MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə21/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

62 

ömrünün sonuna kimi orada çalışıb.  

Zaur  Əliyevin ifa etdiyi Bayatı-Kürd, Bayatı-Şiraz, Rast, Za-

bul-Segah, Şur, Rəhab, Hümayun, Şahnaz, Çahargah, Hicaz-Sarənc 

və s. muğamlar, eləcə də romanslar, xalq mahnıları Radionun “Qızıl 

fond”unda saxlanılır. Bəstəkar Səid Rüstəmov hələ o zamanlar Zaur 

Əliyevin musiqimizdəki misilsiz fəaliyyətini, sənətkarlığını görüb 

demişdi: ”Zaur, sənin sağ  əlin  Əhməd Bakıxanov, sol əlin isə 

Şopendir”... 

Zaur Əliyev hərtərəfli əmək fəaliyyətinə görə, Azərbaycan mu-

siqisi sahəsində göstərdiyi  əvəzsiz xidmətlərinə görə Azərbaycan 

Respublikası  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri 

fərmanlar və diplomlarla təltif edilmişdir. Radioda dəfələrlə onun 

haqqlında verilişlər verilmiş, oçerklər səsləndirilmişdir.   

Zaur Əliyev Heydər Əliyev Fondunun təqaüdçüsü idi. Onun adı 

2009-cu ildə Heydər  Əliyev Fondu tərəfindən buraxılan “Azər-

baycam muğam ensiklopediyası”na daxil edilmişdir. Arif Qazıyev 

Zaur Əliyev haqqında “Şur” filmini çəkib.   

Mayın 14-də artıq Zaur Əliyevin vəfatından bir il keçdi. Bu ya-

xınlarda Azərbaycan radiosunda onunla bağlı veriliş  də hazırla-

mışdılar. Amma Zaur Əliyev kimi məşhur fenomen şəxsiyyət üçün 

bu çox azdır. Ümüd edirik ki, onun musiqimizə, muğam dünyasına 

verdiyi töhfələr unudulmayacaq... 

“Bütöv Azərbaycan” qəzeti, 14.05.10 

 

MƏDƏNİYYƏTİ YAŞADANLAR 

 

Bizim Maştağa kəndi həmişə qazandığını saxlayan ərazilərdən 



olub. 70 illik sovet dönəmində dini qadağalara baxmayaraq, uzun 

illər qazandığı dini dəyərləri, məscidini, ibadətini qoruyub saxladığı 

kimi, sovet dövründə yaranan mədəni dəyərlərini də keçid dövründə 

klubların yenidən məscidlərə çevrildiyi bir zamanda qoruyub sax-

laya bilən bu kəndin əhalisi heç nəyi itirmir. Elə bu günün özündə 

də məscidə gedən, məscidə gedib ibadətini edir, mədəniyyət evinə 

gələn də gəlib mədəniyyətin inkişafı üçün əlindən gələni əsirgəmir. 

Əsas məsələ bundadır ki, hər iki ocağın ziyarətçiləri düşmən deyil

dostdurlar. Və elə bu cəhətin özü diqqəti çəkir. 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

63

Yadımdadır ki, sovet quruluşu dağılanda klubda həmişə dini 

tədbirlər keçirilirdi. Amma bu tədbirlərdə  mədəniyyət işçiləri də 

işrtirak edirdilər. Eyni zamanda burada şeir məclisləri də, yubiley 

gecələri də keçirilirdi. Çünki bizim kəndin camaatı dini fanatizmə, 

xurafata deyil, həqiqi dini dəyərlərə inanır və eyni zamanda gərəkli 

mədəni dəyərlərə də arxa çevirmir.  

Bu gün də Maştağa Mədəniyyət Evi direktor Kamal müəllim başda 

olmaqla  yeni-yeni uğurlar qazanmaqdadır. Artıq burada bir sıra 

dərnəklər yenidən qurulub, hətta böyüklərin dram dərnəyindən başqa 

uşaq dram dərnəyi də fəaliyyət göstərir ki, bu da gələcək xalq teatrının 

bazasının yaradılması üçün çox vacibdir. Bu dərnəklər, eləcə də klu-

bun kukla teatrı tez-tez uşaq kollektivləri qarşısında çıxışlar edir və 

uğurlar qazanırlar. Bu yaxınlarda Mədəniyyət Evinin adını daşıdığı 

Hacıağa Abbasovun ad günü münasibətilə Kamal müəllimin təşkil 

etdiyi monoloq müsabiqəsində bir çox məktəblilər uğurlu çıxışlarına 

görə diplomlarla mükafatlandırıldılar. Bu idə xüsusi əməyi olan Sal-

man müəllimin də zəhməti diplomla dəyərləndirildi. 

Salman müəllimi çoxdan tanıyıram. Onun işıqlı simasında həmişə 

təbəssüm görünür. Uşaq məsumluğunu özündə qotuyub saxlayan insan 

uşaqlarla işləyəndə sanki özü də uşaqlaşır. Bir neçə gün bundan əvvəl 

onun kukla teatrının məşqini heyrətlə izlədiyini müşahidə etdim. O 

qədər aludıə olmuşdu ki, hətta mənim içəri girdiyimin fərqində olmadı, 

verdiyim salamı da eşitmədi. Dünən Kamal müəllim dedi ki, kukla teatrı 

“Təbəssüm” uşaq sanatoriyasında uğurla çıxış edib. Keçən illərdə 

kənddəki müəssisələrə başqa qəsəbə mədəniyyət evlərindən kukla teatrı 

dəvət edirdilər. Ona görə də Kamal müəllimin mədəniyyət Evinə müdir 

təyin olunan kimi ilk növbədə qarşısına qoyduğu məqsəd qəsəbənin 

canlı mədəni kapitalını bir artaya gətirmək və dərnəkləri yenidən qur-

maq oldu. Bu gün Maştağa Mədəniyyət Evində bir canlanma müşahidə 

olunur...  

Haşiyə: Salman Həbib oğlu Bağırov 12 oktyabr, 1953-cü ildə 

Bakının Maştağa qəsəbəsində anadan olub. 1961-1971-ci illərdə 

qəsəbədəki Cəfər Cabbarlı adına 187 caylı otra nməktəbdə  təhsil 

alıb. Eyni zamanda qəsəbədəki 10 saylı musiqi məktəbinin tar şö-

bəsində oxuyub və 1972-ci ildə oranı bitirib, Bakı Kitabxanaçılıq 

texnikumunun xalq çalğı alətləri ansamblının rəhbəri şöbəsinə daxil 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

64 

olub. 1973-75-ci illərdə  hərbi xidmətdə olub, qayıdandan sopnra 

təhsilini davam etdirib və 1977-ci ildə texnikumu bitirib. Bakı 

dənizçiləri Mədəniyyət Evində “Dalğa” xalq çalğı alətləri an-

samblının rəhbəri vəzifəsinə  təyin olunub. 1979-1983-cü illərdə 

M.Əliyev adına Azərbaycan Dövlət  İncəsənət  İnstitutunun mə-

dəni-maarif fakültəsində  təhsil alıb. Binə  qəsəbə klubunda “Tar” 

kursunun rəhbəri, II Zabrat Mədəniyyət Ebində bədii rəhbər, Bilgəh 

qəsəbə  Mədəniyyət Ebvində “Gitara” kursunun rəhbəri kimi və-

zifələrdə çalışıb, 1988-ci ildən 1994-cü ilə kimi Pirşağı qəsəbəsindəki 

klubun müdiri kimi fəaliyyət göstərmişdir. Bakıdakı bir çox mədə-

niyyət ocaqlarında işləyən Salman Bağırov həmişə öz işini layiqincə 

yerinə yetirməyə səy göstərmişdir. Bu gün də Maştağa Mədəniyyət 

Evində Kamal müəllimlə, eyni zamanda klubun səmimi, mehriban 

kollektivi ilə birlikdə Azərbaycan mədəniyyətinə xidmət edir.  

Salman müəllimin qardaşı Baloğlan Bağırov 20 yanvar şəhid-

lərindəndir.  Bir vaxt yaşadığı küçə indi onun adını daşıyır. Salman 

müəllim ailəsi ilə həmin ünvanda yaşayır. Salman müəllimin bir qızı, 

bir oğlu var. Qızı Dilarənin iki qızı artıq məktəb  şagirdidir. Oğlu 

Mehmanın isə bu günlərdə ilk övladı dünyaya göz açıb. Körpəyə 

babasının adını veriblər. Beləliklə, Salman Bağırovun evində balaca 

bir Salman böyüyür. Biz bu münasibətlə Bağırovlar ailəsini səmimi 

qəlbdən təbrik edir və balaca Salmana bacı, qardaş arzulayırıq.       

                                                         “Haqqın sədası”, 07.05.10 

 

QARABAĞ BÜLBÜLLƏRİ 

 

Azərbaycan nəşriyyatında, Azərbaycan İctimai-siyasi Universi-



tetinin baş müəllimi, “Respublika” qəzetinin  əməkdaşı Zeynəb 

Cəfərlinin təşkil etdiyi “Xaqani” ədəbi məclisinin birillik yubile-

yinə və məclisin sədri İsgəndər Etibarın yaradıcılığına həsr olunmuş 

musiqili-ədəbi gecənin təəssüratı indi də fikrimdə, düşüncəmdə 

mənə “yaz” deyən detallarla zəngindir. Bu tədbirdə nə xalq artistləri 

var idi, nə də akademiklər. Amma məclis o qədər səmimi, o qədər 

hərarətli keçdi ki, bütün Azərbaycanın burada olduğunu zənn 

elədik. Çıxışlar olduqca səmimi idi, boğazdanyuxarı danışan 

adamların heç biri məclisə dəvət almamışdı. Məclisi rövnəqləndirən 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə