MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə12/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

35

göstərmək üçün apardığını, kinonun bəyənildiyini bildirir. XX əsrin 

40-cı illərində yazılmış bu sətirlər indi bizim üçün uzaq keçmişdir. 

Amma bu günün özündə  də “Arşın mal alan” televiziya ilə 

veriləndə hamı ona məmnuniyyətlə baxır.  Müəllif “Sadə və böyük 

insan” adlı məqaləsində Üzeyir Hacıbəyov ilə bağlı xatirələrdən söz 

açır. “Üzeyir əmi” dedikləri bu sadə insanın həm insan kimi, 

vətəndaş kimi, həm də sənətkar kimi əvəzsiz xidmətlərindən danışır 

və burada da “Arşın mal alan”dan danışmaya bilmir:”O olmasın bu 

olsun” ya “Arşın mal alan” əsərinin dramaturgiyası dərindən, ətraflı 

təhlil, izah olunsa, burda nə qədər yeni-yeni sənətkarlıq sirri açılar! 

Bu  əsərlərin dramaturji kamilliyi, hər bir replika, hərəkət və 

situasiyanın necə  zərgərcə  işləndiyindən, sözlərin yerinə düş-

düyündəndir ki, Üzeyiri təshih etmək, onu “zənginləşdirmək”, 

müəyyən sənət formasının tələblərinə uyğunlaşdırmaq təşəbbüsləri 

baş tutmur, ya primitivliyə, ya bayağılığa, ya sxematizmə aparır. 

Vaxtı ilə Üzeyir bəyin sağlığında çəkilmiş “Arşın mal alan” fil-

minin müvəffəqiyyəti, geniş xalq kütlələri, eləcə  də  sənət mütə-

xəssisləri tərəfindən məhəbbətlə qarşılanmasının “sirri” də  məhz 

kino “Arşın mal alan”ın səhnə “Arşın mal alan”ı ilə ekizliyində idi”.  

Rəsul Rzanın sənətkar dostları haqqında yazdığı məqalələrdə də 

sənətə, sənətkara olan xüsusi hörmətin, rəğbətin ifadəsini görürük. 

Sənət əsərinə təkcə tənqidçi kimi deyil, eyni zamanda bir şair ilhamı 

ilə baxan, sənətkara təkcə tamaşaçı kimi deyil, həm də bir dost kimi 

qiymət verən müəllif dostu Ələsgər Ələkbərovun 50 illik yubileyinə 

yazdığı “Sənətkar dostum” məqaləsində dostuna ömrünün ikinci 

yarıməsrində yaradıcılıq qələbələri arzulayır və onun sənətini, 

sənətkarlığını belə qiymətləndirir: ”Sənin yaratdığın səhnə obraz-

larını xatırladqda adama elə gəlir ki, o qədər mürəkkəb, çeşid-çeşid, 

zəngin, rəngli obrazları yaratmaq üçün bir insan ömrü kifayət deyil. 

Bu geniş diapazonlu, janrı, xarakteri fəlsəfi məzmunlu, hiss və 

həyəcanları  zəngin bir qamma təşkil edən səhnə  qəhrəmanları 

yaratmaq, həm də uzun illər yaşaya biləcək məharətlə yaratmağa 

illər, illər, illər gərəkdir. Axı, sən səhnəyə ömrün müəyyən 

məsafəsini keçdikdən sonra gəlmisən. 

Bəs bunun sirri nədədir? Məncə, bunun sirri əsil həqiqi sənətin 

sirridir!” 

Rəsul Rza incəsənətdən danışanda da əsərləri xırdalıqlarına kimi 

təhlil edir. Ən kiçik detal belə onun gözündən, qulağından ya-



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

36 

yınmır, düşüncəsində dolanıb hansı əsərininsə sətirlərinə  çevrilir. 

“Qələbə yolları ilə” məqaləsində Qara Qarayevin “İldırımlı 

yollarla” balet tamaşasına baxandan sonra bu düşüncənin məhsulu 

olan sətirlərdən bunu daha aydın görürük:”İldırımlı yollarla” balet 

tamaşasının musiqisi haqqında ayrıca qeyd edəcəyəm: rəqsləri, 

him-cimləri o qədər ifadəli, o qədər məzmunlu, bütün təfərrüatı ilə 

dərindən düşünülmüş, o qədər psixoloji inandırıcılıqla yaradıl-

mışdır ki, insan oyunun, cərəyan edən hadisələrin  şərti formasını 

unudur. Adama elə  gəlir ki, hər hərəkət, hər rəqs naxışı sözlərlə, 

səslərlə ifadə olunan bir iztirab, bir sevinc, bir ümüd, bir qəzəb, bir 

üsyan nəğməsi, ya riqqətlə dolu, həzin, incə bir məhəbbət 

həsbi-halıdır. Bu təsir o qədər qüvvətlidir ki, əgər səhnədə 

iştirakçılardan biri ağzını açıb danışsa, bir söz, bir cümlə desə, 

yəqin ki, bizi qanadları üzərinə alan sənətin bütün təravət və 

gözəlliyi pozulub gedər, duyduğumuz zövqdən ayrılmış olaraq”. 

Burada Qara Qarayevin musiqi sənətkarlığından danışan müəllif 

onun hərtərəfli müstəqil yaradıcılıq məhsulu olan musiqi yarat-

dığını  və  hər bir azərbaycanlının qəlbinə, ruhuna doğma olan 

xallarla zənginləşdirdiyini qeyd edir və bu əsərin mahir bir texnika, 

yüksək bir musiqi mədəniyyəti ilə yarandığını, bəzən lirik-həzin, 

bəzən oynaq, qəzəbli, coşqun, bəzən müdrük, lakin həmişə 

ürəyəyatan, rəngarəngliyi ilə, orijinallığı ilə ürəkləri fəth edən sənət 

əsəri olduğunu böyük ruh yüksəkliyi ilə açıqlyır. 

Burada da novatorluğu yüksək qiymətləndirən müəllif Qara 

Qarayevin novator sənətkar kimi xalqın zövqünü zənginləşdirən, 

xalq ruhunun qüdrətini anlayan bir sənətkar olduğunu alqışlayır. 

Rəsul Rzanın musiqiyə olan dərin məhəbbətinin, böyük rəğbə-

tinin xüsusi ifadəsini onun “Bülbül” adlı  məqaləsində  də 

aydın-aşkar hiss edirik. Müəllif burada əvvəlcə Bülbüllə qiyabi 

tanışlığından, sonra onunla bağlı görüşlərindən, dostluğundan 

danışır, aşıqlar qurultayının bir məclisində sədrlik etdiyini, Bülbülə 

söz verdiyini və Bülbülün çıxışından sonra beynində dolanan, lakin 

o zaman demədiyi fikri ilə  məqaləni tamamlayır:”Çox zaman 

bizimlə bir gündə, bir yerdə yaşayan adamlar arasındakı böyük 

istedadların nə  qədər nadir olduqlarının fərqinə varmırıq. Onları 

tez-tez görür, onlara alışırıq, düşünmürük ki, yanımızda oturan bu 

adam klassikdir. Bir sənət möcüzəsidir. Nadir istedaddır. Bizim 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

37

Bülbül, nəğməkar Bülbül belə canlı klassikdir. O vaxtdan illər 

keçib, indi bu gün Bülbülün son canlı  nəğməsindən xeyli zaman 

sonra bu sözlərin həqiqəti daha aydın duyulur”. 

Rəsul Rzanın Azərbaycan rəssamlığı haqqında, rəssamlarımız 

haqqındakı fikirləri də oxucularda dərin maraq oyadır. Rəssamların 

onun haqqında yazdığı məqalələrdə, şairin rəssamlığa həsr olunmuş 

məqalələrindən xəbərdar olduğu qeyd olunur. 

Rəsul Rza rəsm əsərinə adi insanın baxdığı kimi baxıb keçmir. 

Onun rəsm  əsərinə öz baxışı var: şair baxışı, rəssam baxışı  və 

tənqidçi, tədqiqatçı baxışı. “Yüksəlişdə” adlı  məqaləsini: ”Azər-

baycan rəssamlarının sərgisinə baxıb salondan çıxdığın zaman səni 

həyəcanlı, sevincli bir duyğu qaplayır. Bu duyğu, həyatı parlaq, 

dərindən və doğruluqda  əks edən həqiqi sənətin oyatdığı bir 

duyğudur. Burada elə lövhələr vardır ki, tamaşaçılar uzun müddət 

onların qarşısında dayanır, baxırlar. Bu lövhələr ilk baxışdan adamı 

heyran edən, mübahisələrə  səbəb olan lövhələrdir. Zəif, maraqsız 

lövhələr də vardır...”,- deyə  sərgiyə verdiyi ümumi qiymətlə baş-

layan müəllif, orada əsərləri nümayiş etdirilən rəssamlardan Tahir 

Salahov, Səttar Bəhlulzadə, B.Mirzəzadə, Q.Xalıqov, T.Tağıyev, 

Maral Rəhmanzadə, L.Fətullayev, T.Nərimanbəyov və b. rəssam-

ların  əsərləri haqqında fikirlərini söyləyir və M.Abdullayev, 

A.Abdullayev, D.Kazımov, V.Səmədova, N.Əbdürrəhmanov, 

V.Geoqçayev, X.Səfərova kimi rəssamların bəyəndiyi  əsərlərinin 

adını  çəkir. Eləcə  də  gənc heykəltəraşlardan A.Mustafayevin, 

Q.Sücətdinovun, S.Quliyevin işlərindən danışır. Hiss olunur ki, bu 

məqalə sadəcə rəssamlar sərgisinin olduğunu xəbər vermək üçün, 

ya da adı  çəkilən rəssamları  təbliğ etmək üçün yazılmamışdır. 

Burada müəllif həqiqi rəssamlıq sənətinin incəliklərini bilən, gizli 

sirləri açan, qavrayan, hətta adi gözlə görünməyən detalları bir 

sənətkar gözü ilə görən, qiymətləndirən bir müşahidəçi kimi da-

nışır. Müəllifin “Rənglər şairi məqaləsində də bu iti müşahidəçilik 

xüsusiyyətinin  şahidi oluruq. “Rənglər” silsilə  şeirlərini yaradan, 

hər rəngin adi insanın görə bilmədiyi rəng çalarını görən, yaradan 

şairin Səttar Bəhlulzadəni “rənglər  şairi” adlanmdırması  təbii 

görünür. Şeirlərində rənglər yaradan şairin rənglərlə şeirlər yaradan 

rəssam haqqındakı fikri başqa cür də ola bilməzdi. Müəllif 

rəssamları sözgəlişi tərifləmir, sənət  əsərinə  əsaslanaraq fikir 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə