MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə17/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

50 

“Durnalar”ını anır, “Ana” nəğməsinin səsləndiyi anda anaların 

köksünün qabarmasını, anadan-anaya aparılan salamı düşünür, bu 

zaman sinəsi günəşli, zirvəsi qarlı dağlar görür, anaların saçında ağ 

dən görür. Şair bu ecazkar nəğmələri, özündə günəş hərarəti, göy 

dərinliyi, Kəpəz əzəməti, Kür şirinliyi yaşadan füsunkar nəğmələri 

alqışlayır, bu alqış misralanır. Bəli, belə yaranır Əli Tudə şeiri... 

Şairin ”Tarzən” şeirində də sarı simə dəyən mizrabın ağ saçlı bir 

millətin tarixindən danışmasını, gah döyüş, gah təntənə havasına 

köklənən tarın gah intizar, gah vüsal nəğməsi çalmasını, tarzənin 

alqışlanmasını, şeirin sonunda şairin “Tarzən qalxdı, baş əydi, nə 

dindi, nə danışdı, Qolundan kimsə deyil, öz sənəti yapışdı” 

misraları ilə tarzənə verdiyi qiyməti görürük. “Zeynəbin nəğmələri” 

şeiri isə belə başlayır: 

 

Bir səs dalğa-dalğa gəzir havada, 



De, eşidirmisən o nəğməni sən? 

Nə külək, nə sazaq əsir havada, 

Yaxşı duyurmusan hər kəlməni sən? 

 

Sanma ki, oxuyan ya bülbül, ya da 



Qocaman dağların çeşmələridir, 

Xeyr, dinlədiyin o səs həyatda 

Nəğməkar Zeynəbin nəğmələridir.  

 

Şairin gözü önündə Zeynəbin xəyalı durur, o səs pərdələrdə 



yayılır, nəğməyə ikinci ömür verən xanəndənin ilhamını, həvəsini, 

təbini tərənnüm edən şairin sənətə verdiyi qiymətsə misralanır. Şair 

üçün nəğmə insan əməyidir, nə yağışdır, nə küləkdir, sevilən nəğmə 

ilhamdan doğulan hər bir yaradıcılıq məhsulu isə daha mənalıdır, 

daha gözəldir... 

“Araz üstdə palıd” kitabında “Yanar ürəklər” silsiləsində doğrudan 

da yanan ürəklərin şahidi oluruq. Tək sevgilisinə baş əyən, kimsəyə 

əyilməz, eşqinə sadiq Aşıq Abbas Tufarqanlının faciəsinin, varı bir 

saz, bir rübab olan, qəbrində də yanan, öz Yaxşısını anan, nakan Sarı 

Aşığın hikmətini bizə çatdıran “Aşıq Abbas” və “Sarı  Aşıq” adlı 

şeirlərdə də  ürəkləri yaxıb-yandıran, eşqi yolunda daim məşəl kimi 

alovlanıb yanan aşiqlərin ömür yolundan fraqmentləri görürük. 

Burada Qurban Pirimovun lent yazısına qulaq asarkən keçirdiyi 

hissləri əks etdirən “Çobanbayatı” şeirində şair səyyar xəyallı ustad 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

51

sənətkarın doğma yerindən, Bakı gecələrinin birindən, “nadir 

lövhələrin mində birindən” söz açdığını qeyd edir. Şairə elə gəlir ki, 

Qurbanın sinəsinə basdığı tar deyil, sənətkar öz ürəyini çalır. Sanki 

tar bir orkestri əvəz edir, kimin oxuyub-çalmasından asılı olmaya-

raq da “Çobanbayatı” ürəkləri fəth edir. Üstəgəl, Qurbanın dilsiz 

barmaqlarının məharəti ilə dilə gətirilən simlərin bəmdən zilə qədər 

irəliləyən ahəngini… Məhəbbətilə ürəklərdəki qəzəbi kövrəldən, 

dəyanətilə təlaşı, həyəcanı dincəldən, təlatümüylə sükutu coşduran, 

tərənnümüylə ürəklərdəduyğuları daşdıran doğma musiqimiz öz 

həqiqətiylə  həsrətə ümüddür, sevincə inam, ülviyyətilə  nəğməyə 

qanaddır, sənətə məqam. Şeirin sonunda şair Qurbanın ürək odunu 

öz sənətinə qurban elədiyini, sənətinsə öz növbəsində qurbanın sadə 

adını ecazkar rübablı dastan elədiyini bildirir. Burada şairin sənətə 

verdiyi dəyər, insanlara – sənətkarlara verdiyi nəsihət bu şeirin əsas 

qayəsini təşkil edir. 

Əhsən Dadaşovun xatirəsinə həsr olunmuş “Ud” adlı şeirdə isə 

şair tarıxə  səyahət edir, udun yaradılmasından başlayır. Onun in-

sanda yaratdığı  qəribə hissləri, ecazkar duyğuları  tərənnüm edir, 

həmin aləti çalan nəğməkara alqışlar deyir, həzin-həzin axan sənət 

bulağını tarda şəlaləyə çevirən, rübablı dolaylarında “Ud” deyə 

gecəni gündüzə qatan sənətkarın sənət dünyasından söz açan şair 

şeiri belə bitirir: 

 

Daha həm Qatarı, həm Çahargahı 



Tarın tellərinə tapşır inamla! 

Sən kövrək Şüştəri, Yetim segahı 

Məsud simlərində dindir ilhamla! 

 

Sənin həzinləşən rübablarından 



Qərib Füzulinin nəfəsi keçsin! 

Ancaq zənginləşən rübablarından 

Nə həsrət, nə kədər nəğməsi keçsin!  

 

Şairin vəsf eldiyi musiqi alətlərinə  həsr olunmuş “Balaban”, 



Ney”, “Nağara”, “Orqan” adlı şeirlərdə də musiqi sənətimizin tə-

rənnümünü görürük. Gileyli-gileyli danışan, səsindən şikayət daman

günəş kimi yandırıb yaxan balaban da. Körpələrin beşildə ana laylası 

kimi dinlədiyi, hər dəliyində vüsalla ayrılıq, sevinclə kədər yatan, pa-

yızın xəzəllərində alovlu qəlbindən qopan, dahi Füzulinin qəzəl-



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

52 

lərində misradan-misraya hopan nalələrilə ürəkləri odlayan neydə, 

hikmətlərə dolu, mərdliklə döyüşən insanların qəhrəmanlıq yolu olan 

nağara da, doğma muğamatımızı dilləndirən, buna görə də şairə yaxın 

olan, doğmalaşan orqan da şair qələmi ilə öz dəyərli qiymətini alır… 

Amma şair musiqiyə nə qədər qiymət versə də, yenə də şeiri ondan 

yüksəkdə görür. Şairin dörd misralıq şeirində də bunu hiss edirik: 

 

Müğənni! Könlünə qonmasın nisgil, 



İstər zildə oxu, istərsə bəmdə -  

Üzünü ağ edən tək səsin deyil, 

Ağsaçlı şairin şeridir həm də…  

 

Əli Tudənin nəsr  əsərlərinin bir qismi də musiqi sənətinə  həsr 



olunmuşdur. “Lent yazıları” adlı lirik hekayədə  şairi  şeir yazan 

görürük. Birdən  şairin masa arxasından qalxıb radionu açdığının 

şahidi oluruq. “Çobanbayatı” çalınır. Şair tara da, çalana da heyran 

qalır. Burada şair sənəti, sənəkarı tərənnüm edən düşüncələrini ve-

rir. Tar çağlayıb susur. Şair radionu bağlayıb,  pəncərəni açır, 

dənizə baxır və birdən möcüzə baş verir, şair bayaqdan bəri 

axtardığı sözü mavi dalğaların arasında tapır. Bu hekayəni 

oxuyanda bir anlıq həmin sətirlərin sehrinə düşürsən. yazmağa söz 

tapmırsan, istəyirsən durub radionu açasan, bir tar çalına, sona bir 

dalğalı dəniz sahilinə gedəsən və… 

“Qaval”  əsərində  şair qavalı xanəndənin sənət taleyindən 

dünyaya açılan girdə, zərif. Məhrəm pəncərə, ilhamlı  sənətkar 

ömrünün parlaq gözü hesab edir. “Qarmon” şeirində qarmonu ro-

yalın kiçik bacısı adlandıran şair, sənətkar sinəsində uzalıb-yığılan 

aləti musiqi tariximizin açılıb-örtülən hikmət dolu kitabı hesab edir. 

Kamil Cəlilova həsr edilmiş “Qaboy” əsərində isə şair qaboyun 

bir zaman yad dildə danışdığını, amma yaxın danışdığını, indi isə 

onun doğma dilində də tar kimi, kaman kimi, ney kimi, tütək kimi 

dindiyini qeyd edərək, qədim muğamatımızı öz ifasında səsləndirən 

qaboyu alqışlayır. Şair yazır: ”Sənin o “Bəstənigar”ında su şırıltısı, 

yarpaq xışıltısı, insan pıçıltısı vardır. Sən narahat duyğuları ya-

tırırsan, yatan xatirələri oyadırsan. Sən bəzən təlatümlü ümmana 

dönürsən, dağ boyda dalğaların sahilləri döyür. Bəzən tənha bulaq 

olursan. Kimsəsizlik üzündən kövrəlib həzin-həzin axırsan. Ancaq 

susmursan. Bilirsən ki, susmaq yox olmaq deməkdir. Ona görə də 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə