MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə27/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   23   24   25   26   27   28   29   30   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

80 

alır. Otaqdan çıxırıq. Bu otağa giriş mətbəxdəndir. Yadıma keçmiş 

komalar düşür. Divarından hisli lampa asılan, kandarında simavər 

“oxuyan” bapbalaca daxma və bu daxmada yol gözləyən bir gəlin. 

Və hardansa lap uzaqlardan bir xalq mahnısının sədaları  eşidilir, 

bənd-bənd, misra-misra qulağıma süzülür: 

 

Simavərə od salmışam, 



İstəkana qənd salmışam. 

Yarım gedib, tək qalmışam, 

Nə şirindir yarın canı... 

 

Şahid müəllimin bələdçiliyi ilə geniş bir zala daxil oluruq. 500-dən 



artıq  sənətkarlıq nümunəsinin əksəriyyəti bu zaldadır. Gözüm yenə 

ilkin simavərləri axtarır. Əvvəlki otaqdakı əşyaları düşünürəm və in-

ana bilmirəm ki, bu zalı bəzəyən, gözlərimizi qamaşdıran bu əşyalar 

da bir müddət o kökdə olub. Bir muzey eksponatına çevrilmiş 

keçmişimizə baxıram, bir də onlara yeni həyat verib əbədiləşdirən 

Şahid müəllimə. İnsan əlləri nələrə qadirdir? Bir yandan yeniliklərə 

aludə olub keçmişə  xətt çəkilir, tarixi yaşadan  əşyalar zirzəmilərə 

atılır, bir yandan da tariximizi yaşatmaq istəyən oğullar onları o 

zirzəmilərdən çıxarıb yeni  həyata qaytarır, onlara əbədiyyət bəxş edir 

və onlarla birlikdə özləri də əbədiyyət qazanırlar. 

Simavərlərə yaxınlaşıram, elə bilirəm indi mənə olub-keçəndən 

danışacaqlar. Baxıram biri özündə kimlərinsə  həsrətini gizləyib. 

Keçmişini soruşuram, bir qızın sevən, alovlanan qəlbinin hicran 

səsini eşidirəm: 

 

Simavər yana-yana, 



Buğlanır yana-yana. 

Danışırıq kağızla, 

Dil qalır yana-yana. 

 

Bütün zalı  gəzirik. Qış olduğu üçün çox soyuqdur. Bilmirəm, 



bəlkə də həsrətdən danışdıq, ona görə donuruq. Düşünürəm, xalqın 

adət-ənənələri bir-bir gözüm önümdən gəlib keçir. Qadağalarla 

yanaşı gizli görüşlər də, oğrun-oğrun baxışlar da boylanır 

əşyalardan. Hansı  əşyaya baxırsan, sanki sənə bir sevgi nağılı 

danışmaq istəyir. Yenə də uzaq keçmişin səsi gəlir: 

 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

81

Simavəri qaynadan, 

Üstdə çaynik oynadan. 

Əyil, üzündən öpüm, 

Qaş altdan göz oynadan. 

 

Bir anlıq simavərlərdən ayrılıram. Qədim bəzək əşyalarına, xırda 



pullara, nəhayət silahlara baxıram. Gözüm önündə bir anlıq 

igidlərimiz gəlib durur. Ulu keçmişimizi fikir-fikir, düşüncə-dü-

şüncə gəzirəm. Xəncər, nizə, qılınc dövrünü keçirəm, zaman-zaman 

dolanıb gəlib bu günümüzə  çıxıram. Tarixin qan yaddaşında ağrı 

çəkən, böyük ideallara hamilə olan arzularımızı oxuyuram bu 

silahların parıltısında. Anaların, bacıların oğul, qardaş sevgisini, 

eyni zamanda fəxarətini duyuram. Bu zaman hardasa yenə də bir 

qızın kövrək səsi gəlir qulaqlarıma: 

 

Simavər cəh-cəh vurar, 



Üstündə nimçək durar. 

Qurban olum qardaşa, 

At üstdə göyçək durar. 

 

Və yenə  də simavərlərə yaxınlaşıram. Ulu nənələrimizin 



mənəviyyatı hopmuş bu ekponatlara baxdıqca, sanki içimdən bir 

həzin giley keçir, nəsə demək istəyirəm. Amma susuram. Hər 

dövrün öz ab-havası var,-deyə düşünürəm. Hər halda eksponatla da 

olsa keçmişə qayıtmağın mümkünlüyünü görüb sevinirəm və bu 

sevinci bizə bəxş edənlərə minnətdarlıqla “sağ olun” deyirəm.  

Şahid müəllimdən ayrılıb çıxırıq. Asiflə  də xudahafizləşib av-

tobusa minirəm. Avtobus metrodan üzü Maştağaya hərəkət edir, 

mən isə əksinə özümdən çıxıb üzü keçmişə səyahət edirəm. 300 illik 

tarixi olan ulu simavərin sorağına gedirəm. Fikrim Lahıcı dolanır, 

bütün Azərbaycanı gəzir. Azanda əlimdəki “Azərbaycan” adlı ka-

taloqu açıb baxıram. Bəzən isə Şahid müəllimin söhbət əsnasında 

danışdıqları köməyə gəlir. Beynimdə bir “Simavər” nağılı yaranır. 

Bir qədər sevincli, bir qədər kədərli, bir az şeirli-nəğməli, bir az 

faktlı-sitatlı, bir saat dünənli, bir saat bugünlü, bir az kürünc 

göy-yaşıl-boz, bir az parlaq, qızılı bir nağıl...  Onu hamıya 

danışmaq keçir könlümdən... 

 “Real-Press”, “Qarabağa aparan yol” qəzetləri, 2009 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

82 

GƏLİNLƏR, ANALAR, NƏNƏLƏR GÖRDÜM 

 

Simavər nağılını  qələmə alan gecə uzun-uzun düşündüm. Haçan 



yuxuya getdiyimi bilmədim. Bəlkə də heç gördüyüm yuxu da deyildi. 

Bir də ki, yuxu, ya xəyal. Nə fərq edər ki, əsas məsələ gördüklərimdə 

idi.  Şahid Həbibullayevin xəzinəsində idim. Keçmişimizdən bu 

günümüzə nağıllar danışan nadir incilərin birini qoyub o birini 

götürürdüm. Təəccüblü olan isə bu idi ki, hər incinin yanında kimsə 

var idi. Sanki incilərin oğurlanmasından qorxurlarmış kimi onları 

qoruyurdular. Elə bil ki, hər dəfə götürdüyüm qabı mənə kimsə verir 

və sonra yenidən alıb yerinə qoyurdu. Bir qədər yubananda isə onu 

oğurlayacağımdan ehtiyat edib təkidlə geri istəyirdi.  

Budur, incə naxışlarla bəzədilmiş  şərbət qabını götürürəm. 

Yadıma hansısa bir qədim mərasimi əks etdirən kadrlar düşür. Bu 

şərbət qabını bir gözəlin  əlində görürəm, bir-bir qədəhlərə  şərbət 

süzüb məclisə gələnlərə paylayır. Ortada isə qız-gəlin süzür. Analar 

oğullarına  qız bəyənirlər. Dilimə xalqın mənəvi xəzinəsindən olan 

digər bir inci süzülür: 

 

Kəmər bağla belinə, 



Şərbət verim əlinə. 

Sən gəlinim olanda 

Xına qoyum telinə. 

 

Başqa bir gözəlinsə  əlində  şərbət dolu dolça görürəm. Həmin 



dolça da indi Şahidin kolleksiyasındadır. Amma kolleksiyada bir 

deyil, beş deyil, onlarla dolça var və müxtəlif ölçülü, müxtəlif 

naxışlı, tarixin müxtəlif zaman kəsiklərində hansı bir ustanınsa 

əlindən çıxmış, illərlə neçə-neçə ev gəzmiş, neçə  gəlinin cehizi 

olmuş, neçə-neçə məclislər yola salmış bu dolçalar bir kolleksiyada 

toplanana qədər uzun tarixi bir yol keçiblər. Dolçalar şərbətdən 

başqa  müxtəlif içkilər: gülab suyu, iskəncəbi suyu, eləcə də adi su 

paylamaq üçün də itifadə olunurdu. Dolçaları bir-bir götürüb 

baxıram, hər dəfə gözümə bir gəlinin surəti görünür. Kimisi 

gülümsəyir, kimisinin göz yaşları yanağından üzüaşağı yuvarlanır. 

Bəziləri hətta dolçalardan bərk-bərk yapışıb buraxmaq istəmir. 

Sanki hansı bir xatirəsinin onda donub qaldığını hiss edirəm. Şahid 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə