MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə23/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

68 

Elçin həm orta məktəbdə, həm də musiqi məktəbində  əlaçıdır. 

Həm gözəl musiqiçi olmaq istəyir, həm də hüquqşünas. Aramızda 

çox kiçik bir söhbət oldu: 

- Elçin, sən böyüyəndə kim olmaq istəyirsən? 

-Hüquqşünas. 

-Niyə bəs hüquqşünas? 

-Pis adamları tutmaq üçün. 

-Axı, pis adamlar olmasa, yaxşıları necə tanıyarsan? 

-Məhkəmə quraram. 

Elçin 12 yaşlı  uşaq kimi danışmırdı. Özünə inamla, qətiyyətlə 

danışırdı, qarşısındakını da inandırırdı. Bəlkə  gələcəkdə hüquq-

şünas da ola bilər. Amma mən onun saz-söz adamı kimi yetişməsini 

daha çox arzuladım. Elçin saza yaraşırdı, saz Elçinə.  

Elçin çalanda, oxuyanda da üzündə  məğrurluq,  əzəmət görü-

nürdü. Bəzən görürsən ki, öz işində, sənətində istedadlı, savadlı 

olan bir adam nə qədər cəhd edirsə, bu mənzərəni özündə əks etdirə 

bilmir. Çünki, bunu istəməklə deyil. Bu sifət, içdən gələn hissin, 

duyğunun rəng çalarları ilə  bəzənəndə alınır.  İçindəkiləri isə 

göydən sənə bəxş eləməsələr, heç cürə əldə etmək olmur.  

Elçinin körpə dünyasında rəngbərəng bir aləm var. Bu aləmin hər 

guşəsində yerləşən hər arzu, istək öz rəngindədir. Həm də safdır, 

təmizdir. 

Elçin Cəlili çalır. Cəlili üstündə xalq şairi Səməd Vurğunun məş-

hur şeirini oxuyur. Elçin Baş Sarıtel çalır, Şücaətin “Dağlar” şeirini 

oxuyur. Oxuya-oxuya bu şairlərin gəzdiyi yerləri səyahətə  çıxır. 

Gəzə-gəzə öz dünyasını zənginləşdirir və bizi bu dünyanın müqəddəs 

guşələrinə  səsləyir. Elçin çalır. Çaldıqca göz önünə  gələn məm-

zərələrdən ilham alır.  İlham mənbəyi böyüklərin saz dünyası oldu-

ğundandır ki, Elçin körpəykən böyüyə bilir. Sevdiyin şairlər, aşıqlar 

kimdir soruşanda, “Səməd Vurğun, Abbas Səhhət, Aşıq Ələsgər, Aşıq 

Abbas Tufarqanlı, Aşıq Abbas Bozalqanlı  və b.” dedi. Mən Eıçini 

təsadüfi seçmədim. Elçindəki elçün ötən, çağlayan ilhamı gördüm… 

Elçin məktəbdə keçirilən tədbirlərdə  də  bəzən çıxış edir. Ən 

böyük səhnədə isə bu yaxınlarda çıxış edib. Noyabrın 30-da filar-

moniyada istedadlı  uşaqların üzə  çıxarılması  məqsədilə 8 saylı 

Musiqi məktəbinin konserti olub. Elçindən “həyəcanlandınmı?” 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

69

soruşanda “yox” dedi. Elçin sazla olanda ancaq sazı görür, bəlkə 

ona görə də həyəcana yer qalmır. Saz onunçün böyük qüvvədir və 

bu qüvvə ona həmişə kömək olur, onu həmişə qoruyur. Allahına 

inanan, ən çox atasını, anasını, bacılarını sevən Elçin deyir ki:”Saz 

mənimçün hər şeydir”. 



                                       “Aydın fakir” qəzeti, 24.01.09 

 

MEHMAN  DAĞLAROĞLUNUN ŞEİR-SƏNƏT DÜNYASI 

 

Şeirlə musiqinin birləşdiyi iki yol vardır. Biri muğamımızdır ki, 



artıq dünya səviyyəsində tanınır, sevilir. İkincisi isə aşıq sənətidir 

ki, əslində heç də ondan geri qalmır, amma hələlik dar çərçivədə 

şöhrət qazanıb. Amma mən nənəmdən eşitmişdim ki, Maştağada 

əvvəllər aşıq toyları da olub. Bu gün aşıq sənəti ən çox bölgələrdə 

sevilir. Amma Bakıda da saz çalan, sazı dinləmək istəyən, sazı 

sevən insanlar az deyildir.  

Ayda bir dəfə keçirilən “Qurbani” məclisində  hər dəfə  gənc 

aşıqları dinləyəndə düşünürəm ki, bu sənət də heç zaman ölməyə-

cək. Məclisin  ən istedadlı  gənclərindən biri Mehman Dağlaroğ-

lunun  ən böyük arzusu sazı dünya arenasına çıxartmaq və bütün 

dünyaya sevdirməkdir. Mehman saz çalanda onu müşahidə edirəm. 

Gözlərini yumub öz aləminə yol başlayır. Sanki o heç də zalda 

deyil. Soruşanda deyir ki, mən saz çalanda özümü təbiətin qoy-

nunda görürəm. Təbiət aşiqi olanlar onu yaradan Allahı da sevir. 

Mehman üçün göydə Allah, yerdə  təbiət,  əlində saz, könlündə 

nəğmələr, - həyat budur. 

Haşiyə: Mehman Musa oğlu Abdullayev 1987-ci ildə Bakıda 

anadan olub. Amma əslən Gədəbəydəndir. Ana tərəfdən Miskin 

Abdalın nəticəsidir. 2004-cü ildə 285 saylı orta məktəbi bitirib. 

Hal-hazırda Azərbaycan Mədəniyyət və  İncəsənət Universitetinin 

tətbiqi-incəsənət fakültəsinin aşıq sənəti bölümündə təhsil alır. 

Mehman Dağlaroğlu “Ruhani” çalır, ruhumuz dinir, “Misri” 

çalır, hamımızı eyni yola çağırır. Mehman “Baş sarıtel” çalır, 

Mehman “Dilqəmi” çalır. Dinləyirik, sanki ruhumuz bədəndən 

ayrılır, tamam başqa bir aləmə uçur. Mehman bizi özünün sevdiyi, 

tapındığı dünyaya çağırır. Bu dünya sazın sehri qədər sirli, 

sehirlidir. Bu dünya sazın hökmü qədər çəkicidir və sirayətedicidir. 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

70 

Bu dünya aşıq mahnıları kimi həzindir, düşündürücüdür. Bu dünya 

sevgilərlə dolu bir dünyadır. Bu dünyanı tapan adam, bu dünyaya 

tapınan adam anlaya bilər ki, Mehman saz çalanda hansı aləmdə 

olur. Burada özünü unutmaq var. Burada öz orbitindən çıxmaq, 

özünü taman başqa aləmə  təslim etmək var. Burada özündən 

keçmək var, öz mənini başqa məndə tapmaq var. Bu, Mehman 

Dağlaroğlunun özündən çox sevdiyi bir dünyadır... 

Mehman Dağlaroğlu sazı nə zaman görüb. Nə zaman sevib? İlk 

dəfə sadəcə  televiziya verilişlərində sazı dinləyib. Artıq dördüncü 

sinifdə oxuyanda saz çalmaq öyrənib. Sonralar özü televiziya 

verilişlərində  iştirak edib. Məktəblilər arasında Yunisef Uşaq 

Təşkilatının keçirdiyi müsabiqədə qalıb olub. Mehman Dağlaroğlu 

Azərbaycan Mədəniyyət və  İncəsənət Universitetinin dosenti, 

sənətşünaslıq namizədi Fəzair Miskinlidən dərs alıb. Amma indu 

Mehmanın özünün tələbələri var: Vüqar, Anar və b. 

Mehman saz çalanda bəzən oxuyur da. Çox vaxt şairlərin və 

aşıqların şeirlərini oxuyur. Amma Mehman özü də şeirlər yazır. Ən 

çox məhəbbət şeirləri yazır. Bir şeirindən bir bənd: 

 

Sən demə, ömrümüz qarlı qış olub. 



Sən demə, bağçalar saralıb-solub. 

Sən gedən o gündən Mehman yox olub. 

Sızlayıb ağlama, ağlama daha. 

 

Mehman Dağlaroğlu mənim “Qurbani” məclisində  ən çox 



bəyəndiyim aşıqlardandır. Çox vaxt məclisdə şairlər şeir oxuyanda 

onları Mehman müşayiət edir. Bu da təsadüfi deyildir. Mehman 

təkcə saz çalmır, həm də şeiri duyur. Musiqi ilə şeirin vəhdətində 

qovuşduğu dünya Mehmanın ən çox rahartlıq tapdığı dünyadır.  

Mehman Dağlaroğlu saz çalır. Sazın gücü ilə, sazın hökmü ilə, 

musiqinin ahəngi ilə yol başlayır. Mehman saz çalır, başladığı 

yolun axarına düşüb gedir, gedir, bu yol onu öz istədiyi, arzuladığı 

aləmə qovuşduracaq. Mehman hələ yoldadır və biz bu haqq yolunda 

ona böyük uğurlar arzulayırıq. Arzu edirik ki, qəlbindən Allah 

sevgisi, əlindən saz heç zaman alınmasın və bir gün sazı dünyaya 

tanıdacaq gücdə, sazı dünyaya sevdirə biləcək  şan-şöhrətdə 

sənətkar olsun!... 



                                 “Aydın fikir” qəzeti, 29. 11.08   


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə