MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə29/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   23   24   25   26   27   28   29   30   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

86 

gəclər, qablamalar, sərpuşlar, abgərdənlər, kəfkirlər, çömçələr, 

məcməyilər, sinilər, nimçələr, tavasarlar, tasalaqlar, satıllar və s. Bu 

əşyalardan bəziləri elə  ilkin variantında bizim mətbəxlərimizdə yer 

alır. Bir qismini dəyişilmiş variantlar əvəz edib. Sərpuşlar, satıllar 

isə demək olar ki, sıradan çıxıb.     

Qayıdıram ocaq başına, nənələrimizin mətbəxinə  və  həmin 

qabları orda da görürəm. Gəlin məcməyidə düyü arıtlayır. Süzgəc 

də, kəfgir də, sərpuş da, taxçadan endirilib. Nimçələr də hazırdır. 

Nəvələr iş görür, nəticələr, kötücələr isə plovun nə vaxt bişəcəyini 

gözləyirlər. Ən maraqlısı odur ki, nənə nəticələri, hətta kötücələri 

ilə bir yerdədir. Və bu günümüzdə çatışmayan ən gözəl şey də elə 

budur... və yadıma qonaqpərvərliyimizi  əks etdirən bir dördlük 

düşür: 


 

Dayı, dayı, can dayı, 

Can sənə qurban, dayı. 

Anam plov bişirib, 

Gəl bizə mehman, dayı. 

 

Yenə  də  Şahid müəllimin müzeyindəyəm. Daha hansı  əşyalar 



tanış  gəlir? Gülabdanlar elə bu gün “Gülabpuç” deyilən və yas 

mərasimlərində istifadə olunan çini və şüşə qabların eynidir. Amma 

keçmişdə gülabdandan ancaq yas məclislərində deyil, adi yığın-

caqlarda da istifadə edirmişlər. Tanış əşyalardan həvəngdəstələr elə 

bu gün məişətimizdə olduğu kimi işlədilir.  Şişlər və maşalar da 

eynidir, amma manqallar  maraq doğurur. Kolleksiyada hətta 

mürəkkəb naxışları özündə qoruyub saxlayan mis xakəndaz da 

vardır və bütün bu əşyalara baxanda  Şahid müəllimin maraq 

dairəsi, hər insana qismət  olmayan qəribə zövqü adamı heyrətə 

gətirir. 

Maraqlı əşyalardan biri Mey qazanıdır. Vaxtilə bu dəstdən gül-

lərdən  ətir çəkmək, bitkilərdən dərman hazırlamaq, meyvələrdən 

qıcqırtma yolu ilə  şəfaverici cövhərlər almaq, həmçinin araq 

çəkmək üçün istifadə edilirmiş.   

Diqqətimi səfər qab-qacağı  çəkir. Bu dəstə qazançalar, balaca 

süzgəclər, iç-içə yığıla bilən müxtəlif qablar, qatlama kəfgirlər və s. 

daxildir. Bir də  dərvişlərin gəzdirdikləri nəzir-niyaz qabını gö-



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

87

türürəm. Bu mis qabın qapağı və çiyindən asmaq üçün uzun zənciri 

var. Bu bugünümüzdə  bəzi xanımların gəzdirdiyi çantaların 

zəncirini xatırladır. Kəşküllərin qəşəng naxışları var, qapağın üstü 

xüsusilə diqqəti cəlb edir.   

Artıq hiss edirəm ki, mətbəxdən uzaqlaşıram. Amma kollek-

siyada hələ o qədər haqqında danışılmalı  mətbəx  əşyaları var ki, 

hərəsinin də öz sahibi. Bəzənsə  nəsildən-nəslə keçən, anadan 

qızına,  nənədən nəvəsinə yadigar qalan bu əşyaların sahibi bir nəsil 

olur. Amma bu sahiblər öz mallarını geri istəmirlər. Əksinə hər dəfə 

Şahid müəllimin yanına bir adam gələndə, bu zalın qapısı açılanda, 

onların ruhu sevinir. Özündə neçə-neçə  qız-gəlinin, anaların, 

nənələrin acılı-şirinli xatirələrini yaşadan bu əşyaları qaranlıq 

zirzəmilərdən çıxarıb,  əvvəlki parlaq  paltarını geyindirib, onlara 

yaşamaq hüququ verən Şahidə minnətdarlıqla baxırlar. Bilmirəm bu 

yuxudur, ya xəyaldır, amma mən həqiqətən də onları görürəm...  



“Aydın fikir” qəzeti, 21.11.09 və 05.12.09. 

 “Nüanslar” qəzeti, 01. 12. 09. 

 

ƏLƏSGƏRİN GÖZƏLLƏRİ 

 

Bu gün yenə içim doludur. Dünən yenə də Şahid Həbibullayevin 



xəzinəsini gəzmişəm. Düz on dörd ay bundan əvvəl gəzdiyim 

xəzinəni dünən yenidən gəzəndə sanki yeni-yeni əşyalar gördüm. 

Şahid müəllimin vacib işi olduğundan bacısı  oğlu Ümüd mənə 

bələdçilik elədi.  Şahid müəllim onun yüksək balla ali məktəbə 

qəbul olunduğunu qeyd eləmişdi. Düzünü deyim ki, bələdçim ol-

duqca ağıllı, savadlı, məlumatlı  və  təmkinli, sakit adam təsiri 

bağışlayırdı. Elə ilk anda diqqətimi cəlb elədi.  İçəri otaqdakı 

əşyalara heyrətlə    tamaşa edib ”çox dəyərli qablardır” deyəndə, 

Ümüd qayıtdı ki, “ən dəyərli varlıq insandır”. Söz məni tutdu və elə 

söhbətimiz əvvəldən Allahdan, dindən başladı, sonra isə böyük zala 

keçdik. Ümüdlə  həm keçmişimizdən soraq verən  əşyaların top-

landığı xəzinəni  gəzdim, həm də gələcəyimiz olan gənclərimizin 

bir nümayəndəsini tanıdım, onun saf, ülvi dünyasına bələd oldum. 

Sevindim ki, belə gənclərimiz var və hələ yaşamağa dəyər... 

Söhbətimiz hələ də davam edərdi. Amma səhər kənddən çıxanda 

Şəmsəddin müəllim zəng vurmuşdu. Demşdi ki, Bərdədən çıxır və 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

88 

saat ikidə Bakıda olacaq. Şəmsəddin müəllimi hələ tibb məktəbində 

oxuyarkən Bərdədə pambıq yığımında olanda görmüşdüm. Bir ay 

qaldığımız Bəcrəvan kəndində yeganə  dəyər verdiyim insan idi. 

Heç kimə bənzəmirdi. Sanki bura başqa bir yerdən gəlmişdi. Sakit, 

təmkinli, böyük-kiçik bilən, qayğıkeş adam idi. Kənd məktəbində 

idman müəllimi işləyirdi və  şagirdləri pambıq yığmağa gətirirdi. 

Çox vaxt bizim müəllimlərlə birlikdə oturub söhbət edirdilər. O 

zamandan otuz bir il keçib. Həmişə  Bərdədən bir adamla rast-

laşanda onu soruşardım. Nəhayət, otuz bir ildən sonra görüşdük. 

Pambıqda olan günləri xatırladım. İlk tələbəlik illərim, qızlarımız, 

Bəcrəvanın qızları ilə mübahisələrimiz, hər  şey kino lenti kimi 

gözlərimin önündən gəlib keçdi. Axşam isə bacım oğlu Şahinin ad 

günü idi və əsgərlikdən evə buraxılmışdı. Şəmsəddin müəllimi də 

zorla ora apardım. Çox qalmadı, tez getdi. Biz isə gecə yarısına kimi 

Şahinin  əsgərlik nağıllarını dinlədik. Nə isə, dünənki gün mənim 

üçün gözəl insanlarla görüşlər baxımından yaddaqalan bir gün idi. 

Bəlkə elə ona görə  də gecə yuxumu qarışdırdım. O qədər adam 

gördüm ki, özümün kim olduğumu unutdum... 

İndi bilgisayarın qarşısında oturub həmin gördüklərimi xatır-

layıram. Deyəsən məclis qurulmuşdu, amma dünən bizim keçirdiyi-

miz ad gününə oxşamırdı. Orda gözəl qızlar var idi, amma onlar da nə 

tələbə yoldaşlarım, nə  də onları  əsəbiləşdirmək üçün kənardan söz 

atan Bəcrəvan qızları deyildilər. Onların paltarları    qədimi idi, lap 

müzey eksponatına oxşayırdı. Elə süfrədəki qablar da qədimi idi, lap 

dünən Şahid müəllimin ekspozisiya zalında gördüklərimə oxşayırdı. 

Hə, elə dünənki təəssüratın əksi idi bu yuxular. Yaxşı, bəs bu gözəllər 

hardan gəlmişdi? Yadıma Ələsgərin gözəlləri düşdü: 

 

Sərv kimi sığal verib anası, 



Guşində guşvarə, qızıl-tanası. 

Bağçalar bülbülü, göllər sonası. 

Dağların ceyranı, maralı Xurşid. 

 

Sağdişi Mələkdir, var toy-büsatı, 



Anası Nazənin, Həmzədi zatı. 

Ələsgərəm, bu cür qızın qiymatı 

Min tümən başlıqdır, bahalı Xurşid. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə