✦ ✦ ✦ Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦
65
amillərdən biri də bu idi ki, burada “Qarabağ bülbülləri” ansamblı
çıxış edirdi. 40 ilə yaxın fəaliyyəti olan, bir çox sənətkarlar yetişdirən
bu ansamblın indiki çox gənc, yeniyetmə üzvlərinin səsi indi də qulaq-
larımdadır. Ansamblın bədii rəhbəri Murad Rzayevin nurlu simasın-
dan ziyalanan, sənətkarlıq qabiliyyətindən bəhrələnən, vətənpərvərlik
xislətindən dərs alan bu körpələrin ziyalıların toplandığı belə bir gözəl
məclisdə iştirak etmələrindən doğan sevincin, fərəhin şahidi olduq.
Burada həm gözəl, həm də yeni səslər eşitdik. Elə oradaca ansamblın
lap kiçik üzvləri haqqında yazmaq keçdi fikrimdən.
Məsud Etibar oğlu Eyvazov 1998-ci il avqustun 22-də Bərdədə
anadan olub. Beş ildir ki, Bakıda yaşayır, bir qardaşı və bir bacısı var.
N.Nərimanov rayonundakı 37 saylı uşaq musiqi məktəbinin
xanəndəlik şöbəsinin 3-cü sinfində oxuyur. Muğam üzrə müəllimi
Habil Nəcəfovdur. Məktəbi bitirəndən sonra Asəf Zeynallı adına
orta ixtisas musiqi məktəbinə daxil olmaq fikrindədir. Arzusu
xanəndə olmaqdır.
Məsud tədbirdə “Qarabağ” şikəstəsi oxudu. Səsi dalğa-dalğa
yayılanda lap bir zaman yaddaşıma köçən səsləri xatırladım. Bu
səsdə nələr yox idi. Bütün məclis sükut içində bu körpə sinəsindən
gələn nəfəsə, bu heyrətamiz səsə diqqət kəsilmişdi. Deyilənə görə
Məsudgilin nəsillərində də yaxşı səsi olanlar olub. Ot kökü üstdə
bitər, deyirlər. Hər bir çayın başlanğıcı var. Sonundasa ondan xeyir
götürəcək insanlar dayanıb. Bu gün Məsudun “Qarabağ” şikəstəsini
dinləyənlər kimi.
Məsudun ifasında diqqətimi çəkən detallardan biri də onun
sərbəstliyi idi. 12 yaşın istedadı, uşaq səmimiyyəti, körpə məsumluğu
və böyüklərə məxsus qürur, vüqar. Məsud öz dünyasında idi. Sanki
Qarabağın kimsəsiz dolaylarında heç kəsin onu görmədiyi, səsini
eşitmədiyi bir məqamı yaşayırdı. Bəlkə də bu “Qarabağ” şikəstəsinin
möcüzəsi idi və bu möcüzə Məsudu məclisdən, bir otaqlıq aləmdən
qoparıb, tamam başqa bir aləmə aparmışdı. Bəlkə də...
Məsudun bundan əvvəl daha haralarda çıxışları olduğunu maraq et-
dim. Dedi ki, hələ 2008-ci ildə 24 saylı uşaq bağçasında kimsəsiz
uşaqlarla görüşdə ansamblın konsertində iştirak edib. 2010-cu il fevralın
11-də ictimai kanalda TRT AVAZ proqramında da çıxışı olub.
Məsuddan həyatda ən böyük arzusunun nə olduğunu soruşanda
✦ ✦ ✦ Sona Xəyal ✦ ✦ ✦
66
isə “Dünyada xoşbəxt olmaq”,–dedi, amma xoşbəxtlik nədir sualına
cavab verə bilmədi. Bəlkə də ona görə cavab verə bilmədi ki, həmin
gündə, həmin saatda gözəl ifasının alqışlarla qarşılandığı anda o
xoşbəxt idi, sevinirdi. Biz də sevinirdik ki, millətin, musiqimizin
gələcəyi olan övladları yetişir.
Suğra Habil qızı Sultanova 1996-cı ildə Bakıda doğulsa da
Xocavənd rayonundandır. Qaçqın, köçgün həyatı yaşayan xoca-
vəndlilər Bakıda olsalar da, öz rayonlarının adı altında yaşayırlar.
Ona görə də Suğra Xocavənd rayon 3 saylı orta məktəbin şagirdidir.
O, həm də Yasamal rayon 22 saylı musiqi məktəbində təhsil alır,
muğam müəllimi Kəmalə Abdullayevadır. Suğdanın ən böyük ar-
zusu xanəndə olmaqdır. Allah-təalanın ona verdiyi böyük nemətin
qədrini bilən bu balaca qızın bu arzuda olması çox təbiidir.
Məclisdə onun ifa etdiyi “Ana Kür” mahnısını eşidəndə bir anlıq
yadıma xalq artisti Gülağa Məmmədov düşdü. Onun ifaları içə-
risində ən çox sevdiyim iki mahnıdan biri bu idi. Suğranın səsi
məclisdə bir canlanma yaratdı: “Ana Kür... Yaşa, Kür... Hələ neçə
ömür Yaşadacaq könüllər səni...”
Suğra oxuyurdu. Adama elə gəlirdi ki, Kürün sahilində dayan-
mısan və o təsviri özün yaşayırsan. “Kürüm, sənə bənzər şeirim
olaydı” arzulu gözəl şairimiz Əli Kərimin təbəssüm dolu çöhrəsini
gördüm elə bil...
Bir azdan yenə də Suğranın səsi məni özünə çəkdi. Bu dəfə
Suğra “Dilkeş” təsnifi oxuyurdu. Əsrarəngiz Azərbaycan musiqisi
bizi yenə də öz rəngarəng aləminə apardı. Yer-yerdən eşidilən
alqışlar Suğraya ünvanlansa da, Allahın bizə bəxş etdiyi bu mənəvi
dəyərlər qarşısında sükut edənlər də var idi. Bu bizim mənəvi
varlığımız idi, özümüz idi, dünənimiz, bu günümüz, sabahımız idi...
Suğra Habil qızının uğurları ilə maraqlandım. Xeyli sevindirici
məqamlar yaşayan bu 14 yaşlı qız üçün ən böyük xoşbəxtlik də elə
uğurları imiş. 2003-cü ildə Əl oyunları sarayında keçirilən
“Qarabağ ağrım mənim, qürurum mənim” adlı festifalda müvəf-
fəqiyyət qazanıb diploma layiq görülən Suğra 2006-cı ildə Rəşid
Behbudov adına Mahnı Teatrındakı çıxışına görə Fəxri Fərmanla
təltif olunub. Bir çox festifalların iştirakçısı olan Suğra 2009-cu il
dekabrın 29-da Ağdamda əsgərlər qarşısında çıxış edib. İctimai
✦ ✦ ✦ Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦
67
kanalda TRT AVAZ proqramında onun da çıxışı alqışlanıb.
2009-2010-cu illər “VIII Uluslararası Türkce Olimpiad” yarı-
şında iştirak edən Suğra artıq Azərbaycan turunda birincilik qazanıb
və Türkiyəyə səfərə hazırlaşır. Biz bu yarışda ona ən böyük uğur
arzulayırıq. Bir də arzu edirik ki, “Qarabağ bülbülləri əbədiyaşar
olsun və Azərbaycanın gələcəyi naminə, musiqimizin inkişafı
naminə gözəl xanəndələr yetişdirsin...
“Aydın fikir” qəzeti, 30.02.10.
KÖRPƏLƏRİN SAZ-SÖZ DÜNYASI
Saz-söz dünyamız hələ çox-şox uzaqlardan görünən, eşidilən,
bizi bizə qaytaran, bizi bizə tanıtdıran, bizi özümüz etməyə çalışan,
içimizdə köz-közə alışan, burum-burum qalxıb bütün ellərə qarışan,
böyüklü-kiçikli hamımızı öz müqəddəsliyinə, öz saflığına qovuş-
duran bir dünyadır. Dədə Qorqud qopuzundan tökülən hikməti,
Qurbani sazından, sözündən, Aşıq Ələsgər hissindən, duyğusundan,
Sarı Aşıqdan, Aşıq Alıdan, Abbas Tufarqanlıdan üzü bəri gələn
adəti, ənənəni özündə yaşadan sazımız bu gün də divarlardan
asılmayıb, əllərdədir. Və bunun özü elə böyük bir hikmətdir ki,
sazımız yaşayır, sözümüzü də yaşadır.
Hər ay sazlı-sözlü insanların yığışdığı musiqili-ədəbi məclisin
“Qurbani məclisi” adlanması da təsadüfi deyildir. Burada diqqəti
çəkən gənclər, hətta uşaqlar var. Bunlardan biri də Elçin Nəriman-
oğludir. Sazı özündən böyük, içindəki arzu özündən böyük,
üzündəki məsumluğu ilə özünü sevdirməyi bacaran bu körpənin
cəmi 12 yaşı var.
Elçin Vəliyev 1996-cı il, dekabrın 19-da Bakıda anadan olub.
Əslən Göyçəlidir. 200 saylı orta məktəbin VIe sinif şagirdidir. Saz
çalmağa keçən ildən başlayıb. Atasının dayısı Yaqub Vəliyev də
cavanlığında yaxşı saz çalan olub. Amma sonralar musiqiçi yolunu
seçməyib. Ailədə başqa saz çalan olmayıb. Amma içdən, soydan,
kökdən gələn, gen ilə qanda yaşayan, dövr edib gəlib bu günə çıxan
sənətin bir zərrəsi də Elçində intişar tapıb və Elçin keçən il
Səttarxan adına özəl musiqi məktəbində Nemət Qasımlıdan dərs
alıb. Sonralar bu məktəb işini davam etdirə bilməyib və Elçin Qara
Qarayev adına 8 saylı Musiqi məktəbinin saz şöbəsinə daxil olub.
Dostları ilə paylaş: |