MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə16/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

47

“Oxuyan qız” adlı şeiri oxuyandasa, artıq şairin yurdunun talan 

olduğunu. Yenə  də viranəyə çevrildiyini görürük. şair indi də 

Təbriz gözəlinə müraciətlə deyir ki, niyə Saib yurdunun şeiri, qəzəli 

yanıqlı səsində ağlayır? Axı, bir zaman sən nəğməkardın, o səhnə, o 

paltar, o səs, o mahnı, hələ  də gözümün qabağındadır, hanı o 

söhbətin, o sazın? Şair qıza deyir ki, susma, kədərli olsan da, oxu, 

“Oxu həzin-həzin “Qaragilə”dən”.  Şair inanır ki, bir gün yenə o 

günlər qayıdacaq. Zəfər mahnısını dinləyənlər  əl çalıb onu 

alqışlayacaqlar. 

Şairin “Təbriz aşığı”  şeirində  də eyni nisgili, həsrəti duyuruq. 

Burada  şair yandırılmış kitabları da xatırlayır, lakin aşığa 

ürək-dirək verərək deyir ki, düşmən min qalın kitaba od vursa da, 

anlamadı ki, sənin hər nəğmən duyan ürəklərin varağındadır. Səsin 

Təbrizdə itsə  də, diyardan-diyara getsə  də, yenə  də Azərbasycan 

torpağındadır.  

“Kamança”  şeirində daha böyük nisgilin, ələmin  şahidi oluruq. 

Amma bununla belə şair yenə də bir gün insanların xilaskarı, nicatı 

olan qurtuluş  nəğməsinin yazılmasına, zəfər marşının çalınmasına 

inanır. 


 “Qoca aşıq” şeiri yenə də Hüseyn Cavana həsr edilmişdir. Şair 

aşığa təsəlli verir, deyir ki, düşünmə bu dünyada qonaqsan, bir gün 

gedəcəksən, cahan qalacaq. sənin xatirən Vətən diyarında həmişə 

anılacaq. Sən qocalsan da, bu dünyadan getsən də, adın tarixlərdə 

cavan qalacaq. Şair burada təbiətin bir qaununu xatırladır: 

 

Dostum, təbiətin qanunudur bu, 



Onu poza bilməz nə torpaq, nə su. 

Bir sənət əsəri, könül duyğusu –  

Zamandan-zamana nişan qalacaq!..  

 

Şairin ölməz bəstəkarımız Üzeyir Hacıbəyova ithaf etdiyi “Sənin 



nəğmən” adlı  şeiri də vardır. Burada şair həyatın bir bulaq kimi 

axdığını, dünyanın sadəcə bir tamaşa olmadığını, zamanın hünər-

sizləri tez gəlib-gedən bir qonaq kimi az yaşatdığını qeyd edərək, 

bəstəkarın bir sənətkar kimi müqəddəs diləklər duyduğunu, bəzən 

şair kimi xəyala daldığını, qəmdən alışan ürəkləri bir tellı saz kimi 

çaldığını, Təbriz səhnəsində bəstəkarın yaratdığı nəğmələrin şəlalə 




✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

48 

kimi qəlblərə axdığını, qoca Nizaminin şeirinin, qəzəlinin onun 

avazında dil açdığını, Təbriz gözəlinin onun təranəsiylə güldüyünü

sevindiyini səmimi qəlbdən etiraf edir, sabah Qoca Şərqin başı 

üstündə dan qızaranda onun nəğməsinin qara məhbəsdəki insanları 

qəm yuxusundan oyadacağına inanır.  

“Sənətkarın şöhrəti” adlı şeirdə isə şair təbiətin ecazkar qüdrətini 

vəsf edir və bu zaman radioda bir musiqi səslənir. Bu musiqi 

sədaları altında meşələr də, dərələr də, buz bulaqlar da, nəğməli 

quşlar da dincəlir, sükuta dalır. Bir rəssam şairdən soruşur ki, bu 

hansı musiqidir? Şair tanımadığını bildirir. Rəssam “indi tanı-

yaram” deyib diqqətlə qulaq asır. Birdən qürurla gülümsəyib deyir: 

”Bu Çaykovskinin öz dühasıdır, “Yevgeni Onegin” operasıdır”. 

Şair rəssamın könlündə yurd salan sənətə olan hörmətə heyran qalır. 

Şair öz fikrini poetik obrazlarla belə verir: 

 

Deyirəm doğrudan hər sənətkarın, 



İstər bəstəkarın, istər memarın, 

İsər bir şairin, istər rəssamın, 

Yaşayıb-yaradan hər bir adamın 

Şöhrəti nə adı, nə sərvətidir, 

Yalnız öz əsəri, öz sənətidir. 

 

Şair Aşıq Cavana yazdığı “Saz” şeirində aşığa çalmağı, susma-



mağı  məsləhət görür və yenə  də burada şairin Təbriz həsrətini, 

gələcək arzusunu duyuruq, eşidirik.  

“Gələcəyin memarları”  şeirində  şair Azərbaycan Politexnik 

İnstitutunun tələbələrini, gələcək sənətkarları alqışlayır. 

 “Müğənni”də Seyid Şuşinskinin sənətkarlığına heyrəti görürük, 

onun səsindəki Qarabağ bulaqlarının nəğməsini, nəfəsindəki tər 

güllərin nəfəsini hiss edən şairin alqışlarını eşidirik. Şair yazır: 

 

Ölkəmin musiqi xəzinəsində 



İncilər içində birincidir o! 

Nə qədər xatirə var sinəsində, 

Sənət dünyasının sevincidir o!  

 

Şairin “Seçilmiş əsərlər”ində məşhur kaman ustası Habil Əliyevin 



sənətini dəyərləndirən “Segah”, Aşıq Hüseyn Cavana ithaf edilmiş 


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

49

“Qardaş” adlı  şeirlərin hər birində  Əli Tudə ömründən bir pay var. 

Burada  şair qəlbinin döyüntüləri eşidilir,  şairin gah gülümsər, gah 

kədərli çöhrəsi göz önünə  gəlir, kövrək misralara tökülən alın təri, 

ürək qanı duyulur. Bu kitabda şairin “İlham hardadır” adlı şeiri diqqəti 

daha çox cəlb edir. Sənətə, sənətkara, ilhama, istedada olan hörmət

inam burada daha çox əksini tapmışdır.  Şair yazır ki, şair dostum, 

gözlərini göyə dikib gözləmə ilham gələcək, ilham hər işdə, hər 

peşədə, həvəsdə, qayğıda, var. İlham istedadın zəhmətlə, 

hiss-həyəcanla, duyğu ilə, vüsət ilə birləşməsi, qaynaylb-qarışmasıdır, 

“Bir ürəkdə çıraq-çıraq alışması”dır. 

 

İlham nədir? 



Səyyar xəyal, alıcı göz. 

Dərin zəka, bol təcrübə, tutarlı söz! 

Sanma ilham göydə olur, yerdə də var, 

Güldə də var, neftdə də var, tərdə də var. 

O qartalsa, qanadları bu həyatdır, 

Min döyüşdür, min arzudur, min büsatdır!  

 

Əli Tudənin “Rəssam” şeirində görünüşü sadə, geyimi adi olan, 



fəqət yaratdığı  əsərlərin heç biri adi olmayan bir rəssamın, 

rənglərdə yaşayan hünər—rəssam ürəyinin odu, sənət incisinə 

dönən dağlar, düzlər, meşələr, sənət otağından gözəlliklərə uzanan 

yol–rəssamın barmaqları, rəngi güllərdən, odu al günəşdən alan 

sənət lövhələri, sənət xətrinə çöllər gəzən rəssam—sənət məcnunu, 

çiçəklərin öpüşdüyü, bulaqların dindiyi, aranların, yaylaqların 

danışdığı sənət əsərləri, neçə kəndə, şəhərə baxan rəssam xəyalının 

pəncərələri, fırça ilə yerdən göyə qalxan Azərbaycan mənzərələri, 

boz torpaqlara da şöhrət gətirən sənət bulağı, istedad, şöhrət, rəssam 

ilhamının təntənəsi, ilin dörd fəslini də özündə yaşadan  əsərlər, 

sənət qarşısında əyilən şair başı, şairin “Mənzərə şairi” adlandırdığı 

rəssam—Səttar Bəhlulzadə gözümüz önündə canlanır. 

“Bəstəkar” adlı  şeirdə  nələr bizi özümüzdən alır: Təbrizdə 

söyüdlü arxın qırağında, yolçuların dodağında dostların ilham 

aldığı “Təbrizim” nəğməsi qanad açır.  Şair soruşur ki, bu hansı 

bahadırındır? Cavab verirlər ki, bahadır demə, cavandır, bu nəğmə 

bəstəkar dostumuz Cahangirindir. Şair bəstəkarın sənət dünyasına 

dalır: Füzulinin şərəfinə yazılmış kantatanı yadına salır, Vaqifin 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə