MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə28/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   23   24   25   26   27   28   29   30   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

83

müəllimlə söhbətimizdə dediyi sözlər yadıma düşür:” Bu əşyaların 

hər birində ulu nənələrimizin sevinci, kədəri var”. Kolleksiyada 

müxtəlif içkilərin daşınması, paylanması, içilməsi üçün müxtəlif 

növ qablar vardır. Folklorda ən çox təqdir olunan su qabı səhəngdir 

və bu az qala gözəllərin zinət əşyasına çevrilmişdir. Axı keçmişdə 

qızları ancaq çiynində səhəng bulaq başına gedəndə görmək olardı. 

Ona görə də gözəllər igidlərin yaddaşına  ancaq bu cür köçürdülər. 

Amma səhəng heç də hər gözələ, hər igidə xoşbəxtlik gətirmirdi. 

 

Səhəngi aldım, nənə. 



Suya yollandım, nənə. 

Bu viranə çöllükdə 

Mən susuz qaldım, nənə. 

 

Kolleksiyada bir-birindən həcminə və formasına görə fərqlənən 



kuzələr, güyümlər, eləcə  də  səhənglər yer alır. Rənglərindən və 

üzərindəki naxışlardan onların müxtəlif dövrlərə aid olduğu və 

qədimliyi hiss olunur.  

Burada müxtəlifliyi və  həm də  kəmiyyəti ilə diqqəti çəkən qab 

dəstindən biri  əl-üz yumaq, dəstəmaz və təharət almaq üçün düzəl-

dilmiş aftafa-ləyənlərdir. Bu günümüzdə aftafaların  əl-üz yumaq, 

dəstəmaz almaq üçün istifadəsinə ehtiyac qalmamışdır. Elə buna görə 

ləyənlər də öz əhəmiyyətini itirmişdir. Nə yaxşı ki, bunları da tarixi 

yaddaşımız kimi qorumaq fikrinə düşən olub. Bu gün biz Şahid Hə-

bibullayevin  bir araya gətirdiyi bu məişət  əşyalarına baxanda nə 

düşünürük? Kolleksiya adama o qədər gözəl təsir bağışlayır ki, şəxsən 

mən o dövrün bu mənada geri qayıtmasını istərdim... 

Nədənsə  mən bu kolleksiyaya baxanda qeyri-ixtiyari folklor 

nümunələrimizi xatırlayıram. Elə bil ki, bütün olanlar haçansa 

misralanıb. Hər  bir əşyaya toxunanda həmin əşyanın ruhuna hopan 

yaşantılar adamın beyninə süzülür və görürsən ki, bu misraları 

haçansa hardasa oxumusan. 

 

Əlimdə camı belə, 



Doldur ver camı belə. 

Cananı ayrılanın 

Qalırmı canı belə? 

 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

84 

Kolleksiyada olan camlara baxıram. Bu camlarla nə  qədər su, 

şərbət,  şərab içilib. Bəzən  şərq kinolarına baxanda belə camlarda 

şərab içildiyini görürük. Birdən yadıma böyük şair  Əvhədinin 

“Cami-Cəm”i düşür. Daha sonra Məhsətinin “Bir cam şəraba sataq” 

misrasını xatırlayıram. Adətən kef məclislıərində istifadə olunan bu 

camın əslində nə üçün ixtira edildiyini çox az adam dərk edib. Ona 

görə    də sonralar hazırlanan camların üzərindəki yazılarda bu 

dünyalıq arzular əksini tapıb. Amma düşünəndə ki, haçansa, o 

böyük gündə Abi-köbsər də möminlərə camlarda veriləcək, bir 

qədər sükuta qərq oluram və bu dünyalıq arzuların hamısı bir heç 

olur gözümdə... 

 

Əzizim sərin camı, 



Doldur ver sərin camı. 

Fələk vurdu, dağıtdı 

Mən biçən sərəncamı. 

 

Əslində heç bu dünyanın  eyş-işrət arzularını üstündəki yazılarda 



əks etdirən camlar, piyalələr də sahiblərinə həmişə kef verməyiblər, 

heç də həmişə xoşbəxtliyin şahidi olmayıblar. 

Kolleksiyada həcminə görə camdan kiçik olan qablar—piyalələr 

də çoxdur. İstər klassik ədəbiyyatda, istərsə  də folklor nümunə-

lərində piyaləyə çox müraciət olunmuşdur, hətta ürfani istilah kimi 

də çox işlədilmişdir. 

 

Bağçada lalə qaldı. 



Əldə piyalə qaldı. 

Ananı apardılar, 

Yurdda bir bala qaldı. 

 

Bunlardan başqa kolleksiyada az həcmdə su götürmək üşün isti-



fadə olunan parçlar da vardır ki, bu qabların çinidən hazırlanmış 

variantları elə indinin özündə  də  məişətimizdə istifadə edilmək-

dədir. Burada olan ən böyük su qabı isə su çəlləkləridir. Süd məh-

sullarını saxlamaq üçün istifadə olunan qablardan isə  badya, xeyrə, 

sərnic və s.-ni görürük.  

Diqqətimi cəlb edən qablardan biri də mis kasalardır. Onların 

bəziləri elə bu günümüzdə  işlətdiyimiz çini kasalara oxşayırlar. 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

85

Keçmişdə evin tavanına yaxın yerdə  rəflər düzəldər, üzərinə sapla 

müxtəlif doldurma, kres və s. çəkilərlə  bəzədilmiş  ağlar salar və 

üstünə kasalar düzərdilər. Uşaqlıqda nənəmgilin köhnə evlərində belə 

rəflərə düzülmüş kasalar görmüşdüm. Axtarsaq, bizim kənddə bəlkə 

yenə  də kasalar düzülən rəflər var. Qədimdə isə bu hər evdə olub. 

Amma bu rəflərə kasa düzən gəlinlərin də ağlayanı, güləni olub. 

 

İrəfə düzdüm kasa, 



Kim endirə, kim asa. 

Sən orda şadlıq eylə, 

Mən burda batım yasa. 

 

Bu bayatı sevdiyi qürbətdə olan, geri dönməyən bir gəlinin fər-



yadıdır. Bəlkə də “Tacirlərimiz sonyalara bənd olacaqmış, Bədbəxt 

Tükəzbanları neylərdin, İlahi” deyən Sabirin qəhrəmanının kədəri, 

yasıdır?.. 

Kədərli notlar məni öz ağuşuna alsa da, onlardan uzaqlaşmaq və 

diqqətimi xoş təəssüratlar üzərinə gətirmək istəyirəm. Amma yenə 

də anaların, nənələrin nəzərlərini üzərimdə hiss edirəm və özümü 

qədim bir mətbəxdə görürəm. Bu mətbəx bizim mətbəxlərdən çox 

fərqlənir. Bu, günümüzün  dördgöz qaz pilətəsi, soyuducusu, xüsusi 

mebeli olan işıqlı otaq deyil... 

Bir ağbirçək nənə nəvəsinin meşədən yığıb gətirdiyi odunlardan 

ocaq qayayır,  Şahid müəllimin kolleksiyasındakı səhənglərdən biri 

çiynində  bulaqdan dönən qız nəvəsini səsləyir, suyu mis qazana 

tökməsini söyləyir və qazanı ocağın üstünə qoyur. Bu mis qazan da 

kolleksiyadan düşüb gəlib. Mis qazan sac üstdədir, qazana su tökən 

gözəlin fikri isə hələ də bulaq başında qalıb: 

 

Mis qazanın paxırı, 



Oğlan, qaytar naxırı. 

Sən mənimsən, mən sənin, 

Budur sözün axırı. 

 

Kolleksiyada müxtəlif mis qazanlar vardır. Bu qazanların lap 



böyükləri  “məclis” və ya “ehsan” qazanları adlanır. Qazanlardan 

bəzilərinin üzərində  ərəb  əlifbasında yazılar da vardır. Burada 

demək olar ki, bütün mətbəx  əşyalarını tapmaq olar: teştlər, süz-



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə