi-köbsər də möminlərə camlarda veriləcək, bir
qədər sükuta qərq oluram və bu dünyalıq arzuların hamısı bir heç
olur gözümdə...
Əzizim sərin camı,
Doldur ver sərin camı.
Fələk vurdu, dağıtdı
Mən biçən sərəncamı.
Əslində heç bu dünyanın eyş-işrət arzularını üstündəki yazılarda
əks etdirən camlar, piyalələr də sahiblərinə həmişə kef verməyiblər,
heç də həmişə xoşbəxtliyin şahidi olmayıblar.
Kolleksiyada həcminə görə camdan kiçik olan qablar—piyalələr
də çoxdur. İstər klassik ədəbiyyatda, istərsə də folklor nümunə-
lərində piyaləyə çox müraciət olunmuşdur, hətta ürfani istilah kimi
də çox işlədilmişdir.
Bağçada lalə qaldı.
Əldə piyalə qaldı.
Ananı apardılar,
Yurdda bir bala qaldı.
Bunlardan başqa kolleksiyada az həcmdə su götürmək üşün isti-
fadə olunan parçlar da vardır ki, bu qabların çinidən hazırlanmış
variantları elə indinin özündə də məişətimizdə istifadə edilmək-
dədir. Burada olan ən böyük su qabı isə su çəlləkləridir. Süd məh-
sullarını saxlamaq üçün istifadə olunan qablardan isə badya, xeyrə,
sərnic və s.-ni görürük.
Diqqətimi cəlb edən qablardan biri də mis kasalardır. Onların
bəziləri elə bu günümüzdə işlətdiyimiz çini kasalara oxşayırlar.
✦ ✦ ✦ Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦
85
Keçmişdə evin tavanına yaxın yerdə rəflər düzəldər, üzərinə sapla
müxtəlif doldurma, kres və s. çəkilərlə bəzədilmiş ağlar salar və
üstünə kasalar düzərdilər. Uşaqlıqda nənəmgilin köhnə evlərində belə
rəflərə düzülmüş kasalar görmüşdüm. Axtarsaq, bizim kənddə bəlkə
yenə də kasalar düzülən rəflər var. Qədimdə isə bu hər evdə olub.
Amma bu rəflərə kasa düzən gəlinlərin də ağlayanı, güləni olub.
İrəfə düzdüm kasa,
Kim endirə, kim asa.
Sən orda şadlıq eylə,
Mən burda batım yasa.
Bu bayatı sevdiyi qürbətdə olan, geri dönməyən bir gəlinin fər-
yadıdır. Bəlkə də “Tacirlərimiz sonyalara bənd olacaqmış, Bədbəxt
Tükəzbanları neylərdin, İlahi” deyən Sabirin qəhrəmanının kədəri,
yasıdır?..
Kədərli notlar məni öz ağuşuna alsa da, onlardan uzaqlaşmaq və
diqqətimi xoş təəssüratlar üzərinə gətirmək istəyirəm. Amma yenə
də anaların, nənələrin nəzərlərini üzərimdə hiss edirəm və özümü
qədim bir mətbəxdə görürəm. Bu mətbəx bizim mətbəxlərdən çox
fərqlənir. Bu, günümüzün dördgöz qaz pilətəsi, soyuducusu, xüsusi
mebeli olan işıqlı otaq deyil...
Bir ağbirçək nənə nəvəsinin meşədən yığıb gətirdiyi odunlardan
ocaq qayayır, Şahid müəllimin kolleksiyasındakı səhənglərdən biri
çiynində bulaqdan dönən qız nəvəsini səsləyir, suyu mis qazana
tökməsini söyləyir və qazanı ocağın üstünə qoyur. Bu mis qazan da
kolleksiyadan düşüb gəlib. Mis qazan sac üstdədir, qazana su tökən
gözəlin fikri isə hələ də bulaq başında qalıb:
Mis qazanın paxırı,
Oğlan, qaytar naxırı.
Sən mənimsən, mən sənin,
Budur sözün axırı.
Kolleksiyada müxtəlif mis qazanlar vardır. Bu qazanların lap
böyükləri “məclis” və ya “ehsan” qazanları adlanır. Qazanlardan
bəzilərinin üzərində ərəb əlifbasında yazılar da vardır. Burada
demək olar ki, bütün mətbəx əşyalarını tapmaq olar: teştlər, süz-
Dostları ilə paylaş: |