MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə11/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

32 

əvvəlki kimi doğacaq, sönəcək, kiçik qızın göz yaşı tökəcək, 

için-için ağlayacaq, sonra siləcək göz yaşını, yenə də həyat öz axa-

rında davam edəcək, vüsal, hicran olacaq, bircə  sən dönməyə-

cəksən… 

Şairin “Çal” adlı şerində isə təbiət təsvirilə yanaşı sazın tərən-

nümünü də görürük. Şair sazəndəyə “çal” deyir və onun çalğısını 

hətta dağların belə dinlədiyini, dağ döşündə buludun dayanıb 

durduğunu, sazın səsinin hətta dağlarda coşğun baharı da ilham 

gətirdiyini qeyd edir və şerin ikinci bəndində yazır: 

 

Ayna bulaqların ləzzəti varmı, 



Üstündə oxuyan, çalan olmasa?! 

Coşqun mizrabıyla, xoş nəğməsiylə 

Dərələrə səs-küy salan olmasa?! 

Yaşıl yamacların, uca dağların 

Bəzəyi, zinəti nazlı gözəllər 

Saz səsi, ney səsi olmasa bil ki

Gözəl təbiətdən çox tez bezərlər. 

Odlu mizrabına qurban olum, yar! 

Çal, səni dinləyir səfalı dağlar!

 

“Ulu məkan”, qəzeti, 15.11.10 

 

RƏSUL RZA VƏ İNCƏSƏNƏT 

 

Azərbaycanın xalq şairi Rəsul Rza ədəbiyyatımızda novator 



kimi tanınan, özündən sonra məktəb qoyub gedən şairlərimizdəndir. 

İstər  ədəbiyyatın, istərsə  də dilçiliyimizin problemlərini düşünən 

şairi, eyni zamanda xalqın mədəni problemləri də həmişə narahat et-

mişdir. Onun istər  şeirlərində, istərsə  də  məqalələrində incəsənətlə 

bağlı  məsələlər öz əksini tapmış, habelə bir sıra inzəsənət xadim-

lərinin portreti yaradılmışdır. Problemlərdən narahat olan şairi 

müvəffəqiyyətlər sevindirmiş və o bu fərəh hissini də qələmə almış-

dır. “Yeni dram teatrı yaradaq” adlı məqaləsində öz narahatlığını və 

iftixar hissini açıq-aydın göstərən Rəsul Rza yazır:”Gərgin 

mübarizələrlə dolu bir yol keçmiş teatrın səhnəsində  hər hansı bir 

xalqın iftixarı ola biləcək aktyorlar dəstəsi yetişmişdir. Mübaliğəsiz, 

demək olar ki, xalqımızın minnətdarlıqla xatırladığı aktyorluq 

sənətimizin klassik ustaları Hüseyn Ərəblinski, Cahangir Zeynalov



✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

33

Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ülvi Rəcəb, 

İ.Hidayətzadə, Kazım Ziya ilə yanaşı, indi də Azərbaycan aktyorluq 

sənəti məktəbinin  ən gözəl  ənənələrini davam etdirən müxtəlif 

yaradıcılıq xüsusiyyətlərinə malik qüvvətli səhnə ustalarımız vardır”. 

Azərbaycan kinosunun taleyi də  Rəsul Rzanı çox maraqlan-

dırırdı. Bakı kinostudiyasının nüdiri işlədiyi vaxtlarda da, Azər-

baycan kino idarəsinin sədri, həmin idarə nazirliyə çevriləndə Kino 

naziri işlədiyi vaxtlarda da daim onun problemlərilə məşğul olan, 

böyük zəhmətlə onun müvəffəqiyyətlərinə çalışan Rəsul Rza istər 

məqalələrində, istərsə  də plenum və müşavirələrindəki çıxışlarda 

odlu-alovlu sətirləri, səmərələşdirici təkliflərilə diqqəti cəlb edir. 

1944-cü ildə Azərbaycan Yazıçılar  İttifaqının Plenumundakı 

çıxışında deyirdi:”Biz kinoya kömək etmirik. İclaslarda danışırıq və 

orada da yadımızdan çıxır. Azərbaycanda adam arasına çıxa biləcək 

gözəl kino əsərlərimiz çox azdır. Bizdə musiqi kadrları vardır. 

Bizim hər sahədə kadrlarımız vardır. Hətta Azərbaycanda yeti-

şib-böyümüş bir sıra yoldaşlar indi başqa respublikalarda, Mosk-

vada rəhbər işdədirlər. Ancaq kino sahəsində kadr azlığı hələlik həll 

olunmamış bir məsələ kimi qarşımızda durur, mövcud kino 

işçilərinin sənətkarlıq səviyyəsi hələ aşağıdır. Buna görə də biz bu 

cəhətə ciddi fikir verməliyik... 

Azərbaycanda kino sənəti Rusiyadan başqa, digər respub-

likaların hamısından qabaq başlamışdır. Bu, bizim kino tarixidir. 

Məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski hələ 1916-17-ci 

illərdə “Neft və milyonlar səltənətində” adlı kino-şəklində baş rol 

oynamışdır. Bu, bizim fəxrimizdir. Əvvəllər öz dövrünə görə bizim 

tam yaxşı  əsərlərimiz, kino əsərlərimiz olmuşdur. Ancaq kino 

işçilərinin son illərdə pis işləməsi nəticəsində kino işlərimiz geridə 

qalmışdır”. Burada müəllif kino sahəsindəki geriliyi tənqid etməklə 

yanaşı, kinomuzun keçmişinə səyahət edir. Azərbaycan kinosunun 

ittifaqda bütün respublikalardan əvvəl yarandığını deməklə bərabər, 

həm də  nəzər-diqqətə çatdırır ki, kino sovet dövrünün müvəffə-

qiyyəti deyildir, hələ hakimiyyətdən, hətta Oktyabr inqilabından 

əvvəl Azərbaycanda kino yaradılmasına cəhd olunub və Hüseyn 

Ərəblinski kimi aktyor baş rola çəkilib. Bu gün bu fakt və bu faktın o 

zaman sovet dövründə yüksək tribunadan deyilməsi təqdirəlayiqdir. O 

zaman bunu deməyə bəlkə də heç kimin hünəri çatmazdı, amma Rəsul 

Rza belə həqiqətləri həmişə, özü də təkcə Azərbaycanda yox, hətta 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

34 

onun hüdudlrından kənarda olanda da deyirdi. Bu günün özündə 

Azərbaycan kinosu bərbad gündədir və azərbaycanlılar xarici ölkə-

lərin istehsalı olan mənasız epizodlarla, mənəvi-əxlaqi dəyərlərimizə 

əks olan faktlarla dolu seriallara baxmağa məcburdurlar. Bu günün 

özündə  də o dövrdə  çəkilən Azərbaycan kinolarını göstərəndə 

dəfələrlə baxdığımıza baxmayaraq, yenə  də baxırıq və  hər dəfə  də 

orada nəsə tapırıq. Bu gün kinomuzu bu böhrandan çıxarmaq üçün 

Rəsul Rza kimi adamlara nə qədər ehtiyac vardır.  

Rəsul Rza kino ilə bağlı  məqalələrində kinonu hərtərəfli elə 

təhlil edir ki, oxucu məəttəl qalır. Bilmirsən ki, bu adam 

kinossenaristdir, rejissordur, aktyordur, rəssamdır. “Xalqın “Arşın 

mal alan”ı adlı  məqalədə  əsərin yazıldığı dövrü, rəssam  Ədhəm 

Sultanovun səhnə  tərtibatını, artistlərin sənətkarlığını, musiqi 

tərtibatını, eyni zamanda əsərdəki nöqsanları göstərən müəllif yazır: 

”Respublikamızın  əməkdar artisti, rejissor İ.Hidayətzadə “Arşın 

mal alan”ın bu yeni quruluşu ilə Azərbaycan xalqının həyatını, ona 

xas olan adətləri dərindən öyrənmiş olduğunu bir daha göstərdi. 

Quruluşçu rejissor, rəssam, dirijor və ifaçı artistlər işinin vəhdəti, bu 

vəhdətdən doğan bütövlük, bitkinlik, dolğunluq–quruluşun  ən 

qiymətli cəhətləridir”. Bu sətirlər yazılandan illər keçdi. “Arşın mal 

alan” Azərbaycan hüdudlarını  aşdı. Azərbaycan teatrı, kinosu, 

musiqisi tezliklə  İttifaqda və  İttifaqdan kənarda tanındı, sevildi. 

Rəsul Rza kino məsələləri üzrə ümumittifaq müşavirəsindəki 

çıxışında iftixarla bunu qeyd etdi:”Milli studiyalar, o sıradan Bakı 

studiyası bizim milli nailiyyətimizdir. Azərbaycan incəsənəti yalnız 

Sovet  İttifaqında deyil, vətəndən uzaqlarda, xarici ölkələrdə  də 

böyük məhəbbət və  rəğbət qazanmışdır. Bizim bədii  əsərlərimiz, 

musiqimiz, poeziyamız Yaxın  Şərqdə böyük təsirə malikdir. 

Azərbaycan kinematoqrafiyası yalnız bizim milli mədəniyyətin 

deyil, eyni zamanda xaricdəki təbliğat və  təşviqatımızın  əsas 

faktorlarından biridir”. Müəllifin “O gün-bu gün” və  “Əziz 

xatirələr” adlı  məqalələrində  də kino ilə  bğlı fikirlərinin  şahidi 

oluruq. Keçmiş kinostudiya ilə yeni kinostudiyanı müqayisə edərək, 

illərlə bir yerdə keçirdikləri günlərin acılı-şirinli anlarını, 

böyüklü-kiçikli insanlara arzulanan uğurları, birgə bölüşdükləri 

sevinci, kədəri xatırlayan Rəsul Rza bu günün müvəffəqiyyətinə 

sevinir. “Arşın mal alan” filmini Moskva kino nazirliyində 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə