MəDƏNİYYƏTİ İNCƏSƏNƏTİ yaşadanlar



Yüklə 0,65 Mb.
səhifə15/31
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51939
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

44 

yanır, sanki əlində piyalə yox, əfi ilan tutub və birdən salona üz 

tutub, piyaləni yerə çırpır və otağı tərk edir. Şair şeiri belə bitirir: 

 

Güllə atacaqlar bəlkə qoçular 



Ona arxadan? 

Polis tutacaqdır onu bəlkə də 

Dönəndə tini? 

Qoy olsun, bildirdi o gəlmələrə -  

Elin kinini. 

İndi lap ölsə də xalqın yanında 

Alnı açıqdır. 

Fateh qədəhini sındıran oğul 

Yaşayacaqdır! 

Yaşayacaqdır! 

 

Şairin “Qatil unuduldu” adlı  şeiri Hüseyn Ərəblinskiyə  həsr 



edilib. Burada şair sənətkarın güllə ilə vurulmasından danışır, yazır 

ki, qatil ağasından  ənam aldı, amma zaman keçdi, qatil yaddan 

çıxdı, sənətkar isə unudulmadı, ürəklərdə yaşadı. Burada şair həqiqi 

sənətin heç bir zaman ölmədiyini, daim yaşadığını göstərmək 

istəyir: sənətkarı güllə ilə vurub cismən öldürmək olar, amma onun 

amallarını, əqidəsini, xalq qarşısındakı xidmətlərini tarixdən silmək 

mümkün deyildir. 

Adilin “Qaraçı qız” adlı şeiri isə xalq artisti Fatma Muxtarovanın 

xatirəsinə ithafdır.  

Musiqiçilərin sənətkarlığını əks etdirən şeirlər daha yanğılı, daha 

təsirlidir. Qara Qarayevə  həsr olunmuş “Monoloq”da şair insan 

adlanan varlığın XX əsr adlanan zaman kəsiyində yaşadığını qeyd 

edir, yazır ki, onun beynində  təfəkkürün çırağı,  əlində  zəhmətin 

şəfəq rəngli bayrağı, dodaqlarında hicran yanğısı, məhəbbət 

mahnısı var. Dünyanın atom qorxusu da, radiasiya təhlükəsi də, hər 

cür qovğalar da onun içindən keçir, amma o dözür. Bu əzablara, 

iztirablara sinə  gərir, çünki sabaha inanır.  Şair  şeirin sonunda bu 

inamdan yeni, gözəl sabahlar doğulacağını və məhz buna görə də 

yaşamağa dəyər fikrini ön plana çəkir. 

Bəstəkar Qənbər Hüseynlinin xatirəinə ithaf olunmuş “Dillərə 

düşdü” adlı yığcam şeirdə şair odlu-alovlu, mehriban bir insan kimi 

xatırladığı  sənətkarın gənc ikən ellərdən-ellərə düşdüyünü, eşqinin 




✦ ✦ ✦  Mədəniyyəti, incəsənəti yaşadanlar ✦ ✦ ✦  

45

ellər, amalının sənət olduğunu, lakin çox yaşamayıb vaxtsız dünyadan 

köçdüyünü, amma yaratdıqlarının dildən-dilə düşdüyünü söyləyir. 

Şairin “Qoca tarzən tar çalırdı” şeiri gözəl sənətkarımız Qurban 

Pirimova ithaf olunub. Şair sənətkarın tar çalmasını şeir boyu təsvir 

edir və gözümüz qarşısında onu canlandırır: “o zaman tarzən şəfəq 

donlu salonda tar çalır, amma elə bil ki, bir bulağın başında 

tək-tənha oturub, ətrafında da insanlar yox. Sürüsünü dağın ətəyinə 

yayan, tütək çalıb yerin, göyün ürəyinə nur axıdan çoban, al günəşin 

şəfəqləri, çayın gur suları, bulaq üstdə bitən yarpız, suya gedən 

örpəkli qız keçir xəyalından. Qoca tarzən sanki gəncliyinə qayıdır, 

gah qızğın, gah asta çalır, vətənin dağlarını yad edir. Şair bu ilhamın 

sirrini belə açıqlayır və şeiri bitirir: 

 

O qocaya qüvvət verən,  



Sanma, quru bir şöhrətdir. 

İlhamının sönməz odu, 

Ana yurda məhəbbətdir. 

 

Adilin musiqini tərənnüm edən  ən gözəl  şeirlərindən biri də 



“Paqanininin barmaqları”dır. Şeir belə başlayır:  

 

Kim görüb barmaqlardan  



             günəş süzüldüyünü?  

Kim görüb barmaqlardan 

             simlərin üzərinə,  

             insanın xəyalına, 

             qəlbinə, gözlərinə  

             yaqut səpildiyini,  

             inci düzüldüyünü? 

Eləysə diqqətlə bax, 

              işıqlı səhnəyə sən, 

xəbər tut dünyamızın  

            

 

      təzə möcüzəsindən.  



Sonra şair kamançının həyat yolunu bizə açıqlayır. Onun cılız, 

çəlimsiz bir uşaq olduğunu, hələ doqquz yaşında kaman çaldığını, 

lakin atasının ona zülm etdiyini, hətta onu həyətdə oynamağa, 

təbiəti seyr etməyə belə qoymadığını, acılar çəkən bu insanın 

“dünyaya adi gəldiyini, dünyadan dahi getdiyini”, yoluna nə qədər 



✦ ✦ ✦  Sona Xəyal ✦ ✦ ✦  

46 

daşlar tökülsə də, kaman tutan qolundan nə qədər qibtələr çəksə də, 

titrək barmaqlarından nə qədər həsəd yapışsa da, nə qədər kinayəli 

gülüşlər, böhtanlar eşitsə  də, onu şeytan adlandırıb qəhr etmək 

istəyənlərin amansızlığı ilə üz-üzə dayansa da, o çalır,  İtaliyanı 

barmaqları ilə yenidən tanıdır. Bir ürəyə, dörd simə arxalanan 

yoxsul bir kamançalan nəhayətdə qəlblərə hakim olur. 

Adil Babayev daim sənət eşqilə yanan, sənət qayğıları ilə ya-

şayan  şair kimi həmişə  sənəti, sənətkarları yüksək qiymətlən-

dirmişdir. 



                         “Real-Press” qəzeti, 04.05.10.        

 

 ƏLİ TUDƏ YARADICILIĞINDA SƏNƏT, SƏNƏTKAR 

 

Əli Tudə sənətin, sənətkarın vəsfinə hələ yaradıcılığa başladığı 

gənc yaşlarından yer vermişdir.  Şairin yaradıcılığını izlədikcə, 

bütün kitablarında sənətdən söhbət açdığının şahidi oluruq. Şairin 

sənətə, sənətkara verdiyi qiyməti  şeirləri və  məqalələri  əsasında  

dəyərləndirmək və oxuculara çatdırmağa çalışacağıq. 

Şairin elə ilk kitabında ilk vəsf olunan sənətkar Aşıq Hüseyn 

Cavandır.  Əli Tudənin həmin aşığa həsr olunmuş bir neçə  şeiri 

vardır. “Aşıq” şeirində şair aşığın özünə müraciət edir. Şeir 1946-cı 

ilin martında yazılmışdır. Ancaq şeirdən görünür ki, o zaman 

cənubda azad günlər yaşanılırdı. Şair aşıqdan sazını dindirməyi rica 

edir və deyir ki, bu həyat, bu vətən, bu el sənindir. Şair xatırladır ki, 

bir vaxt yurdu viranə idı  və  həmin aşıq da meyxanələrdə 

çalıb-oxuyardı. Onun sənəti çox ucuz tutulardı. Amma indi qələm 

azad, sənət azaddır, milli məclis, dövlət var, millət aşığa qiymət 

verir.  Şair istəyir ki, aşıq keçmişi unutsun, millətin bugünkü 

zəfərindən, al günəşli səhərindən oxusun, bu ağ günlərdən bir 

dastan yaratsın, aşığın sözü dalğa-dalğa Tehrana düşsün, düşməni 

öz evində həyəcana salsın. Şair aşığın qismətini alqışlayır: 

 

Şairin sərvəti, varı şeirdir, 



Əkdiyi bağçanın barı şeirdir. 

Yaxın ürək dostu, yarı şeirdir, 

Sənin də saz olmuş qismətin, aşıq!  

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə