MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə31/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   23   24   25   26   27   28   29   30   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

92 

ÇIRAQLAR, LAMPALAR, QƏNDİLLƏR 

 

O vaxtdan bir ay keçib. Bəlkə hər gün xəyalən Şahid Həbibul-



layevin kolleksiyasını gəzirəm. Orada gördüyüm eksponatları sanki 

əlimlə götürüb-qoyuram. Bir aydır ki, gəzib-gəzib, çıraqların üs-

tündə dayanıram. Bir aydır ki, yazmaq istəyirəm, amma nədən 

başlayacağımı bilmirəm. “Azərbaycan” adlı şəxsi kolleksiya kita-

bını da tez-tez vərəqləyirəm, amma yenə  də alınmır. Bəzən nəsə 

düşünüb bilgisayarın qarşısında otururam, uzağı bir abzas yazıb, 

yenidən pozuram. Bir aydır ki, özümü narahat hiss edirəm. Bəlkə 

elə içimdəkiləri yaza bilməyəcəyimdəndir ki, əhval-ruhiyyəm 

yaxşılaşmır. Boğazdanyuxarı düşündüklərimi yazmaq istəmirəm. 

Beynimə gələnləri ürəyimdən keçirməmiş qələmə almaq istəmirəm. 

Hərdən özümə belə bir sual verirəm ki: ”Bəs nə istəyirsən?”... 

Artıq altı gündür ki, yeni il gəlib. Nədənsə heç yerə getmək is-

təmirəm. Heç kimi görmək istəmirəm. Yazmasam, içimi açıb-tök-

məsəm, yəqin ki, bu vəziyyətdən çıxa bilməyəcəyəm. Düşünürdüm 

ki, sabah yenidən Şahid müəllimlə görüşüm və bir də kolleksiyaya 

baxım. Elə bu düşüncələrlə televizoru qoşdum. Bir kinoya baxdım, 

sonra kanalları bir-bir çevirdim ki, nəsə tapım. AzTV-də incə-

sənətlə bağlı veriliş gedirdi. Çox sevdiyim və hörmət bəslədiyim 

insanlar–Çingiz  Əlioğlu,  İsrafil  İsrafilov bir də bir sənətşünas 

xanım Azərbaycan incəsənətindən söhbət edirdi. Sevindim ki, bu 

mənə istiqamət verə bilər.      

Amma heç beş dəqiqə keçmədi ki, veriliş sona çatdı. Yenə  də 

axtarmağa başladım. ATV-də Şeyx Əbdülün “İrsimiz” verilişində 

xalq şairi  Zəlimxan Yaqub danışırdı. Söhbət aşıq sənətindən, saz-

dan gedirdi. Amma orada diqqətimi çəkən gözəl bir mənzərə var idi. 

Qədim xalçalar, qədim çıraqlar,  şamdanlar. Sanki elə bunu axta-

rırdım. Daha yenidən gedib kolleksiyaya baxmağa ehtiyac qalmadı. 

Zəlimxanın çıxışından sonra söz Aşıq Cahangirə verildi və deyəsəm 

müxəmməs oxudu. Mənimsə fikrim yağ ilə yanan qədim çırağın və 

şamdanlardakı şamların alovunda idi. Kolleksiyada bu çıraqdan da, 

şamdanlardan da cürbəcürünü görmüşdüm, amma yanan vəziyyətdə 

görməmişdim. Bu mənə elə bil ilham verdi, televizoru xətdən ayıran 

kimi bilgisayarı qoşdum. Sanki köksümdə  də bir çıraq yanırdı.  

Çıraqları düşündükcə keçmişdə gecələrin zülmətində bu çıraqlara 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

93

möhtac olanları, o çıraqların sahiblərimi görürdüm sanki. Bir də 

həyatın zülmətində insanların yolunu işıqlandıranları gözüm önün-

də canlandırmaq istədim. Bu mümkün olmasa da tarixdən oxu-

duqlarımı xatırlamağa çalışdım. Odu Zevsdən oğurlayıb insanlara 

verən və buna görə də dağda zəncirlənən, qara ciyəri qartala yem 

olan, amma yenə  də dözən, yaşatdığı üçün yaşayan Prometeyi 

düşündüm.  Məhz indi yazmalıydım, məhz indi. Yoxsa yenə  də 

düşündüklərimi itirə bilərdim. Yadıma “Bayatılar” kitabından 

oxuduğum bir bayatı düşdü: 

 

Rum mənəm, İraq mənəm, 



Bu yanan çıraq mənəm. 

Qul tək ellərə düşdüm, 

Vətəndən iraq mənəm. 

 

Mən uşaqlıqdan ancaq kitab oxumağa üstünlük verdiyimdən, 



elmi, ədəbiyyatı çox sevmişəm, incəsənətlə o qədər də maraqlan-

mamışam. Musiqidən də uzaq olmuşam. Amma hardasa hansı bir 

mahnınınsa bir bəndimi, ya nəqəratımı, ya elə bir sətrimi dilimə 

düşəndə uzun-uzadı onu təkrarlayardım. Bu mənada uşaqlıqdan 

kimin oxuduğunu belə unutduğum bir mahnıdan bir sətri xatır-

ladım:”Çaxmağı  çək, çırağı yandırmamışam”. Bəlkə  də bu xalq 

mahnısındandır. Elə muzeydə kolleksiyada çıraqları görəndə də bu 

misra yadıma düşmüşdü. Bir də orada çıraqların yanında hamıdan 

seçilən balaca bir çıraq var idi, Ümüd onu ovcuna alıb güldü və “Bu 

lap Ələddinin çırağıdır” dedi. Həmin kino-filmi xatırladım. 

Sonra çıraqları müzakirə elədik. Bunlar yəqin ki, lap qədim 

çıraqlar idi, o zamanlar ya piylə, ya da zeytun yağı ilə yandırılırmış. 

Bəzən qədim dövrdən bəhs edən filmlərdə görmüşəm. Müxtəlif 

formaları vardır. Bir neçəsi “Azərbaycan” kitabına daxil edilib. 

Amma o balaca çıraq nədənsə bura düşməyib. Ancaq kitabda 

“Lopa” adlandırılan çıraq növü vardır ki, bunlar lap məcməyiyə 

qoyulmuş piyaləyə oxşayırlar. Qədimdə onlardan həyətləri, mey-

danları, küçələri işıqlandırmaq üçün istifadə olunurmuş. 

Düşünürəm, görəsən bu çıraqları kim ixtira edib?  Bu çıraqlar 

olmasaydı...  yenə də bir xalq deyimini xatırladım: 

 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

94 

Əlində var barama, 

Saçlarımı darama. 

Aman, çıraq gətirin, 

Bacım baxsın yarama.  

          

 

Kolleksiyada say etibarilə  qədim çıraqlardan sonra lampalar 



diqqəti çəkir. Həm də bu lampalar formasına görə elə bu günümüz-

də kənd yerlərində istifadə olunan lampalara oxşayır. Amma bunlar 

daha zəngin görünürlər və müxtəlif metallardan hazırlanmışlar. 

Şüşələri adidir, amma gövdə bə oturacaqlarına bəzək vurulmuşdur. 

Kolleksiyada  ən çox diqqəti çəkən asma qəndillərdir. Müasir 

çilçıraqların bir qədər bəsit, lakin qeyri-adi variantları olan bu 

qəndillər bər-bəzəyinə görə elə indinin özündə  də  zəngin təsiri 

bağışlayırlar. Yəqin ki, onlar o zaman sarayları  və ya varlıların 

evlərini bəzəyiblər. Bu qəndillərin orta hissələri elə lampaların 

gövdəsi kimidir. Kənarlarından yuxarıya doğru bəzəkli zəncirlər 

qalxır və asılqana birləşir. Mürəkkəb qəndillərdə    isə lampadan 

kənarlara doğru dövrələmə plaponlarla sonuclanan şəbəkəli hissə 

uzanır. Yadıma anamın həmişə təkrar elədiyi misralar düşür:   

 

Dərdimi dağa desəm, 



                 dağ əriyər. 

 Şam yanar, şölə çəkər,      

 Piltə yanar, yağ əriyər. 

 

Qəndillərin şəbəkələri müxtəlifdir, qədim ornamentləri xatırladır 



və müxtəlif metallardan düzəldilib.  Ən maraqlı  qəndillərdən biri 

Berlində istehsal olunmuş çilçıraqdır ki, onun şəbəkəli hissəsində 

maraqlı heykəltəraşlıq işi diqqəti çəkir. Aşağı və yan hissələrdə me-

taldan hazırlanmış güllər, düzxətli oturacağı olan halqanın ortasında 

balaca qızcığaz  əlində  rəmzi  əşya tutmuş halda təsvir olunmuşdur. 

Digər bir çilçıraqda oturmuş  vəziyyətdə bir oğlan uşağını görürük. 

Leyspiqdə istehsal olunan çilçırağın şəbəkəsində buruq saçlı, saqqallı 

bir kişinin  şəkli vardır. Bəzi çilçıraqlarda məlaikələr yapılmışdır. 

Birində çiçəyin kasacığını xatırladan oturacaqda, digərində 

böyrəkşəkilli şəbəkənin ortasında məlaikə təsvir olunmuşdur.   




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

95

Qəndillər təkcə gövdələrinə görə deyil, şüşənin kənarlardan 

əhatəsinə görə də fərqlənirlər. Bəzilərində şüşəni əhatə edən bəzəkli 

şüşələr vardır ki, bunlar yaşıl, qırmızı və s. rəngdədir. Həm də zərlə, 

müxtəlif işləmələrlə bəzədilmişdir. Şüşəətrafı hissələrin formasını 

bəzi bu günümüzdə olan çilçıraqlarda da görmək olar.     

Bu çıraqlara, lampalara və qəndillərə baxdıqca, düşünürdüm ki, 

uzaq keçmişdən bu günümüzə gələn işıq Allahın bizə lütf elədiyi ən 

böyük mükafatlardan biridir. Hələ müqəddəs kitabımızda “Günəşə 

and olsun” deyən Yaradanın zaman keçdikcə, yaratdığı insanlar 

kamilləşdikcə gecələrini də işıqlandırması nə böyük mərhəmətdir. 

Yazıçıların yazdığına görə od Prometeydən gəlib. Alimlərin tədqi-

qatlarına görə Poleolit dövründə daş çıraqlar meydana gəlib. Eneo-

lit dövründə onları gil çıraqlar əvəz edib.  İlk gil və tunc çıraqların 

Romada düzəldildiyi güman olunur. Daha sonra Rusiyada çoxya-

ruslu gil çıraqlardan istifadə olunub.  Azərbaycanda isə qazıntılar 

zamanı ən qədim çıraqlar Bakıda, Şamaxıda, Qəbələdə,  Beyləqan-

da,  Gəncədə, Mingəçevirdə tapılmışdır.   

Tədqiqatlara görə ilk şam birinci əsrdə yaradılıb.  Görəsən ilk 

şamdan nə zaman və kim tərəfindən düzəldilib?  İlk lampa kimin 

kəşfidir? Mənşəyinə görə lampa fransızca “lampe” və yunanca 

“lampas” sözündəndir. Çilçıraq isə farsca “qırx çıraq” deməkdir. 

Deyəsən mən mətləbdən çox uzaqlaşlım... Bilmirəm nəyi kim 

yaradıb. Onu bilirəm ki, hər şey kimi bizə işığı da verən Allahdır. 

Allah evinizi işıqlı eləsin! Yansın çırağınız, gəlsin işığınız! 

“Kredo” qəzeti, 12.02.10. 

         

 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

96 

SONA XƏYALIN QISA TƏRCÜMEYİ-HALI 

 

Sonaxanım Həmid qızı Hadiyeva 1961-ci il iyunun 19-da 



Bakının Maştağa qəsəbəsində anadan olub. 1976-cı ildə 255 saylı 

səkkizillik məktəbi, 1978-ci ildə 187 saylı orta məktəbi bitirib.  

1981-ci ildə Bakı 1 saylı Tibb Məktəbinin mamalıq  şöbəsini, 

1991-ci ildə BDU-nun biologiya fakültəsini bitirmiş, 1986-1988-ci 

illərdə İxtiraçılıq İnstitutunda, 1995-1999-cu illərdə Elmi-Tədqiqat 

Əkinçilik İnstitutunun aspiranturasında (qiyabi) təhsil almışdır. 

Tibb məktəbində oxuyarkən, 1979-cu ilin sentyabrında 7 saylı 

Birləşmiş  Şəhər Xəstəxanasının laboratoriya şöbəsinə  işə  qəbul 

edilmişdir. Tibb Məktəbini bitirdikdən sonra xəstəxananın 

cərrahiyyə  şöbəsinə tibb bacısı  vəzifəsinə keçirilmiş  və altı aylıq 

anesteziya və reanimatologiya kursuna göndərilmişdir. Bir müddət 

cərrahiyyə şöbəsində çalışmış, yenidən laboratoriya şöbəsinə böyük 

laborant vəzifəsinə keçirilmişdir. Kliniki, biokimyəvi, seroloji 

laboratoriya kurslarında təkmilləşmişdir. Qiyabi təhsil aldıqdan 

sonra bir il laboratoriya həkimi işləmiş sonra həmin laboratoriyaya 

müdir vəzifəsinə təyin olunmuş və beş il bu vəzifədə çalışmışdır. İki 

il tədris-istehsalat kombinatında IX-X siniflərə tibb bacısı kursunu 

tədris etmiş  və daha sonra Maştağa Mədəniyyət Evindəki ikillik 

tibb kursunu aparmışdır. Xəstəxanada işlədiyi on yeddi il ərzində 

dəfələrlə müdiriyyətin, rayon səhiyyə  şöbəsinin, rayon icraiyyə 

komitəsinin və rayon komsomol komitəsinin fəxri fərmanları ilə 

təltif edilmişdir. Beş il xəstəxana komsomol təşkilatının katibi, daha 

sonra həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. İşlədiyi 

müddətdə bir sıra qəzet və jurnallarda elmi-publisistik, tibbi-bioloji 

yazıları, habelə elmi hekayələri çap olunmuşdur. Hal-hazırda 

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi 

vəzifəsində çalışır, elm tarixi ilə məşğuldur. 

 

* * * 



Qarabağ münaqişəsi başlandıqda hərəkata qoşulmuş, bir sıra 

qadın təşkilatlarında qaçqınlarla iş aparmış, bir sıra yardımların 

təşkilində iştirak etmiş, dəfələrlə cəbhə bölgələrinə getmiş, qaynar 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

97

nöqtələrdə belə,  əsgərlərlə görüşmüş, bir müddət könüllü hərbi 

qospitalda laboratoriya həkimi kimi çalışmışdır. Həmin müddətdə 

müxtəlif qəzetlərdə vətənpərvərlik mövzusunda onlarla publisistik 

məqalələri çap olunmuş, «Maştağadan Qarabağa bir yol vardı 

gedərgəlməz» adlı kitabını yazmışdır. 1992-ci ildə ikillik Jurnalist 

Sənətkarlığı  İnstitutunu bitirmiş  və 1993-cü ildə Azərbaycan Jur-

nalistlər Birliyinə üzv qəbul olunmuşdur. Maştağa Mədəniyyət 

Evində  Gənc jurnalistlər dərnəyi təşkil etmiş  və onun rəhbəri 

olmuşdur. «Murovdağ», «Paklıq» və «Vətən həsrəti» qəzetlərində 

müxbir işləmiş, hal-hazırda «Respublika» qəzetinin əməkdaşıdır.  

 

* * * 



Sona Xəyal 12 yaşından şeir, 14 yaşından hekayə yazmağa baş-

layıb. 1987-ci ildə Maştağa Mədəniyyət Evində Novruz Gəncəlinin 

təşkil etdiyi Səməd Vurğun poeziya klubunun üzvü olub və həmin il 

«Azərbaycan gəncləri» qəzetində Novruz Gəncəlinin «Yaradıcılıq 

iradə  tələb edir» adlı «Uğurlu yolu» ilə birlikdə ilk şeiri dərc 

olunub.  

1993-cü ildə «Aç qapını, gəlim, dünya» adlı ilk şeirlər kitabı çap 

olunub. Həmin il Maştağa Mədəniyyət Evində «Maştağa  şairlər 

məclisi»ni təşkil edib, məclisin sədri olub. 1994-cü ildə 

«Məcməüşşüəra»  ədəbi məclisinin üzvü olub və elə  həmin ilin 

dekabrında Hacı Maillə birlikdə «Füzuli ədəbi məclisi»ni təşkil 

edib, məclisin katibi olub. 1995-ci ildə Füzuli məclisinin nəzdində 

Maştağa qəsəbəsində «Şəfai», Bakıxanov qəsəbəsində «Qüdsi» və I 

Zabrat qəsəbəsində «Vahid» ədəbi məclislərini təşkil edib. 1996-cı 

ildə AMEA-nın Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutuna 

işə  qəbul olunub və XIX əsrin dəyərli  şairlərindən «Mirzə 

Əbdülxaliq Yusifin həyat və yaradıcılığı» mövzusunda namizədlik 

işi yazıb. Sonralar II Zabrat qəsəbəsində  Mədəniyyət Evində 

«Yusif»  ədəbi məclisini təşkil edib və ona rəhbərlik edib. Hacı 

Mailin vəfatından sonra Füzuli ədəbi məclisini bərpa edib. Amma 

məclis davam etməyib. 2000-ci ildə ustadına verdiyi sözə  əməl 

edərək «Divan» bağlayıb. 2005-ci ildə həmin divandan seçilmiş 101 

qəzəl daxil edilmiş «Qəzəllər» kitabı  nəşr olub. Nəhayət: 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

98 

Maştağada «Bakı  şairlər məclisi»ni yaradıb,  əruz vəznli  şeirin 

inkişafı üçün bakılı  şairləri bir araya gətirmək istəyib, yenə 

alınmayıb, bir müddətdən sonra məclis dağılıb. Bütün bunlardan 

sonra məclislərdən yığışıb. Əlyazmalar İnstitutunda ciddi tədqiqat 

işi ilə məşğul olmağa başlayıb. Bir-birinin ardınca bakılı şairlərin 

şeir kitablarını  nəşrə hazırlayıb və klassik şeirlə bağlı iyirmiyə 

yaxın təlif və tərtib kitabları nəşr olunub. Qəzet və jurnallarda, eləcə 

də konfrans materiallarında klassik şeirlə bağlı iki yüzdən artıq 

məqaləsi çap olunub. 

 

* * * 


1993-1998-ci illərdə Bakı Dövlət Universitetinin filologiya 

fakültəsində axşam, 2004-2006-cı illərdə Bakı Slavyan Universi-

tetinin magistiraturasında qiyabi təhsil alıb, 1997-98-ci dərs ilində 

255 saylı orta məktəbdə biologiya və dil-ədəbiyyat fənlərini tədris 

edib. 

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib. 



Yazıçıların XI qurultayına nümayəndə, qurultaydan sonrakı ple-

numda Yazıçılar Birliyinin «İrs» komissiyasının sədri seçilib. Altı il 

müasir  ədəbiyyatın tədqiqi ilə  məşğul olub və «Müasirlərim» 

seriyasından iyirmidən artıq monoqrafiya yazıb. Yaradıcılığı bir sı-

ra mükafat və diplomlarla qiymətləndirilib. Dövri mətbuatda çağ-

daş yazıçılar haqqında məqalələrlə çıxış edib. «İrs» komissiyasının 

işi kimi dünyasını dəyişmiş şairlərlə bağlı xatirə kitabları və «Yüz-

illiklər» silsiləsindən toplular üzərində çalışır. Prezident mükafat-

çısıdır. 

2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında qadın 

alimləri birləşdirən və onların elmi fəaliyyətinin tədqiqi və təbliği 

ilə  məşğul olan «Nigar» elmi-ədəbi məclisini yaradıb, hal-hazıra 

qədər onun sədridir. 2009-cu ildə “Gənc qələm”  ədəbi birliyini 

yaradıb, ona rəhbərlik edir. 



   


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

99

 

MÜNDƏRİCAT 

 

SONA XƏYALIN "Mədəniyyəti, imcəsənəti yaşadanlar" kitabina rəy .................3



 

 

YAŞAYIB YAŞADANLAR ...............................................................................8

 

Musiqişünas alim ...............................................................................................8

 

Anar yaradıcılığı və musiqi ............................................................................... 12

 

Nəriman Həsənzadə yaradıcılığında.................................................................. 18

 

Musiqi sənətimizə qiymət ................................................................................. 18

 

Musiqi sənətimiz Fikrət Qoca yaradıcılığında ................................................... 21

 

Vahid Əziz poeziyasında incəsənət .................................................................... 24

 

 

YAŞADIB YAŞAYANLAR ............................................................................. 29



 

Nigar Rəfibəyli yaradıcılığında sənət ................................................................ 29

 

Rəsul Rza və incəsənət ..................................................................................... 32

 

Zeynal Xəlil yaradıcılığında incəsənətə qiymət .................................................. 38

 

Adil poeziyasinda sənətə  qiymət ....................................................................... 40

 

Əli Tudə yaradıcılığında sənət, sənətkar ........................................................... 46

 

Əli Kərim poeziyasında .................................................................................... 53

 

Sənətə və sənətkara münasibət ......................................................................... 53

 

Cabir Novruz yaradıcılığında musiqiyə qiymət .................................................. 57

 

 

SƏNƏTLƏ YAŞAYANLAR ........................................................................... 60



 

Zaur Əliyev fenomeni ....................................................................................... 60

 

Mədəniyyəti yaşadanlar ................................................................................... 62

 

Qarabağ bülbülləri ........................................................................................... 64

 

Körpələrin saz-söz dünyası ............................................................................... 67

 

Mehman  Dağlaroğlunun şeir-sənət dünyası ...................................................... 69

 

Uğur da var, nöqsan da ..................................................................................... 71

 

Фяряъ Исмайылзадя ............................................................................................ 74

 

 



ŞAHİD MUZEYİNDƏ ................................................................................... 77

 

Simavər nağılı .................................................................................................. 77

 

Gəlinlər, analar, nənələr gördüm....................................................................... 82

 

Ələsgərin gözəlləri ............................................................................................ 87

 

Çıraqlar, lampalar, qəndillər ............................................................................. 92

 

Sona Xəyalın qisa tərcümeyi-halı ....................................................................... 96



 

 

                                       Мягаля топлулары: 



 

1.

 



Тябият, тябабят вя инсан. 

2.

 



Биз азярбайжанлыйыг. 

3.

 



Дцнян-буэцн, о тай-бу тай. 

4.

 



Mədəniyyəti, incəsənəti yaşadanlar. 

5.

 



Бакы эцлзарынын бцлбцлляри. 

 


✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

100 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SONA XƏYAL 

 

MƏDƏNİYYƏTİ, İNCƏSƏNƏTİ YAŞADANLAR 

 

 

 

 

 

 

 

Нашир:   

 

Рафиг Хан-Сайад оьлу 

Корректор:  



Цлвиййя Щадийева 

Техники редактор: 



Цлви Новрузов 

Дизайнерляр:    



Ирадя Ящмядова, Жейщун Ялийев 

 

 



 

 

 

 

 

 

______________________________ 

Йыьылмаьа верилиб: 15.08.2010 

Чапа имзаланыб: 30.11.2010 

Ш.ч.в. 6,25, тираж 300 

«МБМ» мятбяясиндя чап олунуб. 



 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə