MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə19/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

56 

“Bülbülün xatirəsinə” adlı şeirdə şair tamam başqa bir mənzərə 

yaratmışdır. Bülbülün tabutu insan dəryasında dalğalanır, bu zaman 

onun səsi eşidilir. Şair yazır ki, sanki, bu nəğmə deyirdi ki, qəmi 

unudun və bu zaman hamı fikrə gedir, o səsi dinləyir. Şair fikrini 

belə yekunlaşdırır: 

 

Coşub bir-birinə dedi min könül: 



Hamıtək ölümə məruz Bülbülü 

Oxuyub dəfn edir ölümsüz Bülbül. 

 

Əli Kərimin sənətlə bağlı “Heykəl və insan” adlı maraqlı bir şeiri 



də vardır. Şair yazır ki, “O günlərlə, aylarla işlədi. Demədi li, əlim, 

qolum yoruldu. Çünki sənətkar idi, Daşdan insan yonurdu”. 

Heykəlin üzündən artıq ifadələri, lazımsız kədəri qəlpə-qəlpə 

qoparır, heykəlin üzünə  məğrurluq,  əzəmət həkk edirdi. Heykəl 

dəyişdikcə, o özü də dəyişilirdi: üzü də, gözü də dəyişir, alnındakı 

qırışlar açılır, baxışları  sənət alovuyla yanırdı. Heykəli 

gözəlləşdirdikcə, heykəl də onu gözəlləşdirirdi: 

 

Heykəl insana döndükcə, 



        insan sevincindən  

               heykələ döndü. 

Gördü onun yanında       

    onu yaradan  

       bir heykəltəraş var. 

Sonra hər ikisi dost kimi  

Şəhəri gəzməyə çıxdılar. 

 

Əli Kərimin sənətə, sənətkarlara həsr olunmuş şeirləri az da olsa, 



həcmcə  yığcam da olsa, bədii dəyəri, məna tutumu etibarilə 

qiymətlidir. Əli Kərim şairlərə çox şeir həsr etməsə də, şairlər ona 

çoxlu şeirlər həsr etdilər və bu günün özündə də ona şeirlər yazılır.  

“Müasir zaman” qəzeti, 27.11.10 



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

57

CABİR NOVRUZ YARADICILIĞINDA MUSİQİYƏ QİYMƏT 

 

Ən kədərli,  ən narahat anlarımızda musiqi dinləmək istəyirik. 



Ruhumuzu oxşayan hər hansı bir musiqi nömrəsi sanki bizim üçün 

ehtiyac olur. Amma nə qədər xarici mahnılara qulaq assaq, yenə də 

Azərbaycan musiqisinin bizimçün xüsusi yeri var. İstər muğam-

larımız, istər xalq mahnılarımız, istərsə də bəstəkar mahnıları hər 

yerdə sevilir, alqışlanır. Azərbaycan musiqisi o qədər gözəldir, o 

qədər ruhu oxşayandır ki, hətta başqa xalqların nümayəndələri belə 

bunu dəfələrlə etiraf etməli olmuşlar. Düzdür, son zamanlar 

“şoubiznes” deyilən bir bəla hardasa bizim ümüdlərimizi qırmaq 

istəyir, amma kökü dərinlərə, qədimlərə gedib çıxan musiqimiz o 

qədər tutumludur ki, hardasa bir zəif ifaçı ortaya çıxanda, ona 

müqabil iki istedadlı çıxır və ümüdlərimiz yenidən dirçəlir.  

Azərbaycan ziyalıları, o cümlədən qələm əhli həmişə musiqimizi 

tərənnüm etmiş, onu korlamaq  istəyənlərə qarşı etiraz səslərini 

ucaltmışlar. Bu mənada  şairlərimizin narahatlıqları  həmişə diqqəti 

çəkib. Xalq şairi Cabir Novruz “Mənəvi sərvətimiz” adlı məqaləsində 

bu məsələyə öz münasibətini belə bildirmişdir: ”Təəssüf ki, bayağı, 

ilhamsız, od-alovu olmayan mahnılar da özünə meydan tapır. Görünür 

səbəblərdən biri musiqi tənqidindəki durğunluq, barışıqlıqdır. 

Xalturaçı “bəstəkarlar” və “söz düzəldənlər” tənqid, ictimai ifşa 

zərbəsi görmədikləri üçündür ki, efirə, ekrana sərbəst yol tapırlar. 

Biz ayrı-ayrı peşə sahiblərinin sənət aləminə gəlməsinin heç də 

əleyhinə deyilik. Əksinə, belələrini həmişə müdafiə və təqdir edirik. 

Bir  şərtlə ki, istedadlı olsun, deməyə ürəyində öz sözü, öz 

yaradıcılıq yanğısı olsun”. 

Bəzən görürsən ki, yeni yaranan bir mahnıdan bir neçə mahnının 

səsi eşidilir. Bəzən xarici musiqiləri dəyişib özəlləşdirirlər, özləri 

duymur, elə bilirlər ki, başqaları da bunu anlaya bilməz. Bu 

ədəbiyyatda da özünü göstərir. Yeni yazarlar internetdən xarici ölkə 

yazarlarının əsərlərinin ideyasını, hətta məzmununu belə götürüb, 

dəyişib özünküləşdirirlər... 

Son vaxtlar musiqi yaradıcılığında bir problem məsələ  də 

mahnıların bir-birinə çox oxşamasıdır. Eyni notlar az qala adamın 

qulağını deşir. Hətta peşəkar bəstəkarlar da bəzən bu səhvləri edirlər. 

Bu neqativ hallar yəqin ki, o zamanlar da olub, amma lap bu qədər 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

58 

yox. Cabir Novruz hələ 1981-ci ildə yazırdı: ”Narahatlıq doğuran 

cəhətlərdən biri də məncə bəzi mahnıların milli simanı itirməsidir. Elə 

mahnılar var ki, orada fars, hind, ərəb, türk, hətta yunan və ispan 

melodiyalarının qarışığına rast gəlirik. Yalnız sözlərdən başa düşürsən 

ki, “Azərbaycan mahnısı”dır. Peşəkar bəstəkarlarımızın yaradıcı-

lığında da hərdən bu cür qarmaqarışıqlığı görüb təəccüb edirsən”. 

Görəsən, Cabir Novruz indiki həngamələri görsəydi, neyləyərdi?.. 

Şairin musiqimizə olan sevgisini həm yazdığı mahnı  mətnlə-

rində, həm də musiqimizi tərənnüm edən  şeirlərində görürük.  

“Mənim muğamatım” adlı şeirdə şairin xanəndələrimizə, ümumiy-

yətlə xanəndəlik sənətinə, muğamlarımıza, tar-kamanımıza olan 

məhəbbəti, hüsn-rəğbəti daha qabarlıq görünür: 

 

Dinsin simli kaman, dinsin simli tar, 



Səndən neçə-neçə igid danışsın. 

Sənin dünya qədər hekayətin var, 

Səndən Zülfü desin, Seyid danışsın. 

 

Segahı, Zabulu kim unudar, kim? 



Kim deyir qüssəsən, kim deyir qəmsən? 

Sən mənim öz böyük döyüş əsgərim, 

Sən mənim ən böyük mübarizəmsən. 

 

Şair daha sonra yazır ki, dağları duman-çən alanda yanan qəlblərin 



teli olmusan, yadlar Nizamini susduranda onun danışan dili olmusan

Füzuli  sənin tellərinə başını qoyub Vətənçün çox ağlamışdır və s.  

Şair üçün dünya, bütöv bir ömür oxunan nəğmədir və bu nəğmə 

həmişə onun qışını bahara çevirmiş,  şair bütün arzularını bu 

nəğməli dünyada axtarmış, tapanda sevinmiş, taplmayanda isə bu 

nəğməyə qoşulub xəyallarda gəzmişdir. Nəğməli bir ömrün işığında 

yaşayan, yaradan şair daim xalqını düşünmüş, onun arzularıyla 

isinmiş, daim onu vəsf eləmişdir. 

Cabir Novruzun bir şeirində  nəğmə olan dünyaya insan gəlir. 

Dünya öz nəğməsini oxuyur. Dünya bir yuxu kimi görünür, hər 

tərəfdən süd qoxusu gəlir. Anaların şərəfinə mahnılar ucalır. Dünya 

gözəlləşir, nəğmələşir və şair yazır ki, bir ana qucağında bir körpə 

aparır və bütün insanlar sanki bu mənzərəni seyr edir. Küçələrdən 

keçən izdiham da hiss edir ki, dünyaya körpə gəlib, dünyanın bir 

nəğməsi də artıb, dünya bir nəğmə boyda da boyüyüb. Cabir Novuz 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə