MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə18/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

53

sən daha qürurla, daha inamla səslənirsən…Mən Məcnunun ürək 

döyüntüsünü, Leylinin yanaqlarına axan göz yaşının səsini 

eşidirəm. Qulaqlarıma Əslini axtaran Kərəmin ayaq səsi gəlir. Əsli 

ah çəkir, hənirini duyuram. Nənələrin hanada ərişə-arğaca dəyən 

darağının nəfəsini dinləyirəm. Aylı gecədə salxım söyüdün altında 

öz sevgilisinə  nə isə deyən gözəlin pıçıltısını  eşidirəm. Qarlı 

axşamda öz oğlunu itirən ananın fəryadına qulaq asıram. Sonara 

buludlar dağılır. Mən səsini eşidirəm. günəş çıxır, şölə çəkir. Mən 

səsini eşidirəm. Güllər təbəssümlə bir-birinə baxıb öpüşür. Mən 

səsini eşidirəm. Quşların nəğmə dolu ürəyi riqqətlə  çırpınır. Mən 

səsini eşidirəm. İnsanların genişlənən sinələrində böyüyən arzular 

pərvazlanır. Mən səsini eşidirəm…” 

Türk müğənnisi Əməl Sayına həsr olunmuş “Türk nəğməkarı” 

şeirində  tərcümansız da anlaşılan türk dilinin doğmalığı, nəğmə-

karın—türk qızının çağlayan səsi, dinləyənlərin heyrəti, gözdə yaşa 

dönən sözlər, möcüzəli sənət uğrunda yanan ürəyin göz yaşı, 

ürəkləri fəth edən nəğmə, gözəllər sərvəti sayılan gözəllik,  şairin 

ürəyinə öz nəğməsiylə köçən türk nəğməkarı tərənnüm olunur... 

Bənzərsiz rəssamımız Səttar Bəhlulzadəyə həsr edilmiş “Təbiət 

gözətçisi” şeirində şair pəssamı zəmanəsinin rəngkarlıq bəstəkarı, 

gözəllik nəğməkarı, bakirlik fədakarı adlandırır.  Şairin fikrincə, 

rəssam öz yaratdığı  təbiət  əsərləri ilə, ölməz  şəkillərlə bütün 

fəsillərdə təbiəti qoruyur…  



“Kredo” qəzeti, 20.11.10 

                                                  



ƏLİ KƏRİM POEZİYASINDA 

SƏNƏTƏ VƏ SƏNƏTKARA MÜNASİBƏT 

 

Əli Kərim yaradıcılığında incəsənətə münasibət, sənət adam-



larına hörmət, məhəbbət də diqqəti cəlb edir. Bu şeirlər az da olsa, 

hərarəti, bədii siqləti ilə diqqəti çəkir.  Ən gözəl  şeirlərdən biri 

“Muğamı dinləyirəm”dir. Şair sevinclə qəmin vəhdətində muğamı 

dinləyir.  Əllərini başının altında çarpazlayan şairin dodağında 

təbəssüm var, alnında qırış. Həm istidən, həm soyuqdan, həm köl-

gədən, həm işıqdan yaranmış xoş bir aləmə  səyahət edən  şairin 

ürəyinə tarın simlərindən qopan sevincli, qəmli sözlər axır, 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

54 

könlünün simi titrəyir, inildəyir, sökülür. Tar səsinin dalınca titrək, 

kövrək, gah ucalan, gah kəsilən, gah da coşub tələsən kaman səsi 

gəlir. Şair xəyala daldıqca bu səslər içində ilin dörd fəslini də duyur. 

Bir anda həm üşüyür, həm yanır. Könlünün bir yanı isti, bir yanı qar, 

bir yanı çisək, bir yanı çiçək. Səslər dağlara ucalır, yenidən yerə 

enir və Füzuli qəzəli arzuları oyadır. “Ürəyimdə sevinc, qəm, 

Muğamı dinləyirəm”,-deyən şair ürəyinə müraciət edir: 

 

Ürəyim, nə var yenə! 



Ürək, döyünmə belə! 

Duyan sən, səs salan sən

Qoy eşidim, nə olar 

Bir az yavaş döyünsən! 

 

Əli Kərimin məşhur “İlk simfoniya” poemasında isə tamam başqa 



obrazlarla qarşılaşırıq.  İlhamla Azadın müqayisəsi. Yanlışlıqlar. 

Həqiqi sənətlə zahiri bayağı notlara bürünmüş səslər. insanı aldadan 

zahiri parıltılar. Hətta bir sevgini məhv edən, bir ailəni dağıdan, iki 

ürəyi viranə qoyan təntənəli akkordlar. Amma sonunda şair həqiqətin 

qalib gəldiyini qeyd edirsə də, artıq verilən itkiləri qaytarmaq çətin, 

itirilən səadəti yenidən tapmaq müşküldür. Şair əsəri belə bitirir: 

 

Simfoniya susmayır, 



Simfoniya çağlayırdı. 

Elə bu vaxt uzaqda 

Yerə dikib gözünü,  

Qucaqlayıb dizini 

Bir gözəl ağlayırdı… 

 

İlhamın simfoniyası çağlayan zamanda həqiqi sənətin səsi Azadı 



boğurdu.  İlhamın  şöhrətini özünün əlindən alınmış  şöhrəti hesab 

edən Azad özünü qarət olunmuş hesab edirdi və  həqiqi sənətin 

ecazkar səsi ilə parallel mənfur düşüncənin hakimi olan “sənət-

kar”ın boğuq harayı  eşidilirdi. Paxıllıq zəhəri ilə  zəhərlənmiş bu 

“sənətkar” artıq özünün yoxluğunu görürdü. Dərk etmək, anlamaq 

istəməsə də bu fakt qarşısında məğlub idi. Paxıllıq zəhərini İlhamın 

məhəbbət piyaləsinə tökərkən, öz sənət dünyasını  zəhərlədiyinin 

fərqində olmayan Azad üçün artıq sənətdə yer yox idi. 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

55

Əli Kərimin “Salyeri” adlı şeirindəsə həqiqi istedada malik olan 

Motsartla, ona fiziki mənada zəhər verən Salyeri paraleli 

verilmişdir. Şair sözünə belə başlayır: 

 

Motsarta yox, 



Deyərdim: 

Özünə verdi zəhərini. 

O vaxtdan heç kim çalmır 

Onun bircə əsərini. 

 

Şair Salyerinin həyatını bir qızdırmalının gördüyü yuxu hesab 



edir. Onun yazdıqlarının , “Dahiliyin şahlıq taxtına yozduqlarının” 

“Namərd qardaşlıq məzarında” basdırıldığını qeyd edərək, düşünür 

ki, Salyeri Motsartı dirildib, öz puluna aldığı zəhəri geriyə istərdi, o 

zəhərin öz boğazına tökülməsini istərdi, təki, bir əsərinin çalındığını 

eşidəydi. Burada Salyeri Motsart paralelində  şərlə xeyirin 

mübarizəsi var. Amma sonda yenə də xeyir qalib gəlir, həmişə ol-

duğu kimi. Motsartın əsərləri zaman-zaman yaşayır, xeyirxahların 

əməli kimi. Hər dəfə bu mövzuya müraciət edən bir sənətkar Mot-

sarta sevgi, Salyeriyə nifrət dolu duyğularla bu faciəni qələmə alır. 

Şairin “Habilə”  şeirində  də muğama olan hüsn-rəğbəti görürük. 

Damcılı bulaqda bütün könüllərin sifarişilə kaman çalan Habilin və-

ziyyətini poetik obrazlarla təsvir edən şair özünün də muğama vur-

ğunluğunu bizə çatdırır. Habilin sanki ətrafdakıları unutduğunu, dərin 

bir yuxuya yuvarlandığını, hansı əsrdəsə ilişib qalıbmış kimi xumar-

landığını qeyd edən şair, burada çox incə bir mətləbi diqqətə çatdırır: 

 

Əli kəmanədir,  



          kəmanə əli, 

Çalır kamançanı  

       kəmanə özü.  

Gözümdə ilk məna dəyişir,  

                              dönür, 

  Dünya düşəcəkmi səhmana özü. 

 

Bu şeirdə gözəl obrazlar var: “Habil ilan dili çıxarır, nədir Arzu 



qızmarında ilantutantək”, “Ürəyi çırpınır barmaqlarında, Onlardan 

tökülür simlərə  nəbzi”, “Segah gah uzanır bir ağrı kimi, Onu 

üfüqlərə sancır kəmanə” və s. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə