MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar


✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦



Yüklə 0,65 Mb.
səhifə20/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

59

isə bu nəğməni misralayır. Bəstəkar dostu Oqtay Kazımi isə ona 

musiqi bəstələyir. Müğənni dostu isə həmin mahnını ifa edir, bütün 

Azərbaycan isə yeni bir mahnı dinləyir: ”Dünya bir nəğmə idi”... 

Bu nəğməli dünyada yaşayan  şairin hər sevinci yeni bir nəğmə 

olur. Hər  əlamətdar, yaddaqalan an misralanır, nəğmələnir. Telman 

Hacıyevin bəstələdiyi “Tələbəlik illəri”, daha sonra “Bakının qızları”, 

“Həyat, sən nə  qəribəsən”, “Sən nəğmələr qoş”, “Günəşli ömrüm”, 

“Mərd ol” və s... Cabir Novruz şeirinin özünəməxsus musiqiyə oturma 

cəhəti var ki, bu da bəstəkarlar üçün imkan yaradır. Mahnı  mətni 

yazmaq elə  də asan iş deyil. Bunu asan hesab edənlər yanılırlar və 

nəticədə ortaya bayağı mahnılar çıxır. Yenə qayıdırıq şairin “Mənəvi 

sərvətimiz” məqaləsinə: ”Bizcə, mahnı mətni yazmaq, nəğməkar şair 

olmaq, hətta hər şairə nəsib olan bir səadət deyil. Nəğməkar şair olmaq 

özü xüsusi bir istedad tələb edir. Bunun üçün həm  şeir, həm də 

müəyyən qədər musiqi qavramaq, duymaq, bəlkə də müəyyən qədər 

bəstəkarlıq istedadı olmalıdır. Mahnı mətni hər şeydən əvvəl ayrıca 

bir şeir kimi, özü də gözəl şeir kimi səslənməlidir”. 

Cabir Novruzun mahnılarından danışmaq haradan ağlıma gəldi? 

Elə bayaq televiziyada Yalçın Rzazadə ilə müsahibə gedirdi. 

Avtomobillə şəhərin küçələrindən keçən müğənni sənət dostlarını, 

şairləri, o cümlədən Cabir Novruzu da yada saldı... 

Cabir Novruzun musiqiyə sevgisi, rəğbəti olduğu kimi onun gözəl 

ifaçılarına da dərin hörmət və  məhəbbəti var idi. Onun xalq artisti 

Zeynəb Xanlarovanın sənətindən, sənətkarlığından bəhs edən maraqlı 

bir məqaləsi vardır. “Siz sehrkarsınız, Zeynəb” məqaləsində oxu-

yuruq: ”Radio və televiziya Azərbaycana xoş bir xəbər yaymışdır. 

Zeynəb Xanlarovaya SSRİ Xalq artisti fəxri adı verilmişdir. Bu 

xəbərdən hədsiz dərəcədə sevinirəm. Düşünürəm, yəqin indi bütün 

Azərbaycan sevinc içindədir. Axı, xalqın ən sevimli sənətkarı yüksək 

ada layiq görülmüşdür! Zeynəb həqiqətən buna layiqdir. Cəsarətlə 

demək olar ki, Zeynəb nəinki Azərbaycanda, həm də ucsuz-bucaqsız 

böyük vətənimizdə, bütün Şərqdə geniş şöhrət tapan müğənnilərdən 

biridir”. 

Cabir Novruzun nəğməli dünyamıza bəxş elədiyi yaddaqalan 

mahnıları kimi,  sənətə, sənətkara muğamata verdiyi qiyməti də 

təqdirəlayiqdir. 

“Haqqın sədası” qəzeti, 10.11.10 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

60 

 

SƏNƏTLƏ YAŞAYANLAR 



_____________________________________________________ 

 

 

ZAUR ƏLİYEV FENOMENİ 

 

Allah-təalanın bizə verdiyi şərəfli insan adından, mənalı insan 



ömründən qiymətli nə ola bilər ki? Amma bu şərafəti dərk edə 

bilmək və bu ömrün qədrini bilmək biz insanların öhdəsinə düşür. 

Kimi bunu dərk edir və ömrünü insanlar üçün gərəkli bir nemətə 

çevirir, kimi də əksinə bu mənanı heçə döndərib bu dünyasını da 

itirir, o dünyasını da.  

İnsan olmaq şərəfli insan ömrü yaşamaq, ləyaqətlə yaşamaq, bir 

ömür özünü Allahın bəndəsi hesab etmək, insanlara xidmət üçün 

yaşamaq və beləliklə də Allah-təalanın ibadətində durmaqdır. 

Bəli, insanlara xidmət etmək. Hərə öz bacarığı müqabilində, 

Allahın verdiyi istedad, qabiliyyət sayəsində bu işi görür. Kimi 

maddi nemətlər istehsalında çalışır, kimi də insan mənəviyyatının 

yüksəlməsi üçün. 

Pianoçu Zaur Əliyev 1937-ci ildə Bakıda anadan olub. Ömrünün 

bir hissəsini Maştağada yaşayıb. Yaxşı yadımdadır, kəndin içində 

onu görəndə bir-birinə göstərib “Bu məşhur pianoçu Zaur 

Əliyevdir” və ya “Bu xalq artisti Zaur Əliyevdir” deyərdilər. Mənə 

də belə demişdilər. Lakin bu gün onun həyat yoldaşı Aidə xanımla 

və qızı gənc şair İlahə Zaur Kamyab ilə tanış olandan sonra bildim 

ki, Zaur Əliyev heç fəxri ad da almayıb. Çünki ömrü boyu 

təvazökarcasına yaşayan, həyatın mənasını sadəcə  işləməkdə, in-

sanlara təmənnasız xidmətdə görən bu insan heç vaxt haqqını tələb 

etməyib. Vəzifəsini unudub, hüququnu düşünən insanlardan fərqli 

olaraq, ancaq sənəti, insanlara xidməti düşünüb. Beləcə  ləyaqətli 

insan ömrü yaşayıb. Yəqin elə ona görə  də Allah-təala ondan 

istedadı əsirgəməyib və Zaur Əliyev çoxlarına nəsib olmayan yük-

sək təhsil görüb, sənətkar kimi yetişib.  

Zaur Əliyevin mərhələ-mərhələ keçdiyi təhsil yolunu izləyirəm. 

Bir ömrün yüksəliş xəttini nəzərdən keçirəndə görürsən ki, bu insan 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

61

həmişə oxumaq, nəsə öyrənmək, bilmədiyini əxz etməyə çalışmaq, 

daim işləmək, əzab-əziyyət çəkmək, Allahın verdiyi istedadı gün-

dən-günə parlatmaq, musiqidə yeni-yeni çalarlar yaratmaq üçün 

doğulub. Musiqişünas Ramiz Röhrabov onun ifasını belə qiymət-

ləndirir: ”Bir muğam ifaçısı kimi Zaur Əliyev eyni muğamı hər dəfə 

ifa edəndə muğama özünəməxsus yeni xallar və improvizlər əlavə 

edir”. Budur Zaur Əiyev istedadı... 

Haşiyə: Asəf Zeynallı adına musiqi məktəbini xor dirijorluğu və 

nəzəri bəstəkarlıq fakültələri üzrə bitirən Zaur Əliyev Azərbaycan 

Dövlər Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb və 

Qara Qarayevin tələbəsi olub. Daha sonra isə Azərbaycan Xalq 

Konservatoriyasının bəstəkarlıq fakültəsində  təhsil alıb və 

1965-81-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetinin səhnə  hərəkətləri kafedrasında fortepiano üzrə 

konsertmeyster vəzifəsində çalışa-çalışa mədəni-maarif fakültə-

sində təhsilinui davam etdirib.    

1959-cu ildən ifaçılıq fəaliyyətinə başlayan Zaur Əliyev Əhməd 

Bakıxanovun rəhbərlik etdiyi Xalq Çalğı alətləri ansablında forte-

piano üzrə solist olub. Onun ifa etdiyi solo Bayatı-şiraz, Za-

bul-segah muğamları hələ o zamandan alqışlarla qarşılanırdı. Təkcə 

bu tayda deyil, o tayda  da, hətta Türkiyədə də  Zaur Əliyev sənəti 

qiymətləndirilir, onun ünvanına çoxlu sayda məktublar gəlirdi. 

Onun Əhməd Bakıxanovun ansamblı ilə birlikdə solo ifasının lent 

yazıları  İrana göndərilmişdi.  Əhməd Bakıxanov adına Xalq çalğı 

alətləri ansamblının indiki pianoçusu Zaur Rüstəmov onun sənət-

karlığını belə dəyərləndirir: ”Yüz il keçsə, analar bir də Zaur Əliyev 

kimi pianoçunu dünyaya gətirməyəcək”. 

Zaur Əliyevin fəaliyyəti təkcə ifaçılıqla məhdudlaşmırdı. Onun 

bəstəkarlıq fəaliyyəti də diqqət mərkəzində idi. Səməd Vurğunun, 

Məmməd Rahimin, Bəxtiyar Vahabzadənin, Nazim Hikmətin və 

digər  şairlərin sözlərinə  bəstələdiyi mahnılar, marşlar, eyni za-

manda rəqslər, fortepiano üçün kiçik pyeslər, prelüdlər, uşaq 

mahnıları həmişə sevilir, repertuarlarda özünə yer alırdı.  

Zaur Əliyev 1982-ci ildə Prezident Heydər Əliyevin sərəncamı 

ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı  Səhmdar 

Cəmiyyətinə fortepiano üzrə solist vəzifəsinə  qəbul edilib və 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə