MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə13/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

38 

söyləyir. Səttar haqqında yazır:”Bəhlulzadə  sənəti hər vaxt eyni 

dərəcədə bitkin, eyni təsir qüvvəli, eyni məharətlə  zəngin olma-

mışdır. O əsərdən-əsərə inkişaf etmişdir. Biz indi Bəhlulzadə 

məktəbi haqqında ciddi danışa bilərik. Müasir Azərbaycan rəssam-

lığını bu poetik fırçalı  sənətkarsız təsəvvür etmək çətindir. Onun 

yaradıcılığı, sənətimizin adı fəxrlə çəkiləcək bir qoludur”.  

Rəsul Rzanın başqa rəssamlar haqqındakı fikirləri də orijinaldır. 

Hər rəssamın özünəməxsus sənətkarlıq cəhətini, özü də elə cəhətini 

qeyd edir ki, adi adamın heç fikrinə gələ bilməz. Hətta rəssamların 

iş üsulunu, tapıntılarını əldə etmək yollarını da izləyir. Bu cəhətdən 

onun  şəklini çəkmiş  rəssamlardan Tahir Salahov və Toğrul 

Nərimanbəyov haqqındakı fikirləri çox maraqlıdır. Müəllifin “O, 

böyük gələcəyini özü ilə apardı” adlı  məqləsində isə dünyasını 

dəyişmiş istedadlı rəssam Tofiq Cavadov haqqında həm xatirələri 

ilə, həm cavan rəssamın ölümünə  təəssüf hissi ilə, həm də bir 

rəssam kimi onun haqqındakı fikirlərilə tanış oluruq. 

Rəsul Rzanın incəsənətlə bağlı yazıları haqqında çox danışmaq 

olar. Bu yazılar sanki bir şairin deyil, bir sənətşünasın qələmindən 

çıxmışdır. 



“Real-Press” qəzeti, 01.12.10 

 

ZEYNAL XƏLİL YARADICILIĞINDA İNCƏSƏNƏTƏ 

QİYMƏT 

 

Zeynal Xəlil filarmoniya, radio və kino ilə əlaqədar vəzifələrdə 



işləmiş, incəsənətlə yaxından təmasda olan bir adam olmuşdur. 

Onun yaradıcılığında sənətdən danışan çox az əsərə rast gəlsək də, 

bu  əsərlərdə  səhnəyə, musiqiyə, sənətkarlara olan səmimi müna-

sibətini, hörmət və məhəbbətini duyuruq. O, ”Ədəbiyyat qəzeti”ndə 

çap olunmuş “Otello” adlı məqaləsində hələ 1949-cu ildə yazırdı: 

”Başqa sovet xalqları kimi Azərbaycan xalqı da hər zaman Şekspir 

sənətinə, onun ölməz dramaturgiyasına hörmətlə yanaşmışdır. Bu 

gün, xeyrin şərlə daha açıq, daha kəsərli bir şəkildə üz-üzə durduğu 

bir zamanda qüdrətli Sovetlər  İttifaqı  Şekspirin pənah gətirdiyi 

yeganə ölkədir. Azərbaycan tamaşaçıları uzun bir fasilədən sonra öz 

doğma səhnələrində yeni “Otello”ya tamaşa etdilər. Azərbaycan 

Dövlət Dram Teatrının yaradıcı kollektivi “Otello”nu bu dəfə daha 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

39

yeni, daha təravətli bir şəkildə tamaşaçılar önündə nümayiş 

etdirdilər. Biz tamaşaçılar isə qocaman teatrın bu gözəl yaradıcılıq 

nailiyyətinə sevindik, onu daha hərarətlə sevdik”. Müəllif bu yazıda 

teatrın yaradıcı kollektivindən razılıq edir, xalq artisti Adil İsgən-

dərovun istedadından xüsusi ruh yüksəkliyi ilə danışır, artistlərdən 

Rza Əfqanlının, Barat Şəkinskayanın, Ə.Sultanovun, Əli Qurbano-

vun, Əhməd Salahlının, Fatma Qədrinin, F.Fətullayevin, H.A.Sala-

yevin sənətkarlığını diqqətə çatdırır.  

Zeynal Xəlilin “Ədəbiyyat və incəsənət” qəzetində “Xəzər 

üzərində şəfəq” adlı yazısı çap olunmuşdur ki, burada Azərbaycan 

Dövlət Rus Dram Teatrında oynanılan eyniadlı  əsərdən söhbət 

gedir. Müəllif müsbət surətlərlə yanaşı mənfi surətlərdən də danışır 

və  əsərdəki nöqsanları göstərir. Nədənsə burada rejissorun, 

aktyorların tənqidini deyil, əsərin tənqidini görürük. Müəllif burada 

İmran Qasımovun  əvvəlki uğurlarını qeyd etməklə  bərabər, bu 

əsərindəki nöqsanlardan söz açır, amma onun gələcəkdə daha gözəl 

əsərlər yaratmalı olduğunu kəskinliklə söyləyir. 

Zeynal Xəlilin  şeirlərində  də  sənətə olan sevgi hiss edilir. 

M.P.Vaqifin xatirəsinə həsr olunmuş “Saz” adlı şeirdə Aşıq Əda-

lətin saz çalması, salondakı heyrətdən doğan sükut şairə tarixləri 

vərəqləməyə, Vaqifi, Vidadini yada salmağa istiqamət verir. 

Burada tarzən Hacı, kaman ustası Habil də xatırlanır. Əsrlərdən üzü 

bəri gələn ecazkar musiqimizi tərənnüm edən  şair  şeiri belə 

tamamlayır: 

 

Çal, Ədalət, çal, aşıq! 



Çal, oxysun telli saz! 

El nəğməsi, el sözü 

Heç vaxt susmayıb, 

Susmaz! 


Hamı heyrət içində... 

Salon sakit, salon lal. 

Nə dillərdə bir söz var, 

Nə gözlərdə bir sual, 

Salon sakit, salon lal!... 

 

Şairin “Düşüncələr” şeiri “Qara, qorxunc pəncəsini ölüm basıb 



çöllərə, Fəlakətin bayquşları qanad sərib ellərə” misraları ilə baş-


✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

40 

layır. Şair xəyala gedib. Dostlarını, tanışlarını xatırlayır. “İndi onlar 

hardadır?”- sualına cavab axtarır. O sevən insanlar, o sevilən 

insanlar sanki xəyal olmuşlar kimi gəlir şairə. Bəlkə yaşıl bağlar da, 

uca evlər də xəyalmış, yoxsa onları şairin əlindən kim almış? Şair 

birdən-birə  xəyaldan ayrılır. Keçmişləri gözü önünə  gətirir. Yox, 

heç nə  xəyal deyil, hər  şey bir zaman olmuşdu.  Şair seyrə  çıxıb 

kaman, qaval çala-çala dostları ilə birlikdə xoş günlər keçirdiklərini 

xatırlayır, sonra isə... Şeir belə bitir: 

 

Gəl, yaxşı bax, məzarlıqda kəllələrlə danışan 



Hamlet kimi düşüncəli, baxışları pərişan, 

Heykəltəraş yoldaşımdır! Tanıdınmı onu sən? 

İnsanlığın kədəridir axan onun gözündən! 

Dayan, qəlbin alışmasın! Bir qayda var dünyada: 

Biri həyat istəyəndə, biri gedəcək bada! 

Həyat–ölüm! İki düşmən... Onlar əkiz yarandı. 

Dünən gülən kaşanələr bu gün dağıldı, yandı! 

Yenə ölüm ordu çəkdi üstünə səadətin, 

Qılınc haqqın əlindədir, üzü bərkdir qüvvətin. 

Aylar, illər keçəcəkdir, haqq-ədalət qalacaq, 

Sənətkarlar, filosoflar ondan ilham alacaq!  

“Bütov Azərbaycan” 01.12.10 

 

ADİL POEZİYASINDA SƏNƏTƏ  QİYMƏT 

 

Adil Babayevin şeirlərində qiymətli sənət əsərləri yaratmış rəs-



samlara, gözəl musiqi nümunələri bəstələmiş bəstəkarlara, yadda-

qalan obrazlar yaratmış sənətkarlara olan məhəbbətin şahidi oluruq. 

Şairin fikrincə, illər, əsrlər keçir, hər şey dağılıb gedir, əsil sənət 

isə yarandığı kimi qalır. “Yaşasın sənət”  şeirində  şairin bu fəlsəfi 

düşüncəsinin təsvirini görürük. Şair burada Şəki Xan sarayını təsvir 

edir. Vaxtilə bu binanın divarlarını titrədən insan fəryadı da, kü-

ləklərin quruda bilmədiyi anaların göz yaşları da, qətl mərasimləri də 

şairin gözü önünə gəlib misralanıb. Şeir belə fəlsəfi sonluqla bitir: 

 

Dünyadan köçdü xan, 



Əsər qalmadı əmrindən, fərmanından. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə