MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə22/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

65

amillərdən biri də bu idi ki, burada “Qarabağ bülbülləri” ansamblı 

çıxış edirdi. 40 ilə yaxın fəaliyyəti olan, bir çox sənətkarlar yetişdirən 

bu ansamblın indiki çox gənc, yeniyetmə üzvlərinin səsi indi də qulaq-

larımdadır. Ansamblın bədii rəhbəri Murad Rzayevin nurlu simasın-

dan ziyalanan, sənətkarlıq qabiliyyətindən bəhrələnən, vətənpərvərlik 

xislətindən dərs alan bu körpələrin ziyalıların toplandığı belə bir gözəl 

məclisdə  iştirak etmələrindən doğan sevincin, fərəhin  şahidi olduq. 

Burada həm gözəl, həm də yeni səslər eşitdik. Elə oradaca ansamblın 

lap kiçik üzvləri haqqında yazmaq keçdi fikrimdən.  

Məsud Etibar oğlu Eyvazov 1998-ci il avqustun 22-də  Bərdədə 

anadan olub. Beş ildir ki, Bakıda yaşayır, bir qardaşı və bir bacısı var.                  

N.Nərimanov rayonundakı 37 saylı  uşaq musiqi məktəbinin 

xanəndəlik şöbəsinin 3-cü sinfində oxuyur. Muğam üzrə müəllimi 

Habil Nəcəfovdur. Məktəbi bitirəndən sonra Asəf Zeynallı adına 

orta ixtisas musiqi məktəbinə daxil olmaq fikrindədir. Arzusu 

xanəndə olmaqdır.  

Məsud tədbirdə “Qarabağ”  şikəstəsi oxudu. Səsi dalğa-dalğa 

yayılanda lap bir zaman yaddaşıma köçən səsləri xatırladım. Bu 

səsdə nələr yox idi. Bütün məclis sükut içində bu körpə sinəsindən 

gələn nəfəsə, bu heyrətamiz səsə diqqət kəsilmişdi. Deyilənə görə 

Məsudgilin nəsillərində də yaxşı səsi olanlar olub. Ot kökü üstdə 

bitər, deyirlər. Hər bir çayın başlanğıcı var. Sonundasa ondan xeyir 

götürəcək insanlar dayanıb. Bu gün Məsudun “Qarabağ” şikəstəsini 

dinləyənlər kimi.       

Məsudun ifasında diqqətimi çəkən detallardan biri də onun 

sərbəstliyi idi. 12 yaşın istedadı, uşaq səmimiyyəti, körpə məsumluğu 

və böyüklərə məxsus qürur, vüqar. Məsud öz dünyasında idi. Sanki 

Qarabağın kimsəsiz dolaylarında heç kəsin onu görmədiyi, səsini 

eşitmədiyi bir məqamı yaşayırdı. Bəlkə də bu “Qarabağ” şikəstəsinin 

möcüzəsi idi və bu möcüzə  Məsudu məclisdən, bir otaqlıq aləmdən 

qoparıb, tamam başqa bir aləmə aparmışdı. Bəlkə də... 

Məsudun bundan əvvəl daha haralarda çıxışları olduğunu maraq et-

dim. Dedi ki, hələ 2008-ci ildə 24 saylı  uşaq bağçasında kimsəsiz 

uşaqlarla görüşdə ansamblın konsertində iştirak edib. 2010-cu il fevralın 

11-də ictimai kanalda TRT AVAZ proqramında da çıxışı olub.  

Məsuddan həyatda ən böyük arzusunun nə olduğunu soruşanda 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

66 

isə “Dünyada xoşbəxt olmaq”,–dedi, amma xoşbəxtlik nədir sualına 

cavab verə bilmədi. Bəlkə də ona görə cavab verə bilmədi ki, həmin 

gündə, həmin saatda gözəl ifasının alqışlarla qarşılandığı anda o 

xoşbəxt idi, sevinirdi. Biz də sevinirdik ki, millətin, musiqimizin 

gələcəyi olan övladları yetişir. 

Suğra Habil qızı Sultanova 1996-cı ildə Bakıda doğulsa da 

Xocavənd rayonundandır. Qaçqın, köçgün həyatı yaşayan xoca-

vəndlilər Bakıda olsalar da, öz rayonlarının adı altında yaşayırlar. 

Ona görə də Suğra Xocavənd rayon 3 saylı orta məktəbin şagirdidir. 

O, həm də Yasamal rayon 22 saylı musiqi məktəbində təhsil alır, 

muğam müəllimi Kəmalə Abdullayevadır. Suğdanın ən böyük ar-

zusu xanəndə olmaqdır. Allah-təalanın ona verdiyi böyük nemətin 

qədrini bilən bu balaca qızın bu arzuda olması çox təbiidir. 

Məclisdə onun ifa etdiyi “Ana Kür” mahnısını eşidəndə bir anlıq 

yadıma xalq artisti Gülağa Məmmədov düşdü. Onun ifaları içə-

risində  ən çox sevdiyim iki mahnıdan biri bu idi. Suğranın səsi 

məclisdə bir canlanma yaratdı: “Ana Kür...  Yaşa, Kür... Hələ neçə 

ömür Yaşadacaq könüllər səni...”  

Suğra oxuyurdu. Adama elə gəlirdi ki, Kürün sahilində dayan-

mısan və o təsviri özün yaşayırsan. “Kürüm, sənə  bənzər  şeirim 

olaydı” arzulu gözəl şairimiz Əli Kərimin təbəssüm dolu çöhrəsini 

gördüm elə bil... 

Bir azdan yenə  də Suğranın səsi məni özünə  çəkdi. Bu dəfə 

Suğra “Dilkeş” təsnifi oxuyurdu. Əsrarəngiz Azərbaycan musiqisi 

bizi yenə  də öz rəngarəng aləminə apardı. Yer-yerdən eşidilən 

alqışlar Suğraya ünvanlansa da, Allahın bizə bəxş etdiyi bu mənəvi 

dəyərlər qarşısında sükut edənlər də var idi. Bu bizim mənəvi 

varlığımız idi, özümüz idi, dünənimiz, bu günümüz, sabahımız idi...  

Suğra Habil qızının uğurları ilə maraqlandım. Xeyli sevindirici 

məqamlar yaşayan bu 14 yaşlı qız üçün  ən böyük xoşbəxtlik də elə 

uğurları imiş. 2003-cü ildə  Əl oyunları sarayında keçirilən 

“Qarabağ  ağrım mənim, qürurum mənim” adlı festifalda müvəf-

fəqiyyət qazanıb diploma layiq görülən Suğra 2006-cı ildə  Rəşid 

Behbudov adına Mahnı Teatrındakı  çıxışına görə  Fəxri Fərmanla 

təltif olunub. Bir çox festifalların iştirakçısı olan Suğra 2009-cu il 

dekabrın 29-da Ağdamda  əsgərlər qarşısında çıxış edib. İctimai 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

67

kanalda TRT AVAZ proqramında onun da çıxışı alqışlanıb. 

2009-2010-cu illər “VIII Uluslararası Türkce Olimpiad” yarı-

şında iştirak edən Suğra artıq Azərbaycan turunda birincilik qazanıb 

və Türkiyəyə səfərə hazırlaşır. Biz bu yarışda ona ən böyük uğur 

arzulayırıq. Bir də arzu edirik ki, “Qarabağ bülbülləri  əbədiyaşar 

olsun və Azərbaycanın gələcəyi naminə, musiqimizin inkişafı 

naminə gözəl xanəndələr yetişdirsin...  



                                “Aydın fikir” qəzeti, 30.02.10. 

 

KÖRPƏLƏRİN SAZ-SÖZ DÜNYASI 

 

 Saz-söz  dünyamız hələ çox-şox uzaqlardan görünən, eşidilən, 



bizi bizə qaytaran, bizi bizə tanıtdıran, bizi özümüz etməyə çalışan, 

içimizdə köz-közə alışan, burum-burum qalxıb bütün ellərə qarışan, 

böyüklü-kiçikli hamımızı öz müqəddəsliyinə, öz saflığına qovuş-

duran bir dünyadır. Dədə Qorqud qopuzundan tökülən hikməti, 

Qurbani sazından, sözündən, Aşıq Ələsgər hissindən, duyğusundan, 

Sarı  Aşıqdan, Aşıq Alıdan, Abbas Tufarqanlıdan üzü bəri gələn 

adəti,  ənənəni özündə yaşadan sazımız bu gün də divarlardan 

asılmayıb,  əllərdədir. Və bunun özü elə böyük bir hikmətdir ki, 

sazımız yaşayır, sözümüzü də yaşadır. 

Hər ay sazlı-sözlü insanların yığışdığı musiqili-ədəbi məclisin 

“Qurbani məclisi” adlanması da təsadüfi deyildir. Burada diqqəti 

çəkən gənclər, hətta uşaqlar var. Bunlardan biri də Elçin Nəriman-

oğludir. Sazı özündən böyük, içindəki arzu özündən böyük

üzündəki məsumluğu ilə özünü sevdirməyi bacaran bu körpənin 

cəmi 12 yaşı var. 

Elçin Vəliyev 1996-cı il, dekabrın 19-da Bakıda anadan olub. 

Əslən Göyçəlidir. 200 saylı orta məktəbin VIe sinif şagirdidir. Saz 

çalmağa keçən ildən başlayıb. Atasının dayısı Yaqub Vəliyev də 

cavanlığında yaxşı saz çalan olub. Amma sonralar musiqiçi yolunu 

seçməyib. Ailədə başqa saz çalan olmayıb. Amma içdən, soydan, 

kökdən gələn, gen ilə qanda yaşayan, dövr edib gəlib bu günə çıxan 

sənətin bir zərrəsi də Elçində intişar tapıb və Elçin keçən il 

Səttarxan adına özəl musiqi məktəbində Nemət Qasımlıdan dərs 

alıb. Sonralar bu məktəb işini davam etdirə bilməyib və Elçin  Qara 

Qarayev adına 8 saylı Musiqi məktəbinin saz şöbəsinə daxil olub.  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə