MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə24/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

71

UĞUR DA VAR, NÖQSAN DA 

 

Mən incəsənət adamı deyiləm. Amma hər dəfə bir konsertə, ta-



maşaya, kimnoya baxanda öz təəssüratımı yazmaq istəsəm də, 

nədənsə saxlayıram sonraya. Bəlkə də tənqidlərimin bir qədər sərt 

çıxacağından, kiminsə xətrinə dəyəcəyimdən ehtiyat edirəm. Axı, 

mən ədəbiyyatla bağlı yazılarımda da beləyəm: ancaq xoşuma gələn 

yazıçıdan, məni tutan əsərdən yazıram, xoşuma gəlməyənlər 

haqqında yazmağa vaxt itirmək istəmirəm. 

Bu gün, elə bir az əvvəl ATV kanalında haqqında neçə ay əvvəl 

eşitdiyim bir filmə baxdım. Əslində, mən bu filmi gözləyirdim. Evdə 

də bildirmişdim ki, təkrar veriləndə mənə xəbər eləsinlər. Məhz bu 

filmə baxmaq üçün bu gün bütün işlərimi təxirə salıb evdə 

qalmışdım. Bu da ondan irəli gəlir ki, İzzət Bağırov mənim gənclər 

içərisində  ən çox bəyəndiyim, həm sənətinə, həm də  şəxsiyyətinə 

hörmət bəslədiyim müğənnidir. Onu da qeyd edim ki, gənclər ara-

sında ümüdverici müğənnilər var, amma nədənsə  mən davranışı, 

ədəb-ərkanı, əqidəni, imanı sənətlə paralel görmək istəyirəm və bu 

mənada İzzət Bağırovla Zülfiyyə Xanbabayeva diqqətimi daha çox 

çəkir.  

Mən demirəm  İzzət hamıdan böyük sənətkardır. Amma sənət-

kardır. “№-1” müsabiqəsində biz də onu dəstəkləmişdik, qələbəsinə 

çox sevinmişdik. Çünki, Aygün Kazımovanı çıxmaq şərtilə, yerdə 

qalan müğənnilərin heç biri İzzətdən yuxarı çıxış eləmədi. Burada 

bir təəssüfümü də qeyd etmək istəyirəm ki, o müsabiqə Aygün 

Kazımovanın yeri deyildi. Əgər Faiq Ağayev o müsabiqəyə qatıl-

mamışdısa, Aygün Kazımova heç qatılmamalıydı. Bu iki müğənni o 

müsabiqədə çıxış edən müğənnilərdən bir pilə yuxarıda dayanır. Elə 

bilirəm ki, musiqidən az-çox başı  çıxan adamlar bu fikirlə 

razılaşarlar... 

Nə isə, gələk filmə. Təbii ki, mən sənətşünas olmadığıma görə, 

sadəcə bir tamaşaçı kimi xoşuma gələn və məni məyus edən bəzi 

detallardan danışacağam. Bu subyektiv fikirləri kimlərsə  qəbul 

etməyə də bilər... 

Filmdə  ən çox xoşuma gələn Nuru və Toğrul obrazları oldu. 

Aktyorlar da vəzifələrinin öhdəsindən lazımınca gələ bilmişlər. 

Daha sonra katibənin telefon danışığı, eləcə  də Orxanın yerinə 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

72 

gələn “karateist musiqiçi” obrazı  qənaətbəxş idi. Baş rollar–Or-

xanla Südabə o qədər də təbii təsir bağışlamırdı.  

İzzəti sevdirən ən qabarıq cəhət odur ki, onun həm baxışlarında, 

həm də  səsində cazibə var. Səsi o qədər yanıqlıdır ki, oxuduğu 

mahnı dinləyicinin sümük-iliyinə  işləyir. Amma təəssüf ki, İzzət 

çox xəsislik edib, Orxana çox az şey verib. 

Filmin ssenarisini kim yazıb, bilmirəm. Diqqət etmədim. Bu o 

qədər də önəmli deyildir. Əslində, ssenari ilə işim yoxdur. Sadəcə 

bir dilçi kimi bəzi səhvlərə iradımı bildirmək istəyirəm. Orxandan 

soruşanda ki, niyə anasını  şəhərə  gətirmir, deyir: “...Neçə  dəfə 

getmişəm. Zəng də etmişəm”. Burada məntiq pozulur. Bəlkə əvvəl 

“zəng etmişəm”, sonra “getmişəm” olmalıydı. Yaxud, anası şəhərə 

gəlmək istəməyəndə, zəng vurub deyir ki: “Niyə yanıma gəlib 

köçmək istəmirsən?”.  Əslindəsə, “Köçüb gəlmək istəmirsən” 

olmalıdır. “Biri gəlir, yetmişi gedir, yetmişi gəlir, biri gedir”. 

Burada say bərabərliyi olsaydı daha düzgün olardı: biri gəlir, biri 

gedir, beşi gəlir, beşi gedir. Lap olsun yetmişi gəlir, yetmişi gedir. 

Bir yerdə Nərmin Orxana deyir ki: ”Ünvanı verərdiniz”. Orxan 

cavab verir ki: “Ünvanı deyim”. Burada sadəcə “hə, deyım”, “de-

yim, yazın” və s. olmalı idi. İkinci dəfə “ünvan” sözünün işlənməsi 

arqıqdır. 

Başqa bir yerdə “Konserti o tapşırıb, amma mən oxumuşam” 

deyən Orxan bir qədər gedir, qapıya çatanda dönüb deyir ki: ”Bir 

də, tamaşaçı qarşısına mən çıxmışam”. Burada “bir də” ədatına nə 

ehtiyac var idi? Əslində, bu cümlələr “bir də” işlətmədən bir 

mürəkkəb cümlə kimi deyilməliydi, bu daha güclü çıxardı. 

Bir də, festifalda, eləcə  də  hər hansı bir konsertdə uzun-uzadı 

təqdimat olmur. Sadəcə  çıxış edənin adı, soyadı deyilir. Təntənəli 

təqdimatlar yubiley tədbirlərində, məclislərdə olur. Burada yersiz idi. 

Ssenari özü hələ film çəkilməmiş, ayrıca bir əsərdir. Onun da 

redaktəyə ehtiyacı var. Ola bilər ki, kino sənətini bilən adam rusdilli 

olsun, Azərbaycan dilini yaxşı bilməsin. Ona görə də belə ssenarist 

əsərini bir dilçiyə göstərməlidir. Son zamanlar bədii  əsərlərdə, 

mahnı  mətnlərində belə  səhvlərə çox rast gəlinir. Bunlar yol-

verilməzdir. Nə isə, qayıdaq filmə... 

Filmdə müəyyən köməkçi detallar yerləşdirilmişdi, amma onların 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

73

əsas mövzu ilə əlaqəsi zəif idi. Məsələn, Azərin inşaatçı olmaq istəyi, 

sevinclə hündür, başı buludlara dəyən binalar tikmək arzusu və onun 

paralelində yoldaşının təyyarəçi olub onun tikdiyi binaları bom-

balamaq istəyi və bundan yaranan kədər, təşviş. Bunlar yaxşı olduğu 

qədər də sönük idi. Sadəcə söz idi, uşaq həmin yaşantını verə bilmirdi. 

Neyləməli. Biz hələ “Sezərcik”lər yetişdirməmişik, baxmayaraq ki

keçmişə dönəndə bizim kinomuz daha güclüdür.  

Orxanın evinə gedərkən yol üstündə hər dəfə rastlaşdığı qonşular, 

onların sevinci, sadə insanların tanınmış müğənniyə olan sevgisi, 

bunun paralelində məşhur müğənninin sadəliyi, mehribanlığı olduqca 

gözəl verilmişdir, amma  baş  qəhrəmana kömək üşün  əlaqələri çox 

zəifdir. Ancaq Çingiz bir aktyor kimi öz rolunu çox gözəl oynayır. 

Kiçik rol olsa da, böyük rol qədər yadda qalır. 

Burada Nurunun özüylə bağlı köhnə qəzet yazılarını oxuması isə 

kiçik detal deyildir. Demək, artıq böyük istedadın mütləq məhv 

olacağına xəbərdarlıq var. Amma filmdə çox tələskənlik oldu-

ğundan, hadisələr o qədər tez inkişaf edir ki, baş  qəhrəman bu 

xəbərdarlığı duya bilmir. Bəlkə də duyur, amma faciədən qaçmağa 

imkan tapmır. Nuru obrazı sadəcə “Həmişə belə olub” fikrini sübut 

edəcək detal təsiri bağışlayır. Burada Nuru ölür, amma Orxan bu 

ölümdən nəticə çıxarıb özünü qoruya bilmir. O da ölür. Bu bir növ 

ənənəvi türk filmlərinin sonluğunu xatırladır. 

Film maraqlıdır, amma azdır, tamaşaçını doydurmur. Bu qədər 

detalla, bu mövzu ilə daha geniş metrajlı film çəkmək olardı. Ola 

bilsin ki, mətn maddi vəsaitin azlığı üzündən sıxışdırılmışdır. Mən 

bu filmi bir qədər başqa cür görmək istərdim. Yaxşı olardı ki, 

Orxanın taleyi Nurunun taleyi kimi olmayaydı. Bir də Orxan 

Südabəni başa salmağa çalışsaydı, daha yaxşı olardı. Orxan 

Südabəni tərbiyə edə bilərdi. Kaş, Südabə onu vuraydı, amma 

Orxan sağalaydı  və peşiman olan Südabəni  bağışlayaydı. Hətta 

hardasa yaxşılıqlarını nəzərə alıb, onu həbsdən qurtaraydı, onunla 

dostluğunu davam etdirəydi. Nəhayətdə, Südabə səhvini başa düşüb 

dəyişəydi. Biz əslində sənətdə bu yola doğru getməliyik... 

 Çox istərdik ki, növbəti filmdə bu nöqsanlar olmasın. İzzətə isə 

uğurlar arzulayırıq. 



                    “Qarabağa aparan yol” qəzeti, 30.08.08. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə