MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə30/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   23   24   25   26   27   28   29   30   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

89

Mən Ələsgərin gözəllərini soraqlayıram, gedirəm, gedirəm, bir-

dən kimsə arxadan məni çağırır. Qırmızı, yaxası  və qolları  rəng-

bərəng saplarla naxışlanmış qədim milli paltar geyinmiş  bu gözəl 

sanki kinolardan gəlib. Belində pullarla, füruzə yaqut qaşlarla 

bəzədilmiş ulduzlu kəmər və ona uyğun olaraq sinəsində sinəbənd, 

qollarında qolbaq. Yox, deyəsən bu gözəl  Ələsgərin gözəllərinin 

ulu nənəsidir. Baxıram və gözün önündə  Şahid Həbibullayevin 

kolleksiyası canlanır. Orada bu bəzək əşyalarından  neçəsi vardır. 

Baxıram, baxıram. Birdən qeyri-ixtiyari əlim uzanır. Götürmək 

istəyirəm, amma hansına əl atıram. Bayaq məni çağıran gəlinə oxşar 

birisi onu məndən  əvvəl götürür və gülə-gülə “mənimdir” deyir. 

Bəzək əşyaları dəyişdikcə gəlinlər də dəyişir. Amma boylar, üzlər 

başqa-başqa olsa da, hamısı Ələsgərin gözəllərinə oxşayır. Baxıram 

bu bərli-bəzəkli, beli kəmərli qızlara. Onlar kimi geyinmək keçir 

könlümdən. Əlimi uzadıb sonuncu kəməri götürürəm, amma onu da 

bir gözəl alıb belinə taxır və sanki özününkü olduğunu sübut etmək 

üçün ortalıqda dövrə vurub oynayır. Heyrət içində ona tamaşa 

edirəm. Elə bu zaman arxadan bir səs gəlir: 

 

Gözüm o gəlindədir. 



Kəməri belindədir. 

Mən ağlaram, o gülər, 

İnsaf öz əlindədir. 

 

Geri qanrılıb baxıram. Gözəl, bəzəkli qədim xəncərlər qoyulmuş  



rəfin yanında bir cavan oğlanın durduğunu görürəm. Belində  də 

həmin xəncərlərdə biri. Birdən gözümün qabağındaca bir üç olur, üç 

beş olur. İgidlərin sayı artır və  hərə öz yarağını götürüb belinə 

bağlayır. Hərə üzünü br gəlinə tutub ürək sözünü deyir. Hərə 

muradına yetmək üçün bir cürə dil tökür. Qızlar isə adəti üzrə naz 

satır və yadıma bir bayatı düşür: 

 

Almaz üzük, dar barmaq. 



Muradım səni almaq. 

Hər igid karı deyil 

Yardan yadigar almaq. 

 

Çox keçmir qızlarını haraylayan anaların səsi gəlir.  İgidlər bu 



səsləri eşidib dağılışırlar. Qızlar isə görəcəkləri işləri xatırlayıb hərə 

ozünə lazım olan qab-qacağı götürüb gedir. 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

90 

Bir qız səhəngi çiyninə alıb sallana-sallana bulaq başına tələsir. 

Əcəba bu “Sallana-sallana gələn Salatın” deyə Ələsgərin vəsf etdiyi 

gözəldimi? Gərdənində qızıl həmayil, qollarında bazubənd, başında 

heyratı  kələğay, belində  kəmər... Ya “Gözəllər sultanı, ay Səlbi 

xanım. Sallanışın bir mahala əvəzdi” deyə  vəsf etdiyi gözəlmi? 

Şairin gözlərinə qiymət qoya bilmədiyi, qaşlarını min tümənlik 

mala əvəz bildiyi, sürahi gərdənli gözəlmi?...   

Bir gəlin simavəri götürüb gedir. Su ilə doldurur. Çır-çırpı 

gətirib simavərə od salır. Nigarançılıqla batmaqda olan günəşə 

baxıb vaxtı müəyyənləşdirib qaynanasının gəlməsinə lap az 

qaldığını düşünür. Tez teştdəki paltarları götürüb sərir. Divarları 

tuta-tuta evə girir. Bu qədər ağır işdən sonra qaynanasından 

təşəkkür  əvəzi söyüş-qarğış  eşidəcəyini gözə alan gözəl bu evə 

gəlin gəldiyinə də peşmandır. Ələsgər burda deyir: 

 

Bir mərdi sevəydin, sirdaş olaydın, 



Könlün istəyənə peşkaş olaydın. 

Ya da quruyaydın, bir daş olaydın. 

Bəzənib bu evə gələndə, yazıq! 

 

Birisi  plov bişirmək üçün mis qazanı götürüb ocaq qalamağa 



gedir. Bu gün qonaqları gələcək. Amma o sevinmir. Doqquz yaşlı 

qızının “hə”risi veriləcək. Aman Allah, o ki lap uşaqdır. Ancaq nə 

ananın, nə  də balanın göz yaşına baxan yoxdur. Söz kişilərindir. 

Onun ixtiyarı çatmır ki, körpə qızının qoca kişiyə ərə verilməsinə 

etiraz etsin. Bütün bunlara baxmayaraq o plov dəmləməlidir. 

Yadıma Mirzə  Cəlilin “Ölülər”i düşür. Cəfər Cabbarlının “Vəfalı 

Səriyyə yaxud göz yaşları içərisində gülüş”ünü xatırlayıram. Ələs-

gərsə gözəllərə baxıb Allahdan iltimas edir: 

 

Xudam, mərdin işin salma müşkülə, 



Əhli-dili yetir sən əhli-dilə. 

Bülbülü gülə yaz, gülü bülbülə, 

Qönçənin üstündə xar oynamasın! 

 

Kimi  badyanı götürüb inəyi sağmağa hazırlaşır.  Kimi qablamanı 



alıb biçində olan ərinə yemək aparmağa tələsir. Kimi səfər 

qab-qacağını toplayıb tacir ərinin yola çıxacağını düşünür. Kimi ha-

mam sandığını götürüb qaynanasının hamam boğçasını hazırlayır. 

Kimi qoca ərinin saqqalına Məşədi  İbad kimi həna qoymaq üçün  




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

91

deyinə-deyinə  xınadanı götürür. Bunlar da Ələsgərin gözəllərini xa-

tırladır. Şairin “Getmə göz önündən, ay Şəkər xanım, Könül mail olub o 

qələm qaşa” deyə məclisə çağırdığı, gözəllər sultanı, mələklər xanı he-

sab etdiyi, canını belə qurban dediyi gözəlimi, “Səni gördüm, əl 

götürdüm dünyadan, Ala gözlü, qələm qaşlı Güləndam” deyə müraciət 

etdiyi alma yanaqlı, bal dodaqlı, ağlı başdan alan, siyah sürməli  şux 

gözəlimi, “Tovuz kimi qalxdın çeşmə başından, Bütün gözəllərin 

gözəli, Güllü!” deyə qiymətləndirdiyi büllur buxaqlı, dodaqları mey-

li-məzəli, boyu mina, köksü inci-mərcanlı, hicran dərdindən möhnətə 

düşən aşığın dərdinə dərman gözəlimı, “Tanrı səni qüdrətindən yaradıb, 

Gözəlliyə yox bəhanə, Gülpəri!” deyə  dəyərləndirdiyi, dodaqları 

bal-qaymaq dadan, kipriyi ox, qaşı kaman, əziz, mehriban, tovuz kimi 

telləri oynaşan, içində eşqin bəhri aşıb-daşan gözəlimi, “Sübhün çağı 

mah cəmalın görəndə Xəstə könlüm gəldi saza, Müşkünaz!” deyə vəsf 

elədiyi aycamallı, aynaqabaqlı, yayqaşlı gözəlimi?... 

 

Sizi gördüm çaşdı ağlım, kamalım. 



Güllüyə qurbandı dövlətim, malım. 

Olmayaydı bir qocalıq, bir ölüm, 

Yaşayaydı bu həvəsdə gözəllər! 

 

Pərzad məlakədir, gövhər bir xanım, 



Görən kimi yandı dinim, imanım. 

Yazıq Ələsgərəm, sərgərdan canım 

Qurban sizin kimi dosta, gözəllər! 

 

Gözəllər işində-gücündədir. Mənsə sehirli xalatı  əynimə geyib 



“amravati-amravati çandrika” deyib keçmişdən dönürəm və yenə 

gəlib öz otağımda bilgisayarın qarşısında otururam və düşün-

düklərimi yazıram. Yadıma bilirsinizmi nələr düşür.  Ən  əvvəl 

“Dədə Qorqud” filmində gördüklərim, daha sonra “Nəsini”də, daha 

sonra “Dəli Kür”də və sair və ilaxır. Mənə elə gəlir ki, tariximizin 

hansı zaman kəsiyini lentə alıb kino çəkmək istəsək, lazım olan 

bütün əşyaları Şahid müəllimin kolleksiyasında tapmaq olar. Əlimi 

uzadıb “Azərbaycan” kataloqunu götürürəm. Vərəqləyə-vərəqləyə 

yenidən Şahid müəllimin müzeyinə gedib çıxıram. Ümüdlə dünənki  

söhbətimizi xatırlayıram və növbəti yazının süjetini düşünürəm...    



“Kredo” qəzeti, 31.12.09 

“Aydın fikir” qəzeti 25.12.09 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə